Mikayıl Vahabzadə

Mikayıl Yaqub oğlu Vahabzadə (25 iyun 1993, Maçaxı, İsmayıllı rayonu2 aprel 2016, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Mikayıl Vahabzadə
Mikayıl Yaqub oğlu Vahabzadə
Şəxsi məlumatlar
Doğum adı Mikayıl
Doğum tarixi 25 iyun 1993(1993-06-25)
Doğum yeri
Vəfat tarixi 2 aprel 2016(2016-04-02) (22 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Milliyyəti Azərbaycanlı
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbə Əsgər
Vəzifəsi Manqa komandiri
Döyüşlər 2016 Aprel döyüşləri
Təltifləri "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Vahabzadə Mikayıl Yaqub oğlu 1993-cü il iyun ayının 25 də İsmayıllı rayonunun Maçaxı kəndində anadan olub Mikayıl 2000 ci ildə Maçaxı kəndinin 4 illik ibtidai məktəbinin 1-ci sinifinə gedib. Mikayil 2004-cü ildə 4 illik təhsilini fəallıqla başa vurduqdan sonra təhsilini qonşu Tircan kəndində Musa Priyev adına tam orta məktəbdə davam etdirib. Mikayıl Tircan kəndindədə oxuduğu müddətdə öz fəallığı ilə öz müəllimlərinin hörmətini qazandı və Mikayıl 9 cu sinifidə beləcə Tircan kəndində başa vurduqdan sonra 10-cu və 11-ci sinifi dahada yaxşı hazırlaşmaq məqsədi ilə Yeniyol kənd məktəbində 2illik təhsilini davam etdirməklə bərabər Təzəkənd kəndinədə Müəllim yanına gedirdi. Mikayıl bu iki ilidə beləcə 2011 ci ildə başa vurdu və elə məktəbi bitirdiyi ildə yanı 2011 ci ildə istədiyinə nail oldu və Sumqayıt Dövlət Universitetinin Fizika və Elektroenergetika fakultəsinə qəbul oldu Mikayıl 4illik bu Universitet həyatında fəallıqla oxumağıyla birlikdə həmdə işləyirdi ki Ailəsinin üstünə çox yük düşməsin. Beləliklə Mikayıl 4illik Universitet həyatınıda 2015 ci ildə fərqlənmə Diplomu ilə başa vurdu.Sonra isə Mikayılın çox səbirsizliklə gözlədiyi hərbi çağırış gəldi çox sevinirdi. Mikayıl 2015 ci ilin iyul ayında hərbi xidmətə yola düşdü hərbi həyatındada çox bacarıqlı olan Mikayıl Komandirlərindən təşəkkür məktubuda almışdı. 2016-cı ilin 02–05 də Aprel döyüşlərində Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu və neytral zonada qaldı Aprel ayının 8 də isə Atəşkəsdən sonra götürüldü və Aprelin 9 u Doğulub boya başa çatdığı İsmayıllı rayonu Maçaxı kənd Qəbirstanlığında dəfn olundu. Mikayıl Vahabzadə 2015-ci ildə Sumqayıt Dövlət Universitetinin "Fizika və elektroenergetika" fakültəsini bitirib.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Əsgər Mikayıl Vahabzadə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 9-u isə Mikayıl Vahabzadə doğulduğu İsmayıllı rayonunun Maçaxı kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Vahabzadə uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Mikayıl Vahabzadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

İstinadlar[redaktə | mənbəni redaktə et]