Nurlan Cəmil oğlu Qasımov (6 may 1997, Tatarlı, Şəmkir rayonu – 2 aprel 2016, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
Nurlan Qasımov | |
---|---|
Nurlan Cəmil oğlu Qasımov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şəmkir, Azərbaycan |
Vəfat tarixi | (18 yaşında) |
Vəfat yeri | Azərbaycan |
Dəfn yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Əsgər |
Təltifləri |
Nurlan Qasımov 1997-ci ilin 6 may günündə Şəmkir rayonunun Tatarlı kəndində anadan olub.[1]
Əsgər Nurlan Qasımov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.
Aprelin 6-sı isə Nurlan Qasımov doğulduğu Şəmkir rayonunun Tatar kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Qasımov uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Nurlan Qasımov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.