Məmməd Rza oğlu Xəlilov (9 sentyabr 1917, Yelizavetpol – 9 oktyabr 1976, Bakı) — Azərbaycan partiya və dövlət xadimi, Azərbaycan SSR kənd təsərrüfatı naziri (1965–1976), Azərbaycan SSR Ali Sovetinin 6–9-cu çağırış deputatı, Azərbaycan SSR əməkdar kənd təsərrüfatı mexanizatoru.
Məmməd Xəlilov | |
---|---|
17 mart 1965 – 9 oktyabr 1976 | |
Əvvəlki | Əsgər Orucov (kənd təsərrüfatı məhsulları istehsalı və tədarükü naziri kimi) |
Sonrakı | Məmməd Əsgərov |
30 mart 1963 – 30 sentyabr 1963 | |
16 mart 1961 – 17 mart 1965 | |
Əvvəlki | birlik yaradılıb |
Sonrakı | Yevgeni Çeqodayev |
1960 – 1961 | |
Nazir | Möhsün Poladov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 9 sentyabr 1917 |
Doğum yeri | |
Vəfat tarixi | 9 oktyabr 1976 (59 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya |
|
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
|
Məmməd Rza oğlu Xəlilov 1917-ci ildə hazırkı Gəncə şəhərində anadan olmuşdur. 1940-cı ildə Melitopol Kənd Təsərrüfatı Mühəndis-Mexanizatorları İnstitutunu bitirdikdən sonra o, Azərbaycan SSR Xalq Əkinçilik Komissarlığına işləməyə göndərilmişdir.[1]
1941-ci ildən Sovet Ordusu sıralarında xidmət etmiş, Böyük Vətən müharibəsində iştirak etmişdir. 1945-ci ildən 1958-ci ilədək Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyində, Pambıqçılıq Nazirliyində mühəndis, şöbə rəisi, sonralar isə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin MTS və TTS baş idarəsinin rəisi vəzifələrində işləmişdir.[2]
1959-cu ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin kənd təsərrüfatı şöbəsi müdirinin müavini, 1960-cı ildən Azərbaycan SSR kənd təsərrüfatı nazirinin birinci müavini vəzifələrində çalışmışdır. 1961–1965-ci illərdə Azərbaycan SSR Kənd Təsərrüfatı Texnikası Birliyinin sədri, 1965-ci ildən Azərbaycan SSR kənd təsərrüfatı naziri olmuşdur.[3][4]
Məmməd Xəlilov 1958-ci ildən Sov.İKP üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin 6–9-cu çağırış deputatı seçilmişdir.[5] O, 1963–1964-cü illərdə Azərbaycan KP MK kənd təsərrüfatı bürosunun, 1965-ci ildən isə Azərbaycan KP MK üzvü olmuşdur.[3]
Məmməd Xəlilov 9 oktyabr 1976-cı ildə Bakıda vəfat etmişdir.[6] I Fəxri Xiyabanda dəfn edilmişdir.[7]