Arif Hüseynqulu oğlu Məmmədov (2 noyabr 1929, Şahtaxtı, Naxçıvan MSSR – 9 dekabr 1989, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR ət və süd sənayesi naziri (1971–1985), Azərbaycan SSR Ali Sovetinin IX, X və XI çağırış deputatı (1975–1989), Azərbaycan SSR əməkdar mühəndisi (1981).
Arif Məmmədov | |
---|---|
30 dekabr 1985 – 1987 | |
Sədr | Musa Məmmədov |
2 iyul 1971 – 12 dekabr 1985 | |
Əvvəlki | Səttar Zülfüqarov |
Sonrakı | vəzifə ləğv edilib |
1965 – 1968 | |
Nazir | Səttar Zülfüqarov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 noyabr 1929 |
Doğum yeri | |
Vəfat tarixi | 9 dekabr 1989 (60 yaşında) |
Vəfat yeri | |
Partiya |
|
Fəaliyyəti | dövlət xadimi, baytar |
|
|
Təltifləri |
|
Arif Hüseynqulu oğlu Məmmədov 2 noyabr 1929-cu ildə hazırkı Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olmuşdur.[1] Əmək fəaliyyətinə 1943-cü ildə kolxozda baytar-feldşer kimi başlamışdır.[2] 1949-cu ildə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunu, 1954-cü ildə isə Moskva Ət-Süd Sənayesi İnstitutunu bitirmişdir.[1]
Arif Məmmədov 1961–1962-ci illərdə Naxçıvan Vilayət Ət Tədarükü İdarəsinin rəisi, 1962–1963-cü illərdə Naxçıvan vilayət ət kombinatının direktoru olmuşdur. 1963–1965-ci illərdə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının Ət-Süd Sənayesi İdarəsi rəisinin müavini, 1965–1968-ci illərdə Azərbaycan SSR ət və süd sənayesi nazirinin müavini, 1968–1971-ci illərdə isə Bakı ət kombinatının direktoru vəzifələrində işləmişdir. 1971-ci ildən Azərbaycan SSR ət və süd sənayesi naziri olmuş, 1985-ci ildə nazirlik Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsinə birləşdirildikdən sonra bu komitədə sədr müavini vəzifəsində çalışmışdır.[1]
Arif Məmmədov 1957-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. Azərbaycan SSR Ali Sovetinin IX, X və XI çağırış deputatı seçilmişdir.[3] 1976–1981-ci illərdə Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının, 1981-ci ildən isə Azərbaycan KP Mərkəzi Komitəsinin üzvlüyünə namizəd olmuşdur.[4]
"Qırmızı əmək bayrağı" (iki dəfə), "Xalqlar dostluğu" ordenləri və Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı ilə təltif edilmiş, 1981-ci ildə "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adına layiq görülmüşdür.[1] İttifaq əhəmiyyətli fərdi təqaüdçü olmuşdur.[2]
Arif Məmmədov 9 dekabr 1989-cu ildə avtomobil qəzası nəticəsində həlak olmuşdur.[2]