Məcnun Qadir oğlu Məmmədov (15 sentyabr 1983, Mincivan, Zəngilan rayonu) — Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri (2023-cü ildən).
Məcnun Məmmədov | |
---|---|
Vəzifədədir | |
14 aprel 2023-cü ildən | |
(i. e. 14–16 fevral 2024) | |
Prezident | İlham Əliyev |
Əvvəlki | İnam Kərimov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 sentyabr 1983 (40 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Məcnun Məmmədov 1983-cü ili sentyabrın 15-də Zəngilan rayonunun Mincivan qəsəbəsində anadan olub.[1]Əslən Cəbrayıl rayonu Böyük Mərcanlı kəndindəndir. O 2000–2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Ümumi İqtisadiyyat: Mühasibat uçotu və Audit" ixtisası üzrə bakalavr təhsili, daha sonra isə Pakistanın Lahor İdarəetmə Elmləri Universitetində biznesin idarə edilməsi üzrə magistr təhsili almışdır.[2][3]
2017-ci ildə ABŞ-də aqrobiznes üzrə SABIT (Special American Business Internship Training) proqramının iştirakçısı olmuşdur.[2][3]
Məcnun Məmmədov əmək fəaliyyətinə "AER" MMC-də başlayıb. 2010–2011-ci illərdə həmin qurumun direktoru olub. Daha sonra 2011–2018-ci illərdə "Paşa Holdinq"ə bağlı olan "PMD Group" şirkətində müxtəlif vəzifələrdə çalışıb.[2][4]
Məcnun Məmmədov həmçinin "Modern Group", "Deloitte", "ABN AMRO Bank Kazakhstan" şirkətlərində müxtəlif vəzifələri icra edib.[2][5]
2018-ci ildən "Agro Food İnvestment" MMC-də direktor olub.
14 aprel 2023 tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Məcnun Məmmədov Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin edilmişdir.[6]