Maliyyə hüququ — subyekti dövlət funksiyalarının həyata keçirilməsi üçün zəruri olan dövlət maliyyəsinin (dövlət və yerli özünüidarəetmə fondlarının vəsaitlərinin) formalaşması və xərclənməsi ilə bağlı münasibətlər olan hüquq normalarının sistemidir.
Maliyyə hüququnun hüquq və hüquq elminin bir sahəsi kimi ayrılması əsasən postsovet dövlətləri üçün xarakterikdir. Romano-German hüquq ailəsi ölkələrində dövlət maliyyəsi tam hüquqlu ayrıca hüquq sahəsindən daha çox inzibati və ictimai hüquq çərçivəsində hüquqi tədqiqatların nisbətən müstəqil sahəsi kimi nəzərdən keçirilir.
Maliyyə hüququnun predmetinə əsasən vergi münasibətləri və müxtəlif səviyyələrdə büdcələrin formalaşdırılması və icrası üzrə fəaliyyətlər (dövlət vəsaitlərinin xərclənməsi, onların məqsədyönlü və səmərəli istifadəsinə nəzarət) daxildir.
Sovet dövründə bank və sığorta sahəsində dövlət inhisarçılığı, o cümlədən valyuta inhisarı şəraitində müvafiq münasibətlərin tənzimlənməsi də maliyyə hüququna daxil edilirdi. İndi maliyyə hüququnun bir hissəsi kimi yalnız pul tədavülü və valyuta əməliyyatlarının tənzimlənməsinin nəzərə alınması nisbətən adi haldır, halbuki bank və sığorta işinin tənzimlənməsi mülki hüquq və inzibati hüquq elementləri olan mürəkkəb bir sahəyə çevrilmişdir.