SS Production

SS production (ing. SS production) - 11 dekabr 1998-ci ildə Aysel Rəcəbli tərəfindən yaradılmış şirkət. Şirkət reklam, marketinq, musiqi və s. sahələrdə xidmət göstərir. Şirkət Azərbaycanın reklam, müxtəlif növ tədbirlərin təşkili və musiqi sahəsində önəmli yer tutur.

SS production
SS production
Növü prodüser mərkəzi, reklam şirkəti, musiqi şirkəti
Fəaliyyəti 1998—h.h.
Yaranma tarixi 11 dekabr 1998
Mərkəzi Bakı, Azərbaycan
Yarandığı yer Bakı, Azərbaycan
Fəaliyyət göstərdiyi yer 8 Noyabr prospekti 15, Azure Business Center, Bakı, Azərbaycan
Qurucusu Aysel Rəcəbli
ssproduction.az

Tarixi[redaktə | mənbəni redaktə et]

"SS production" şirkəti 1998-ci ildə Aysel Rəcəbli tərəfindən qurulmuşdur. Şirkət ilk öncə reklam sahəsində fəaliyyət göstərməyə başlamışdır. Bununla yanaşı şirkət musiqi sahəsində də fəaliyyət göstərməyə başlamışdır. Şirkət Elnarə XəlilovaZamiq Hüseynov ilə müqavilə imzalayaraq, onların kariyeralarının ilk illərində əməkdaşlıq etmişdir. Bu illərdə Elnarə Xəlilovanın "Qəm otağı", "Uzaqlara", "Gənclik", Zamiq Hüseynov "Uçduq", "De Neyləyim" sinqllarını təqdim etmişdir. Şirkət müxtəlif illərdə Aygün Kazımova, Faiq Ağayev, Brilliant Dadaşova, Miri Yusif, Sevda Ələkbərzadə və s. ifaçılarla əməkdaşlıq etmişdir. Şirkət Xalq artistləri Aygün Kazımovanın "DUY"[1], "18-"[2], "Crystal Hall"[3] , "By SS Production", "Remakes", "Я в Нирване"[4], Miri Yusifin "Karma"[5],"Karvan", "Ağ Qarğa", "20 Böyük Hit", Fərqanə Qasımovanın "Yalnız ona doğru"[6][7],İlqar Muradovun "Yavaş - Yavaş" albomlarını təqdim etmişdir.

Şirkət 2001-ci ildə modelyer Leyla Əhmədovanın "Feeriya" moda şousunun, 2002-ci ildə ilə "Best Model of Azerbaijan - 2002" müsabiqəsinin prodüseri olmuşdur. 2006-2007-ci illərdə Lider TV-də Xalq artisti Brilliant Dadaşovanın təqdimatında yayımlanan "Akademiya" musiqili şousunun, 2009-2010-cu illərdə Xəzər TV-də Nərgiz Cəlilovanın təqdimatında yayımlanan "Pəncərə" verlişinə prodüserlik etmişdir.[8][9]

Şirkət 2011-ci ildən Vergilər Nazirliyi ilə əməkdaşlıq etməyə başlamışdır. Nazirliyin maarifləndirici reklam çəkilişlərini həyata keçirmişdir.[10]

2015-ci ildə ilk Avropa Oyunlarının tanıtılması məqsədilə Bakı şəhərinin müxtəlif ərzilərində idmançıların fiqurlarından ibarət qurulan piktoqramları hazırlamışdır.[11] 2015-ci ildə xalq artisti Arif Məlikovun "Məhəbbət əfsanəsi", 2016-cı ildə Xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədovun yaradıcılığına həsr olunmuş "Balet, ömrüm mənim" filmlərinə prodüsserlik etmişdir[12]. 2018-ci ildə yazıçı Anarın həyat və yaradıcılığından bəhs edən və ssenarisi yazıçının qızı Günel Anarqızına məxsus olan "Ardı yaşanılır" filmi "SS production" imzası ilə təqdim olunmuşdur.[13] Şirkət Heydər Əliyev Fondunun müxtəlif illərdə təqdim etdiyi kitabların dizayını həyata keçirmişdir.

"SS production" 2021-ci ildə Xalq artisti Miri Yusifin "Yaşat" adlı xeyriyyə konsertinin prodüseri olmuşdur. Konsert İkinci Qarabağ müharibəsi zamanı şəhid olmuş şəxslərin və qazi ailələrinə dəstək olaraq, həyata keçirilmişdir.[14]

Şirkət 4 noyabr 2022-ci ildə tarixində Heydər Əliyev Mərkəzinin dəstəyi ilə təqdim olunan Kənan Hüseynovun (red. səhnə adı DJ Kənan Drums) “Müasir Bakı” videolayihəsinə prodüserlik etmişdir. Dünyada sayca üçüncü olan klipin çəkilişləri İqtisadiyyat Nazirliyinin damında lentə alınmışdır. [15]

Şirkət 2022-ci ildə "JW Marriott Absheron", "Four Seasons Hotel Baku" və ASAN xidmətin 10 illik yubiley tədbirlərini həyata keçirmişdir. Şirkət 7 noyabr 2022-ci il tarixində İqtisadiyyat Nazirliyinin dəstəyi ilə təqdim olunan bəstəkar-müğənni Aiselin "Şuşa" layihəsinə sponsorluq etmişdir.[16] Şirkət 2023-cü ildə bəstəkar müğənni Aisel ilə əməkdaşlığını davam etdirmiş və ifaçının "ON" albomunu təqdim etmişdir.[17][18] 8 mart 2023-cü ildə dünyaca məşhur fransalı musiqiçi DJ Villi Vilyam, DJ Kənan Hüseynov və Aiselin konsertini "Elektra Events Hall"-da təşkil etmişdir.[19]

30 aprel 2023-cü ildə "Formula 1 Azərbaycan Qran Pri 2023"-ün "Himn Mərasimi"-nin təşkilatçılığını etmişdir. "Himn Mərasimi" üçün ifaçı Aisel ilə birlikdə əməkdaşlıq edən şirkət Azərbaycan Dövlət Himninin yeni versiyada aranjimanının, rejissor Ranar Musayev və xoreoqraf Təranə Muradova ilə birlikdə səhnə şousunu hazırlamışdır.

Layihələr[redaktə | mənbəni redaktə et]

Film[redaktə | mənbəni redaktə et]

Tarix Başlıq İcra etdiyi iş Qeyd İstinad
2005 İntervyu Prodüser d Aygün Kazımova haqqında
2015 Məhəbbət Əfsanəsi Prodüser d Bəstəkar Arif Məlikovun "Məhəbbət Əfsanəsi" adlı baleti haqqında sənədli film [20]
2016 Balet, ömrüm mənim Prodüser d Xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədovun yaradıcılığına həsr olunmuş film [21]
2018 Ardı yaşanılır Prodüser d yazıçı Anar Rzayev haqqında film [22]

Musiqi Videoları[redaktə | mənbəni redaktə et]

Tarix Sənətçi Musiqi videosunun adı İcra etdiyi iş İstinad
2023 AISEL Olarmı Prodüser d
2023 AISEL Dönən Deyiləm Prodüser d
2023 AISEL Qaradan Qara Prodüser d [23]
2023 AISEL Yağış Prodüser d [24]
2022 AISEL Şuşa Prodüser d [25]
2022 Kənan Hüseynov (DJ Kənan Drums) Müasir Bakı Prodüser d [26]
2022 Aygün Kazımova Nirvana Prodüser d
2021 Aygün Kazımova De Prodüser d
2020 Aygün Kazımova Jalma (Solo Version) Prodüser d
2019 Aygün Kazımova, Filipp Kirkorov Can Azərbaycan Prodüser d
2019 Aygün Kazımova Ehtiyacım var Prodüser d
2019 Aygün Kazımova, Filipp Kirkorov Jalma Prodüser d
2019 Aygün Kazımova, David Vendetta Duy Prodüser d [27]
2018 Aygün Kazımova, Rauf AYA Prodüser d
2018 Aygün Kazımova Əlbəttə Prodüser d
2018 Aygün Kazımova, Rauf Yaraşdın Mənə Prodüser d
2018 Aygün Kazımova Hardasan Prodüser d [28]
2018 Aygün Kazımova, Rauf Yaraşdın Mənə Prodüser d
2013 Nigar Camal Həyəcanın Yaşı yoxdur Prodüser d
2013 Miri Yusif Mən Küləyəm Prodüser d
2012 Nigar Camal, Miri Yusif Qal Prodüser d
2012 Miri Yusif Bakılı Sərçələr Prodüser d
2012 Miri Yusif Məktub Prodüser d
2012 Miri Yusif Bir Addım Prodüser d
2012 Miri Yusif Nirvana Prodüser d
2011 Miri Yusif Qınama Prodüser d
2011 Miri Yusif Əlvida Prodüser d
2010 Miri Yusif Mən Heçkiməm Prodüser d
2010 Miri Yusif Bir Siqaret Prodüser d
2010 Aygün Kazımova, Miri Yusif Petrol Prodüser d [29]
2006 Elnarə Xəlilova Yuxulu şəhər Prodüser d
2006 Elnarə Xəlilova Məhəbbət Payım Prodüser d
2005 Zamiq Hüseynov De Neyləyim ? Prodüser d
2005 Zamiq Hüseynov Uçduq Prodüser d [30]
2005 Elnarə Xəlilova, Elşad Xose Gənclik Prodüser d
2004 Elnarə Xəlilova, Elşad Xose Uzaqlara Prodüser d
2004 Faiq Ağayev Yalan Prodüser d
2003 Elnarə Xəlilova Qəm Otağı Prodüser d
2002 Sevda Ələkbərzadə Dəli Arzular Prodüser d
2002 Sevda Ələkbərzadə Əlvida Prodüser d
2002 Aygün Kazımova Aşiqəm Sənə (Siqara) (Turkish Version) Prodüser d
2001 Aygün Kazımova Depresyondayım Prodüser d
2001 Aygün Kazımova İndi Sənsiz (Ayağıma Dəyən Daşlar) Prodüser d
2001 Aygün Kazımova Şəklimi Çək Prodüser d

Kitab[redaktə | mənbəni redaktə et]

Tarix Başlıq İcra etdiyi iş Qeyd İstinad
2011 Tapis Azerbaïdjanais Dizayn Fransızca
2011 L'abbigliamento Nazionale dell' Azerbaigian Dizayn İtalyanca
2011 Museo nazionale delle belle arti dell' Azerbaigian Dizayn İtalyanca
2011 Азербайджанская Национальная Одежда Глазами Dizayn Rusca
2012 Miniatures Azerbaïdjanais Dizayn Fransızca
2012 Héritage Culturel de l'Azerbaïdjan / Les Manuscrits Dizayn Fransızca
2012 Heritage culturel de l'Azerbaidjan : les tapis Dizayn Fransızca
2012 Heritage culturel de l'Azerbaidjan : les instruments de musique Dizayn Fransızca [31]
2012 L'Europe Aux Yeux Des Enfants Azerbaïdjan (azərb. Avropa Azərbaycan uşaqlarının gözu ilə‎) Dizayn Fransızca
2012 Musique Azerbaïdjanaise - Jazz (azərb. Azərbaycan musiqisi - caz‎) Dizayn Fransızca
2013 La peinture en Azerbaà djan (anthologie) Dizayn Fransızca
2013 Musee National des Beaux-Arts d'Azerbaïdjan Dizayn Fransızca
2013 Das Museum Für Zeitgenössische Kunst Baku Dizayn Almanca
2013 Histoire de l'Azerbaïdjan Dizayn Fransızca
2013 Mahsati Gandjavi - Roubais Dizayn Fransızca
2013 Низами Гянджеви - Хамсе Dizayn Rusca [32]

Musiqi[redaktə | mənbəni redaktə et]

Albom
Tarix Sənətçi Başlıq İcra etdiyi iş İstinad
2010 Miri Yusif Karma Prodüser d [33]
2011 Miri Yusif Karvan Prodüser d
2011 İlqar Muradov Yavaş - Yavaş Prodüser d
2013 Miri Yusif Ağ Qarğa Prodüser d
2014 Süleyman Ələsgərov Süleyman Ələsgərov 90 Prodüser d
2014 Fərqanə Qasımova Yalnız ona doğru Prodüser d [34]
2018 Aygün Kazımova DUY Prodüser d
2019 Aygün Kazımova 18- Prodüser d [35]
2020 Aygün Kazımova Crystal Hall Prodüser d [36]
2020 Aygün Kazımova By SS Production Prodüser d
2020 Aygün Kazımova Remakes Prodüser d
2020 Miri Yusif 20 Böyük Hit Prodüser d [37]
2021 Aygün Kazımova Я в Нирване Prodüser d [38]
2023 Aisel ON Prodüser d [39][40]
Sinql
2002 Sevda Ələkbərzadə Əlvida Prodüser d
2022 Aisel Şuşa Prodüser d [41]

Konsert[redaktə | mənbəni redaktə et]

Tarix Sənətçi Başlıq Məkan İcra etdiyi iş İstinad
2011 Miri Yusif Adınla bağlı Bakı Caz Mərkəzi Prodüser d
2012 Miri Yusif Miri Yusif - Solo Heydər Əliyev Sarayı Prodüser d
2013 Miri Yusif Miri Yusif - Solo Yaşıl Teatr Prodüser d
2017 Miri Yusif Miri Yusif - Solo Heydər Əliyev Sarayı Prodüser d [42]
2018 Miri Yusif Miri Yusif - Solo Yaşıl Teatr Prodüser d
2018 Aygün Kazımova, David Vendetta, Kahaberi DUY Elektra Events Hall Prodüser d
2019 Zamiq Hüseynov Bu gün bizim günümüz Heydər Əliyev Sarayı Prodüser d [43]
2019 Miri Yusif Miri Yusif - Solo Yaşıl Teatr Prodüser d [44]
2022 Zamiq Hüseynov Var Ol Heydər Əliyev Sarayı Prodüser d
2022 Miri Yusif Miri Yusif - Solo Yaşıl Teatr Prodüser d [45]
2023 Villi Vilyam, DJ Kənan Hüseynov, Aisel 8 Mart Elektra Events Hall Prodüser d [46]

TV Layihələr[redaktə | mənbəni redaktə et]

Tarix Başlıq Məkan İcra etdiyi iş TV İstinad
2006-2007 "Akademiya" musiqili realiti şou Lider TV Prodüser d Lider TV [47]
2009-2010 Pəncərə Xəzər TV Prodüser d Xəzər TV [48]
2021 İstiqlal Yollarında SS Production Prodüser d AZTV
2021 Xarı Bülbül SS Production Prodüser d AZTV
2021 Əbədi Zirvə SS Production Prodüser d AZTV
2021 Yaşat (Miri Yusif) İctimai TV Prodüser d İctimai TV [49]

Tədbirlər[redaktə | mənbəni redaktə et]

Tarix Başlıq İcra etdiyi iş Qeyd İstinad
01.11.2002 Best model of Azerbaijan 2002 Prodüser d
27-29.06.2008 Güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnir Prodüser d
13-18.04.2010 Güləş üzrə Avropa Çempionatı Prodüser d
8-18.07.2011 Güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnir Prodüser d
12-13.05.2012 Sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku Prodüser d
21-27.08.2012 Yeniyetmə güləşçilər arasında dünya çempionatı Prodüser d
4-5.05.2013 Yunan-Roma güləşi üzrə gənclər arasında “Naxçıvan Kuboku” Prodüser d
30.06-01.07.2014 KQM konfransıa Prodüser d
24-25.10.2014 ECHR konfransı b Prodüser d
19-21.11.2014 IACA konfransı c Prodüser d
26.12.2014 Turkish Fashion Day Prodüser d [50]
28-29.04.2015 3-cü Qlobal Bakı Forumu Prodüser d
27-29.11.2015 Güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnir Prodüser d
3-4.11.2018 XIII Nar festivalı Prodüser d
14-16.03.2019 7-ci Qlobal Bakı Forumu Prodüser d
04-06.11.2021 8-ci Qlobal Bakı Forumu Prodüser d
16-18.06.2022 9-cu Qlobal Bakı Forumu Prodüser d
05.04.2022 JW Marriott Absheron 10 illik yubileyi Prodüser d
25.11.2022 Four Seasons Hotel Baku 10 illik yubileyi Prodüser d
15.12.2022 ASAN xidmət 10 illik yubileyi Prodüser d
30.04.2023 Formula 1 Baku 2023 - Himn Mərasimi Prodüser d
06-07.06.2023 "Yenidənqurma və inteqrasiya: energetika, iqtisadiyyat, ətraf mühit və bərabərlik" mövzusunda beynəlxalq konfrans Prodüser d

Qeydlər[redaktə | mənbəni redaktə et]

a.^ “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda Beynəlxalq Konfrans
b.^ “İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının ölkə daxili tətbiqində milli hakimlərin rolu” mövzusunda Beynəlxalq Konfrans
c.^ Beynəlxalq Antikorrupsiya Akademiyasının 3-cü Assambleyası
d.^ Prodüser termini geniş mənada istifadə olunur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Aygün Kazımova yeni albomunu təqdim etdi Arxivləşdirilib 2018-09-10 at the Wayback Machine İstifadə tarixi: 23.05.2022
  2. AYGÜN KAZIMOVANIN “18 -” Layihəsi Xalq artisti şam yeməyinə dəvət edir... Arxivləşdirilib 2019-08-02 at the Wayback Machine İstifadə tarixi: 23.05.2022
  3. Aygün Kazımova "Crystal Hall"u təqdim etdi Arxivləşdirilib 2022-05-23 at the Wayback Machine İstifadə tarixi: 23.05.2022
  4. Azərbaycanın xalq artisti "Nirvana"da - VİDEO Arxivləşdirilib 2021-12-17 at the Wayback Machine İstifadə tarixi: 23.05.2022
  5. Miri Yusif "Karma"mı təqdim etdi - FOTO Arxivləşdirilib 2022-05-23 at the Wayback Machine İstifadə tarixi: 23.05.2022
  6. “Yalnız ona doğru” albomunun təqdimatı olmuşdur Arxivləşdirilib 2022-05-23 at the Wayback Machine İstifadə tarixi: 23.05.2022
  7. MƏDƏNİYYƏTFərqanə Qasımovanın ilk solo diskinin təqdimat mərasimi keçirilib Arxivləşdirilib 2022-05-23 at the Wayback Machine İstifadə tarixi: 23.05.2022
  8. Наргиз Джалилова возвращается в телеэфир - ВИДЕОАНОНС Arxivləşdirilib 2022-05-28 at the Wayback Machine İstifadə tarixi: 28.05.2022
  9. Pəncərə TV şou İMDB-də
  10. Vergilər Nazirliyi əhalini çek tələb etməyə çağırır Arxivləşdirilib 2018-11-09 at the Wayback Machine İstifadə tarixi: 01.06.2022
  11. Bakı-2015: müasir və fərqli piktoqramlar Arxivləşdirilib 2022-06-07 at the Wayback Machine İstifadə tarixi: 07.06.2022
  12. “Balet, ömrüm mənim” filmi bu gün təqdim olunacaq Arxivləşdirilib 2022-05-24 at the Wayback Machine İstifadə tarixi: 24.05.2022
  13. 55 лет вместе: в Баку презентован фильм о народном писателе Анаре и его супруге Земфире Сафаровой (ФОТО) Arxivləşdirilib 2018-02-01 at the Wayback Machine İstifadə tarixi: 24.05.2022
  14. Состоится телеконцерт народного артиста Мири Юсифа под названием «Yaşat» ВИДЕО Arxivləşdirilib 2021-02-04 at the Wayback Machine İstifadə tarixi: 28.05.2022
  15. oxu.az. "Heydər Əliyev Mərkəzi təqdim edir: "Müasir Bakı" videolayihəsi - VİDEO" (az.). news. 4 noyabr 2022. 2022-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 noyabr 2022.
  16. caliber.az. "Музыкально-графический проект «Шуша»: очередной вклад в пропаганду национально-духовного наследия Карабаха" (rus). news. 7 noyabr 2022. 2022-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 noyabr 2022.
  17. publika.az. "Aysel yeni layihə üçün kamera qarşısına keçdi - VİDEO" (az.). xəbər. 3 mart 2023. 3 aprel 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 mart 2023.
  18. oxu.az. "AİSEL-dən "ON"luq layihə - FOTO/VİDEO" (az.). xəbər. 4 fevral 2023. 29 mart 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2023.
  19. iticket.az. "Willi William, DJ Kenan Drums, Aisel - 8 Mart konsert - AFİŞA" (az.). xəbər. 4 fevral 2023. 5 aprel 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2023.
  20. Arif Məlikovun baleti haqqında sənədli film çəkilib Arxivləşdirilib 2022-05-18 at the Wayback Machine İstifadə tarixi: 18.05.2022
  21. “Balet, ömrüm mənim” filmi təqdim olundu Arxivləşdirilib 2022-05-24 at the Wayback Machine İstifadə tarixi: 24.05.2022
  22. “Ardı yaşanılır” sənədli filminin təqdimatı keçirildi Arxivləşdirilib 2022-05-18 at the Wayback Machine İstifadə tarixi: 18.05.2022
  23. 12xal.com. "3 AVROVİZİYA ULDUZU VƏ EYNİ GÜNDƏ MAHNI TƏQDİMATI" (az.). xəbər. 3 mart 2023. 28 mart 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 mart 2023.
  24. olay.az. "Bu il başqa Aisel görəcəksiniz!" (az.). news. 3 fevral 2023. 2023-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2023.
  25. 1news.az. "Архитектура города Шуша «ожила» в музыкальном проекте с участием AISEL - ФОТО – ВИДЕО" (rus). news. 7 noyabr 2022. 2022-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 noyabr 2022.
  26. apa.az. "Heydər Əliyev Mərkəzi təqdim edir: "Müasir Bakı" videolayihəsi - VİDEO" (az.). news. 4 noyabr 2022. 2022-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 noyabr 2022.
  27. "Aygün Kazımovadan daha bir yenilik — "Duy"". 2022-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-27.
  28. Aygün Kazımova yeni klipini təqdim edib Arxivləşdirilib 2022-05-28 at the Wayback Machine İstifadə tarixi: 28.05.2022
  29. Клип народной артистки и репера покажут на турецком ТВ Arxivləşdirilib 2022-05-29 at the Wayback Machine İstifadə tarixi: 29.05.2022
  30. "Zamiq Hüseynov Uçduq İMDB-də". 2022-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-28.
  31. Heritage culturel de l'Azerbaidjan : les instruments de musique Cartonné – 1 janvier 2012 Arxivləşdirilib 2022-05-18 at the Wayback Machine İstifadə tarixi: 18.05.2022
  32. Хамсе. Низами Гянджеви (Изоматериал) : миниатюры : (альбом) /(Дж. Гасанзаде ; над книгой работали П. Исмаилова, А. Мамедова ; портр. Низами Гянджеви Э. Шахтахтинская ; дизайн SS Production ; Фонд Гейдара Алиева. Arxivləşdirilib 2022-05-26 at the Wayback Machine İstifadə tarixi: 26.05.2022
  33. Miri Yusifin "Karma"sı Arxivləşdirilib 2010-12-03 at the Wayback Machine 01.12.2010, Istifadə tarixi: 17.12.2014
  34. “Yalnız ona doğru” Arxivləşdirilib 2022-05-18 at the Wayback Machine İstifadə tarixi: 18.05.2022
  35. Aygündən “18-” layihə: Onunla duet oxumaq istəyənlər... Arxivləşdirilib 2022-05-18 at the Wayback Machine İstifadə tarixi: 05.12.2022
  36. Aygün Kazımova "Crystal Hall"u təqdim etdi Arxivləşdirilib 2022-05-23 at the Wayback Machine İstifadə tarixi: 23.05.2022
  37. Miri Yusif karaoke albomunu təqdim etdi - FOTO/VİDEO Arxivləşdirilib 2022-05-28 at the Wayback Machine İstifadə tarixi: 28.05.2022
  38. Bunu Azərbaycanda ilk dəfə Aygün Kazımova etdi Arxivləşdirilib 2021-12-18 at the Wayback Machine İstifadə tarixi: 18.12.2021
  39. publika.az. "Aysel yeni layihə üçün kamera qarşısına keçdi - VİDEO" (az.). xəbər. 3 mart 2023. 3 aprel 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 mart 2023.
  40. oxu.az. "AİSEL-dən "ON"luq layihə - FOTO/VİDEO" (az.). xəbər. 4 fevral 2023. 29 mart 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2023.
  41. medeniyyet.az. ""Şuşa" musiqili-qrafik layihəsi təqdim olunub" (az.). news. 8 noyabr 2022. 2022-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 noyabr 2022.
  42. Самые яркие моменты трехдневных аншлаговых концертов Мири Юсифа – ФОТО Arxivləşdirilib 2022-05-29 at the Wayback Machine İstifadə tarixi: 29.05.2022
  43. “Bu günü çoxdan gözləyirdim” – Zamiq Hüseynov Arxivləşdirilib 2019-11-16 at the Wayback Machine İstifadə tarixi: 22.05.2022
  44. Miri Yusif üç günlük solo konsert barədə danışıb - FOTO+VİDEO Arxivləşdirilib 2019-05-15 at the Wayback Machine İstifadə tarixi: 22.05.2022
  45. Miri Yusifin konsertində anşlaq - FOTO/VİDEO Arxivləşdirilib 2022-07-03 at the Wayback Machine İstifadə tarixi: 06.07.2022
  46. azerforum.com. "Martda Bakı tamaşaçılarını COŞDURACAQ MƏŞHURLAR - SİYAHI" (az.). news. 23 fevral 2022. 2023-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 fevral 2022.
  47. ""Akademiya" musiqili realiti şousu İMDB-də". 2022-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-06.
  48. Гюнель Анаргызы: «Главная цель программы «Pəncərə» - просвещение и повышение культурного уровня» - ИНТЕРВЬЮ Arxivləşdirilib 2022-05-18 at the Wayback Machine İstifadə tarixi: 18.05.2022
  49. Yanvarın 31-də Xalq artisti Miri Yusifin "Yaşat" adlı televiziya konserti olacaq. Arxivləşdirilib 2022-05-28 at the Wayback Machine İstifadə tarixi: 28.05.2022
  50. Turkish Fashion Day в Баку. Как это было? – ФОТО Arxivləşdirilib 2022-05-18 at the Wayback Machine İstifadə tarixi: 18.05.2022