Sacilər dövləti


SacilərƏrəb əsarətinə qarşı mübarizə dövründə Azərbaycanda yaranmış güclü [1] dövlətlərindən biri idi. Sacilər dövləti Azərbaycanı, İranı, qismən Türkiyəİraq ərazilərini əhatə etmiş dövlətdir. Dövlətin əsasını 898-ci ildə Məhəmməd İbn Əbu Sac qoymuşdur.

Tarixi dövlət
Sacilər
Sacilər dövləti
İndiki sərhədlərlə Sacilər dövrünün hüdudlarının müqayisəsi
İndiki sərhədlərlə Sacilər dövrünün hüdudlarının müqayisəsi
 
 
889 — 929

Paytaxt Marağa
Dilləri fars dili
Rəsmi dilləri türk
Dövlət dini sünni islam
İdarəetmə forması Monarxiya
Davamiyyət
 →
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sacilər dövləti - Məhəmməd ibn Əbu Sac tərəfindən əsası qoyulmuş dövlətin paytaxtları müxtəlif vaxtlarda Marağa və Ərdəbil şəhərləri olmuşdur. Dövlət 941-ci ildə süqut etmişdir.

Sülalənin mənşəyi

[redaktə | mənbəni redaktə et]

Sacilər dövlətini Sacilər yaratmışlar. Sacilər mənşəcə Mərkəzi Asiyanın Əşrusən[q 1] vilayətindən idilər. Azərbaycan mənbələrində onların türk mənşəli,[2] Qərb mənbələrində isə soqd mənşəli olduğu qeyd edilir.[3][4] Mənbələrin məlumatına görə, Əbu Sac Divdad Afşin titullu türk əmirləri nəslindən olan adlı-sanlı sərkərdə idi.[5] M.X.Şərifli qeyd edir ki, bu dövlətin tarixi son vaxtlaradək ətraflı öyrənilmirdi. Bu dövlətin meydana gəlməsi, tərəqqisi və süqutu tarixi tədqiqatçıların diqqətindən yayınmışdır.[6]

Professor P.K.Juze qeyd edir ki, "Sacilər IX əsrin ikinci yarısında meydana gəlib, Azərbaycana bir neçə bacarıqlı hökmdar verən türk sülaləsindən sayılır. Sacilərin nümayəndəsi olan Əbu Sac Divdad Usruşanda dağlıq Cankakat kəndindədir. Bu sülalə Xilafət qarşısındakı xidmətlərinə görə Xilafətin çox böyük əyaləti olan Azərbaycanı bir mülk kimi almışdı."[7]

Bəzi müəlliflər isə, Sacilərin türk yox soğd mənşəli olduğunu yazırlar. Klifford Edmund yazır ki, Sacilər soğd mənşəli sülalə idilər və Sacilər sülaləsinin nümayəndələri bir qayda olaraq, Afşin titulu daşıyırdılar.[8] V.Minorski isə onun fikrini təsdiqləyərək bildirir: "Onlar Orta Asiyanın Əşrusən (Usruşana) vilayətinin qədim soğd nəsillərindən idilər. Ərəb ordusunun bir çox məşhur sərkərdələri, о sıradan Afşin Heydər ibn Kavus bu torpaqdan çıxmışdılar. Bəzi mənbələrdə türk kimi anılıblar, lakin onu da qeyd etmək lazımdır ki, o vaxtı ərəblər Orta Asiyadan çıxan bütün xalqları, tayfaları türk sayırdılar".[9][10][11][12][13]

Əbu Sac Divdad

[redaktə | mənbəni redaktə et]

IX əsrdə xilafətə qarşı mübarizə şəraitində Azərbaycanda meydana gələn feodal dövlətlərindən biri Sacilər dövləti idi. Xilafətin zəifləməsi nəticəsində vilayət hakimlər ilə yanaşı, ayrı-ayrı sərkədələrin də nüfuzu artır, mövqeyi güclənirdi. Belə sərkərdələrdən biridə əslən Mərkəzi Asiya türklərindən olan Əbu sac Divdad olmuşdur. Xəlifənin apardığı mübarizələrdə sədaqəti və Bizansa qarşı döyüşlərdə qəhrəmanlığı ilə Xəlifənin etibarını qazanan Əbu Sac Divdad Azərbaycana hakim təyin edilir və bununla da yeni sülənin əsası qoyulur. Bu sülalənin nümayəndələri afşin titulunu daşıyırdılar.

Məhəmməd ibn Əbu Sac

[redaktə | mənbəni redaktə et]

Dövlətin əsası 879-cu ildə Əbu Sac Divdad oğlu Məhəmməd ibn Əbu Sac tərəfindən qoyulmuşdur. Hakimiyyəti dövründə, Marağa hakimliyini, Dəbil dövlətini öz dövlətinə birləşdirmiş (893), Gürcüstana uğurlu yürüşlər etmiş, öz adına pul kəsdirmişdir.

Yusif ibn Əbu Sac

[redaktə | mənbəni redaktə et]

Yusif ibn Əbu Sacın dövründə Sacilər dövləti daha da qüvvətləndi.912-ci ildən etibarən xilafət xəzinəsinə ilbəil bac göndərilməsi tamamilə dayandırıldı. Yusif ibn Əbu Sac ermənigürcü hakimlərinin qoşunlarını ağır məğlubiyyətə uğratdı. Ermənistan ərazisini, TiflisKaxeti ələ keçirdi. Azərbaycan torpaqları hesabına genişlənməyə çalışan erməni və gürcü hakimləri özləri Azərbaycan Sacilər dövlətindən asılı vəziyyətə düşdülər. Sacoğulları Şirvanşahlar dövlətini də özlərinə tabe etdilər. Beləliklə, Azərbaycan Sacilər dövləti X əsrin əvvəlləri üçün Zəncandan Dərbəndə qədər bütün Azərbaycan torpaqlarını əhatə edirdi. Sacilər dövlətinin şərq sərhədləri Xəzər dənizi sahillərindən başlanır, qərb sərhədləri Ani və Dəbil şəhərlərinə qədər uzanıb gedirdi.[14]

Yusif ibn Əbu Sac dövlətin şimal sərhədlərini möhkəmləndirmək üçün Dərbənd səddini təmir etdirdi: səddin dənizin içərisində olan, uçub dağılmış hissəsini yenidən qurdurdu. Yusif ibn Əbu Sacın adından Bərdə, MarağaƏrdəbildə pullar kəsilməsi o zaman Azərbaycanın müstəqil bir dövlət kimi Abbasilər xilafətindən asılı olmadığını göstərirdi.[14]

  1. Bəzi mənbələrdə Usruşana deyilir.
  1. C. E. Bosworth, "AZERBAIJAN iv. Islamic History to 1941" in Encyclopaedia Iranica. [1] Arxivləşdirilib 2013-03-11 at the Wayback Machine(accessed November 2010). Quote: "In ca. 279/892 the caliph Moʿtażed appointed one of his generals, Moḥammad b. Abi’l-Sāj, an Iranian from Central Asia, as governor of Azerbaijan and Armenia, and the family of the Sajids"
  2. Nuriyeva İradə.s.63.
  3. Clifford Edmund Bosworth, The New Islamic Dynasties: A Chronological and Genealogical Manual, Columbia University, 1996. pg 147: "The Sajids were a line of caliphal governors in north-western Persia, the family of a commander in the 'Abbasid service of Soghdian descent which became culturally Arabised."
  4. V. Minorsky, Studies in Caucasian history, Cambridge University Press, 1957. pg 111
  5. Azərbaycan tarixi.s.237.
  6. Ziya Bünyadov.s.259.
  7. Ziya Bünyadov.s.259–260.
  8. Clifford Edmund Bosworth. The New Islamic Dynasties: A Chronological and Genealogical Manual. — Columbia University, 1996. — С. 147.
  9. "The name Turk was given to all these troops, despite the inclusion amongst them of some elements of Iranian origin, Ferghana, Ushrusana, and Shash – places were in fact the centers were the slave material was collected together"(ʻUthmān Sayyid Aḥmad Ismāʻīl Bīlī, "Prelude to the Generals", Published by Garnet & Ithaca Press, 2001.)
  10. "These new troops were the so-called "Turks". It must be said without hesitation that this is the most misleading misnomer which has led some scholars to harp ad nauseam on utterly unfounded interpretation of the following era, during which they unreasonably ascribe all events to Turkish domination. In fact the great majority of these troops were not Turks. It has been frequently pointed out that Arabic sources use the term Turk in a very loose manner. The Hephthalites are referred to as Turks, so are the peoples of Gurgan, Khwarizm and Sistan. Indeed, with the exception of the Soghdians, Arabic sources refer to all peoples not subjects of the Sassanian empire as Turks. In Samarra separate quarters were provided for new recruits from every locality. The group from Farghana were called after their district, and the name continued in usage because it was easy to pronounce. But such groups as the Ishtakhanjiyya, the Isbijabbiya and groups from similar localities who were in small numbers at first, were lumped together under the general term Turks, because of the obvious difficulties the Arabs had in pronouncing such foreign names. The Khazars who also came from small localities which could not even be identified, as they were mostly nomads, were perhaps the only group that deserved to be called Turks on the ground of racial affinity. However, other groups from Transcaucasia were classed together with the Khazars under the general description."(M.A. Shaban, "Islamic History", Cambridge University Press, v.2 1978. Page 63)
  11. "In reference to the first two centuries of Islam, the term "Turk" as used by Arabic and Persian sources presents difficulties. The Muslim authors mean different things by the term, depending on their era, proximity to Inner Asia and knowledge of the region. It can overlap with other ethnic names (e.g. "Soghdian, Khazar, Farghanian"). (D. Pipes. Turks in Early Muslim Service — JTS, 1978, 2, 85–96.)
  12. V. Minorsky. Studies in Caucasian history. — Cambridge University Press, 1957. — С. 111.
  13. C.E. Bosworth. Encyclopaedia of Islam / Edited by C.E. Bosworth, E. van Donzel, W.P. Heinrichs and G. Lecomte, Assisted by P.J. Bearman and Mme S. Nurit. — 1995. — Т. 8. — С. 745:. — ISBN 90-04-09834-8.
  14. 1 2 Süleyman Əliyarlı. Azərbaycan tarixi. Bakı: Çıraq. 2009. səh. 209.
  • Azərbaycan tarixi. Yeddi cilddə. II cild (III–XIII əsrin I rübü). Bakı, "Elm", 2007. 608 səh. — 24 səh.
  • Ziya Bünyadov. Azərbaycan VII–IX əsrlərdə. Bakı, "Şərq-Qərb", 2007. 424 səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]