Sultan Rüstəm bəy

Əbülmüzəffər Sultan RüstəmAğqoyunlu dövlətinin hökmdarı (1492–1497)

Sultan Rüstəm
Əbülmüzəffər Sultan Rüstəm
Rüstəm Mirzə dövrünə aid sikkə
Rüstəm Mirzə dövrünə aid sikkə
1492 – 1497
ƏvvəlkiSultan Baysunqur
SonrakıSultan Əhməd
Şəxsi məlumatlar
Doğum tarixi XV əsr
Doğum yeri Təbriz, Ağqoyunlu dövləti
Vəfat tarixi
Vəfat yeri Gürcüstan
Fəaliyyəti şair
Atası Maqsud mirzə

Uzun Həsənin nəvəsi, Maqsud mirzənin oğludur. 1490-cı ildə Sultan Baysunqur tərəfindən həbsə salınmışdı. Bayandur əyanlarından Eybə Sultan adı ilə məşhur olan Dana Xəliloğlu İbrahim tərəfindən həbsdən azad edilmişdir. 1492-ci ildə də hakimiyyəti ələ keçirmişdi.

1492-ci ildə, hakimiyyətə gələrkən etdiyi ilk şey Şeyx Heydərin oğlanlarına Ərdəbilə qayıtmaq icazəsi vermək idi. Lakin 2 il sonra, Eybə Sultan onların yenidən həbs edilməsini əmr etdi.[1] İsmayıl qaçdı.

Beş il hakimiyyətdə qaldıqdan sonra, 1497-ci ildə Gödək Əhməd Osmanlıdan qayıdaraq Diyarbəkirdən hücuma keçdi. Rüstəm Mirzə Gürcüstana qaçdı və orada öldürüldü.[2]

  1. "Ağqoyunlu - Encyclopedia Iranica". 2019-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-06.
  2.  George Sale, George Psalmanazar, Archibald Bower, George Shelvocke, John Campbell, John Swinton — An Universal history, from the earliest account of time, 6. cild

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
Sultan Rüstəm
Doğum: 1457 Vəfat: 1497
Hakimiyyət titulları
Sələfləri 
Sultan Baysunqur

Ağqoyunlular dövləti(آق‌قویونلو) sultanı

1492-1497
Xələfləri 
Gödək Əhməd