Türkiyədə enerji mənbələri azdır, əsasən xaricdən asılı vəziyyətdədir. 1997-cı ildə elektrikin 38,5%-i hidroelektrik olmaqla 71,7%-i yerli mənbələr hesabına təmin olunurdusa, 2020-ci ildə daxildən bu tələbatın ödənilməsinin 35%-ə düşməsi ehtimal edilir.[1]
Adambaşına enerji istehlakı dünyada 1,87 ton neft ekvivalenti, Türkiyədə 1,59 ton neft ekvivalentidir. Adambaşına elektrik istehlakı dünyada 3155 kilovatt-saat, Türkiyədə 3058 kilovatt-saatdır. Dünyada orta hesabla adambaşına karbon emissiyası 4,88 ton, Türkiyədə 4,31 tondur.
İlkin mənbələrin payıː 33,1% neft, 30,3% kömür və 23,7% təbii qaz, 6,4% hidravlik, 4,9% nüvə, 1,6% digər bərpa olunan enerji mənbələri (günəş, külək, bioyanacaq, geotermal) formasında sadalana bilər. Dünyada elektrik ardıcıl olaraq 41% kömürdən, 21% təbii qazdan, 16% isə hidroelektrikdən əldə edilir. 2011-ci ildə 32 228,9 min ton neft ekvivalenti enerji istehsal edilmişdir.
2011-ci ildə Türkiyə 114 480,2 min ton neft ekvivalenti enerji istehlakı ilə dünyada 23-cü yerdədir.
Türkiyədə 2011-ci ildə ilkin enerji mənbələri ardıcıl olaraq 50% qəhvəyi kömür, 14% hidravlik, 8% odun, 8% neft, 5% geotermal istilik, 4% daş kömür kimi sadalana bilər. Enerji istehlakında enerji mənbələrinin payını 33% təbii qaz, 27% neft, 15% daş kömür, 14% qəhvəyi kömür, 4% hidravlik, 2% odun, 2% petrokok, 1% geotermal, 1% bitki-hayvan tullantıları, 1% günəş, 1% geotermal enerji təşkil edir. Enerji ehtiyacının 60%-nin qarşılandığı neft və təbii qaz böyük ölçüdə idxal edilməkdədir.
Enerji mənbələri içində yerlilik payı illər ərzində azalmışdır. Enerji istehlakında yerlilik payı 1990-cı ildə 48,1% olduğu halda, 2011-ci ildə 28,2%-ə qədər azalmışdır.
Nüvə enerjisi, fosil yanacaqlar olan kömür, neft və təbi qaz tükənə bilən enerji növləridir. Dünyada fosil yanacaqlarının qalan istifadə müddəti neftdə 54 il, təbii qazda 64 il, kömürdə 112 ildir.
Türkiyədə fosil yanacaqlarda müəyyən edilən ehtiyatlar; 11.444,9 milyon ton qəhvəyi kömür, 1.334,6 milyon ton daş kömürü, 6,2 milyar m³ təbii gaz, 44,3 milyon ton neft olaraq müəyyən edilmişdir.
Türkiyədə 52.911 Meqavatt elektrik enerjisinə sahib olan elektrik stansiyalarının 64%-i fosil yanacaqlarından istifadə edilən istilik elektrik stansiyalarının 36%-i bərpa olunan enerji ilə işləyən geotermal, külək və hidroelektrik stansiyalardır.
Təbii qaz:1987-ci ildə 500 milyon ton olan istehlak 87 dəfə artaraq 2011-ci ildə 43,874 milyar m³'ə çatmışdır. 2011-ci ildə 16 milyard $ təbii qaz idxal edilmişdir. Təbii qazın 57,9%-i Rusiya, 18,7%-i İran, 9,5%-i Əlcəzair, 8,7%-i Azərbaycandan idxal edilmişdir. Türkiyə gündə 2,17 milyon m³, illik 793,4 milyon m³ təbii gaz istehlsa edir. Təbii qazda istehsal istehlakın 2%-ni qarşılayır.
Kömür: 1974-cü ildə 8,4 milyon ton olan istehsal, 2011-ci ildə 73 milyon tona çatmışdır. 1974-cü ildə 5 milyon ton olan daş kömür istehsalı, 2011-ci ildə 2,62 milyon tona düşmüşdür. Ehtiyat çatışmamazlığından daha çox istehsal edilməyən daş kömürünün defisiti idxal yolu ilə aradan qaldırılmağa çalışılır. 2010-cu ildə 2,75 milyon ton petrokok, 173 min ton kokslaşdırılmış kömür idxal etmiş, 2011-ci ildə 4,1 milyard $, 2005-ci ildə 5 milyard $ ödəmişdir.
Nüvə enerjisi: Nüvə enerjisi əldə etmək üçün uranium və toriumdan istifadə edilir. Dünya uranium ehtiyatı 5.327,2 min ton, Türkiyə ehtiyatı 9.129 tondur. Türkiyə 744 min ton torium ehtiyatı ilə dünyada Hindistandan (846 min ton) sonra ikinci yerdədir. Türkiyənin ilk nüvə elektrik təsisatı Akkuyu Nüvə Enerjisi stansiyası olacaqdır. Sinop Nüvə Enerjisi stansiyası Fransız ve Yapon firmalar ilə birlikdə inşa ediləcək.
Hidravlik, geotermal, biokütlə, günəş və külək enerjisi geniş yayılmış istifadə edilən bərpa olunan enerji mənbələridir. Türkiyənin bərpa olunan enerji potansialə 19 giqavatt olaraq müəyyənləşdirilib.
Hidravlik enerji: Adətən su anbarlarında saxlanılan suyun gücündən elektrik əldə edilməsi ilə reallaşdırılır. Türkiyənin hidroelektrik potansialı il ərzində 36.603 Meqavatt olaraq hesablanmışdır. 2011-ci il elektrik istehsalının 22,8%-inə müvafiq olaraq 53 Teravatt-saat hidroelektrik istehsal edilmişdir. Yəni elektrik stansiyalarının təbii qazlı olmasına görə hidroelektrikin payı illər ərzində azalmışdır. 2004-cü ildə 30,6% olan hidroelektrikin payı 2011-ci ildə 22,8%-ə düşmüşdür.
Geotermal enerji: Türkiyə geotermal enerji ehtiyatına görə dünyada 7-ci yerdədir. 31.500 Meqavatt olan geotermal enerji 5 milyon mənzil isidə biləcək gücdədir. Geotermal elektrik həcmi 4 milyard kWh/il olaraq müəyyən edilmişdir. 2011-ci ildə 7 sahədə 114 MW gücə malik geotermal elektrik stansiyası mövcuddur. 400MW gücə malik 13 sahədə tədqiqatlar davam edir.
Bioenerji: Türkiyədə az miqdarda Biodizel istehsal edən bir firma vardır. Benzin istehlakının 7%-ni qarşılaya bilən stansiyalar olsa da, istehsal benzin istehlakının 2 %-ni qarşılayır. Türkiyədə 2608 milyon m³ bioqaz istehsal potansialı var.
Günəş enerjisi: Günəş batareyaları, günəş stansiyaları və günəş kollektorları vasitəsi ilə günəş enerjisindən istifadə edilir. Su isidilməsində istifadə edilən günəş kollektorlarının gücü dünya üzrə belədirː 118GWt Çin, 9,3GWt Türkiyə, 9,2GWt Almaniya, 4,0GWt Yaponya. Fotovoltaik günəş batareyaları elektrik şəbəkəsinin olmadığı sahələrdə; dəniz fənəri, işıqforlar ve işarələr, park və yolların işıqlandırılması, su mühərriklərində istifadə edilir. Türkiyədə günəş enerjisi gücünün 5 MW olması ehtimal edilir.
Külək enerjisi: Türkiyə 2011-ci ildə 1729 MW güç ehtiyatı ilə dünyada 17-ci yerdədir. Enerjinin 3,2%-nə başa gələn külək stansiyalarından 2011-ci ildə istehsalın cəmi 2,07%-nə bərabər olan 4726 milyard kWh istehsal edilmişdir. Türkiyəde külək gücünü elektrikə çevirən külək stansiyaları Manisa, İzmir, Balıkəsir, Hatay, Osmaniyeə, İstanbul, Çanaqqala illərindədir.