2021 Türkiyə meşə yanğınları — 2021-ci ilin iyul-avqust aylarında Türkiyənin cənub regionlarındakı meşələrdə baş vermiş[3][4][5] ölkə tarixindəki ən pis meşə yanğınları mövsümü.[6] Böyük qismi Aralıq dənizi, Egey, Mərmərə ve Cənub-şərqi Anadolu regionlarındakı 47 ildə yaranmış 239 meşə yanğınında[7] 9 nəfər həyatını itirmiş, yüzminlələ hektar meşə və yaşayış yeri külə dönmüş və minlərcə heyvan tələf olmuşdur.
Meşə yanğınları 28 iyul 2021-ci il tarixində ilk olaraq AntalyanınManavqat ilçəsində, təxminən 37 °C (99 °F) temperatur ilə başlamışdır.[5][8][9] Yanğın küləyin və isti hava temperaturunun da təsiri ilə yaşayış yerlərinə sıçramışdır.[10] 30 iyul tarixində Adana, Osmaniyyə, Mersin və Kayseri daxil olmaqla ümumilikdə 17 ildə[11] eyni vaxtda yanğın baş vermişdir.[12][13][14][15] 8 Avqust 2021-ci il tarixinə olan məlumata görə Muğlada altı yanğın hələ də söndürülməmişdir.[16]
Yanğınlar 2021-ci ildə dünyada yaranmış ekstremal hava şəraitindən sonra baş vermişdir.[17] Hər il yay aylarında Türkiyənin Aralıq dənizi və Ege regionlarında meşə yanğınları yaranır.[1] Lakin 2021-ci ilin may ayı son 50 ilin ən istisi may ayı idi[18] və ölkə daxilində Türkiyədəki iqlim dəyişikliyindən qaynaqlandığı ehtimal edilən quraqlıq yaranmışdır.[17][19] Bunun ardınca iyunun ortalarına qədər 1 °C-dən aşağı olan müsbət temperatur anomaliyaları və bol yağıntı müşahidə edilsə də, bu, 26–27 iyun tarixlərində Kaş, Tarsus və Marmarisdə baş verən yanğınlara mane olmadı.[18][20] İyul ayının ikinci yarısında daha güclü istilər müşahidə edilmiş, bəzi bölgələrdə 12 °C -ə qədər müsbət temperatur anomaliyası yaranmış və mövsümi gündüz istiliyinin 27 °C (81 °F) civarında olduğu İstanbulun şimalında temperatur 36 °C (97 °F) olaraq qeyd edilmişdir.[21][22][23] Bundan başqa Türkiyənin cənub-şərqindəki Cizrə şəhərində havanın temperaturu 49 °C (120 °F) civarında qeydə alınmışdır ki, bu da ölkə miqyasında son 60 il üçün ən yüksək temperaturdur.[17]
Kopernik proqramına aid peyklər gündəlik maksimum temperatur intensivliyinin təxminən 20 giqavatt olduğunu ölçmüşdürlər ki, bu da əvvəlki rekorddan 4 dəfə çoxdur.[24]
28 iyul saat 12:00 radələrində Manavqatın Yeniköy məhəlləsi yaxınlığındakı meşəlik ərazidə meşə yanğını meydana gəlmişdir.[25] Manavqat bələdiyyə başçısı Şükrü Sözən "Yanğının ölçüsü çok böyükdür. Nə ilə mübarizə etdiyimizi bilmirik" deyərək yanğının ilçə mərkəzinə çatdığını bildirib.[9] Manavqat kaymakamı Mustafa Yiğit isə "Görülməmiş bir şey. Çox üzücü. Bu günə qədər belə bir şey görməmişəm. Yanğın evlərə çatıb, yaralılar var" demişdir.[9][25] Antalya Böyükşəhər Bələdiyyə başçısı Muhittin Böcek yanğının 4 bölgədə başlamasının düşündürücü olduğunu söyləyib.[10] O, yanğının söndürülmsəi üçün 10 ildən 19 helikopterin göndərildiyi ve 9 ildən 412 nəfərlik heyətin tapşırıldığını qeyd edib.[9] AFAD tərəfindən edilən açıqlamada ətrafdakı yaşayış yerlərinin təhliyə edildiyi bildirilmişdir.[26]
Yanğınlarda ən azı 2-si yanğınsöndürən olmaqla 8 nəfər həyatını itirmişdir.[27]Antalyada 18, Adana və Mersində isə 16 kənd boşaldılmışdır.[14] Zərər görənlərin çoxu tüstüdən qaynaqlanır.[2]Bodrumdakı 2 oteldə 4000-dən çox turist və işçi Türkiyə Sahil Mühafizə Xidməti tərəfindən[28] xüsusi qayıqların köməyi ilə dəniz yolu ilə təxliyə edilmişdir.[11][24] Ətraf və Şəhərsalma naziri Murat Kurum zərər görmüş 100-dən çox binanın söküləcəyini söyləyib.[29] Prezident Rəcəb Tayyib Ərdoğan 31 iyulda 5 cənub əyalətinin bir hissəsini fəlakət zonası elan etmişdir.[30][31]
Kənd Təsərrüfatı və Meşə Naziri Bəkir Pakdemirli 3 təyyarə, 38 vertolyot və təxminən 4 000 yanğınsöndürənin yanğınlarla mübarizə apardığını söyləmişdir.[1] O, iyulun 30-da 71 yanğından 57-nin nəzarət altında olduğunu qeyd edib.[29] O, həmçinin 2000-dən çox kənd təsərrüfatı heyvanının öldüyünü bildirib.[31] AFAD-ın 29 iyulda verdiyi məlumatda 58 nəfərin hələ də xəstəxanada olduğu bildirilmişdir.[32]
Yanğınla mübarizədə 485 su tenderi[33] və 660 buldozerlə[29] birlikdə dronlardan da istifadə edilmişdir.[11] İyul ayında əsən güclü küləklər yanğının söndürülməsini çətinləşdirib.[33]
Avqustun 3-də Radio və Televiziya Ali Şurası Türkiyədəki mediaya bu mövzuda çox mənfi yanaşmamaları barədə xəbərdarlıq etmişdir.[34]
Avqustun ilk günlərində qərbdə yeni yanğınlar başladı.[35] 4 avqust stansiyaya çatan yanğın səbəbiylə Muğla ilindəki Kemerköy elektrik stansiyası boşaldıldı.[36] Elə həmin gün əyalətdəki bəzi digər insanlar da dəniz yolu ilə təxliyə edilib.[37] 7 avqustda Antalyada yağan yağış ərazidəki yanğınların nəzarət altına alınmasına kömək etsə də, Muğlanın 5 ilçəsində davam edən 13 yanğın hələ də aktiv olaraq qalıb.[38]
Azərbaycan, Rusiya, Ukrayna, İran[4] və AB[39] tərəfindən Türkiyəyə amfibiya təyyarə də daxil olmaqla təyyarələr göndərilib.[29] Azərbaycan meşə yanğınlarının söndürülməsi üçün 53 yanğınsöndürən maşın, həmçinin bir neçə təcili yardım maşını və 500 yanğınsöndürən göndərmişdir.[40]Yunanıstan yardım təklif etsə də, rədd edilmiş,[41][42] Pakdemirli açıqlamasında hökumətin yalnız beş tondan az su daşıya biləcək təyyarə təkliflərini rədd etdiyini söyləmişdir.[43] Bir çox başqa ölkələr və beynəlxalq təşkilatlar da ölkəyə yardım təklif etmişdirlər.[44][45]
Boğaziçi Universitetiiqlimşünası Levent Kurnaz son dərəcə isti və quru havanın yanğınların başlamasına təkan verdiyini söyləmişdir.[24] Bəzi meteoroloqlar isə səbəb olaraq Fön təsirini qeyd etmişdir.[46] Türk Torpaq Eroziyası ilə Mübarizə Vəqfi ilə çalışan meşəçilik mütəxəssisi Hikmet Öztürk meşə yanğınlarının demək olar ki, həmişə insanlar tərəfindən başladılmasına baxmayaraq, iqlim dəyişikliyinin də yanğının yayılmasını təsir etdiyini söyləmişdir.[31]Daxili işlər naziriSüleyman Soylu meşə yanğınlarının qəsdən törədilməsini iddia etmək üçün hələ də "heç bir təhlükəsizlik kəşfiyyatı" aparılmadığını qeyd edib.[47] 2021-ci ilin avqust ayından etibarən ehtimal olunan yandırırlma və ya səhlənkarlıq da daxil olmaqla yanğınların səbəbləri ilə bağlı rəsmi araşdırma davam edir.[48][49]
Yaralılar üçün hökumət krediti ödənişləri təxirə salındı və zərər üçün ödəmələr edildi, kiçik sahibkarlara isə faizsiz kredit vəd edildi. Bəzi meşələrə payıza qədər ictimai giriş qadağan edilib.[51]
Müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu, yanğınların çoxunun Tavr dağlarının dik ətəklərində baş verdiyi üçün təyyarələrin yanğınları nəzarət altında saxlamaqda daha təsirli olacağını, kifayət qədər təyyarə tədarükünün vacib olduğunu müdafiə etdi və Türk Hava Qüvvələri Birliyinin təklif vermə qabiliyyətini məhdudlaşdırdığını iddia edərək hökuməti tənqid etmişdir.[52] O, daha sonra prezidentin Türkiyədəki iqlim böhranına və quraqlığa məhəl qoymadığını söyləyib.[53] Digər müxalifət partiyalar da nazirliyi tənqid ediblər: Xalqların Demokratik Partiyasından Selahattin Demirtaş hökuməti səriştəsiz adlandırmış, İyi Partiyanın lideri Meral Akşener isə keçən il təyyarə çatışmazlığı ilə əlaqədar nazirliyə xəbərdarlıq etdiyini söyləmişdir.[52] Pakdemirli, nazirliyin 2021-ci ilin sonuna qədər yanğınsöndürən təyyarələr alacağını söyləyib.[52] Prezident bələdiyyələrin də yanğın söndürmədən məsul olduğunu söyləsə də, bələdiyyə başçıları böhran koordinasiya yığıncaqlarına dəvət almadıqlarını söyləmişdir.[54] Prezident avqust ayında fəlakət bölgəsini gəzmiş və bir ay ərzində yenidən qurma işlərinin başlayacağını söyləmişdir.[55]