Türkiyə Cümhuriyyətinin Prezidenti Türkiyə Cümhuriyyətinin dövlət başçısıdır.
24 iyul 1923-cü ildə Lozanna sülh müqaviləsi imzalandıqdan və Türkiyə Böyük Millət Məclisinin beynəlxalq səviyyədə tanınmasından sonra, 1923-cü il oktyabrın 29-da Osmanlı İmperiyasının varisi olan Türkiyə Cümhuriyyətinin yaradılması elan edildi; elə həmin gün Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Kamal Paşa onun prezidenti seçildi. 3 mart 1924-cü ildə Osmanlı xilafəti tamamilə ləğv edildi.[1][2][3]
1950-ci ildən 9 iyul 2018-ci ilədək prezidentlik əsasən təntənə rolu daşıyırdı, eyni anda prezident Türkiyə Cümhuriyyətini təmsil edirdi və türk millətinin birliyini simvolizə edirdi, Konstitusiyanın həyata keçirilməsi və digər dövlət orqanlarının qarşılıqlı həmahəng fəaliyyətini təmin edirdi. 2017-ci ildə keçirilmiş referendumda hökumətin respublika prezidentinə tabe olmasını nəzərdə tutan parlament idarəetmə formasından prezident respublikasına keçid və baş nazir vəzifəsinin ləğvini ehtiva edən 18 dəyişiklik təsdiq edildi. Konstitusiyanın 101–106-cı maddələri namizədlərə qoyulan tələbləri, seçki proseduru, prezidentin vəzifə və məsuliyyətlərini müəyyən edir. Daha əvvəl prezident Türkiyə parlamentinin üzvləri tərəfindən seçilirdi; 2007-ci ildə Konstitusiyaya edilmiş düzəlişlərdən sonra prezident vətəndaşların birbaşa səsvermə yolu ilə seçilir (ilk birbaşa seçkilər 2014-cü ildə keçirildi). Prezident qanunverici işlərdə fəal iştirak etmək imkanına malikdir: parlamentin qəbul etdiyi qanun layihələrini yenidən baxılması üçün qərar vermək, qanun layihələrini müzakirəyə təqdim etmək, Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirmək, fərmanlar vermək (hansıları ki Konstitusiya ilə müəyyən edilmiş hallarda Baş nazir və müvafiq nazir təsdiq etməlidilər). Prezident parlament üzvlərinin ümumi sayının ən azı 1/3 hissəsi və onların ümumi üzvlərinin ən azı 3/4 qərarı ilə dövlətə xəyanət etdiyinə görə vəzifəsindən kənarlaşdırıla bilər.[4][5]
Cədvəlin ilk sütununda istifadə olunan nömrələmə şərtidir. İlk sütunda istifadə olunan rəngləmə də şərtidir, hansı ki partiya mənsubiyyətini əks etdirən sütuna baxmadan şəxslərin müxtəlif siyasi qüvvələrə mənsubiyyətininin daha sadə mənimsəməsinə xidmət edir. Dalbadal bir neçə dəfə seçilən prezidentin hər səlahiyyət müddəti ayrıca əks olunub (məsələn, ardıcıl dörd dəfə seçilən (1923–1938-ci illər) Mustafa Kamal Atatürkün səlahiyyət müddətləri). Siyahıda dövlət başçılarının səlahiyyətlərinin fərqli xasiyyəti də əks olunub (məsələn, 1960-cı ildən 1966-cı ilədək dövlət başçısı olan Camal Gürsəl səlahiyyət müddəti iki dövrə bölünüb: Milli Birlik Komitəsinin rəhbəri və seçilmiş prezident olduğu vaxtlar. "Seçkilər" sütununda prezident seçən parlamentin tərkibini formalaşdıran seçki prosedurları göstərilir, 2014-cü ildən isə birbaşa prezident seçkiləri göstərilib. "Partiya" sütununda partiya mənsubiyyəti ilə yanaşı şəxslərin bitərəf (partiyasız) statusu və ya partiyasız siyasi qüvvə olaraq çıxış etdikdə silahlı qüvvələrə aidiyyəti əks olunub.
Legenda: 1 — parlamentli respublika; 2 — diktatura; 3 — prezident respublikası
CXP Demokrat Partiyası ordu bitərəf Ədalət Partiyası Ana Vətən Partiyası Doğru Yol Partiyası Ədalət və İnkişaf Partiyası
Şəkli | Adı (doğum və vəfat tarixi) |
Səlahiyyəti | Partiya | Seçkilər[şərh 1] | İst. | ||
---|---|---|---|---|---|---|---|
Başlaması | Bitməsi | ||||||
1 | Mustafa Kamal Paşa (1881–1938) türk. Mustafa Kemal Paşa 24 noyabr 1934-cü ildən— Kamal Atatürk[şərh 2] türk. Kemal Atatürk |
29 oktyabr 1923 | 1 noyabr 1927 | Xalq Partiyası → Cümhuriyyət Xalq Partiyası[şərh 3] | 1923 | [6][7][8] | |
1 noyabr 1927 | 4 may 1931 | 1927 | |||||
4 may 1931 | 1 mart 1935 | 1931 | |||||
1 mart 1935 | 10 noyabr 1938[şərh 4] | 1935 | |||||
и.о.[şərh 5] | Mustafa Əbdülxaliq Renda (1881–1957) türk. Mustafa Abdülhalik Renda |
10 noyabr 1938 | 11 noyabr 1938 | Cümhuriyyət Xalq Partiyası | [9][10] | ||
2 | İsmət İnönü (1884–1973) türk. İsmet İnönü |
11 noyabr 1938 | 3 aprel 1939 | Cümhuriyyət Xalq Partiyası | 1938 | [11][12] | |
3 aprel 1939 | 8 mart 1943 | 1939 | |||||
8 mart 1943 | 5 avqust 1946 | 1943 | |||||
5 avqust 1946 | 22 may 1950 | 1946 | |||||
3 | Mahmud Cəlal Bayar (1883–1986) türk. Mahmut Celâl Bayar |
22 may 1950 | 14 may 1954 | Demokrat Partiyası | 1950 | [13][14][15] | |
14 may 1954 | 1 noyabr 1957 | 1954 | |||||
1 noyabr 1957 | 27 may 1960[şərh 6] | 1957 | |||||
— | Milli Birlik Komitəsi (38 üzv) Komitənin rəhbəri — general Camal Gürsəl |
27 may 1960[şərh 7] | 26 oktyabr 1961 | ordu | [16][17] | ||
4 | general
Camal Gürsəl |
26 oktyabr 1961 | 2 fevral 1966[şərh 8] | bitərəf | 1961 | ||
и.о.[şərh 5] | İbrahim Şövqü Atasagun (1899–1984) türk. İbrahim Şevki Atasagun |
2 fevral 1966 | 28 mart 1966 | bitərəf | [18][19] | ||
5 | Cövdət Sunay (1899–1982) türk. Cevdet Sunay |
28 mart 1966 | 28 mart 1973 | bitərəf | 1966 | [20][21][22] | |
и.о.[şərh 5] | Mehmet Tekin Arıburun (1905–1993) türk. Mehmet Tekin Arıburun |
28 mart 1973 | 6 aprel 1973 | Ədalət Partiyası | [23][24] | ||
6 | Fəxri Sabit Qorutürk (1903–1987) türk. Fahri Sabit Korutürk |
6 aprel 1973 | 6 aprel 1980 | bitərəf | 1973 | [25][26] | |
и.о.[şərh 5] | İhsan Səbri Çağlayangil (1908–1993) türk. İhsan Sabri Çağlayangil |
6 aprel 1980 | 12 sentyabr 1980 | Ədalət Partiyası | [27][28] | ||
— | Milli Təhlükəsizlik Şurası (MTŞ rəhbəri — general Əhməd Kənan Evrən) |
12 sentyabr 1980 | 9 noyabr 1982 | ordu | [29][30] | ||
7 | Əhməd Kənan Evrən (1917–2015) türk. Ahmet Kenan Evren |
9 noyabr 1982 | 9 noyabr 1989 | müstəqil | 1982[şərh 9] | ||
8 | Xəlil Turqut Özal (1927–1993) türk. Halil Turgut Özal |
9 noyabr 1989 | 17 aprel 1993[şərh 4] | Ana Vətən Partiyası | 1989 | [31][32][33] | |
и.о.[şərh 5] | Əhməd Hüsaməddin Cindoruk (1933—) türk. Ahmet Hüsamettin Cindoruk |
17 aprel 1993 | 16 may 1993 | Doğru Yol Partiyası | [34][35] | ||
9 | Sami Süleyman Gündoğdu Dəmirell (1924–2015) türk. Sami Süleyman Gündoğdu Demirel |
16 may 1993 | 16 may 2000 | 1993 | [36][37] | ||
10 | Əhməd Necdət Sezər (1941—) türk. Ahmet Necdet Sezer |
16 may 2000 | 28 avqust 2007 | müstəqil | 2000 | [38][39] | |
11 | Abdullah Gül (1950—) türk. Abdullah Gül |
28 avqust 2007 | 28 avqust 2014 | Ədalət və İnkişaf Partiyası | 2007 | [40][41] | |
12 | Rəcəb Tayyib Ərdoğan (1954—) türk. Recep Tayyip Erdoğan |
28 avqust 2014 | 24 iyun 2018 | Ədalət və İnkişaf Partiyası | 2014[şərh 10] | [42][43] | |
24 iyun 2018 | 28 may 2023 | 2018 | |||||
28 may 2023 | hazırkı | 2023 |