Türkiyə prezident seçkiləri (2023)

2023 Türkiyə prezident seçkiləri — 14 may 2023-cü ildə Türkiyədə keçirilmiş prezident seçkiləri.[2][3] Parlament seçkiləri ilə eyni gündə keçirildi.[2] Ərdoğan bir açıqlamasında 1950-ci ildəki seçkilərə istinad edərək seçkilərin vaxtından əvvəl, 14 may 2023-cü ildə keçirilə biləcəyinin mümkünlüyünü açıqlamışdı.[4] Bəzi müxalif partiyalar da bu tarixi seçki günü olaraq qəbul etmişdir.[5] 6 fevral 2023-cü ildə baş verən Türkiyə–Suriya zəlzələsindən sonra seçkilərin keçirilib-keçirilməcəyi barədə suallar yarandı, seçkilərin təxirə salınması barədə çağırışlar oldu.[6][7] Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən 10 mart 2023-cü ildə imzalanan sərəncama əsasən, seçkilərin 14 may 2023-cü ildə keçirilməsi qərarlaşdırıldı.[8] Seçkilər əvvəlcə iyunun 18-də keçirilməli idi, lakin hökumət universitet imtahanları, həcc ziyarəti və yay tətilinin başlaması ilə üst-üstə düşməməsi üçün seçkilərin tarixini bir ay önə çəkdi. Seçkilərin ikinci turu 28 mayda keçirildi.[9]

← 2018  Türkiyə  2028 →
2023 Türkiyə prezident seçkiləri
  • 14 may 2023 (birinci tur)
  • 28 may 2023 (ikinci tur)
Seçici fəallığı
87.04% (birinci tur)[1]
84.3% (ikinci tur)
Namizəd Rəcəb Tayyib Ərdoğan Kamal Kılıçdaroğlu
Partiya AKP CHP
İttifaq Cümhur İttifaqı Millət İttifaqı
Səslər 27,725,131
(52.16%)
25,432,951
(47.84%)

     Rəcəb Tayyib Ərdoğan     Kamal Kılıçdaroğlu

Ümumilikdə Türkiyədə 60,9 milyon, xaricdə isə 3,2 milyon olmaqla, 64 milyon seçicinin seçkilərdə səs vermək hüququ olduğu təxmin edilir.

İlk turda Ərdoğan və Sinan Oğan müvafiq olaraq 49,5% və 5,2% səs topladılar. Kılıçdaroğlu 44,9%, Məhərrəm İncə isə geri çəkilməsinə baxmayaraq 0,4% səs topladı. Ərdoğan səslərin mütləq çoxluğundan 0,5% az səs aldığı üçün Kılıçdaroğlu ilə mayın 28-ində keçiriləcək seçkilərin ikinci turunda mübarizə apardı. Oğan Ata İttifaqının dağılmasının nəticəsi olaraq, 2-ci turda Ərdoğanı, ittifaqın ən böyük partiyası olan Zəfər Partiyasının lideri Ümid Özdağ Kılıçdaroğlunu dəstəklədi. Məhərrəm İncə isə öncədən seçkilər 2-ci tura qaldığı halda, Kamal Kılıçdaroğlunu dəstəkləyəcəyini bildirsə də, sonradan tərəfsiz qalmışdır.

Seçkilərin 2-ci turunda Ərdoğan 27,725,131 seçicinin səsini toplayaraq səslərin 52.16%-ni almış və 3-cü dönəm üçün yenidən prezident seçilmiş, Kılıçdaroğlu isə 25,432,951 səs toplayaraq səslərin 47.84%-ni almış və seçkiləri 2-ci sırada tamamlamışdır.

2018 seçkiləri

[redaktə | mənbəni redaktə et]

Bundan əvvəlki Türkiyə prezident seçkisi 24 iyul 2018-ci ildə keçirilmişdir. Mübahisəli 2017-ci ildəki konstitusiya referendumu kiçik bir səs fərqi ilə qəbul edildi və ölkə idarəetməsi parlamentar rejimdən prezident respublikasına keçdi. Bu seçkiləri 2014-cü ildən bəri prezident olan hazırkı prezident Rəcəb Tayyib Ərdoğan qazandı. Hakim Ədalət və İnkişaf Partiyası 2015-ci il iyun seçkilərindən sonra ilk dəfə parlamentdəki çoxluğunu itirdi və Milliyətçi Hərəkat Partiyası ilə ittifaq qurmaq məcburiyyətində qaldı.

Seçkilərin birinci turu üçün müəyyənləşdirilən tarix 18 iyun idi.[10] Lakin, seçki sistemi tarixin əvvələ alınmasına icazə verdi.

Daha öncədən seçkilərin növbədənkənar olacağına dair spekulyasiyalar mövcud idi,[11][12] lakin Cümhur İttifaqının ortağı Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı bunları təkzib etmişdi.[12] Seçkilərin 2023-cü ildən əvvəl keçirilməyəcəyini bildirmişdi. Həmçinin, o, Ədalət və İnkişaf Partiyası ilə Milliyətçi Hərəkat Partiyası arasındakı mövcud ittifaqın pozulmayacağını və prezidentliyə vahid namizədlərinin Rəcəb Tayyib Ərdoğanın olacağını qeyd etmişdir.[12]

Növbədənkənar seçkilərlə bağlı mübahisələr

[redaktə | mənbəni redaktə et]

2023-cü ilin yanvar ayında Ədalət və İnkişaf Partiyası seçkilərin vaxtından əvvəl, 16 və 30 apreldə, ya da 14 mayda keçirilə biləcəyindən bəhs etdi.[13] Buna baxmayaraq, 6 müxalif partiyadan ibarət Altılı Masa 6 apreldən sonra növbədənkənar seçkilərə getməyəcəyini elan etdi.[13] Ərdoğan 1950-ci ildəki seçkilərdə Demokrat Partiyanın Cümhuriyyət Xalq Partiyasını məğlub etməsini istinad edərək seçkilərin 14 mayda keçiriləcəyini açıqladı.[14] Altılı Masa parlamentin təsdiqi olmadan Ərdoğanın namizəd ola bilməyəcəyini bildirmişdir.[15]

Seçki tarixinin ertələnməsi ilə bağlı mübahisələr

[redaktə | mənbəni redaktə et]

6 fevral 2023-cü ildə ölkədə baş verən zəlzələdən sonra Ərdoğan zəlzələdən təsirlənən 10 ildə 3 aylıq, 14 maydakı seçkilərdən 1 həftə öncə bitəcək fövqalədə vəziyyət elan etdi.[16] Müxalifət TBMM-də bu qərarın əleyhinə səs verdi.[17] Hakim partiyadan baş nazirin sabiq müavini Bülənt Arınc seçkilərin may və ya iyun ayında keçiriləməyəcəyini və seçkilərin ertlələnməsinin zəruri olduğunu qeyd etmişdir.[17] Ədalət və İnkişaf Partiyasının sözcüsü Ömər Çelik isə Arıncın açıqlamalarının şəxsi fikirləri olduğunu və partiya ilə əlaqəsi olmadığını bildirmişdir.[18] Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə ölkənin müharibə vəziyyətində olmasından başqa vəziyyətdə seçkilərin ertələnə bilməyəcəyi yönündəki açıqlamalarına cavab vermişdir.[17] Həmçinin İYİ Partiyadan Tolqa Öztürk növbədənkənar seçkilərlə bağlı yalnız parlamentin qərar verə biləcəyini müdafiə etmiş, Xalqların Demokratik Partiyasının sabiq həmsədri Səlahəddin Dəmirtaş isə belə bir tədbirin siyasi çevrilişlə nəticələnəcəyindən şübhələndiyini bildirmişdir.[17]

Bir namizədin prezident seçilməsi üçün ilk turda etibarlı ümumi səslərin sadə çoxluğunu (50%-dən çoxunu) almağı lazımdır. Seçkilər iki turlu keçirilir, əgər ilk turda heç bir namizəd üstünlük qazanmazsa, ən çox səs toplayan 2 namizəd növbəti turda yarışır.[19]

Türkiyə prezidenti seçiləcək şəxs 2 dəfə 5 illiyinə seçilə bilər.[20] İkinci müddət bitmədən növbədənkənar seçkilərə gedilərsə, 3-cü müddət üçün də eyni şəxs prezident seçilə bilər.[21][22] Parlamentin növbədənkənar seçkiləri təsdiqləməsi ilə yenilənən seçkilər prezidentə 3-cü müddətə namizəd olmağa icazə verə bilər.[23]

Namizəd olacaq şəxs ən az 40 yaşında və ali təhsilli olmalıdır. Namizədin namizədliyi təkbaşına və ya birlikdə sonuncu parlament seçkilərində etibarlı səslərin 5 faizini toplamış siyasi partiyalar və ya parlementdə fraksiyası olan siyasi partiyalar tərəfindən irəli sürülməlidir. Bundan başqa, dairə seçki komissiyalarında ən azı 100 min seçicinin imzasını toplaya bilən şəxslər də prezidentliyə namizəd ola bilər.[24]

Əkrəm İmamoğluMansur Yavaşın Kamal Kılıçdaroğlu tərəfindən vitze-prezident namizədi olaraq elan edilməsi. (Sağdan birinci Kılıçdaroğlunun həyat yoldaşı Səlvi Kılıçdaroğludur.)
Sinan Oğan seçki kampaniyasına başlayır.
Seçki bülleteni
Seçki bülleteni (2-ci tur)
Prezident namizədlərinin seçki bülletenindəki ardıcıllığına görə siyahısı[25][a]
1 2 3 4
Rəcəb Tayyib Ərdoğan Məhərrəm İncə [b] Kamal Kılıçdaroğlu Sinan Oğan
Cümhur İttifaqı N/A Millət İttifaqı ATA İttifaqı
AKP MHP BBP YRP MP CHP İYİ DEVA GP SP DP ZP yanlış ISO kodu: "adalet partisi (2015)" ÜP TÜİP
Kampaniya Kampaniya Kampaniya Kampaniya

Namizədliklər

[redaktə | mənbəni redaktə et]

2017-ci ildə qəbul edilən konstitusiya referendumundan sonra, Türkiyə konstitusiyasına görə, parlament qrupuna (ən azı 20 millət vəkili) sahib partiyalar prezidentliyə namizəd göstərə bilmə hüququna malikdirlər. Digər namizədlərin isə, ən az 100 min imza toplamaları lazım idi.[33][34]

İmza toplama kampaniyasına 22 martda başlandı və 27 martda sona çatdı.[35] Sadəcə iki namizəd, Məhərrəm İncə[36]Sinan Oğan[37] 100 min imza toplaya bildilər və Yenidən Rifah Partiyasının təsisçisi və sədri Fateh Ərbakan isə, Ərdoğanın lehinə namizədlikdən geri çəkildi.[38]

Partiya Namizəd Günlük imza sayları Nəticə
22 mart[39] 23 mart[40] 24 mart[41] 25 mart[42] 26 mart[43] 27 mart[44]
MP Məhərrəm İncə 28,235 51,367 76,901 ✅Y 104,357 109,745 114,657
✅Y Namizəd oldu
YRP Fateh Ərbakan 27,910 46,725 69,079 69,159 69,200 69,255
❌N Namizədlikdən geri çəkildi
N/A Sinan Oğan 15,573 25,924 39,317 63,027 ✅Y 102,667 111,502
✅Y Namizəd oldu
VP Doğu Perinçək 6,679 11,792 16,192 20,400 23,776 27,055
❌N Namizəd ola bilmədi
N/A Yaqub Türkal 993 1,645 2,031 2,462 2,780 3,137
❌N Namizəd ola bilmədi
N/A Ərhan Trüktən 397 755 1,116 1,604 1,940 2,588
❌N Namizəd ola bilmədi
N/A Əhməd Özal 237 567 807 1,025 1,311 1,544
❌N Namizəd ola bilmədi
N/A İrfan Uzun 176 319 447 698 1,001 1,263
❌N Namizəd ola bilmədi
N/A Xəlil Murad Ünvər 119 211 285 369 444 538
❌N Namizəd ola bilmədi
N/A Hilmi Özdən 60 151 225 333 405 478
❌N Namizəd ola bilmədi
N/A Davut Turan 34 68 92 106 111 122
❌N Namizəd ola bilmədi
Ümumi 80,413 139,524 206,494 263,540 313,380 332,139

Milliyətçi Hərəkat Partiyası,[45] Böyük Birlik Partiyası,[46] Hür Dava Partiyası,[47] Yenidən Rifah Partiyası[48] kimi partiyalar Ərdoğanı dəstəklədiklərini açıqlamışdır.

İYİ Partiya,[28] Demokratiya və Sıçrayış Partiyası,[28] Gələcək Partiyası,[28] Səadət Partiyası,[28] Demokrat Partiya,[28] Xalqların Demokratik Partiyası,[49] Türkiyə İşçi Partiyası,[50] Türkiyə Kommunist Partiyası,[51][52] Türkiyədə Dəyişiklik Partiyası,[53] Liberal Demokratiya Partiyası,[54][55] Müstəqil Türkiyə Partiyası[56], Xalqın Azadlığı Partiyası,[57] Solçu Partiya,[58] Milliyətçi Türkiyə Partiyası,[59] Qadınlar Partiyası,[60] Yaşıllar Partiyası[61] kimi partiyalar Kılıçdaroğlunu dəstəklədiyini qeyd etmiş, Məmləkət Partiyası isə, seçkilər ikinci tura qaldığı halda, Kılıçdaroğlunu dəstəkləyəcəyini bildirmiş,[62] lakin daha sonra tərəfsiz qalmışdır.[63][64] Demokratik Sol Partiyanın bəzi üzvləri də Kılıçdaroğlunu dəstəkləməkdədirlər.[65]

Zəfər Partiyası,[32] Ədalət Partiyası,[32] Mənim Ölkəm Partiyası,[32] Türkiyə İttifaq Partiyası[32] kimi partiyalar Oğanı dəstəklədiyini açıqlamışdır.

Avropa Sosyalistlər Partiyası Kılıçdaroğlunu dəstəklədiyini açıqlamış,[66][67] hazırkı və 2-ci Özbəkistan prezidenti Şavkat Mirziyayev Ərdoğanı dəstəklədiyini ifadə etmiş,[68][69] keçmiş, 10-cu Türkiyə Prezidenti Əhməd Necdət Sezər də Kılıçdaroğlunu dəstəklədiyini bildirmişdir.[70]

4-cü və hazırkı Azərbaycan prezidenti İlham Əliyev Ərdoğanı dəstəklədiyini qeyd etmişdir.[71] Sinan Oğan seçkilərin ikinci turunda Ərdoğanı dəstəklədiyini açıqlamışdır.[72]

Zəfər Partiyası seçkilərin ikinci turunda Kamal Kılıçdaroğlunu dəstəklədiyini açıqlamışdır.[73]

Ərdoğanın təkrar namizəd olması

[redaktə | mənbəni redaktə et]

2018-ci ildəki prezident seçkilərindən əvvəl, prezident parlamentar rejimdə dövlət başçısı olaraq xidmət edirdi. 2017-ci ildəki konstitusiya dəyişikliyi ilə bağlı referendumdan sonra, ölkə prezident respublikası idarəetmə üsuluna keçdi və prezident hökümətin və dövlətin başçısı oldu. Bəzi müxalif siyasətçilər Ərdoğanın 2014 və 2018-ci illərdə iki dəfə prezident seçildiyini, Türkiyə Konstitusiyasının 116-cı maddəsinə əsasən, parlament tərəfindən növbədənkənar seçkilər təyin edilmədiyi təqdirdə, növbəti dəfə namizəd ola bilməyəcəyini qeyd edir.[15] Bəzi hüquqşünaslar isə, 2018-ci ildə prezidentlik rejiminə keçildiyi üçün və ad oxşarlığından başqa, yeni bir vəzifənin təsis edildiyini irəli sürərək 2018-ci ildəki seçkilərin Ərdoğanın yeni sistemdə ilk dövrü olduğunu və təkrar namizədlik haqqına sahib olduğunu qeyd edirlər.[74][75]

LOESS graph displaying the polls for the 2023 Turkish Presidential election during the official campaign period.
LOESS graph displaying the polls for the 2023 Turkish Presidential election during the official campaign period.
NamizədPartiyaBirinci turİkinci tur
Səslər%Səslər%
Rəcəb Tayyib ƏrdoğanƏdalət və İnkişaf Partiyası27.133.84949.5227.834.58952.18
Kamal KılıçdaroğluCümhuriyyət Xalq Partiyası24.595.17844.8825.504.72447.82
Sinan OğanPartiyasız2.831.2395.17
Məhərrəm İncə[c]Məmləkət Partiyası235.7830.43
Ümumi54.796.049100.0053.339.313100.00
Etibarlı səslər54.796.04998.1453.339.31398.73
Etibarsız/boş səslər1.037.1041.86684.2881.27
Ümumi səslər55.833.153100.0054.023.601100.00
Qeydiyata alınmış seçicilər/fəallıq64.145.50487.0464.197.45484.15
Mənbə: YSK, 1-ci tur; 2-ci tur

İlk turda heç bir namizəd səslərin çoxluğunu qazana bilmədiyi üçün mayın 28-ində ilk iki yeri tutan Rəcəb Tayyib Ərdoğan və Kamal Kılıçdaroğlu arasında ikinci tur keçirildi.[77] Seçkilərdə 49,52% səs toplayan Ərdoğan bundan öncəki prezident seçkilərində ümumi səslərin 52,59%-ini toplaya bilmişdi.[78]

  1. Rəsmi seçki bülletinində partiyalar və ittifaqlar görünmür.
  2. İncə 11 may 2023-cü ildə namizədlikdən çəkildi, lakin seçki büllentində adı qalmağa davam etdi.
  3. Geri çəkildi, amma bülletendə qaldı.[76]
  1. "Yüksek Seçim Kurulunun 14 Mayıs 2023 Pazar günü yapılan Cumhurbaşkanı Seçimi kesin sonuçlarının tespitine ilişkin 19/05/2023 Tarihli ve 2023/1091 Sayılı Kararı" (PDF). Yüksək Seçki Komissiyası. 19 Mayıs 2023. 19 May 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 19 may 2023.
  2. 1 2 "Son Dakika... Erdoğan seçim kararını açıkladı: 14 Mayıs". Cumhuriyet (türk). 2023-03-10. 2023-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-10.
  3. "Erdoğan seçim kararını imzaladı: Türkiye 14 Mayıs'ta sandık başına gidecek". BBC News Türkçe (türk). 2023-03-10. 2023-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-10.
  4. "Cumhurbaşkanı Erdoğan seçim tarihini açıkladı: 14 may 2023". euronews (türk). 23 yanvar 2023. 23 yanvar 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 fevral 2023.
  5. "Kemal Kılıçdaroğlu: Seçim 14 Mayıs'ta olacak, sandığa gideceğiz; Türkiye'yi büyüteceğiz". Cumhuriyet (türk). 18 yanvar 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 fevral 2023.
  6. Buyuk, Hamdi Firat. "Erdogan Ally Calls for Turkish Election Postponement After Quake". Balkan Insight (ingilis). 14 fevral 2023. 2023-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 mart 2023.
  7. "How Will Turkey's Earthquake Affect the Current Election Cycle?". The Washington Institute (ingilis). 2023-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 mart 2023.
  8. "Erdoğan imzayı attı, tarih netleşti: Seçim kararnamesi Resmi Gazete'de". Türkiye Gazetesi. 10 mart 2023. İstifadə tarixi: 20 mart 2023.
  9. "Seçim süreci resmen başladı! YSK kararları Resmi Gazete'de". KARAR (türk). 11 mart 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 mart 2023.
  10. Ersan Şen. "Haziran 2023 Seçimleri ve Erken Seçim Kararı". 13 sentyabr 2022. 22 mart 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 mart 2023.
  11. "Erken seçim hazırlığı mı yapılıyor?". 2023-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-08.
  12. 1 2 3 "General elections to be held in 2023, early polls out of question, MHP's Bahçeli says | Daily Sabah". General elections to be held in 2023, early polls out of question, MHP’s Bahçeli says. 7 September 2020. 12 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 December 2020.
  13. 1 2 "Are snap elections on the table in Türkiye?". Bianet. 2023-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-08.
  14. "President Erdoğan hints at May 14 for general elections". Hürriyet Daily News. 18 January 2023. 3 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 January 2023.
  15. 1 2 "Table of Six: Legally Erdoğan cannot run for a third term on May 14". Bianet. 27 January 2023. 7 March 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 April 2023.
  16. "Turkey earthquake: Erdogan announces three-month state of emergency in quake area". BBC News (ingilis). 7 February 2023. 9 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 February 2023.
  17. 1 2 3 4 "Bülent Arınç calls for scheduled elections to be postponed". Bianet. 14 February 2023. 2 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 May 2023.
  18. "AK Parti Sözcüsü Ömer Çelik'ten Bülent Arınç'ın seçim açıklamasına yanıt - En Son Haber". Ensonhaber (türk). 15 February 2023. 11 March 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 March 2023.
  19. "İktidarın yüzde 50 artı bir oy paniği". Medyascope. 2 oktyabr 2019. 28 oktyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 iyul 2021.
  20. Dopico, Alex. "Does Turkey have term limits?". janetpanic.com. 6 November 2021. 19 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 March 2022.
  21. Ertan, Nazlan. "Erdogan picks historically charged date of May 14 for Turkey's crucial election - Al-Monitor: Independent, trusted coverage of the Middle East". Al-Monitor (ingilis). 18 January 2023. 26 March 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 January 2023.
  22. "Opposition Future Party says in contact with 40 lawmakers of ruling AK Partiya". Gazete Duvar (türk). 13 January 2022. 3 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 January 2023.
  23. "Türkei: Erdogan kündigt vorgezogene Wahlen am 14. Mai an". FAZ.NET (alman). ISSN 0174-4909. 3 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 January 2023.
  24. "Anayasa değişikliği maddeleri tam metni | Yeni anayasa maddeleri nelerdir? | Son Dakika Türkiye Haberleri". Cnnturk.com. 18 November 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 October 2017.
  25. "YSK draws presidential candidates' place on ballot paper". 2 April 2023. 2 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 April 2023.
  26. "Turkey's Erdogan Declares His Bid for President in 2023 Election". Bloomberg.com. 9 June 2022. 2022-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-04.
  27. "Meet Turkish President Erdogan's presumptive challenger". The Economist. 10 March 2022. 12 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 March 2022.
  28. 1 2 3 4 5 6 "Son Dakika: Millet İttifakı'nın Cumhurbaşkanı adayı Kemal Kılıçdaroğlu". www.cumhuriyet.com.tr (türk). 2023-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-06.
  29. Kucukgocmen, Ali; Coskun, Orhan. "Turkey's opposition names Kilicdaroglu to take on Erdogan in election". Reuters (ingilis). 2023-03-06. 2023-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-06.
  30. "Muharrem İnce, 2023 seçimlerinde aday olacağını açıkladı". www.trthaber.com (türk). 13 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 January 2023.
  31. "Memleket Partisi'nin cumhurbaşkanı adayı Muharrem İnce oldu". www.hurriyet.com.tr (türk). 2023-03-12. 2023-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-12.
  32. 1 2 3 4 5 "Ata İttifakı hangi partilerden oluşuyor? Ata İttifakı'nın cumhurbaşkanı adayı kim?". www.cumhuriyet.com.tr (türk). 2023-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-11.
  33. "Seçim 2018: Cumhurbaşkanı adayları kimler oldu?". BBC Türkçe. 7 may 2018. 21 iyun 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 iyul 2021.
  34. "Siyasi partilerin cumhurbaşkanı aday başvurusunda yarın son gün". TRT Haber. 4 may 2018. 4 may 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyun 2021.
  35. "14 Mayıs seçimi: İşte YSK'nın gün gün seçim takvimi". NTV (türk). 2023-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 mart 2023.
  36. "Cumhurbaşkanları adayları için dördüncü gün atılan imza sayıları". NTV (türk). 25 mart 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 mart 2023.
  37. "İşte 100 bin imzada son durum; hangi aday kaç imza topladı?". T24 (türk). 26 mart 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 mart 2023.
  38. "Yeniden Refah Partisi Cumhur İttifakı'nda (Fatih Erbakan adaylıktan çekildi)". NTV (türk). 24 mart 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 mart 2023.
  39. "YSK, Cumhurbaşkanı adayları için ilk gün atılan imza sayılarını açıkladı". Cumhuriyet. 22 March 2023. 3 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 April 2023.
  40. "Cumhurbaşkanı adayları için 2'nci gün atılan imza sayıları açıklandı". www.sozcu.com.tr (türk). 2023-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-24.
  41. "Cumhurbaşkanları adayları için üçüncü gün atılan imza sayıları". www.t24.com.tr (türk). 2023-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-25.
  42. "Hangi Cumhurbaşkanı adayı (4.gün) kaç imza topladı? 100 bin imzayı toplayan ilk aday Muharrem İnce oldu". 25 March 2023. 3 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 April 2023.
  43. "Sinan Oğan da 100 bin imzaya ulaştı". 26 March 2023. 3 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 April 2023.
  44. "100 bin imza için süre doldu! Seçime girecek 4 aday". 27 March 2023. 3 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 April 2023.
  45. "Devlet Bahçeli: Cumhurbaşkanı adayımız Erdoğan'dır". Yeni Şafak. 8 February 2022. 9 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 March 2023.
  46. "BBP Başkanı Destici, Cumhurbaşkanı adayını açıkladı". Tele1 (türk). 2022-04-17. 2022-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-06.
  47. "HÜDA-PAR kararını açıkladı: Erdoğan'ı destekleyeceğiz!". Rudaw. 2023-03-11. 2023-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-11.
  48. "Yeniden Refah Partisi Cumhur İttifakı'nda (Fatih Erbakan adaylıktan çekildi)". www.ntv.com.tr (türk). 2023-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-25.
  49. "HDP, Cumhurbaşkanlığı seçimlerinde Kılıçdaroğlu'nu destekleyecek". 2023-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-08.
  50. "TİP'ten Kılıçdaroğlu'nun adaylığına tam destek: İlk turda bu işi bitirelim". Haberler (türk). 2023-03-07. 2023-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-08.
  51. "TKP seçim sürecinde AK Partiya iktidarının yarattığı yıkım ve karanlığın boyutlarını, kaynağını ve neden sonlanması gerektiğini halka anlatacak ve AK Partiya'nin seçimlerden yenilgiyle çıkması için elinden geleni yapacaktır" (Turkish). 15 March 2023. 15 March 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 April 2023.
  52. "TKP seçim kararını açıkladı: Bir oy Erdoğan gitsin diye, bir oy TKP'ye". SoL. 2023-03-15. 2023-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-04.
  53. "Sarıgül'den Kılıçdaroğlu'nun adaylığına destek". T24 (Turkish). 2023-03-06. 2023-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-06.
  54. "Liberal Demokrat Parti seçimlerde tarafını seçti: Kılıçdaroğlu'nu destekleyeceğiz". Haberler (türk). 2023-03-08. 2023-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-09.
  55. "KAMUOYUNA DUYURU! #LDP #liberaldemokratparti". Twitter (türk). 2023-03-08. 2023-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-09.
  56. "Kılıçdaroğlu'nun ikinci adresi Bağımsız Türkiye Partisi". 2023-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-04.
  57. "Halkın Kurtuluş Partisi: 14 Mayıs seçimlerinde Kılıçdaroğlu'nu destekleyeceğiz" (Turkish). 14 March 2023. 3 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 April 2023.
  58. "SOL Parti ittifak kararını açıkladı". www.sozcu.com.tr (türk). 2023-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-24.
  59. "MTP'den Kılıçdaroğlu'na destek". Halk TV (türk). 2023-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-30.
  60. "Kadın Partisi'nden Kemal Kılıçdaroğlu'na destek". www.cumhuriyet.com.tr (türk). 2023-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-30.
  61. "Yeşiller Partisi, seçim kararını açıkladı: Kılıçdaroğlu'nu destekliyoruz!". www.cumhuriyet.com.tr (türk). 2023-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-31.
  62. "Muharrem İnce: Seçim ikinci tura kalırsa Kemal Kılıçdaroğlu'nu desteklerim". www.cumhuriyet.com.tr (türk). 2023-03-06. 2023-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-06.
  63. "Memleket Partisi ikinci turda kimi destekleyecek? Muharrem İnce ikinci turda hangi cumhurbaşkanı adayını destekleyecek?". 2023-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-25.
  64. "Muharrem İnce ikinci tur kararını verdi! Muharrem İnce ikinci turda kimi destekleyecek?". 2023-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-26.
  65. "DSP'li 51 Eski Bakan ve Milletvekilinden Kılıçdaroğlu'na Destek: "Demokratik Solcular Olarak Kişisel Hiçbir Beklentimiz Olmaksızın Millet İttifakı'nı..." 2023-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-04.
  66. "PES stands firmly behind opposition candidate Kılıçdaroğlu in the Turkish presidential election". The Party of European Socialists (ingilis). 2023-03-07. 2023-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-08.
  67. "Avrupa Sosyalistler Partisi'nden Kılıçdaroğlu'na adaylık desteği". Haber7 (türk). 2023-03-08. 2023-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-08.
  68. "Türk dünyasından Cumhurbaşkanı Erdoğan'a seçim desteği". www.ntv.com.tr (türk). 2023-03-16. 2023-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-31.
  69. "Uzbek president calls on residents of Turkiye to vote for Recep Tayyip Erdogan in presidential election". www.asiaplustj.info. 2023-03-16. 2023-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-31.
  70. "Ahmet Necdet Sezer'den Kılıçdaroğlu'na destek". Halk TV (türk). 2023-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-30.
  71. "Türk dünyasından Cumhurbaşkanı Erdoğan'a seçim desteği: Uzun yıllar büyük katkıları olacak". 2023-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-02.
  72. "Sinan Oğan'ın destek kararına Erdoğan'dan ilk yorum". 2023-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-24.
  73. "Zafer Partisi Genel Başkanı Ümit Özdağ Kılıçdaroğlu'nu destekleyeceklerini açıkladı". 2023-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-27.
  74. "Cumhurbaşkanlığı Yüksek İstişare Kurulu üyesi Cemil Çiçek, TBB Başkanı Feyzioğlu, Prof. Şen ve Prof. Caniklioğlu: Erdoğan tekrar aday olabilir". T24 (Turkish). 14 September 2020. 15 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 March 2023.
  75. "Turkish parliament speaker claims Erdoğan can legally run for president again". Gazete Duvar (türk). 2 July 2022. 3 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 June 2022.
  76. Ebrahim, Isil Sariyuce,Gul Tuysuz,Nadeen. "Turkish presidential candidate withdraws in potential boost for Erdogan rival". CNN (ingilis). 11 May 2023. 11 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 May 2023.
  77. Hubbard, Ben; Harman, Gulsin. "Nail-Biter Turkish Election Goes to Round 2 as Majority Eludes Erdogan". The New York Times. 14 March 2023. 15 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 May 2023.
  78. Kirby, Paul. "Turkey's Erdogan appears to have upper hand after tense night". BBC News (ingilis). 15 May 2023. 17 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 May 2023.

П:  Türkiyə portalı