Gəncə Şəhər Stadionu

40°42′22″ şm. e. 46°21′43″ ş. u.

Gəncə Şəhər Stadionu
Xəritə
Tam adı Gəncə Şəhər Mərkəzi Stadionu
Qeyri-rəsmi adı Kəpəz Stadionu
Yeri Gəncə,Kəpəz rayonu
Təməli qoyulub 1960
Açılış tarixi 1963-cü il
Sahibi Kəpəz PFK
Tamaşaçı tutumu 27,000
Ev sahibi komanda Kəpəz PFK
Meydançanın ölçüləri 68×105
Ot örtüyü Təbii ot

Gəncə şəhər stadionuAzərbaycanın Gəncə şəhərində stadion, tutumu 27 000 tamaşaçıdır. Gəncənin "Kəpəz" klubu ev oyunlarını burada keçirir[1]. Bu stadion Azərbaycanın ən böyük klub stadionudur. Burada bir sıra məşhur oyunlar keçirilib. Azərbaycan çempionatinda qeydə alınmış ən yüksək azarkeş göstəricilərinin hamısı məhz bu stadionda qeydə alınıb.

Stadion 1959-cu ildə tikilərək istifadəyə verililib.[2] Arena "Dinamo" Kirovabad klubunun 1967-ci ildə SSRİ çempionatının yüksək liqasına çıxması ilə genişləndirilib.

Azərbaycan Premyer-liqasının 2015/2016-cı il mövsümündə tamaşaçı sayında rekord vuran "Kəpəz" futbol klubunun çempionat ərzində 18 ev oyununu Gəncə şəhər stadionundan 240 min 650 azarkeş izləyib. Ən çox tamaşaçı 2016-cı il fevralın 14-də XXI turda keçirilən "Kəpəz"–"Qarabağ" görüşündə qeydə alınıb – 20 min 400 tamaşaçı.[3]

2018-ci ildə Gəncə şəhər stadionu təmir üçün Dövlət Proqramına salınıb.[4] Yenidənqurma işlərinin 2019–2020-ci illərdə görülməsi planlaşdırıldığı bildirilib.[5]

  1. "fussballtempel". 2013-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-10.
  2. "ARAŞDIRMA: "AZƏRBAYCANDAKI 100-DƏK FUTBOL ARENASININ ƏKSƏRİYYƏTİ YENİDƏN QURULMALIDIR"". 2019-09-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-09-04.
  3. "Gəncə şəhər stadionu 240 650 tamaşaçı qəbul edib". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-04.
  4. "Gəncə şəhər stadionu təmir üçün Dövlət Proqramına salınıb". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-04.
  5. ""Gəncə şəhər stadionu bu il təmir olunacaq"". 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-04.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]