Telegram — qlobal olaraq pulsuz, kross platformalı, bulud əsaslı ani mesajlaşma xidmətidir. Xidmət həmçinin ucdan-uca şifrələnmiş söhbətlər və video zənglər, VoIP, fayl paylaşımı və bir sıra digər funksiyalar təqdim edir.[7]
Telegram | |
---|---|
Tipi | mobil tətbiq, veb-sayt, Veb tətbiqi |
Müəllif | Pavel Durov |
Repozitoriya | github.com/telegramdeskt… |
Proqramlaşdırma dili | C++, Java |
İnterfeys | Qt |
Əməliyyat sistemi | Android, iOS, Linux, macOS, Windows |
İnterfeysin dili | ingilis dili, ispan dili, alman dili, niderland dili, italyan dili, braziliya portuqal dili, koreya dili, rus dili, fransız dili, ukrayn dili, katalan dili[6], Belarus dili, polyak dili, Malay dili, türk dili, fars dili, Özbək dili, ərəb dili, İndoneziya dili, ivrit dili, Hind dili |
Yayımlanma tarixi | 14 avqust 2013 |
Platforma | x86-64, ARMv8, AMD64 |
Sonuncu versiya | |
Sayt | telegram.org |
Vikianbarda əlaqəli mediafayllar |
O, iOS üçün 14 avqust 2013-cü ildə, Android üçün 2013-cü ilin oktyabrında istifadəyə verilmişdir. Telegram serverləri məlumat yükünü azaltmaq üçün müxtəlif bölgələrdəki beş məlumat mərkəzi ilə bütün dünyaya yayılmışdır. Əməliyyat mərkəzi Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində yerləşir.[8][9][10][11]
Layihə VKontakte-nin yaradıcısı Pavel Durov tərəfindən hazırlanmışdır. İdeya 2011-ci ildə yaranmışdır, Pavelə qardaşı Nikolay ilə elə bir əlaqə vasitəsi lazım idi ki, hökumət orqanları onların yazışmalarını oxuya bilməsin. Nikolay mesajların şifrələnməsi üçün MTPROTO sistemini hazırlamışdır, Pavel isə layihəni maliyyələşdirir və rəhbərlik edir. Şirkətin işçilərinin də əksəriyyəti VKontakte-nin keçmiş işçiləri olmuşdur. Şirkət hal-hazırda Dubayda yerləşir.
Telegram iOS üçün 14 avqust 2014-cü ildə, Android üçün 22 avqust 2014-cü ildə, Windows və macOS üçün 7 noyabr 2013-cü ildə çıxmışdır. Telegram-ın həm də Linux üçün və veb versiyaları var.
Telegram hesabları telefon nömrələrinə bağlıdır və SMS ilə təsdiqlənir.[12] Hesab yaradılması üçün istifadə edilməsi nəzərdə tutulan platformadan asılı olmayaraq İOS və ya Android cihazı tələb olunur.[13][14] İstifadəçilər öz hesablarına birdən çox cihaz əlavə edə və onların hamısından mesaj ala bilərlər. Qoşulmuş cihazlar ayrı-ayrılıqda və ya hamısı bir anda çıxarıla bilər. Əlaqədar nömrə istənilən vaxt dəyişdirilə bilər və bunu edərkən istifadəçinin kontaktları yeni nömrəni avtomatik alacaqlar.[15] Bundan əlavə, istifadəçi telefon nömrəsini ifşa etmədən mesaj göndərməyə və qəbul etməyə imkan verən bir təxəllüsü istifadəçi adı olaraq qeyd edə bilər.[16] Telegram hesabları istənilən vaxt silinə bilər və varsayılan olaraq 6 aylıq hərəkətsizlikdən sonra avtomatik olaraq silinir. Bu da istəyə bağlı olaraq ən qısa 1 aydan ən çox 12 aya qədər uzadıla bilər.
WhatsApp, Viber, Line və s.-dən fərqli olaraq, Telegram mesajları (gizli mesajlardan başqa) öz serverlərində saxlayır. Bunun bir neçə üstünlüyü var: mesajları iCloud, Google Drive və s.-də backup etməyə ehtiyac qalmır, istənilən sayda cihazda bir-birindən asılı olmayaraq istifadə etmək olur, çox iri quplar və kanallar mövcuddur, telefonun yaddaşını doldurmamaq üçün köhnə mesajları silmək, lazım olanda yenidən yükləmək olar. Bütün mesajlar həm ötürülərkən, həm də saxlandığı yerdə şifrələnmiş olur. Mesajların şifrələnmə açarları parçalanaraq bir neçə ölkə ərazisində saxlanır və buna görə heç bir dövlətin mesajları tələb etmək hüququ olmur. Telegram indiyədək heç kimin şəxsi məlumatlarını dövlətlərə verməyib.
Telegram 200000 nəfərədək üzvü olan qrupları dəstəkləyir. Qruplarda qrup üzvlərinin hansı hərəkətlər edəcəyini, hansı admində hansı haqların olacağını, qrupda mesajlaşma tarixçəsinin hamı üçün eyni görünüb-görünməyəcəyini təyin etmək olar. Kanalların qruplardan fərqi budur ki, kanallarda ancaq adminlər yaza bilər, amma limitsiz sayda insan abunə olub oxuya bilər. Qruplar və kanallar şəxsi və ya ictimai ola bilər.
Telegram-da istənilən tipli, hərəsinin ölçüsü 1,5 GB-a qədər olan faylların paylaşılması, o cümlədən şəkil və videoların keyfiyyətini salmadan paylaşmaq imkanı var. Beləliklə, Telegram-ı həm də bulud saxlancı kimi istifadə etmək mümkündür.
Bulud mesajlarından fərqli olaraq, gizli mesajlar ancaq göndərildiyi və qəbul edildiyi cihazlarda saxlanır. Bu mesajlar bir başdan digərinədək şifrələnir, yəni şifrələnmənin açarı Telegram-ın serverlərində olmur. Bu mesajlarda özünü avtomatik məhv etmə taymeri, ekran şəkli çəkməyə və mesajları yönləndirməyə qadağa var.
Telegram-da bir başdan digərinədək şifrələnən səs zəngləri mövcuddur. Bu zənglərdə səsin keyfiyyəti digər servislərdən yaxşıdır və süni intellekt vasitəsilə təkmilləşə bilir. Şifrələmə açarlarını çox asanlıqla təsdiqləmək üçün onların 4 emoji ilə ifadəsi sistemi var.
Telegram-da stikerlər, giflər və emojilər paylaşmaq imkanı var. Emojilər iOS-dakı kimi görünür, gifləri sadəcə @gif yazaraq axtarmaq mümkündür. Ən əsası isə həddən artıq çox stiker var və hamısı pulsuzdur, siz özünüz də stiker yarada bilərsiniz. Stiker yükləmək üçün əlavə proqram lazım deyil. Tezliklə hərəkətli stikerlərin də gələcəyi gözlənilir.[17]
Telegram-da öz yerinizi real-zaman rejimində paylaşmaq (live location), səs və yumru video mesajları, Instant View (saytlara sürətli baxış), Telegram Passport, ikimərhələli təsdiqləmə, göndərilmiş mesajların geri alınması və redaktəsi, App Lock və s. faydalı xüsusiyyətlər var. Telegram-ın API-ı və tətbiqlərinin qaynaq kodu açıqdır.