Kristian Lous Lanqe — (17 sentyabr 1869[1][2][…], Stavanqer[d], Ruqalann[d] – 11 dekabr 1938[1][2][…], Oslo) Norveçli tarixçi, müəllim və politoloq.
Kristian Lanqe | |
---|---|
Doğum tarixi | 17 sentyabr 1869[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 11 dekabr 1938[1][2][…] (69 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Təhsili | |
Fəaliyyəti | tarixçi, politoloq, yazıçı, sülh aktivisti, diplomat, siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
O, internasionalizm nəzəriyyəsi və praktikasının dünyadakı ən qabaqcıl təmsilçilərindən biri idi.
Kristian Lanqe Stavanqerdə anadan olub. Onun atası hərbi mühəndis idi və tarixçi Kristian Kristof Andreas Lanqenin nəvəsi idi. O,1887-ci ildə orta məktəbi bitirdikdən sonra, səyahət etməyə və Oslo Universitetində tarix, ingilis və fransız dillərini öyrənməyə davam etdi. 1893-cü ildə filologiya elmləri namizədi dərəcəsinə yiyələndi. Uzun illər orta məktəblərdə müəllimlik etdi və doktorluq dərəcəsinə yiyələnmək üçün Oslo Universitetinə müraciət etdi.
1899-cu ildə, Parlamentlərarası Birliyin Oslo konfransını təşkil edən komitənin katibi təyin edildikdə, müxtəlif ölkələrin parlamentariləri arasında müzakirələrin aparılmasına həsr olunmuş təşkilatın, internasionalist hərəkatının ilk rəsmisi oldu. Növbəti il,Norveç Parlamentinin Nobel Komitəsinin katibi elan edildi və 1909-cu ildə vəzifəsindən imtina etməsinə baxmayaraq,Norveç Nobel İnstitutunun ilk günlərində əsas rol oynayacaqdı. Bu müddət ərzində İkinci Haaqa Sülh Konfransının Norveç texniki nümayəndəsi oldu.
Lanqe,1909-cu ildə təşkilatın baş katibi təyin edildikdə Parlamentlərarası Birliyə yenidən üzv oldu və bu vəzifəni 1933-cü ilə qədər icra etdi. Baş katib olaraq Birlik mərkəzinin Brüsselə köçməsini istədi,Birinci Dünya müharibəsinin çətin dövrlərində Birlik fəaliyyətini Osloda davam etdirdi, müharibədən sonra mərkəz yenidən Cenevrəyə köçürüldü. Millətlər İttifaqı qurulduğu gündən 1938-ci ilə qədər Norveçin nümayəndəsi kimi fəaliyyət göstərmiş, bir çox başqa təşkilatlarda da fəaliyyət göstərmiş, hesabatların yazılması və Karneqi Beynəlxalq Sülh Fondunun müxbiri kimi fəaliyyət göstərmiş və digər fəaliyyətləri arasında Hollandiyanın sponsoru olduğu Davamlı Sülh Mərkəzi Təşkilatında da iştirak etmişdir. Onu xüsusən də arbitraj və silah nəzarətindəki bacarığına görə tez-tez çağırırdılar.
İnternationalizmin intellektual dəstəyi, onun üç cildlik tarixi traktatının (Histoire de I'internationalisme) birinci hissəsində cəmləşmişdi. 1919-cu ildə nəşr olunan əsərin Millətlər İttifaqı üçün ideoloji hazırlığa töhfə verdiyi deyilir.[3] Bu və digər bütün fəaliyyətlərinə görə Lanqe,1921-ci ildə Yalmar Brantinq ilə Nobel Sülh mükafatı laureatı oldu.
Lanqe, Nobel sülh mükafatı almasının 17-ci ildönümündən bir gün sonra 69 yaşında vəfat etdi. Karl Viqqo Mante Lanqe, Halvord Lanqe və Kristian Auqast Mante Lanqenin atası idi.
Qızı Tora 1938-ci il ildə,Oslo Kasedral məktəbində tarix və dil müəllimi idi. Norveçin nasist Almaniyası tərəfindən işğalı zamanı həyat yoldaşı sürgündə olarkən müqavimət hərəkatına qatıldı. 1943-cü ilin sentyabrında Qrini islah əmək düşərgəsində həbs edildi, ancaq xəstələndi və dekabr ayında Oslo Universiteti hospitalında vəfat etdi.[4][5] Lanqe Norveç Qadın Hüquqları Dərnəyinin üzvü idi.[6]