Pol D'Esturnel de Konstan

Pol D'Esturnel de Konstan (fr. Paul Henri Benjamin Balluet d'Estournelles de Constant; 22 noyabr 1852[1][2][…], La-Fleş[d][4]15 may 1924[3][1][…], Bordo[4]) — Fransız diplomatı və ictimai xadimidir.

Pol D'Esturnel de Konstan
fr. Paul Henri Balluet d'Estournelles de Constant
Doğum tarixi 22 noyabr 1852(1852-11-22)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 15 may 1924(1924-05-15)[3][1][…] (71 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı Fransa Fransa
Təhsili
  • Böyük Lüdovik Liseyi[d]
Fəaliyyəti siyasətçi
Mükafatları Nobel mükafatı Nobel Sülh Mükafatı (1909)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fransa ilə qonşu ölkələr arasında arbitraj müqavilələri bağladığı üçün ona verilən 1909-cu il Nobel mükafatı laureatıdır. Fransızdır. Elə həmin il onunla bərabər Belçikalı Ogüst Beyernar da Mükafat aldı.

Fransız diplomatı, sülh müdafiəçisi, pasifist. Bütün ömrünü müxtəlif ölkələrdə diplomatik xidmətə və Avropa dövlətlərinin dinc qonşuluğunun qurulmasına həsr etmişdir. Silahların məhdudlaşdırılmasına dair 1899-cu il konfransı da daxil olmaqla bir sıra beynəlxalq konfranslarda iştirak etmişdir. 1918-ci ildə Millətlər Birliyinin fikir və layihəsinin əsas inkişaf etdiricilərindən və tərəfdarlarından biri olmuşdur.

Bioqrafik faktlar

[redaktə | mənbəni redaktə et]

Kübar bir ailədən idi. Elmi dərəcələri vardı. Geniş maraqları olan bir adam idi — Qədim Yunanıstan haqqında bir kitab, Piqmalion mifinə əsaslanan pyes yazmışdı. Birinci Dünya Müharibəsi dövründə, pasifist olmasına baxmayaraq, vətəni Fransaya bacardığı qədər kömək etdi — ailə qalasını xəstəxanaya çevirdi, alman sualtı qayıqlarına qarşı təsirli tədbirlər tapmağa çalışdı.

  1. 1 2 3 4 Paul D'ESTOURNELLES De Constant // Sycomore (fr.). / Assemblée nationale
  2. 1 2 nobelprize.org (ing.). Nobel Foundation.
  3. 1 2 senat.fr (fr.).
  4. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.