Eli Dükommen (fr. Élie Ducommun,19 fevral 1833, Cenevrə, İsveçrə — 7 dekabr 1906, Bern, İsveçrə) — isveçrəli jurnalist, pasifist, 1902-ci il Nobel sülh mükafatı laureatı (Karl Albert Qoba ilə birlikdə).
Eli Dükommen | |
---|---|
Doğum tarixi | 19 fevral 1833[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 7 dekabr 1906[1][2][…] (73 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | jurnalist, siyasətçi, iqtisadçı, sülh aktivisti |
Mükafatları | Nobel Sülh Mükafatı (1902) |
Vikianbarda əlaqəli mediafayllar |
Eli Dükommen 1833-cü il fevralın 19-da Cenevrə şəhərində anadan olub.
Saatsaz ailədə üç uşaqdan ən kiçiyi olaraq dünyaya gəlib. Ali təhsilinin olmamasına baxmayaraq, 17 yaşında varlı bir ailənin evində şəxsi müəllim olaraq çalışırdı. Üç il sonra məktəbdə müəllimlik etməyə başladı və iki il sonra "Cenevrə Xülasəsi" (fr. Les États-Unis d’Europe) jurnalının redaktoru oldu. Jurnaldakı fəaliyyətini 1857-ci ilə qədər davam etdirdi və beş il sonra Cenevrə kantonunun kansleri vəzifəsinə təyin edildi.
1865-ci ildə Bernə köçdükdən sonra Progress jurnalını qurdu. 1868-ci ildən bəri, Beynəlxalq Sülh və Azadlıq Liqası tərəfindən nəşr olunan "Avropa Birləşmiş Ştatları" (fr. Les États-Unis d'Europe) bülleteninin redaktoru idi. 1891-ci ildə Karl Albert Qoba ilə birlikdə Avropa pasifist təşkilatlarının hərəkətlərini koordinasiya edən Beynəlxalq Sülh Bürosunun qurucusu oldu. Bu fəaliyyətlərinə görə də büronun təsisçiləri 1902-ci ildə Nobel sülh mükafatına layiq görülmüşlər.
Elie Dükommen həm də şair və tərcüməçi idi. 1886-cı ildə "Son təbəssümlər" (fr. Derniers Sourires) adlı şeir kitabı nəşr olundu. Üstəlik, 1875-ci ildən inşası davam edən Yura-Bern-Lütsern dəmir yolunun, 1903-cü ildə dövlət tərəfindən satın alınmasına qədər baş katibi idi. Dükommen üçün əsas gəlir mənbəyi bu fəaliyyət idi.
Elie Dükommen 7 dekabr 1906-cı ildə Bern şəhərində vəfat etdi.