VIII Karl (Fransa kralı)

VIII Çarlz (fr. Charles VIII) və ya Gülərüz Çarlz (fr. Charles l'Affable; 30 iyun 1470 və ya 1470, Ambuaz[d]7 aprel 1498 və ya 1498, Ambuaz[d]) — Fransa kralı. Atası XI Lüdovikin ölümünün ardından 1483-cü ildə hələ 13 yaşında ikən taxta çıxdı. Azyaşlı olduğu üçün böyük bacısı Anna və əri Burbon hersoqu Pyotr kral naibi olaraq 8 il boyunca ölkəni idarə etdi. Onların naibliyi dövründə ölkənin güclü zadəganları mərkəzi hakimiyyətə qarşı ayaqlandı və Dəlisov müharibə olaraq adlanan çatışmada monarxiya birlikləri qalib gəldi.

VIII Çarlz
fr. Charles VIII
ƏvvəlkiXI Lüdovik
SonrakıXII Lüdovik
Şəxsi məlumatlar
Doğum tarixi 30 iyun 1470 və ya 1470
Doğum yeri
Vəfat tarixi 7 aprel 1498 və ya 1498
Vəfat yeri
Vəfat səbəbi insult
Dəfn yeri
Atası XI Lüdovik
Anası Savoyyalı Şarlotta
Həyat yoldaşı Bretanlı Anna
Ailəsi Valua sülaləsi
Dini Roma-Katolik kilsəsi, Qərb kilsəsi

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Çarlz 1491-ci ildə Avropanı alt-üst edən bir addım atdı və Bretanlı Annayla gizlicə evləndi. Skandala səbəb isə Annanın Müqəddəs Roma imperatoru I Maksimilyanla 1490-cı ildə vəkalətən nigahlanmış olması idi. Ancaq o əsnada gəlinin 13 yaşı olduğu üçün imperatorun yanına göndərilməmişdi. Bu səbəblə ilk nigahı tamamlanmamış hesab olundu. Bu evliliklə Çarlz Bretan bölgəsini Fransayla birləşdirməyi planlaşdırırdı.

Neapol kralı Anjulu Renyanın ölmədən öncə Çarlzın atasını varis seçməsinin ardından Fransa kralları Neapol taxt-tacında haqq iddia etməyə başladılar. Çarlz da bu haqqını davam etdirmək üçün İtaliyada hərbi əməliyyatlara başladı və heç bir maneəylə qarşılaşmadan yarımadanı işğal etdi. Toplanan yerli zadəganlar tərəfindən fransızlar bir neçə il sonra bölgədən çıxarılsa da, davam edən İtaliya müharibəsi növbəti 50 il boyunca davam etdi.

Çarlz 1498-ci ildə doğulduğu qəsrdə baş verən qəzada yaralandı və vəfat etdi. Geridə oğul varisi qoymadığı üçün yerinə ata şəcərəsindən qohumu olan Orleanlı Lüdovik taxta keçdi.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Kerrebrouck, P. van (1990). Les Valois (Nouvelle histoire généalogique de l'auguste Maison de France) ISBN 9782950150929
  • Heiner Gillmeister, Tennis: A Cultural History (London: Leicester University Press, 1998) p. 21. (ISBN 978-0718501471)
  • Andrew R. Scoble, ed. (1856), The memoirs of Philip de Commines, volume 2, London: Henry G. Bohn, pp. 283–284

İstinadlar[redaktə | mənbəni redaktə et]