Varlıq (jurnal, İran)

Varlıq (ərəb qrafikası ilə: وارلیق) — İranda 1979-cu ildən 3 ayda bir dəfə dərc edilən jurnal. Azərbaycanfars dillərində çıxır.[1]

Varlıq
Baş redaktor Cavad Heyət
Təsisçi Cavad Heyət
Təsis tarixi 1979
Ölkə
Qərargah Tehran, Şimali Filistin, 151 bina, birinci mərtəbə, T:021-66466366
Dil azərbaycan dili, fars dili

Haqqında[redaktə | mənbəni redaktə et]

"Varlıq" İranda 1979-cu il islam inqilabından sonra, vətəndaşlara ana dilində jurnal nəşr etdirmək icazəsindən sonra yaradılmışdır. Jurnalın işıq üzü görməsində xüsusilə Cavad Heyətin böyük rolu olmuşdur. Cavad Heyət bütün ömrü boyu jurnalı şəxsi vəsaiti hesabına nəşr etdirib.[2]

Yazıların 80 %-i Azərbaycan dilində, 20 %-i isə fars dilindədir. Bütün İran cəmiyyətinə hesablanan məqalələr fars dilində verilir. Dərgidə Azərbaycanın müdafiəsi, Qarabağ problemi ilə bağlı məqalələr də yer alır. "Varlıq" jurnalı İranda tanınan və ciddi oxunan nəşrlərdəndir.[3]

Jurnalın redaksiya heyətində Cənubi Azərbaycan poeziyası və ədəbiyyatının görkəmli nümayənədlərindən sayılan Professor Həmid Nitqi, Məmmədəli Fərzanə, Kərim Sönməz, Həsən Məcidzadə Savalan, Mənzuri Xamneyi, Səməd Sərdariniya, və Qulamhüseyn Beqdeli kimi tanınmış qələm sahibləri təmsil olunurdular.

Mövzular[redaktə | mənbəni redaktə et]

Bu jurnal mədəniyyət və elmi-tarixi mövzularda çıxır, Azərbaycan dilinin və ədəbiyyatının problemləri mövzusunda maraqlı yazılar çap edirdi.

Varlıq mövcud olduğu dövrdə həm də mədəni mərkəz funksiyasını daşımışdır. Bu baxımdan ərəb qrafikasının və fars əlifbasının azərbaycan türkcəsinə uyğunlaşdırılması məsələləri haqqında Varlığın təşəbbüsü ilə təşkil edilən seminarlar və bu seminarlarda qəbul edilən yazı qaydaları diqqəti çəkir. Yazı qaydalarının dəqiqləşdirilməsi mühüm mədəni hadisə olmaqdan başqa, həm də İranda türkcə yazıların fars qəlibindən qurtarılması kimi qiymətlədirilməlidir. Varlıq jurnalı türk varlığını fars irqçiliyinin hücumlarından qorumaq üçün yarandı. Bununla işi bitmədi. O, milli ideologiyanın formalaşmasında mühüm rol oynadı. Varlıq dərgisi türk ziyalıları üçün məktəb oldu. Dr.Həmid Nitqi, Dr.Cavad Heyət, Dr.Məhəmməd Əli Fərzanə, Dr.Məmmədtağı Zehtabi, Prof.Qulamhüseyn Beqdeli, Prof.Həmid Məmmədzadə, Mir Hidayət Hisari, Dr.Səməd Sərdariniya, Əli Kamali kimi ustad və ağsaqqalların yanında yeni aydın nəsil yetişdi. Varlıq məktəbinin ən önəmli xidməti isə minlərlə gənc insana milli şüur gətirməsi oldu.[4]

Cavad Heyətin ölümündən sonra fəaliyyəti[redaktə | mənbəni redaktə et]

2014-cü ildə Cavad Heyət dünyasını dəyişdikdən sonra vəsiyyətinə əsasən jurnala onun mənəvi varisi, Ankara Universitetinin müəllimi, türkoloq Rza Heyət başçılıq edir.[5]

Tumurcuq jurnalının nəşri[redaktə | mənbəni redaktə et]

2016-cı ildən etibarən Rza Heyətin başçılığı ilə çıxan üçüncü Varlıq dərgisi ilə bərabər uşaqlar üçün 3 aydan bir "Tomurcuq" (tumurcuq) adlı əlavə jurnal nəşr edilir. Jurnalın nəşri ilə bağlı Rza Heyətin dedikləri:

" İran məktəblərində Azərbaycan türkcəsində təhsil hüququndan məhrum olan türk uşaqlarının ehtiyaclarını nəzərə almışıq. “Varlıq” jurnalının ikinci dövrünün 3-cü sayından etibarən uşaqlar üçün 3 aydan bir “Tomurcuq” adlı əlavə jurnal nəşr edəcəyik. “Tomurcuq” jurnalının İrandakı uşaqlarımıza ana dili olan Azərbaycan türkcəsini öyrənməkdə və savadlandırmaqda faydası olacağını düşünürəm.[6] "

İstinadlar[7][redaktə | mənbəni redaktə et]

  1. ["Varlıq[[Fars dili|fars.]] ‎". 2019-04-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-09-08. Varlıqfars. ‎]
  2. Əsrin Azərbaycanlısı[ölü keçid]
  3. "Özünü millətinə həsr edən vətən sevdalısı – Doktor Cavad Heyət". 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-30.
  4. Varlıq məktəbi[ölü keçid]
  5. "Varlıq" dərgisini Cavad Heyətin istədiyi səviyyədə çıxaracağıq"
  6. İranda uşaqlar üçün “Varlıq” jurnalı
  7. www.varliq.org

Həmçinin bax[redaktə | mənbəni redaktə et]