Xaqani parkı

Xaqani parkı (fars. بوستان خاقانی‎) — Təbriz şəhərinin mərkəzində, Göy məscid ilə Azərbaycan muzeyinin yaxınlığında yerləşən, Əfzələddin Xaqaninin adı verilmiş park.[1]

Xaqani parkı
Məlumatlar
Yerləşməsi Təbriz
Yaradılıb 1931
Statusu ilboyu açıq
Xəritədə yeri
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Keçmişdə parkın yerində başqa tikililər yerləşmişdir. 1816-cı ildəki zəlzələdən sonra şəhər xeyli ziyan çəkmişdi. Zəlzələ zamanı tamamilə dağılan bu bölgədə zəlzələ nəticəsində ölənlər toplu şəkildə basdırılmışdı. 1931-ci ildə Təbriz bələdiyyəsinin rəhbəri Məhəmməd Əli xan Tərbiyət bu yeri ictimai park edildiyini elan etdi. Bundan sonra xalq bura "Sümüklü park" demişdir.[2]

1958-ci ildə həmin yerdə "Cahanşah ibtidai məktəbi" ilə Azərbaycan muzeyi tikildi. "Cahanşah məktəbi"nin adı İran İslam inqilabından sonra "Müsəddiq məktəbi" olaraq dəyişdirildi. 2003-cü ildə Təbriz bələdiyyəsinin və Təhsil nazirliyinin bölgə müdirliyinin əmri ilə məktəb ləğv edildi və onun ərazisi Xaqani parkına verildi. Bu ərazidə Xaqani Şirvaninin heykəli qoyuldu.

  1. iranchamber. "The capital of East Azarbaijan (or Aturpatgan) province, the land of the nobles of Iran" (İngiliscə). www.iranchamber.com. 16 yanvar 2019. 2010-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-09.
  2. Kəmaçi, Behruz. Mənim şəhərim Təbriz. Təbriz.