Xaqani parkı (fars. بوستان خاقانی) — Təbriz şəhərinin mərkəzində, Göy məscid ilə Azərbaycan muzeyinin yaxınlığında yerləşən, Əfzələddin Xaqaninin adı verilmiş park.[1]
Xaqani parkı | |
---|---|
Məlumatlar | |
Yerləşməsi | Təbriz |
Yaradılıb | 1931 |
Statusu | ilboyu açıq |
Xəritədə yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Keçmişdə parkın yerində başqa tikililər yerləşmişdir. 1816-cı ildəki zəlzələdən sonra şəhər xeyli ziyan çəkmişdi. Zəlzələ zamanı tamamilə dağılan bu bölgədə zəlzələ nəticəsində ölənlər toplu şəkildə basdırılmışdı. 1931-ci ildə Təbriz bələdiyyəsinin rəhbəri Məhəmməd Əli xan Tərbiyət bu yeri ictimai park edildiyini elan etdi. Bundan sonra xalq bura "Sümüklü park" demişdir.[2]
1958-ci ildə həmin yerdə "Cahanşah ibtidai məktəbi" ilə Azərbaycan muzeyi tikildi. "Cahanşah məktəbi"nin adı İran İslam inqilabından sonra "Müsəddiq məktəbi" olaraq dəyişdirildi. 2003-cü ildə Təbriz bələdiyyəsinin və Təhsil nazirliyinin bölgə müdirliyinin əmri ilə məktəb ləğv edildi və onun ərazisi Xaqani parkına verildi. Bu ərazidə Xaqani Şirvaninin heykəli qoyuldu.
Parkın qış görünüşü
Parkda Əfzələddin Xaqaniyə həsr edilmiş heykəl