Yuri Osmanov

Yuri Bəkir oğlu Osmanov (krımtat. Yuriy Bekir oğlu Osmanov, Юрий Бекир огълу Османов; 1 aprel 1941, Böyuk-Lalə kəndi, Baxçasaray rayonu, Krım ASSR, RSFSR, SSRİ - 7 Noyabr 1993, Simferopol, Krım Respublikası, Ukrayna) — Sovet dissidenti, Krım Tatar milli hərəkatının fəal, 1980-ci illərin sonlarında - 1990-cı illərin əvvəllərində - Krım tatarlarının tarixi vətənlərinə - Krıma qayıtmağı qarşısına məqsəd qoyan Krım Tatarları Milli Hərəkatının (KTMH) qurucularından və liderlərindən biri.[1][2][3][4][5][6]

Yuri Bəkir oğlu Osmanov
krımtat. Yuriy Bekir oğlu Osmanov
Doğum tarixi 1 aprel 1941(1941-04-01)
Doğum yeri Böyuk-Lalə kəndi, Baxçasaray rayonu, Krım ASSR, RSFSR, SSRİ
Vəfat tarixi 7 noyabr 1993(1993-11-07) (52 yaşında)
Vəfat yeri
Vətəndaşlığı SSRİ SSRİ
Ukrayna Ukrayna
İxtisası fizika-riyaziyyat
Təhsili Bauman adına Moskva Dövlət Texniki Universiteti
Fəaliyyəti alim
Tanınır Krım Tatarları Milli Hərəkatının qurucusu kimi
ndkt.org

Aqronom Bəkir Osmanoviç Osmanovun ailəsində anadan olub. Anası Maria Vladimirovna Quşinskaya, milliyyətcə belarusdur. Böyük Vətən müharibəsinin əvvəllərində iki uşağı olan ana Ağdama (Azərbaycan SSR) evakuasiya olunmuşdur. Ürək qüsuru səbəbiylə hərbi xidmətdən azad edilən ata Krımda qaldı və Alman qoşunlarının gəlişi ilə partizanların yanına getdi. Sevastopol, Ağməscid dəstələrinin və Krım partizan hərəkatının Mərkəzi qərargahının kəşfiyyatçısı olmuşdu. 1942-ci ildə partiyanın üzvlüyünə qəbul olundu.[7] Ağır yaralanandan sonra işğal altındakı ərazidən uzaqlaşdırıldı. Müharibədən sonra Krımın partizan hərəkatına dair bəzi kitablarda həqiqətlər təhrif olunurdu - məsələn, yerli partizanlar arasında Krım tatarlarının da olduğu gizlədilir və ya yazılmırdı. Məsələn, İ.Verqasovun "Tavriya dağlarında" kitabının orijinal versiyasında Bəkir Osmanov güllələndiyi iddia edilən Alman casusu kimi göstərilmişdir. Məsələ səs-küyə səbəb olmuş və düzəlişlər etmək üçün hətta Sov.İKP Mərkəzi Komitəsi səviyyəsində müzakirələr aparılmışdı.[7][8]

1944-cü ildə Osmanovlar ailəsi Fərqanədə (Özbəkistan SSR) yerləşərək Orta Asiyaya yola düşdü.[9] Yurinin atası Bəkir Osmanov 1950-ci illərdə Krım Tatar milli hərəkatının təşəbbüskarlarından və fəal iştirakçılarından biri oldu. 1966-cı ilin dekabrında "tatarlar arasında fəal təhrikə, böhtana və saxtakarlığa görə" partiya üzvlüyündən kənarlaşdırıldı.[7][9][10]

Ali məktəb illəri

[redaktə | mənbəni redaktə et]

1958-ci ildə Yuri orta məktəbi qızıl medalla bitirdi və milliyyətinə görə qəbul edilmədiyi Moskva Dövlət Universitetinə daxil olmağ getdi. Krım Tatar xalqının milli qəhrəmanı iki dəfə Sovet İttifaqı Qəhrəmanı təyyarəçi Əhmədxan Sultanın dəstəyi ilə 1965-ci ildə mexanik mühəndisliyi ixtisası ilə bitirdiyiBauman adına Moskva Dövlət Texniki Universitetinə daxil olmağı bacardı. Dubnadakı Birləşmiş Nüvə Araşdırma İnstitutuSerpuxovdakı Yüksək Enerji Fizikası İnstitutunda işləmişdir.

Hələ institut illərindən Yuri Osmanov Krım Tatar hərəkatının fəal iştirakçısı oldu, Krım tatar maarifi İsmayıl Qasprinskinin irsini öyrənməyə başladı. O, bütün ömrünü buna həsr etmişdi.[11] Tələbə ikən şeir yazmağa başlamış, daha sonra Krım tatar şairlərinin "samizdat" da nəşr olunan şeirlərinin bədii tərcümələri ilə də məşğul olmuşdu.[1]

Krım tatarları milli hərəkatında iştirak və həbs edilməsi

[redaktə | mənbəni redaktə et]

1968-ci ildə Krım Tatarlarının milli hərəkatında iştirakına görə Yuri Osmanov həbs olundu. O, Özbəkistan SSR Ali Məhkəməsi tərəfindən ciddi rejimli həbs düşərkəsində saxlanmaqla iki il yarım həbs cəzasına məhkum edildi.[10] Cəzasını Qızılqumdakı qızıl mədənlərində çəkmişdir.[1][9]

1970-1972-ci illərdə şüşə zavodunda (Sumqayıt, Azərbaycan SSR) və FZAU-nun azot gübrəsi zavodunda (Fərqanə) konstruktor-mühəndis vəzifəsində çalışmışdır.[1][9] 1973-1990-cı illərdə Fərqanaqiprovodxoz İnstitutunda baş mütəxəssis və şöbə müdiri olmuşdur.[12].

Bununla belə onun həyatının əsas mənası Krım tatarlarının milli hərəkatında iştirak etmək oldu. 1973-1974-cü illərdə Yuri, atası ilə birlikdə Krım tatar xalqının siyahıyaalmasını apardı. Bunun əsasında Krımdan sürgün edilən Krım tatarlarının ümumi sayının - 423.100 nəfər olması barədə nəticəyə gəlindi. Bu da səsləndirilən rəsmi rəqəmlərdən iki qat çox idi. Deportasiya nəticəsində Krım tatarlarına dəyən ziyanla əlaqədar yeddi akt tərtib etdi. Krım Tatar xalqının Sovet İttifaqına qarşı iddiasını ortaya qoydu, BMT-yə və SSRİ-nin ən yüksək dövlət orqanlarına göndərirdi.[1].

Yuri Osmanov aktiv fəaliyyəti Sovet höküətinin diqqətindən kənar qalmadı. 1982-ci ildə "Sovet sistemini ləkələmək" sənədlərini hazırlamaq və yaymaq ittihamı ilə yenidən həbs olundu. Üç il həbs cəzasına məhkum edildi, cəzasını Yakutiyada çəkdi. Müddətin sonunda iki il keçirdiyi Blaqoveşçenskdəki xüsusi psixiatriya xəstəxanasına məcburi müalicəyə yerləşdirildi.[1][10]

Yenidənqurma dövrü və Krım Tatarları Milli Hərəkatını yaratması

[redaktə | mənbəni redaktə et]

1987-ci ilin sentyabrında, Mixail Qorbaçovun "yenidənqurma" siyasəti nəticəsində, Yuri Osmanov sərbəst buraxıldı və yenidən milli hərəkata qatıldı.

Bütün Krım tatar xalqının tam mənəvi və hüquqi reabilitasiya əldə etmək və sürgün yerlərindən tarixi vətənlərinə - Krıma qayıtmaq arzusunu ifadə edən Krım Tatar xalq hərəkatı o dövrdə artıq əvvəlki kimi vahid deyildi. Hərəkat yeni yaradılan müxtəlif “təşəbbüs qrupları” ilə təmsil olunurdu. 1987-ci ilin yazında yaradılmasında əsas rol oynayan Mustafa Cəmilov tərəfindən idarə edilən Mərkəzi Təşəbbüs Qrupu (MTQ) bunlardan ən nüfuzlusu idi. Buna baxmayaraq, bir çox Krım tatarları qrupları Cəmilevin təşkilatına qatılmadı. Onlardan biri də Yuri Osmanovun Fərqanə Vadisi Qrupu idi. Qrup Özbəkistanın Fərqanə vadisiTacikistan SSR-in Leninabad vilayətinin Krım tatarları arasında nüfuza malik idi.[13] Onlar Milli Hərəkatın qurulması üçün əsas olan MTQ-ə girmədi və özəyini təşkil etdikləri Krım Tatarları Milli Hərəkatını yaratdılar (KTMH).[14]

Yaz aylarında Mərkəzi Təşəbbüs Qrupu Moskvada yeni yaranmaqda olan müxalifət hərəkatının nümayəndələri bir sıra mitinqlər və Sov.İKP Mərkəzi Komitəsinin rəsmiləri ilə görüşlər keçirdi. Lakin bu təşşəbüslərdə nəticəsiz qadı.

1987-ci ilin iyulunda, Sov.İKP Mərkəzi Komitəsinin Siyasi Bürosunun qərarı ilə, SSRİ Rəyasət Heyətinin sədri A.A.Qromıkonun rəhbərliyi altında Krım tatar məsələsinə baxılması üçün dövlət komissiyası yaradıldı. 9 iyun 1988-ci il tarixində, TASS-da komissiya adından tatarların Krıma qayıtmasının mümkünsüzlüyünü və məqsədəuyğun olmadığını əsaslandıran hesabat yayımlandı.[14] Bu, Krım tatarlarının yeni kütləvi etiraz dalğasına səbəb oldu.[15]

Bu arada Orta Asiyadakı vəziyyət sürətlə gərginləşirdi və burada məskunlaşmış əvvəllər deportasiya edilmiş etnik qrupların problemi dərhal həll edilməli idi. Fərqanədəki hadisələr bir siqnal rolunu oynadı. 7 iyun 1989-cu ildə Özbəkistanın Fərqanə vadisində, Axısqa türklərinin evlərində (Özbəkistanda cəmlənən başqa bir deportasiya edilmiş xalq) talanlar baş verdi. Bir gecədə minlərlə Axısqa türkünün ailəsi və yüzlərlə Krım tatar ailəsi qaçqın oldu.[15]

Yuri Osmanov, Fərqanə talanları dövründə hadissələrin düz mərkəzində idi. Onun fəal iştirakı və təşəbbüsü ilə Krım tatarlarının planlaşdırılan talanlarının qarşısı alındı.[1]

Krım tatarlarının milli təşkilatlarının təşkil etdiyi tədbirlər, habelə SSRİ-də və xaricdə onlara dəstək kampaniyaları nəticəsində Sovet hakimiyyəti Krım tatarlarının problemini həll etmək məcburiyyəti ilə qarşılaşdı. 14 Noyabrda Gennadi Yanayevin sədri olduğu SSRİ Ali Soveti “Məcburi köçürülməyə məruz qalan xalqlara qarşı qanunsuz və cinayətkar repressiya aktlarının tanınması və hüquqlarının təmin edilməsi haqqında” Bəyannamə qəbul etdi.[16] Bəyyanamə Yuri Osmanovun SSRİ Ali Sovet Millətlər Şurasının Krım Tatar xalqının problemləri üzrə komissiyasında çalışdığı "Deportasiya qurbanı olan xalqlara qarşı cinayət və dövlət qanunlarına zidd hərəkətlərə dair Bəyannamə" layihəsinə əsaslanırdı.[9]

İki həftə sonra, 28 Noyabr 1989-cu ildə SSRİ Ali Soveti, 845-1 saylı[17] Qərarı ilə "Krım Tatar xalqının problemləri ilə əlaqədar komissiyanın nəticələrini və təkliflərini" təsdiqlədi.[18] Xüsusən Krıma qayıdışın Krım tatar xalqının qanuni hüququ kimi baxılması və mütəmadi olaraq mütəşəkkil, qrup və fərdi qayıdış yolu ilə həll edilməsi, Krım Muxtar Sovet Sosialist Respublikasının Ukrayna SSR-in tərkibində bərpa edilməsi təklif edildi. Layihədə muxtariyyət alacaq Krımda krım tatarları da müəyyən hüquqlara malik olacaqdılar. Krım tatar xalqının hüquqlarının bərpası üçün bu normativ hüquqi aktın layihəsi də Yuri Osmanovun fəal iştirakı ilə hazırlanmışdır.[9]

11 iyul 1990-cı ildə SSRİ Nazirlər Şurası "Krım tatarlarının Krım bölgəsinə qaytarılması ilə bağlı məsələlərin həlli üçün prioritet tədbirlər haqqında" 666 nömrəli qərar qəbul etdi.[19]

1990-cı ildə Yuri Osmanov SSRİ Xalq Deputatlarının IV Qurultayında çıxış etdi.[7]

Mustafa Əbdülcəmilə rəqabəti

[redaktə | mənbəni redaktə et]

Mustafa Əbdülcəmil Qırımoğlunun başçısı olduğu Krım Tatarlarının daha mühafizəkar "Krım Tatar Milli Hərəkatının təşkilatları" (KTMHT) ilə Osmanovun rəhbəri olduğu "Krım Tatarları Milli Hərəkatı" (KTMH) arasında ciddi, fundamental fərqlər var idi. Belə ki, KTMH, 1921-ci il tarixli Lenin fərmanı ilə Krım ASSR-nin bərpasını istəyirdi və SSRİ-nin partiya və dövlət rəhbərliyinin köməyinə ümid bəsləyirdi. Cəmilevin KTMHT-si isə Sovet sisteminə qətiyyətlə qarşı çıxır müstəqil milli dövlətçilik tərəfdarı idi. Bu fikir ayrılıqları əvvəl milli hərəkatın parçalanmasına, daha sonra 1991-ci ildən sonra KTMH-nin siyasi arenadan faktiki kənarlaşdırılmasına gətirib çıxardı.[7]

İki liderin milli mübarizənin hədəfləri və metodları barədə tamamilə fərqli fikirləri var idi. Cemiyev və Osmanov Krım tatarlarının hüquqlarının bərpasındakı mübarizəyə fərqli yanaşırdılar. Belə ki, Cemiyev daha radikal üsulların tərəfdarı idi. Məhz onun tərəfdarları ilk dəfə Krımda özbaşına torpaqları ələ keçirməyə başladılar.[3][20]

Hər iki liderin mübarizəsi bəzən şəxsi xarakterdə alırdı. Belə ki, Osmanov, Cəmilyevi DTK-nin (KQB) agenti sayırdı. Onun qəsdən hərəkatı parçalamaq və məhv etmək məqsədi ilə gətirildiyinə inanırdı. Bu səbəbdən mümkün olduğu qədər “təxribatçı”nı ifşa etməyə çalışırdı. Buna qarşılıq verən Məclis tərəfdarları Osmanovun ruhi xəstəliyi barədə şayiələr yayırdılar.[21] Buna baxmayaraq, Cəmilyev hərəkatın radikal qanadının lideri olaraq, yalnız Krım tatarlarının əhəmiyyətli bir hissəsinin deyil, həm də Qərbdə, xüsusən də milli qəhrəman kimi qəbul edildiyi Türkiyədən dəstək aldı. O, uzun müddət Krım tatarlarının mübarizə simvoluna çevrildi.[21]

1990-cı ilin oktyabrında Yuri Osmanov Krım Regional İcraiyyə Komitəsinin (indiki Reskomnatsın prototipi) Deportasiya olunmuş Xalqların İşləri üzrə Komitəsinin sədri vəzifəsinə icraçı təyin edildi. O bu komitəni sıfırdan formalaşdırdı.[7] Aktiv işə başlayaraq, SSRİ rəhbərliyinin qərarlarının praktiki olaraq həyata keçirilməsi uğrunda mübarizə apardı. Yuri Osmanov Krımdakı siyasi karyerası və ictimai fəaliyyətində manelərlə rastlaşırdı. Krım rəhbərliyi onun Krım tatarlarının köçürülməsi və yerləşməsi ilə bağlı fikirlərini qəbul etmək istəmir və maneçilik törədirdi.

1991-ci ilin martında Krım tatarlarının sürgün edildiyi yerlərdən qaytarılması üçün SSRİ büdcəsindən ayrılan vəsaitin yerli Krım rəhbərliyi tərəfindən yersiz istifadəsinə qarşı çıxdığı üçün Deportasiya olunmuş Xalqların İşləri Komitəsindən çıxarıldı. Yuri ittifaq rəhbərliyinin qərarlarına zidd olaraq 1991-ci il üçün respublika inşaat planını təsdiqləmək üçün, köçürülmə proqramına ayrılan vəsaitdən 50 milyon rublun bütün Krımın sosial ehtiyacları üçün istifadə edilməsinə qarşı çıxmışdı.[7][22]. Вслед за Османовым Комитет покинули его сторонники[9] Osmanovun ardınca onun tərəfdarları Komitəni tərk etdilər. Beləliklə, Krım tatarlarının mütəşəkkil köçürülməsi maneə törədildi, kortəbii qayıdış start götürdü, torpaqların özbaşına ələ keçirilməsi, Krım tatarları ilə yerli əhali və hakimiyyət nümayəndələri arasındakı qarşıdurmalar başladı.[7]

Həyatının son illəri

[redaktə | mənbəni redaktə et]

İnzibati işdən ayrıldıqdan sonra Yuri Osmanov özünü tamamilə jurnalistika və Krım Tatarları Milli Hərəkatında işləməyə həsr etdi. Atasından miras qalan böyük bir əzmlə, təşkilatı və baxışları ətrafında müxaliflərin yaratdığı təcrid divarını qırdı.[21]

1991-ci ilin sentyabrında Yuri Osmanov və Mustafa Cəmilyev, Krım Tatar xalqının nümayəndələri olaraq, Krım MSSR Konstitusiyasının yazılması ilə məşğul Komissiyanın işçi qruplarından birinə daxil edildi (Bölmə II "İnsan hüquqları, azadlıqları və vəzifələri və Vətəndaş").[23]

1991-ci ilin payızında Yuri Osmanov, həyatının son günlərinə qədər redaktoru olduğu "Areket" Krım Tatarları Milli Hərəkatının qəzetini - məlumat bülleteni təsis etdi.[9]

1992-ci ildə ailəsini Krıma köçürdü. Həyat yoldaşı və qızıda onun yanına gəldi.

1993-cü ilin fevralında “Krımskie İzvestia” qəzetində Yuri Osmanov, "Yenidən bölüşdürülmənin qaranlıq yolunun qarşısını almağa kömək edəcək üç sual" məqaləsini nəşr etdirdi. Burada o, geri dönən Krım tatarlarına torpaq verilməsi ilə bağlı kəskin bir problemin ortaya çıxacağını və bunun həll yollarını təklif etdi. Krımda sosial və millətlərarası münasibətlərin ağırlaşmasının qarşısını almaq təkliflərini verirdi.[7]

1993-cü ilin mart ayında Yuri Osmanov Beynəlxalq Tavrida Ekoloji və Siyasi Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı vəzifəsinə qəbul edildi.[22]

1993-cü ilin payızında Krım Tatarları Milli Hərəkatının ətrafındakı vəziyyətdə müəyyən dəyişiklik baş verdi. Osmanovun başçılıq etdiyi bir qrup KTMH üzvü Türkiyəyə yola düşdü və burada yerli böyük və iqtisadi cəhətdən güclü Krım tatar diasporunun nümayəndələri ilə görüşdülər. Yaxınlarının dediklərinə görə, Osmanov səfərdən xoşbəxt və diaspora arasında bir çox həmfikir tapmağı bacardığından ilham alaraq qayıtdı.[21]

Türkiyədə isə Osmanov, Mustafa Cemilevin qısa müddət əvvəl Türkiyənin iki qəzetinə - "Hürriyyət" və "Sabah"a verdiyi reportajlar barədə məlumat aldı. Osmanov və Krımdakı təşkilatı hər hansı bir etnik qarşıdurmanı istisna etməyə çalışarkən, Məclisin lideri mətbuata "Krım tatarları ilə rus əhalisi arasında Krımda silahlı toqquşmaların qaçılmazlığı" barədə danışmışdı. Krım tatarlarının silah almağa və əslində Türkiyə hökumətini müdaxilə etməyə çağırırdı. Osmanov dərhal Cemilevlə müsahibələri yerləşdirən qəzetlərin redaksiyalarına getdi və bu cür nəşrlərə etiraz etdi. Üstəlik, göreş üçün Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirələ müraciət ünvanladı:[21]

" Məclis Krımdakı tatar olmayan əhalini vahiməyə, açıq şəkildə təxribat və tamamilə faydasız “fiziki” hərəkətlər və qalmaqallarla alovlandırmağa çağırıldı. Bütün bu hərəkətlər ... yalnız imperiyanın öz maraqları və ya böyük milli və siyasi intriqalar planları üçün oynanan macəralardır ... Məclis ticarət və insanların dramatik vəziyyəti ilə ticarət sövdələşmələri paran qurumdur. "

Elə həmin ilin noyabr ayında Türkiyədə və Krımda Osmanovun yeni səfərləri və görüşləri planlaşdırılırdı,[21] lakin bunların reallaşması artıq mümkün olmadı.

6 Noyabr 1993-cü il axşam Yuri Osmanov işdən evə qayıdarkən hücuma məruz qaldı. O, ağır şəkildə döyülərək xəstəxanaya yerləşdirildi. Ertəsi gün aldığı xəsarətlərdən xəstəxanada vəfat etdi. İstintaq onun bir xuliqan hücumunun qurbanı olduğunu bildirdi. Lakin Osmanovun tərəfdarları bunun siyasi rəqibləri tərəfindən təşkil edilən siyasi sui-qəsd olduğuna əmin idilər.[24] Siyasi nəzəriyyəni inkişaf etdirərək onu praktik işlərə çevirə bilən parlaq bir liderin ölümü NDKT-nin faktiki tənəzzülünə gətirib çıxardı.[7]

  1. 1 2 3 4 5 6 7 "Юрий Бекирович Османов // Ю. Османов. «Белая книга национального движения крымских татар»". 2016-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-20.
  2. "Yuri Bekirovich Osmanov // Yu. Osmanov. "White Book of the Crimean Tatars National Movement"". 2016-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-20.
  3. 1 2 Bekirova, Gulnara. "Юрий Османов". Крым.Реалии (rus). 1 April 2016. 2019-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-13.
  4. Skutsch, Carl. Encyclopedia of the World's Minorities (ingilis). Routledge. 2013. 1190. ISBN 9781135193881. 2021-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-20.
  5. Umbach, Frank. Russia and the Problems of Ukraine's Cohesion: Results of a Fact-finding Mission (ingilis). Bundesinstitut für Ostwissenschaftliche und Internationale Studien. 1994. 30. 2021-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-20.
  6. Afkār Inquiry (ingilis). Tropvale Limited. June 1984. 61. 2021-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-20.
  7. 1 2 3 4 5 6 7 8 9 10 "Никита Касьяненко. «…К сыну от отца — закалять сердца». Крым отмечает 60-летие известного советского диссидента Юрия Османова // «День» № 69, 2001". 2016-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-20.
  8. Osmanov, Bekir; Osmanov, Yuri. Не о спокойной жизни мы мечтали (rus). Simferopol: Dolina. 2001. 2–4. ISBN 9667637700. OCLC 58418725. 2021-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-20.
  9. 1 2 3 4 5 6 7 8 "Османов Юрий Бекирович // Ю. Б. Османов. Просветитель Востока Исмаил Гаспринский. Симферополь, «Бизнес-информ», 2014". 2016-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-20.
  10. 1 2 3 Р. Я. Эминов. Краткая история национального движения крымских татар (от активного участника)[ölü keçid]
  11. Khurshutov, Asan R. Екзамен за второй день четверть (rus). Simferopol: VGMI Tavriya. 2007. 116. ISBN 9789664351437. OCLC 261297982. 2021-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-20.
  12. "БД Лабиринт". 2016-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-20.
  13. Васви Абдураимов. Когда нас начали побеждать…
  14. 1 2 "Малыгин А. В. Крымский узел". 2016-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-01.
  15. 1 2 "Гульнара Бекирова. Страницы крымской истории. Долгая дорога домой… // Крым. Реалии, 29.01.2015". 2015-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-20.
  16. "Декларация ВС СССР от 14.11.1989 «О признании незаконными и преступными репрессивных актов против народов, подвергшихся насильственному переселению и обеспечении их прав»". 2019-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-20.
  17. "ПОСТАНОВЛЕНИЕ ВЕРХОВНОГО СОВЕТА СССР О ВЫВОДАХ И ПРЕДЛОЖЕНИЯХ КОМИССИЙ ПО ПРОБЛЕМАМ СОВЕТСКИХ НЕМЦЕВ И КРЫМСКО-ТАТАРСКОГО НАРОДА". 2019-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-20.
  18. Выводы и предложения комиссии по проблемам крымскотатарского народа Совета Национальностей ВС СССР Arxivləşdirilib 2016-02-03 at the Wayback Machine
  19. "Постановление Совета министров СССР «О первоочередных мерах по решению вопросов, связанных с возвращением крымских татар в Крымскую область»". 2016-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-20.
  20. Расы и народы (rus). Nauka. 1997. 124. 2021-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-20.
  21. 1 2 3 4 5 6 "Константин Чернецов. Крым бандитский. М.: Центрполиграф, 1999". 2016-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-20.
  22. 1 2 "НДКТ добивается присвоения «татарскому ВУЗу» имени Юрия Османова. Нелегальный меджлис против? 19.05.2013". 2016-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-20.
  23. "ПОСТАНОВЛЕНИЕ ПРЕЗИДИУМА ВЕРХОВНОГО СОВЕТА КРЫМСКОЙ АССР «Об образовании рабочих групп Комиссии по разработке Конституции Крымской АССР»". 2016-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-28.
  24. Андрей Малыгин. Крымский узел. «Новый Крым», Симферополь, 2000

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Документы НДКТ