xırçıltısız
xırda-xırda
OBASTAN VİKİ
Xırda alma
Xırda alma (lat. Malus × micromalus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü. == Təbii yayılması == Yaponiyada və Çində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 7 m-ə çatan ağacdır. 42 illik ağacın hündürlüyü 12 m, gövdəsinin diametri 21 sm-dir. Budaqları dairəvi, açıq qəhveyi, sonralar tünd bənövşəyidir. Cavan budaqları sallaq, yumurtavari, çilpaqdır. Yarpağı növbəli, dar ellipsvari olub, uzunluğu 5-10 sm, eni 2,5-5 sm-dir. Cavan sallaq yarpaqları çılpaqdır. Vegetasiya dövrü apreldən oktyabra qədər davam etməklə mayın axırında çiçəkləyir, beşillik ağac bar verir.
Xırda atpıtrağı
Xırda atpıtrağı (lat. Arctium minus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin atpıtrağı cinsinə aid bitki növü.
Xırda balıq
Xırda balıq - Clupeidae fəsiləsindən Sprattus cinsinə aid yiməli balıqlara verilən ümumi addır. Bu termin həmçinin bir sıra digər kiçik balıq növləri (Clupeoides, Clupeonella, Corica, Ehirava, Hyperlophus, Microthrissa, Nannothrissa, Platanichthys, Ramnogaster, Rhinosardinia və Stolothrissa) üçün istifadə olunur. Əksər kimi, hamsi çox aktiv, kiçik, yağlı balıqdır. Onlar böyük təbəqə digər balıqlarla səyahət edir və gün ərzində fasiləsiz üzməkdədirlər. Bu balıqlar qida dəyəri ilə tanınırlar, çünki onların tərkibində insan pəhrizində faydalı hesab edilən çoxlu yağlar var və dünyanın bir çox yerində yeyilir. Hamar dadı ilə tanınır və körpə sardinalarını səhv salmaq asandır.
Xırda meşə göyərçini
Columba oenas (lat. Columba oenas) — göyərçin cinsinə aid heyvan növü.
Xırda qum ləpələri
Xırda qum ləpələri (rus. -рябь песчаная, ing. sand ripples) — küləyə perpendikulyar, bir-birinə paralel asimmetrik tirələr. Onlar qumun quru səthi üzərində küləyin 3–18 m/san sürəti zamanı 0,04 mm-dən böyük hissəcik-lərdən təşkil olunur. Tirənin külək tutmayan yamacının yuxarı hissəsində əmələ gəlmiş, səthi örtən qum danələrinin təbii meyillik üzrə sürüşməsi nəticəsində bu ləpələr hərəkət edir.
Xırda qur-qur
Xırda sinir lifləri neyropatiyası
Xırda sinir lifləri neyropatiyası və ya incə lif neyropatiyası və ya xırda lif periferik neyropatiyası - periferik sinirlərin xəstəliyidir. Burada əsasən və ya yalnız xırda somatik sinir lifləri, vegetativ sinirlərin lifləri və ya bunların hər ikisi zədələnmiş olur. Nəticədə hissiyatın (sensor) pozulması və/və ya vegetativ (vegetativ sinir sistemi) pozuntular inkişaf edir. Periferik sinir liflərinin bir neçə növü vardır. Bu bölgü sinirlərin diametri (qalınlığı) və miyelinizasiya dərəcəsindən asılıdır. İri sinir lifləri qalın miyelin örtüyünə malikdir və onlara A-alfa lifləri (hərəki sinirlər) və A-beta lifləri (vibrasiya və toxunma hissini ötürən sinirlər) aid edilir. Orta diametrli sinir lifləri və ya A-qamma liflər də miyelinizasiya olunub və impulsları əzələlərə daşıyır. Xırda diametrli liflər isə miyelinizasiya olunmuş A-delta liflərdən və miyelinizasiya olmamış C-liflərdən ibarətdir. Bu liflər dərinin (somatik liflər) və həmçinin ürək və saya əzələlər (vegetativ liflər) də daxil olmaqla qeyri-iradi hərəkətləri təmin edən əzələlərin innervasiyasını təmin edir. Birlikdə bu liflər ağrı, termal hissiyyat və vegetativ funksiyaları təmin edir.
Xırda-para cinayətlər (teleserial, 2017)
Xırda-para cinayətlər (teleserial, 2017) — Türkiyənin "Ayyapım" şirkətinin istehsalı olan teleserialdır. İlk seriya 24 oktyabr 2017-ci ildə Türkiyənin STAR TVsində yayımlanmışdır. == Sinopsis == Oya, Mərve, Pelin və Arzu məktəb vaxtından rəfiqədirlər. Mərve, Pelin və Arzu ona qarşı etdiyi pisliyi unutmayan Oya, onlardan öz qısasını almağa söz verir. == Çəkiliş == Serilanın afişasına 3 saat vaxt sərf olunmuşdur. İlk 5 seriyanın çəkilişdə istifadə olunan geyimlərə 400 min TL xərclənmişdir. == Əsas rollarda == Oya (Gökçe Bahadır) Mərve (Aslıhan Gürbüz) Pelin (Bade İşçil) Arzu (Tülin Özen) Sərhan (Mert Fırat) Taylan (Ferit Aktuğ) Mehmət (Yıldıray Şahinler) Edip (Selim Bayraktar) Burcu (Duygu Sarışın) Ayşə (Gümeç Alpay Aslan) Raşel (Aylin Engör) == Mahnılar == Sözləri Murat Güneşə, musiqisi Dicle Olcaya aid olan "Maktul" olan mahnının klipi serialdakı fraqmentlərdən ibarətdir.
Kanada xırdaləçəyi
Kanada xırdaləçəyi (lat. Erigeron canadensis) — xırdaləçək cinsinə aid bitki növü. == Sinonim == Conyza parva Cronquist Erigeron canadensis L. Erigeron pusillus Nutt. Leptilon canadense (L.) Britton Leptilon pusillum (Nutt.) Britton Conyza canadensis var. canadensis (L.) Cronquist Conyza canadensis var. glabrata (A. Gray) Cronquist Conyza canadensis var. pusilla (Nutt.) Cronquist Erigeron canadensis var. glabratus A. Gray Erigeron canadensis var.
Qanun xırdalıqlarla məşğul olmur
lat. De minimis non curat lex – (Qanun xırdalıqlarla məşğul olmur) – Hüquqi prinsip. == Nümunə == Çoxmilyonlu müqavilədə 10 manatın ödənməməsi müqavilə şərtlərinin pozulması deyil. Böyük bir kitabdan bir cümlənin istifadə olunması müəlliflik hüquqlarını pozmur.
Qıvrım xırdaləçək
Erigeron bonariensis (lat. Erigeron bonariensis) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü. == Arealı == Erigeron bonariensis növü Meksikadan Tropikal Amerikaya qədər yayılmışdır. == Sinonim == Aster ambiguus (DC.) E.H.L.Krause Conyza ambigua DC. Conyza bonariensis (L.) Cronquist Conyza bonariensis f. bonariensis Conyza chenopodioides DC. Conyza crispa (Pourret) Rupr. Conyza crispa (Pourr.) Cout. Conyza gracilis Hoffmanns. & Link Conyza hispida Kunth Conyza ivifolia Burm.f. Conyza ivifolia (L.) Less. [Illegitimate] Conyza leucodasys Miq.
Qəşənq xırdaləçək
Qəşənq xırdaləçək- (lat. Erigeron venustus) == Qısa morfoloji təsviri == Çoxillik bitkidir. Gövdəsi düz, 10-40 sm hündürlükdə, sadə, bəzən 2-3 budaqlı, az yarpaqlı, tükcüklüdür. Kökyanı yarpaqları uzunsov və ya lansetvari-çəlovvari, ucu biz, bəzən küt, gövdə yarpaqları oturaqdır. Səbətləri 1-2 sm enində, yarımkürəvari, tək-tək gövdənin təpəsində yerləşir. Sarğısı tüklü, vəzili, boz və ya al qırmızı rəngdədir. Kənar çiçəkləri 1 mm enində dardilcikli, əlvan çəhrayı, orta çiçəkləri boruvari sarı rəngdədir. Toxumcaları 2–3 mm uzunluqda, zəif tüklüdür; kəkili toxumcadan 2 dəfə uzun, qəhvəyitəhər tükcüklüdür. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında yuxarı dağ qurşağından alp qurşağına kimi yayılmışdır. Yüksək dağ çəmənlərində, töküntü və qayaların üzərində bitir.
Uzunsov xırdaləçək
Uzunsov xırdaləçək (lat. Erigeron elongatus) — xırdaləçək cinsinə aid bitki növü.
Xırdameyvəli albalı
Xırdameyvəli albalı (lat. Prunus microcarpa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == İran, Gürcüstan və Orta Asiyada geniş yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2 m-ə çatan şaxəli, qışda yarpaqlarını tökən koldur. Budaqlarının qabığı boz, zoğları qonurdur, çılpaq və ya qısa tükcüklüdür, müxtəlif hissələrə şaxələnmişdir. Yarpaqları enli, tərsyumurtavarı və ya uzunsov ellipsvaridir, küt və ya sivrikənarlı olub, ucdan qatlanmamışdır. Üstdən tünd yaşıl, altdan açıq yaşıldır, qısa saplaqlarda yerəlşir. Aprel ayında çiçəkləyir. Çiçəkləri tükcüklü olmaqla, çiçək saplaqlarının üzərində 2–5 ədədi bir yerdə və ya tək-tək yerləşir. Çiçək saplaqları çiçəklərdən uzundur.
Xırdaoymaq
Xırdaoymaq – Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.
Xırdapara-Dizaq mahalı
Xırdapara-Dizaq mahalı — Qarabağ xanlığının 25 mahalından biri. == Mahal haqqında qısa bilgi == Sahəsi - Əhalisi - Yaranması — 1747-ci il Mərkəzi — əvvəlcə Pirəhmədli kəndi, sonra Saracıq kəndi Sərhədləri — Qərbdən Dizaq-Cəbrayılllı mahalı, şimaldan Dizaq mahalı, şərqdən Cavanşir-Dizaq mahalı, cənubdan Qaradağ xanlığı. == Mahalın tarixi == Qədim-qayım Qarabağın mahallarından biri də Xırdapara-Dizaqdır. Mahalın sərhəd-sınırı güneydə Araz çayı, quzeydə Dizaq mahalı, günbatanda Dizaq-Cəbrayıllı mahalı və gündoğanda Cavanşir-Dizaq mahalı ilə çevrələnirdi. Xırdapara-Dizaq mahalı əski Dizaq nahiyəsinin və Arazbar qəzasının əraziləri əsasında yaranmışdı. Pənahəli xan Sarıcalı-Cavanşir bu mahalı Dizaq mahalından, bir az da Arazbar qəzasından kəsib ayırmışdı. Mahal ərazisində qeyri-müsəlman yaşamırdı. Xırdapara-Dizaq mahalının bizə bəlli olan ilk naibi Məlik Namazəli bəy Şəmil bəy oğludur. Məlik Namazəli bəy mahalın başkəndi Pirəhmədli şenliyində əyləşirdi. Məlik Namazəli bəydən sonra mahalın başçısı Məlik Həsən bəy Saracıği oldu.
Xırdapay
Xırdapay — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Xırdapay oyk, sadə. Kürdəmir r-nunun eyniadlı i.ə.v.-də kənd. Şirvan düzündədir. XIX əsrin ortalarında Muğan düzünün şm.-ında yaşayan Şahsevənlərin tərkibində xəlfəli, muğanlı tayfaları ilə yanaşı xırdapay adlanan tayfanın da adı çəkilir. Kəndin həmin tayfaya məxsus ailələr tərəfindən salındığı ehtimal edilir. Etnonim xırda (kiçik) və pay (hissə) komponentlərinin birləşməsi kimi "kiçik hissə" mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 5734 nəfər əhali yaşayır. === Tanınmışları === Şahin Ömərov == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Xırdapay bələdiyyəsi
Kürdəmir bələdiyyələri — Kürdəmir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Xırdaqışlaq (Əhər)
Xırdaqışlaq (fars. خرده قشلاق‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 35 nəfər yaşayır (8 ailə).
Xırdatükcüklü kodonopsis
Xırdatükcüklü kodonopsis (lat. Codonopsis pilosula) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinin kodonopsis cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Campanumoea pilosula Franch. == Yarımnövləri == Codonopsis pilosula subsp. handeliana (Nannf.) D.Y.Hong & L.M.Ma Codonopsis pilosula subsp. pilosula Codonopsis pilosula subsp.
Xırdayarpaq ağcaqayın
Xırdayarpaq ağcaqayın (lat. Acer pictum subsp. mono) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinin acer pictum növünə aid bitki yarımnövü. == Təbii yayılması == Yaponiya, Koreya, Çin, Monqoliyada bitir. == Botaniki təsviri == Hündürlüyü 20–25 m-ə çatan, piramidal — şaxələnmiş çətirli, yarpağı tökülən ağacdır. Qabığı hamar, sonradan isə sarı-boz olur. Yarpaqları beş və ya yeddi pərli, eni 8–15 sm, hər tərəfdən yaşıl, zəif və ya mərkəzinədək kəsik, kənarları hamar, alt tərəfi tükcüksüz və ya əsas borucuqlarda yumşaq tükcüklüdür. Pərləri üçkünc, bərabər, ucu bizdir. Saplaqları uzundur. Payızda sarı, qırmızı rəng alır.
Xırdayarpaq dovşanalması
Xırdayarpaq dovşanalması (lat. Cotoneaster microphyllus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Təbii yayılması == Himalayda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 50-100 sm-dək, diametri 3 m-dək olan həmişəyaşıl yarımkoldur. Zoğları tükcüklüdür. Yarpaqların uzunluğu 0,6-0,8 sm, yumurtavaridən əks-yumurtavariyədək, ensiz bünövrəli, ucu yumru və ya oyuqlu, möhkəm, dərili, üstü parlaq, sıx yaşıl, alt tərəfi ağımtıl və ya bozumtuldur. May-iyunda çiçəkləyir. Çiçəklərin diametri 0,8 sm, ağ, əsasən tək, bəzən 2-4 ədəd qalxanvari dəstələrə yığılmışdır. Meyvələri sentyabrda yetişir, diametri 0,6 sm, şarşəkillidir. == Ekologiyası == -290C-dək şaxtaya davamlıdır.
Xırdayarpaq murdarça
Xırdayarpaq mürgəkotu
Epipactis microphylla (lat. Epipactis microphylla) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin mürgəkotu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir.Kökümsovları kiçikdir. Gövdənin hündürlüyü 15-40 sm-dir. Yarpaqları lansetşəkilli, xırdadır, uzunluğu 1,5 - 3,5 sm, eni 1 sm-ə qədərdir. Çiçək qrupu oxu salxım şəklindədir, uzunluğu 3-12 sm-ə qədər çatır. Çiçəkləri xırdadır, zəif qərənfil ətirlidir. Çiçəkyanlığının ləçəkləri itidir, uzunluğu 5-6 mm, yaşılımtıl, qırmızı, bənövşəyi-kölgəli, içəri hissədə ağımtıl-yaşılımtıldır. Çiçək dodaqlarının kənarları ağımtıl, arxa hissəsi dərinləşmiş, ön hissəsi ürəkşəkilli-yumurtşəkilli, ziyillidir.
Xırdayarpaq qarağac
Xırdayarpaq qarağac (lat. Ulmus parvifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali və Cənubi Cində, Yapоniyada və Kоrеyada təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 10-12 m, nazik, sallaq budaqlı, dağınıq çətirli ağacdır. Yarpaqları iti və ya küt uclu, еllipsvari, 2-5 sm uzunluğunda, üstü hamar və parlaqdır. Alt səthi azca qabarıqdır, kənarı dişlidir. Yarpaq saplağı 2-6 mm uzunluğundadır. Qanadcığı dairəvi, еllipsvaridir, 1 sm uzunluğundadır. Çiçəkləri sarımtıl rəngdə оlub, salхım çiçək qrupunda tоplanır. Mart ayının aхırında çiçəkləyir, tохumları aprеldə yеtişir.
Xırdayarpaq xostək
Xırdayarpaq xostək (lat. Caragana microphylla) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin xostək cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Aspalathus microphyllus (Lam.) Kuntze Robinia microphylla (Lam.) Pall.
Xırdayarpaq yemişan
Xırdayarpaq yemişan (lat. Crataegus microphylla) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə növün arealı Krım, Qafqaz, Kiçik Asiya və İranı əhatə edir. == Botaniki təsviri == Hündürlüyü 1-1,5 m-dək olan kiçik ağacdır. Budaqları açıq boz, kiçik budaqları al qırmızı qonurdur, zoğları nazik, əsasən çılpaq və ya ancaq cavan budaqlarda tükcüklüdür. İynələri çox vaxt çoxsaylı, uzunluğu 5-12 mm, nazikdir. Yarpaqları nazik, uzunluğu 1,2-3 sm, eni 1-2,8 sm (uzunluğu 5,5 sm-dək və eni 3,5 sm), uzunsov-yumurtavari, bəzən enli-yumurtavari, 5-7 yerə bölümlü və ya dərin pərli, hissələri yumurtavari, küt, bəzən ucu biz, bünövrədən dişlidir. Çiçək qrupu sadə, çətirvari, 4-10 çiçəkli, çiçək saplağı çılpaq, uzunluğu 2-3.5 sm-dir. Çiçəklərin diametri 13-16 mm, ağ ləçəkli, kasayarpaqları uzun ucu-biz, meyvə yumurtalığı bəzən tüklüdür; erkəkcikləri 20; sütuncuğu 1, düzdür. Meyvələri uzunsov-ellipsvari, yumurtavari və armudvari, bəzən təxminən şarşəkilli, uzunluğu 9-12 mm, al qırmızıdır.
Xırdayarpaq çərən
Xırdayarpaq çərən == Təbii yayılması == İranda və Orta Asiyada yayılmış,Terek və Kumey çayları arasından təsvir edilmişdir. == Botaniki təsviri == Hündürlüyü 20-90 sm olan çoxbudaqlı kolcuqdur,cavan zoğları rənglidir.Yarpaqları xırda və ətli olub,saplağa tərəf qısa,ensizləşəndir.Çiçəkləri ikicinsli,şarvarı,uzunsov-yumurtavarı,qaidədən bir biri ilə bitişikdir.Çiçəkyanlığı yaşıldır,əksər hallarda ətlidir,sərbəst və ya yarıya qədər bitişmişdir.Erkekciyi 5-dir.Dişiciyi 2-5 ağızcıqlı,çiçəkaltlıqları içində topa şəklində 2-6 (20) ədəd olur.May ayında çiçəkləyir,oktyabrda meyvə verir.Toxumları 0,75-1,25 mm uzunluğunda,ovalşəkilli hamar,qara,parlaqdır. == Ekologiyası == İstiyə və duzadavamlı bitkidir.Şoranlaşmış torpaqlarda bitir. == Azərbaycanda yayılması == Abşeron,Kür-Araz ovalığı və onun şərq hissəsində Salyan,Muğan çölündə,Cənub-şərqi Şirvanda,Naxçıvan düzənliyində yayılmışdır.Xırdayarpaq çətənə cəngəlliklərdə rast gəlmək olar.Müstəqil qruplaşmalar əmələ gətirir və şoran səhra və yarımsəhralarda bitir. == İstifadəsi == Potaş hazırlanmasında istifadə olunur.Tərkibində alkaloidlər vardır. == Məlumat mənbəsi == Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Xırdayarpaq şümşad
Xırdayarpaq şümşad == Təbii yayılması == Yaponiyada təbii halda bitir. == Botaniki təsviri == Hündürlüyü 6-8 m olan yığcam çətirli koldur.Cavan zoğları çılpaqdır və dördtillidir.Yarpaqları 0,5-2 sm uzunluğunda,0,3-1,2 sm enində,tərs yumurtavari və ya neştərşəkillidir,dəyirmi və ya oyuq təpəli olub,qaidəsi pazvaridir.Oturaq çiçəklərdən ibarət çiçək qrupu budaqların ucunda yerləşmışdir.Erkək çiçəklərinin uzunluğu dişi çiçəklərin uzunluğuna bərabərdir.Kolun bölünməsi və qələm vasitəsilə çoxaldılır. == Ekologiyası == Quru və yarımrütubətli subtropik rayonlarda normal böyüyüb inkişaf edir. == Azərbaycanda yayılması == Zaqatalada,Şəkidə,Gəncədə park və bağlarda rast gəlinir. == İstifadəsi == Canlı çəpər yaradılmasında,bordür salınmasında istifadə edilir. == İstinadlar == Tofiq Məmmədov (botanik), "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Xırdaçay
Xırdaçay — Zəngəzurda, indiki Ermənistanda çay. Qərbi Azərbaycanın Zəngəzur mahalının Sisian rayonundakı Ərəfsə kəndində Sarıyataq dağının ətəklərində formalaşıb, kəndin aralıq hissəsində Salvartıçay ilə, aşağı məhəllənin orta hissəsində isə Taxtakörpüçay və Dəliçayla birləşərək, Qarışıq adlanır və aşağı axarlarında Bazarçay, Bərgüşad və Arazla qovuşaraq, son hesabda Xəzər dənizinə tökülür. Xırdaçay Salvartıçay ilə yanaşı, əsas suvarma vasitəsi kimi kəndin təsərrüfat həyatında mühüm rol oynayırdı. Kənddən axan digər çayların - Taxtakörpüçay və Dəliçayın təsərrüfat həyatında rolları o qədər də böyük deyildi.
Xırdaçiçək akvilegiya
Xırdaçiçək akvilegiya (lat. Aquilegia parviflora) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin akvilegiya cinsinə aid bitki növü.
Xırdaçiçək məryəmnoxudu
Xırdaçiçək məryəmnoxudu (lat. Teucrium parviflorum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin məryəmnoxudu cinsinə aid bitki növü.
Xırdaçiçək qalinsoqa
Xırdaçiçək qalinsoqa (lat. Galinsoga parviflora) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qalinsoqa cinsinə aid bitki növü. == Sinonimləri == Adventina parviflora (Cav.) Raf. Baziasa microglossa Steud. Galinsoga hirsuta Baker Galinsoga laciniata Retz. Galinsoga laciniata Retx. Galinsoga parviflora var. adenophora Thell. Galinsoga parviflora f. parceglandulosa Thell.

Значение слова в других словарях