XƏBİS

sif. [ ər. ] Başqasının pisliyini istəyən, alçaq, əclaf, xain, murdar. Xəbis adam. Xəbis məqsəd. Xəbis ürək.
[Bəhram:] [Çiçəklər] zərifdirlər, xəbis əllərə davam etməyib solarlar. C.Cabbarlı.
[Əsədulla:] Mən [Məmmədxanın] xəbis bir adam olduğunu bilirdim, lakin bu qədər alçaq, pulpərəst olduğunu fikrimə belə gətirməzdim. P.Makulu.

// İs. mənasında.
Müxənnət səgrəqib o xain, xəbis; Nə yaman qandırıb əyyara məndən. Aşıq Ələsgər.
Prokurorun səsi tutqun çıxdı: – Böhtandır! …Xəbislər indi də bu taktikaya keçiblər. M.Hüseyn.

Синонимы

  • XƏBİS alçaq — əclaf — rəzil — yaramaz — çirkin — mənfur
  • XƏBİS xəbis bax əclaf
XƏBƏRSİZLİK
XƏBİSLİK
OBASTAN VİKİ
Xəbis qızlar (film, 2004)
Yaramaz qızlar (ing. Mean Girls) — 2004-cü il amerikan komediya filmi. Filmin rejissoru Mark Uotersdir; o əvvəllər də Lindsi Lohanla birgə "Dəli cümə günü" filminin çəkilişlərində iştirak etmişdi. Filmin Teqlaynı: "Ehtiyatlı ol! Onlar Sənin arxandadırlar!". == Məzmun == Keydi Hiron (Lindsi Lohan), zooloq ailəsinin 16 yaşlı qızı, Afrikadan köçərək Amerikaya gəlir. O Evastondakı (İllinoys ştatı) Nort-Şort dövlət orta məktəbində özünün birinci tədris gününə hələ hazır deyil. Cəmiyyətdən qovulmuş Cennis (Lizzi Kaplan) və Demienin köməyi ilə Keydi məktəbin bir-birindən fərqli kompaniyaları haqqda öyrənir. Cennis xəbərdarlıq edir ki, məktəbin 3 ən populyar qızlarından uzaq gəzmək lazımdır, xüsusən də bu qızların başçısı və çox pis dili olan Recina Corcdan (Reyçel Makadams) eytiyatlı olmaq lazımdır. Bu qızlar özlərini "Baunti" adlandırırlar.

Значение слова в других словарях