– Nadir daxil oldu, qeybət kəsildi, hamısı xamuş oturub çay içməyə məşğul oldu.
// Əmr şəklində: xamuş! – sus! dinmə! sakit! səssiz! Mən böylə kəlamə dutmazam guş; Leyli sözü söylə, yoxsa xamuş!
[Şah qəzəblə:] Xamuş! Artıq söz lazım deyildir.
□ Xamuş eləmək (etmək) – 1) susdurmaq.
Mədhi-güldən bülbüli gülşəndə xamuş eylədim. ;
2) məc. keçirmək, söndürmək.
Kəsdim öz əlimlə öz ayağım; Xamuş elədim mən öz çırağım.
Xamuş olmaq – 1) susmaq, səsini kəsmək, dinməmək, sakit olmaq.
[Cəfərqulu xan:] Camaat, xamuş olun, Ağa Məhəmməd xan söz demək istəyir. ;
2) məc. keçmək, sönmək.
Gah olur xamuş, gahi odlanır yerdən çıraq.