XATİRCƏMLİK

is. Arxayınlıq; həyəcan, iztirab, narahatlıq, inamsızlıq olmadığı hal; işin tam uğur və müvəffəqiyyətlə nəticələnəcəyinə arxayın olma.
□ Xatircəmlik vermək – arxayınlıq vermək, arxayın etmək, xatircəm etmək, nigarançılıqdan qurtarmaq, əmin etmək.
Hərgah siz məni bir yerə işə qoymaq istəyirsiniz, hər barədə xatircəmlik verə bilərsiniz. M.S.Ordubadi.

Синонимы

  • XATİRCƏMLİK əminlik — arxayınlıq — yəqinlik
  • XATİRCƏMLİK möhkəmlik — qətilik
  • XATİRCƏMLİK inam — etinad — qənaət
XATİRCƏM
XATİRCƏMLİKLƏ

Значение слова в других словарях