XATUN
XAY
OBASTAN VİKİ
Xavər Talıbova
Talıbova Xavər Ağa qızı — Azərbaycan SSR-nin görkəmli əmək qəhrəmanlarından biri. Xavər Talıbova 1924-cü ildə Lənkəran rayonunun Xolmili kəndində anadan olmuşdur. Lənkəran Kənd Təsərrüfatı Texnikumunda təhsil almışdır. Sosialist əməyi qəhrəmanı fəxri adına layiq görülmüşdür. 50 il xalqına xidmət edən Xavər Talıbova 1995-ci ildə vəfat etmişdir.
Xavər Vəkilova
Xavər Əhməd qızı Vəkilova — Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, əməkdar mədəniyyət işçisi. Xavər Əhməd qızı (Mirzəbəyova) Vəkilova 1918-ci il martın 13-də Dərbənd şəhərində məşhur şəxsiyyətlərdən sayılan Nağıbəy Mirzəbəyli nəslinə məxsus zadəgan ailəsində anadan olub. Xavər xanım Əhmədbəy Mirzəbəyovun ailəsində dünyaya gələn on birinci uşaq olub. Xavər xanımın bacısı Şahzadə xanım tanınmış yazıçı, xətrini Səməd Vurğunun çox istədiyi, ehtiramla yanaşdığı Abdulla Şaiqin həyat yoldaşı olmuşdur. Abdulla Şaiq Xavər xanım hələ 13 yaşı olanda ona “Sevimli baldızım Xavərə!” adlı şeir həsr etmişdi. Xavər xanım Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki 10 illik musiqi məktəbində təhsil almışdır.1941-1946-cı illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində (indiki BDU) təhsil almış, filoloq ixtisasına yiyələnmişdir. 1934-cü ildə Azərbaycanın xalq şairi Səməd Vurğunla ailə həyatı qurub. Bu izdivacdan onların üç övladı – Yusif, Aybəniz, Vaqif dünyaya gəlmişdir. 1975-ci ilin oktyabr ayında açılan Səməd Vurğunun ev-muzeyi yaranan gündən ömrünün sonunadək muzeyin direktoru vəzifəsində çalışmışdır. Onun hələ Səməd Vurğunun sağlığında qoruyub saxladığı materiallar əsasında muzeyin ekspozisiyası xeyli zənginləşmişdir.
Xavər Vəliyev
Xavər Vəliyev —SSR Ali Sovetini deputatı,SSRİ-nin hərbi komissarı, polkovnik. Xavər Ağarəhim oğlu Vəliyev 1905-cı ildə Bakının Zabrat qəsəbəsində anadan olub. Orta məktəbi elə burada bitirib. Gənc yaşlarından ordu sıralarında xidmət edib. O, Zaqafqaziya hərbi piyada məktəbinə daxil olub, məktəbi bitirdikdən sonra bir müddət bölük komandiri vəzifəsində çalışıb. 1936-cı ildə o, Hərbi - Siyasi Akademiyanı müvəffəqiyyətlə bitirir. Çalışqanlığı və fəaliyyətinə görə Azərbaycan SSR Ali Sovetinə deputat seçilir. Əvvəlcə o,73-cü Azərbaycan atıcı diviziyasında xidməti borcunu yerinə yetirir. 1938-ci ildə Bakının hərbi hava hücumundan müdafiəsi üçün 3-cü korpusuna komissar təyin edilir. 1941-ci ildə 396-cı Azərbaycan atıcı diviziyasının siyasi rəhbəri olan Xavər Vəliyevin komandası Kerç sahilində qərar tutmağa əmr alır.
Simnarın Xavərnaq qəsrindən yerə atılması
Simnarın Xavərnaq qəsrindən yerə atılması - Nizami Gəncəvinin "Yeddi gözəl" poemasında təsvi edilmiş səhnə əsasında Mirzə Əli tərəfindən çəkilmiş rəsm əsəridir. Nizaminin “Yeddi gözəl” poemasında Bəhramı tərbiyə edən Yəmən hökmdarı Neman Bəhrama bürcləri aya yüksələn, əfsanəvi gözəlliyə malik bir qəsr tikdirir. Qəsrin divarına gün düşəndə göz qamaşdırır. Qəsr gecə-gündüz üç rəngə düşürdü – göy, ağ və sarı. Xavərnaq qəsrinin memarı Simnar zəhməti müqabilində çoxlu mükafat alır. Bu mükafatdan sevinən memar ehtiyatsızlıq edərək deyir: Simnarın bu sözündən sonra şah ehtiyat edir ki, o, pul gücünə başqa padşaha Xavərnaq qəsrindən daha gözəl qəsr tikə bilər. Odur ki, memarı ucaltdığı qəsrin bürcündən yerə atmağı əmr edir. Beləliklə, Simnar zəhmətinə qarşı mükafat əvəzinə həyatını qurban verir. Simnarın yerə atılması süjeti dağ və ağaclıq fonunda təsvir olunmuşdur. Miniatürdə Simnarın faciəsi ilə əlaqədar həyəcan və təşviş sezilir.
Xavəran
Xavəran - İranın Fars ostanının Sərvistan şəhristanının Xavəran bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,137 nəfər və 1,303 ailədən ibarət idi.
Xavəran qəbiristanlığı
Xavəran qəbiristanlığı (fars. گورستان خاوران‎) — İranın paytaxtı Tehranın cənub-şərqində yerləşən nizamsız, nişansız qəbiristanlıq. Qəbiristanlıqdakı qəbirlərin üzərində heç bir işarə yoxdur. İran İslam Respublikası ölənlərin ailələrinin qəbiristanlıqda yas saxlamasına icazə vermir və qəbiristanlıqda dəfn edilənlərin kimliyi onların yaxınlarına məlum deyil. Xavəran əvvəlcə dini azlıqlar üçün ənənəvi dəfn yeri olmuşdu, "çünki onlar mürtəd olublar və müsəlmanların istirahət yerlərini çirkləndirməməlidirlər". 1988-ci ildə İran İslam Respublikası tərəfindən həyata keçirilən siyasi məhbusların kütləvi edamları zamanı hökumət Xavərandan öldürülənlər üçün kütləvi məzarlıq yeri kimi istifadə etmişdir. Qəbiristanlığın siyasi məhbusların dəfn olunduğu hissəsi xalq arasında "Lənətabad" (لعنت‌آباد) kimi tanınır.

Значение слова в других словарях