XEYİRBƏY

xeyir verən bəy; yaxşı hökmdar, xeyirxah bəy.
XEYİR
XEYİRXAH
OBASTAN VİKİ
Xeyirbəy Səfərçinov
Malik Xeyirbəyov
Xeyirbəyli
Xeyirbəyli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. Rayon mərkəzindən 36 km qərbdə, Araz çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim xeyirbəyli nəsil adı əsasında əmələ gəlib «xeyirbəyli nəslinin yaşadığı kənd» mənasını ifadə edir. Patronim toponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25.V.1967-ci ü fərmanı ilə adı dəyişdirilib Yervandaşat qoyulmuşdur. Kənddə 1831-ci ildə 301 nəfər, 1873cüildə 342 nəfər, 1886-cı ildə 379 nəfər, 1897-ci ildə 466 nəfər, 1908-ci ildə 414 nəfər, 1914-cüildə 438 nəfər, 1916-cı ildə 416 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildəkənd erməni təcavüzünə məruz qalaraq sakinləri - azərbaycanlılar deportasiya olunmuş və kəndə ermənilər köçürülmüşdür. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş kənd sakinlərindən sağ qalanlar tarixi-etnik torpaqlarına qayıda bilmişdir.
Əmiraslan Xeyirbəyov