XEYMƏGAH
XEYRAT
OBASTAN VİKİ
Zeyd əl-Xeyr
Zeyd əl-Xeyr (ərəb. أبو مكنف زيد بن مهلهل الطائي النبهاني‎) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin səhabələrindən biri. O, Nəcdin şimal hissəsində yaşayan Tayy qəbiləsindəndir. O, əvvəlcə Zeyd əl-Xeyl (ərəb. زيد الخيل‎ - "At Zeydi", cəngavərliyinə işarədir) kimi tanınırdı, lakin müsəlman olduqdan sonra Məhəmməd peyğəmbər onun adını Zeyd əl-Xeyrə (ərəb. ﺯﻳﺪ ﺍﻟﺨﻴﻞ‎ - "Xeyrxaqlıq Zeydi" və ya "alicənablıq") olaraq adlandırır. Məhəmməd peyğəmbərdən xəbər tutandan sonra Zeyd qəbiləsinin Zurr ibn Sudus, Malik ibn Cubeyr, Əmirə ibn Duveyn və digər nüfuzlu nümayəndələrinin də daxil olduğu qəbilə heyətinin başında Mədinəyə gedib onunla görüşmək qərarına gəlir. Onlar Mədinəyə çatdıqda, Məhəmməd peyğəmbər camaat qarşısında çıxış edərkən Məscidül-Nəbiyə daxil oldular. Zeyd və onun heyəti müsəlmanların diqqətinə və sözlərinin onlara olan təsirinə heyran qalır. Məhəmməd deyir: “Mən sizin üçün Uzzadan və bütün ibadət etdiklərinizdən daha xeyirliyəm.
Gecəniz xeyrə qalsın, uşaqlar! (veriliş, 1964)
"Gecəniz xeyrə qalsın, uşaqlar!" (rus. Спокойной ночи, малыши!) — 1964-cü il sentyabrın 1-dən yayımlanan SSRİ və Rusiya uşaq verilişi. == İstinadlar == == Xarici keçidlər == Gecəniz xeyrə qalsın, uşaqlar!
Gültəpə-i Xeyrabad (Miyanə)
Gültəpə-i Xeyrabad (fars. گل تپه خيراباد‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 88 nəfər yaşayır (29 ailə).
Gəncə Müsəlman Xeyriyyə Cəmiyyəti
Gəncə Müsəlman Xeyriyyə Cəmiyyəti — 1904–1919-cu illərdə fəaliyyət göstərmiş qeyri-hökumət humanitar qurumu. == Haqqında == Gəncə Müsəlman Xeyriyyə Cəmiyyəti Ələkbər bəy Rəfibəylinin təşəbbüsü ilə yaradılmışdı. Nizamnaməsi 1906-cı il iyunun 30-da Gəncə qubernatoru tərəfindən təsdiq edilmişdi. == İdarəetmə == Cəmiyyət İdarə Heyəti və ümumi iclas tərəfindən idarə olunurdu. Nizamnaməyə görə, idarə heyəti sədr, onun müavini, xəzinədar, katib və cəmiyyət üzvləri sırasından ümumi iclasda bir il müddətinə seçilən 3 üzvdən ibarət idi. Cəmiyyətin 4 nəfər ömürlük-fəxri üzvü vardı. 1914-cü ildən 1919-cu ilə kimi Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin İdarə Heyətinin tərkibi aşağıdakı şəxslərdən ibarət idi: Nəzarət-Təftiş Komissiyası: Cəmiyyətin fəxri üzvləri (ömürlük üzvlər ayda 200 manat, digər üzvlər 20 manat üzvlük haqqı ödəyirdilər): Sadəcə üzvlər (ayda 5 manat üzvlük haqqı ödəyirdilər): == Faəliyyət == Nizamnamədə cəmiyyətin kasıb müsəlman uşaqlarının Rusiya və onun hüdudları xaricindəki orta və ali təhsil müəssisələrinə daxil olub oxumalarına, habelə xəstəxana və başqa səhiyyə ocaqlarında müalicə olunanlara yardım etmək məqsədilə yaradıldığı göstərilirdi. Cəmiyyətin vəsaiti üzvlük haqlarından, habelə şəhər sakinlərinin köçürdüyü ianələrdən, cəmiyyətin təşəbbüsü və iştirakı ilə keçirilən tamaşalardan, konsert və rəqs gecələrindən və s.-dən əldə edilən gəlirlərdən ibarət idi. Xeyriyyə məqsədilə keçirilən hər bir konsert və ya digər tədbir üçün əvvəlcədən Gəncə qubernatorundan icazə alınmalı idi. Cəmiyyət şəhərdəki ikisinifli müsəlman məktəbinin şagirdlərinə, Qarabağ və Zəngəzurda erməni-daşnaklar tərəfindən soyqırıma məruz qalmış türk-müsəlman əhaliyə yardım məqsədilə tamaşalar və konsertlər təşkil edirdi.
Hidayət xeyriyyə cəmiyyəti
Hidayət xeyriyyə cəmiyyəti - əsas məqsədi qoçular və qatillərlə mübarizə aparmaq, dini fanatizmə qarşı çıxmaq olan cəmiyyət. 1904-cü ildə yaradılan cəmiyyətin idarə heyətində Hacı Zeynalabdin Tağıyev, İsa bəy Hacınski, Mirməhəmməd Kərim Bakuvi, Molla Ruhulla Məmmədzadə, Əhməd bəy Ağaoğlu, Mustafa bəy Əlibəyov və digərləri olub. Cəmiyyətin üzvləri daima öz fikirlərinə və əməllərinə görə cinayətkarlar və dini radikallar tərəfindən təqiblərə məruz qalıblar. == Haqqında == Hidayət Xeyriyyə Cəmiyyəti 1904-cü ildə Bakıda yaradılıb. Cəmiyyətin yaradıcıları əsasən ruhanilər və ziyalılar idi. Onların əsas məqsədi Bakıda insanları narahat edən qoçular və qatillərlə mübarizə aparmaq, dini fanatizmin qarşısını almaq olub. Camaatı incidən, küçələrdə qadınları təhqir edən şəxslər cəmiyyətin üzvləri tərəfindən müəyyən edilir və onların barəsində cəza tədbirləri görülməsi üçün adları general-qubernatora təqdim olunurdu. Hidayət Xeyriyyə Cəmiyyətinin on nəfərdən ibarət idarə heyəti var idi. Bunlar Hacı Zeynalabdin Tağıyev, İsa bəy Hacınski, Mir Məhəmməd Kərim, Molla Ruhulla Məmmədzadə, Əhməd bəy Ağaoğlu, Mustafa bəy Əlibəyov və digərləri idilər. Cəmiyyətin nizamnaməsini Əhməd bəy Ağaoğlu yazıb.
Həsən Xeyrullah Əfəndi
Həsən Xeyrullah Əfəndi (1834, Konstantinopol – 1898, Taif, Məkkə bölgəsi[d]) — Osmanlı alimi və şeyxülislamı. Sultan Əbdüləzizin imamlarından olduğu üçün İmam-ı sultani olaraq anılır. == Həyatı == Təxminən 1834-cü ildə İstanbulda dünyaya gəldi. Əsl adı Həsən Xeyrullah olub, Kasımpaşalı Osman Əfəndinin nəvəsi və tərsanədə çalışan Həmdullah Əfəndinin oğludur. İlk dini təhsilini Hacı Hafiz Əhməd Əfəndi və Əyinli Mehmed Qasım Əfəndidən aldı. Səsinin gözəlliyi və Quran-ı Kərimi səlis oxuması səbəbilə qısa zamanda digərlərindən seçildi və saraya alındı. Sultan Əbdülməcid dönəmində 9 il boyunca ikinci imam olaraq xidmət etmiş, 1861-ci ildə Sultan Əbdüləzizin cülusundan sonra isə Hacı Mehmed Şükrü Əfəndinin yerinə birinci imam (imam-ı sultani) olaraq təyin edilmişdir. Sultan Əbdüləzizin Bursa səyahətinə qatıldı, Gəmlik və Molava qəzalarının mülkləri ona hədiyyə edildi. Bir müddət sonra İstanbul qazılığına, 6 oktyabr 1861-ci ildə isə Anadolu qazəsgərliyinə namizəd göstərildi. Sultan Əbdüləzizin Avropa səyahətinə imam-ı sultani ünvanıyla qatıldı və bu səyahəti əsnasında Fransa kralı III Napaleon tərəfindən qiymətli daşlarla bəzəli tütün qabı hədiyyə edildi.
Mehmet Xeyri
Mehmet Xeyri (türk. Mehmet Hayri) (d. 1879, Konya, Osmanlı İmperiyası - ö. 1928, Ankara, Türkiyə) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1887-ci ildə hərbi məktəbə daxil olmuş və 1895-ci ilin 26 yanvarında oranı bitirmişdir. Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 1920-ci ildə Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Müharibədən sonra “İstiqlaliyyət medalı” ilə mükafatlandırıldı. O, 18 may 1921-ci ildə öz istəyi ilə təqaüdə çıxdı. Təqaüdçü olduqdan sonra Xarici İşlər Nazirliyinə işlədi.
Mehmet Xeyri Tərxan
Mehmet Xeyri Tərxan (türk. Mehmet Hayri Tarhan) (d. 1880 – ö. 11 noyabr 1934, Ankara, Türkiyə) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1899-ci ildə hərbi məktəbə daxil olmuş və 1902-ci ildə oranı leytenant rütbəsi ilə bitirmişdir. Daha sonra isə təhsilini Hərbi Akademiyada davam etdirmiş və 1905-ci ildə kapitan rütbəsi ilə məzun olmuşdur. Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 1920-ci ilin 21 iyununda Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Müharibədən sonra “İstiqlaliyyət medalı” ilə mükafatlandırıldı. 30 avqust 1929-cu ildə general-mayor rütbəsinə yüksəlmiş və Paşa olmuşdur.
Müsəlman Xeyriyyə Cəmiyyəti
Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti və ya Qafqaz Müsəlman Xeyriyyə Cəmiyyəti — mədəni-maarif və sosial yardım sahələrində fəaliyyət göstərən könüllü ictimai qurum. Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü nəticəsində 1905-ci ildə "Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti" yaradılır. Nizamnaməsi həmin iln 10 oktyabr tarixində Tiflisdə Qafqaz canişini qraf Vorontsov-Daşkov tərəfindən təsdiq edilmişdi. Cəmiyyətin ilk iclasında onun 11 nəfərdən ibarət idarə heyəti seçilmişdi. Hacı Zeynalabdin Tağıyev idarə heyətinin sədri, İsrafil Hacıyev müavini, Hacı Mustafayev xəzinədar, Əhməd bəy Ağayev katib, Əsədulla Əhmədov, İsmayıl bəy Səfərəliyev, Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov və Əsədulla Əhmədov idarə heyətinin üzvləri seçilmişdilər. Cəmiyyəti, əsasən, Hacı Zeynalabdin Tağıyev və digər Bakı milyonçuları maliyyələşdirirdi. Bu cəmiyyətin müəssisələri sırasında Həsən bəy Zərdabi özü, Əli bəy Hüseynzadə, Hacı Aslan Aşurov,İsa bəy Hacınski, Kamil bəy Səfərəliyev, Əbdülxalıq Axundov, Məmmədrza ağa Vəkilov, Həsən bəy Ağayev, Nəcəfqulu Sadıqov, Mirzə Əsədullayev, Əsəd bəy Səlimxanov, Ağabala Quliyev, Hacı Həsən Ağamalıyev, Nəcəf Əmiraslanov da var idi. Cəmiyyətin ideya istiqamətini Həsən bəy Zərdabi və onun həmfikirləri müəyyənləşdirirdi. Cəmiyyətin məqsədi, maliyyə mənbəyi, fəaliyyət mexanizmi onun nizamnaməsində dəqiq ifadə olunmuşdur. Cəmiyyətin idarə heyəti "İsmailiyyə"də (hazırda Milli Elmlər Akademiyası Rəyasət Heyətinin istiqlaliyyət küçəsindəki binası) yerləşirdi və bütün tədbirləri bu binadan keçirilirdi.
Məhməd Xeyri
Mehmet Xeyri (türk. Mehmet Hayri) (d. 1879, Konya, Osmanlı İmperiyası - ö. 1928, Ankara, Türkiyə) — Türk əsgəri. 1887-ci ildə hərbi məktəbə daxil olmuş və 1895-ci ilin 26 yanvarında oranı bitirmişdir. Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 1920-ci ildə Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Müharibədən sonra “İstiqlaliyyət medalı” ilə mükafatlandırıldı. O, 18 may 1921-ci ildə öz istəyi ilə təqaüdə çıxdı. Təqaüdçü olduqdan sonra Xarici İşlər Nazirliyinə işlədi.
Məhməd Xeyri Tərxan
Mehmet Xeyri Tərxan (türk. Mehmet Hayri Tarhan) (d. 1880 – ö. 11 noyabr 1934, Ankara, Türkiyə) — Türk əsgəri. 1899-ci ildə hərbi məktəbə daxil olmuş və 1902-ci ildə oranı leytenant rütbəsi ilə bitirmişdir. Daha sonra isə təhsilini Hərbi Akademiyada davam etdirmiş və 1905-ci ildə kapitan rütbəsi ilə məzun olmuşdur. Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 1920-ci ilin 21 iyununda Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Müharibədən sonra “İstiqlaliyyət medalı” ilə mükafatlandırıldı. 30 avqust 1929-cu ildə general-mayor rütbəsinə yüksəlmiş və Paşa olmuşdur.
Qafqaz Müsəlman Xeyriyyə Cəmiyyəti
Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti və ya Qafqaz Müsəlman Xeyriyyə Cəmiyyəti — mədəni-maarif və sosial yardım sahələrində fəaliyyət göstərən könüllü ictimai qurum. Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü nəticəsində 1905-ci ildə "Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti" yaradılır. Nizamnaməsi həmin iln 10 oktyabr tarixində Tiflisdə Qafqaz canişini qraf Vorontsov-Daşkov tərəfindən təsdiq edilmişdi. Cəmiyyətin ilk iclasında onun 11 nəfərdən ibarət idarə heyəti seçilmişdi. Hacı Zeynalabdin Tağıyev idarə heyətinin sədri, İsrafil Hacıyev müavini, Hacı Mustafayev xəzinədar, Əhməd bəy Ağayev katib, Əsədulla Əhmədov, İsmayıl bəy Səfərəliyev, Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov və Əsədulla Əhmədov idarə heyətinin üzvləri seçilmişdilər. Cəmiyyəti, əsasən, Hacı Zeynalabdin Tağıyev və digər Bakı milyonçuları maliyyələşdirirdi. Bu cəmiyyətin müəssisələri sırasında Həsən bəy Zərdabi özü, Əli bəy Hüseynzadə, Hacı Aslan Aşurov,İsa bəy Hacınski, Kamil bəy Səfərəliyev, Əbdülxalıq Axundov, Məmmədrza ağa Vəkilov, Həsən bəy Ağayev, Nəcəfqulu Sadıqov, Mirzə Əsədullayev, Əsəd bəy Səlimxanov, Ağabala Quliyev, Hacı Həsən Ağamalıyev, Nəcəf Əmiraslanov da var idi. Cəmiyyətin ideya istiqamətini Həsən bəy Zərdabi və onun həmfikirləri müəyyənləşdirirdi. Cəmiyyətin məqsədi, maliyyə mənbəyi, fəaliyyət mexanizmi onun nizamnaməsində dəqiq ifadə olunmuşdur. Cəmiyyətin idarə heyəti "İsmailiyyə"də (hazırda Milli Elmlər Akademiyası Rəyasət Heyətinin istiqlaliyyət küçəsindəki binası) yerləşirdi və bütün tədbirləri bu binadan keçirilirdi.
Qaranlıq günəş xeyrin çöküşü
Roman, fantastik janrın ən çox bəyənilən və uğur qazanan “Fantastik Qurğu” altjanrında yazılmışdır. Bu janrın Azərbaycanda ilk olmağına baxmayaraq dünyada bir çox unudulmaz nümunələrə sahibdir. “Üzüklərin Hökmdarı”, “Harri Potter” və “Narniya Salnamələri” kimi məşhur əsərlər yüzlərlə nümunədən, sadəcə, bir neçəsidi. Təlim mərkəzlərindən birinə edilən sirli hücumun ardından iki ən yaxşı döyüşçü tədqiqata başlayır. Burda keçmiş düşmənlərinin əlinin olduğunu düşünərək bir müddət onlara verilən təlimat əsasında hərəkət etsələr də, hər şey heç də göründüyü kimi deyilmiş. Düşmən üçün qurulan tələ, elə düşmənə aid planın bir hissəsi imiş. Hər səhifəsindən zövq alacağınız roman, sizi təxəyyülünüzün sərhədlərini aşmağa məcbur edəcək. Heç vaxt var olmamış dünyanın fərqli həyat qanunlarını və düşüncə tərzini göstərəcək. Ən vacibi isə, bu kitabda siz xeyirlə şər arasındakı incə bənzərliyin şahidi olacaqsınız. “Qaranlıq Günəş” Azərbaycanda bu janrda yazılmış ilk və yeganə əsər olmaqla birlikdə detektiv janrının da bəzi çalarlarını özündə cəmləyən bir romandır.
Rus Xeyriyyə Cəmiyyəti
Rus Xeyriyyə Cəmiyyəti — Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərmiş xeyriyyə cəmiyyətlərindən biri. 1875-ci ildə yaradılmışdır. 1918-ci ildə cəmiyyətin 123 oğlan və 138 qız üçün uşaq evi, 66 kişi və qadın üçün qocalar evi vardı. Bunlar Azərbaycan Xalq Cümhuriyyəti Himayədarlıq Nazirliyinin köməyi ilə və cəmiyyətin vəsaiti hesabına saxlanırdı. Nazirlik ayda hər nəfərə 200 rubl ayırırdı. 1919-cu il oktyabrın 1-dən "Uşaq bağçası" adlı yetimxana da "Uşaqlara yardım bürosu"ndan alınıb bu cəmiyyətə verilmişdi. Uşaq evi nəzdindəki 2 sinifli məktəbdə 6 müəllim işləyirdi. Əl əməyi emalatxanalarında uşaqlara xarratlıq, çəkməçilik və dərzilik öyrədilirdi. Cəmiyyətin idarə heyətinin sədri V.Klementyev idi. Azərbaycan Xalq Cümhuriyyəti Slavyan-rus cəmiyyəti Адрес-календарь Азербаиджанской Республики на 1920 г., Б., 1920.
Xeyrabad (Mahnişan)
Xeyrabad (fars. خيراباد‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 374 nəfər yaşayır (83 ailə).
Bakı Erməni Xeyriyyə Cəmiyyəti
Bakı Erməni Xeyriyyə Cəmiyyəti (erm. Բաքվի Հայոց Մարդասիրական ընկերություն) — Bakının erməni icması tərəfindən qurulan və idarə olunan xeyriyyə təşkilatı. 1863–1864-cü illərdə yaradılmış və Qafqazda ilk xeyriyyə təşkilatı olmuşdur. 1870-ci ildə Bakıdakı ilk kitabxana (Qafqazın ən böyüyü) və nəşriyyat evinin əsasını qoymuşdur. == Tarixi == Cəmiyyət doktor David Rostomyan və Movses Zohrabiants tərəfindən təsis edilib. Bina Gimnaziçeskaya küçəsi 195 (indiki Tolstoy küçəsi) ünvanında tikiləcəkdi. Erməni Xeyriyyə Cəmiyyətinin nizamnaməsini yazan Rostomyan, cəmiyyətin qurulması üçün Bakının yerli hökumətinə petisiya təqdim etmişdi. Müraciət qəbul edildikdən sonra Cəmiyyətin qurulması üçün vəsait Bakıdakı varlı ermənilərin ianələri və qəbul və üzvlük haqları hesabına təmin edilib. Cəmiyyətin ümumi məqsədi yoxsullara yardım etmək, kitabxanalar və məktəbləri tanıtmaq və tikmək, təqaüdlər üçün vəsait toplamaq, kitab nəşr etmək və cəmiyyətin ümumi rifahını yaxşılaşdırmaqdan ibarət idi. 1895-ci ilə qədər təşkilat 1440 şagirdin olduğu on doqquz məktəbə subsidiya vermişdi.
Həsən Xeyri Kanko
Həsən Xeyri Kanko (kürd. Hesen Xeyrî Beg, türk. Hasan Hayri Kanko; 1881 – 23 noyabr 1925, Elazığ) — Türkiyə siyasətçisi. Zazaəsillidir və ya kürdəsillidir. Məclis-i Məbusanda Dərsimi təmsil edən millət vəkili olmuşdur. 1920-ci ildə Türkiyə Böyük Millət Məclisinin birinci çağırışında Dersimdən millət vəkili olaraq vəzifə yerinə yetirmişdir. Parlamentin Səhiyyə və Sosial Yardım, petisiya, iqtisadiyyat və milli müdafiə komitələrində çalışmışdır. O, Şeyx Səid üsyanının iştirakçılarına kömək etmək ittihamı ilə saxlanılıb və Şərq İstiqlal Məhkəməsində mühakimə olunduqdan sonra edam cəzasına məhkum edilmişdir.
Xeyriyyə
Xeyriyyəçilik və ya xeyriyyəçilik fəaliyyəti (philanthropy) – fiziki şəxs və (və ya) xeyriyyə təşkilatı tərəfindən həyata keçirilən, maddi və ya digər yardıma ehtiyacı olan fiziki şəxslərə və ya bilavasitə bu cür yardım göstərən təşkilatlara, o cümlədən xeyriyyə təşkilatlarına, birbaşa bu cür təmənnasız yardım göstərməkdən, o cümlədən əvəzsiz pul köçürməkdən ibarət olan fəaliyyət, yaxud, ictimai mənafelər naminə həyata keçirilən elmi, təhsil və ya başqa fəaliyyətdir. Aşağıdakı hallarda yardım göstərilməsi xeyriyyəçilik fəaliyyəti sayılmır: 1.Bu cür yardımı alan şəxs yardımı göstərən şəxsin qarşısında mülkiyyət və ya qeyri-mülkiyyət xarakterli öhdəlik (alınan vəsaitdən və ya əmlakdan məqsədli təyinatla istifadə olunmasına dair öhdəlikdən başqa) qəbul edirsə; 2.Bu cür yardımı alan və yardımı göstərən şəxslər qarşılıqlı surətdə asılı olan şəxslər sayılırlarsa; 3.Bu cür yardım hər hansı fiziki və ya hüquqi şəxsə seçki kampaniyasında iştirak etmək üçün göstərilirsə. Xeyriyyə təşkilatı, xeyriyyəçilik fəaliyyətini həyata keçirən qeyri-kommersiya təşkilatı.
Xeyriyəçilik
Xeyriyyəçilik və ya xeyriyyəçilik fəaliyyəti (philanthropy) – fiziki şəxs və (və ya) xeyriyyə təşkilatı tərəfindən həyata keçirilən, maddi və ya digər yardıma ehtiyacı olan fiziki şəxslərə və ya bilavasitə bu cür yardım göstərən təşkilatlara, o cümlədən xeyriyyə təşkilatlarına, birbaşa bu cür təmənnasız yardım göstərməkdən, o cümlədən əvəzsiz pul köçürməkdən ibarət olan fəaliyyət, yaxud, ictimai mənafelər naminə həyata keçirilən elmi, təhsil və ya başqa fəaliyyətdir. Aşağıdakı hallarda yardım göstərilməsi xeyriyyəçilik fəaliyyəti sayılmır: 1.Bu cür yardımı alan şəxs yardımı göstərən şəxsin qarşısında mülkiyyət və ya qeyri-mülkiyyət xarakterli öhdəlik (alınan vəsaitdən və ya əmlakdan məqsədli təyinatla istifadə olunmasına dair öhdəlikdən başqa) qəbul edirsə; 2.Bu cür yardımı alan və yardımı göstərən şəxslər qarşılıqlı surətdə asılı olan şəxslər sayılırlarsa; 3.Bu cür yardım hər hansı fiziki və ya hüquqi şəxsə seçki kampaniyasında iştirak etmək üçün göstərilirsə. Xeyriyyə təşkilatı, xeyriyyəçilik fəaliyyətini həyata keçirən qeyri-kommersiya təşkilatı.
Xeyrımlı
Xeyrımlı (keçmiş adları Dil Xeyrımlı və Deli Xeyrımlı) – Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Kənd 8 mart 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. 19 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərinin Azərbaycana geri qaytarılması barədə razılıq əldə edilib. 24 may 2024-cü il tarixində Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb. Xeyrımlı (oykonim, sadə) — Qazax rayonunun Əskipara inzibati ərazi vahidində kənd. Gəncə-Qazax düzənliyindədir. Keçmiş adı Dil Xeyrımlı və Deli Xeyrımlı variantlarında qeyd olunmuşdur. Tədqiqatçılara görə, oykonim əvvəllər Deli Xeyrımlı tayfasının, və ya deli və xeyirli adlı iki etnonimin birləşməsindən düzəlmiş, sonralar bu etnonimlərdən birincisi ixtisara uğramışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 290 nəfər əhali yaşayır.
Xeyrə
Xeyrə — Daşkəsən və Xanlar rayonları ərazisində çay. Qoşqar çayının sol qoludur. Keçmişdə dəyirmanların hərəkətə gətirilməsi üçün istifadə edilirdi. Türk dillərində xiyrə "tutqun, bulanıq", "arıq, nazik" mənalarında işlənir. Hidronimi fars dilindəki xərə (mərmər), Xeyrə şəxs adı və "xeyir verən, bərəkətli" mənası ilə də bağlayırlar.
Xeyrənnisa bəyim
Məhdi Ülya Sultan (tam titulu: Dürri-dürət Dövlətü-hümayün Şahbanu Naibəyi, Nəvvabi-Səfəviyyə Məhdi Ülya Sultan Mərəşi; 1549, Behşəhr, Mazandaran ostanı – 26 iyul 1579) — I Şah Abbasın anası, Məhəmməd şah Xudabəndənin arvadı, Mərəşi seyidlərindən. Xeyrənnisə Sultan Mazandaran xanı Abdulla xanla bəy qızı Lazibar xanımın ilk övladı idi. 1549-cu ildə anadan olmuşdur. Abdulla xan bu qızını xüsusi yetişdirmişdi. Ona at çapmağı, oxla nişan almağı öyrətmiş, əsasında, bacısı ilə xüsusi müəllimlərin iştirakında elmlərə yiyələnmişdilər. Xeyrənnisə Sultan ilə Şah Məhəmməd Xudabəndənin tanış olması tamamən təsadüfi idi. Tarixi qaynaqlardan biri yazır ki, Şahzadə atasının istəyi ilə payitaxta gələndən sonra Mazandaran bölgəsini gəzərkən bazara yolunu salmış və kəndli qiyafəsində insanları sorğu-sual edirmiş. Elə bu zaman xan qızı Xeyrənnisə bacısı Zəhra xanımla (I Abbasın məşvərətçisi, Məryəm ve Zeynəb sultanı sürgün etdirən, bacısının intiqamçısı) ilə orada olur. Lakin şahzadə paytaxdan muzdlu tutulmuş oxcunun nişanı ilə yaralanır və yerə yıxılır. Bu zaman gənc qız olan Xeyrənnisə qaçaraq onu qaldırır, yarasına oradaca məlhəm qoyur, əhvalını soruşur.
Qafqaz Erməni Xeyriyyə Cəmiyyəti
Qafqaz Erməni Xeyriyyə Cəmiyyəti (erm. Կովկասի հայոց բարեգործական ընկերություն; rus. Кавказское армянское благотворительное общество) — erməni qaçqınlarına kömək məqsədilə 1881-ci ildə yaradılan və 1921-ci ilə qədər fəaliyyət göstərən xeyriyyə və mədəni-maarif təşkilatı. Cəmiyyət 15 noyabr 1881-ci ildə Tiflisdə, Rusiya-Osmanlı müharibəsindən sonra Osmanlıdan Cənubi Qafqaza köçən erməni qaçqınlarına kömək məqsədilə qurulmuşdur. Cəmiyyətin yaradılmasının təşəbbüskarı, fəxri sədri olan Bağrat Navasardyan olub. Yazıçı Qabriel Sundukyan da cəmiyyətin yaradılmasında fəal iştirak edib. Cəmiyyətin nizamnaməsinin ilkin versiyası Qafqaz və Qərbi Ermənistan ermənilərinə yardım təklif edirdi, lakin buna baxmayaraq Qafqaz canişini Mixail Nikolayeviç Romanov, Qərbi Ermənistandakı siyasi məqsədlərin fəaliyyətini nəzərdən keçirdi və sonda yalnız Qafqaz ermənilərinə kömək etdi. Redaktə olunmuş nizamnamə 6 oktyabr 1881-ci ildə təsdiq edildi və "Mşak" qəzetində nəşr olundu. Cəmiyyətin rəsmi açılışı Artsruni Teatrında baş tutdu. 1899–1908-ci illərdə cəmiyyətin fəaliyyəti qismən məhdudlaşdırıldı: filialların olması qadağan edildi, yalnız rus dilində yazışmalar aparmaq tələbi qoyuldu.
Xeyriyyə (Armudlu)
Xeyriyyə — Türkiyənin Yalova vilayətinin Armudlu rayonunda kənd. 1877–1878-ci illərdə Rusiya–Osmanlı müharibəsində rusların Klarceti bölgəsini ələ keçirməsindən sonra buradan köçən gürcülərin indiki Armudlu rayonu sərhədləri daxilində məskunlaşdığı üç kənddən biridir. Digər iki kənd isə Səlimiyyə və Məcidiyyədir. Xeyriyyə kəndində məskunlaşan gürcülər Borçka mahalı sərhədlərindəki Devişkeli (indiki Qaynarca) və Adaquli (indiki Adagül) kəndlərini tərk etmişdilər. Gürcüstan tarixçisi Zakariya Çiçinadzenin 1893-cü ildə verdiyi məlumata görə, bu tarixə qədər Adaquli kəndində 30 təsərrüfat yaşamış, 20 təsərrüfat köç etmişdir. Həmin tarixdə Zəkəriyyə Çiçinadze yazmışdır ki, Rusiya idarəsinə tabe olan Devişkeli kəndindən 25 ailə Osmanlı ölkəsinə köçmüşdür. Kəndin adı 1911-ci il qeydlərində Sultaniyyə kimi qeyd olunmuşdur. 1928-ci il tarixli Osmanlı kəndi siyahısında adı Xeyriyyə (خیریە) olaraq qeyd edilmişdir. 1935-ci il siyahıyaalınmasında Xeyriyyə Bursa vilayətinin Gəmlik rayonunda yerləşən Armudlu nahiyəsinə bağlı kənd olmuşdur və o zaman əhalisi 230 nəfərdən ibarət idi. 1960-cı il ümumi siyahıyaalınmasında Xeyriyyə kəndinin köhnə adı Çiflik olaraq verilmişdir.
Mustafa Xeyri
Mustafa Xeyri (türk. Mustafa Hayri) — hücumçu mövqeyində oynamış Türkiyə futbolçusu. Futbol üzrə Azərbaycan çempionatında çıxış edən, həmçinin qol və avtoqol vuran ilk legioner futbolçu kimi tarixə düşüb. == Klub karyerası == Mustafa Xeyri 1994/1995 mövsümündə Bakının "İnşaatçı" komandasının heyətində Azərbaycan Yüksək Dəstəsində 3 oyun keçirib, 1 qol vurub. Yeganə qolunu debüt oyunundaca, səkkizinci tur çərçivəsində keçirilmiş və 1:1 hesabı ilə nəticələnmiş səfər matçında "Xəzər Lənkəran"ın qapısından keçirib. Klubun heyətində keçirdiyi üçüncü görüşdə, Buzovnanın "Xəzri" klubuna 1:2 hesabı ilə uduzduqları ev oyununda öz qapısına qol vurub. Bu matçdan sonra klubun baş məşqçisi Məmmədəli Məmmədova yaxışlaşan hücumçu, Türkiyəyə qayıtmaq və karyerasını orada davam etdirmək istədiyini söyləyib. == Şəxsi həyatı == Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alıb. Buradan məzun olub-olmaması barəsində məlumat yoxdur.
Seyid Sədullanın xeyriyyə idarəsinin portalı
Seyid Cəmaləddinin oğlu Seyid Sədullanın xeyriyyə idarəsinin portalı — Azərbaycanın paytaxtı Bakıda, İçərişəhər yaxınlığında, Filarmoniya bağında yerləşən XIV əsrə aid ölkə əhəmiyyətli tarixi-memarlıq abidəsi. == Tarixi == Filarmoniya bağındakı bu abidə sufi şeyxi Seyid Cəmaləddinin oğlu Seyid Sədullanın tikdirdiyi və o dövrdə xeyriyyə cəmiyyəti kimi fəaliyyət göstərmiş binanın qorunub saxlanılmış portalından ibarətdir. Tikilinin üzərində bu abidənin tarixi və fəaliyyəti haqqında bir neçə kitabə var. Kitabələrdəki yazılarda Seyid Cəmaləddinin və Seyid Sədullanın adları çəkilir. Bunlar tarixi şəxsiyyətlərdir. Seyid Cəmaləddin, tarixi mənbəıərə əsasən, Eynəzzaman Cəmaləddin Gilidir (yəni, Gilanlıdır). O, Şeyx Səfinin Şeyx Zahid adıyla tanınmış ustadı Tacəddin İbrahimin mürşüdü (müəllimi) olmuşdur. Həyatının çox hissəsini Astarada yaşayıb sufizmi təbliğ etmiş və öz nəzəriyyəsini Şirvanda yaymaq üçün oğlu və müridi (tələbəsi, davamçısı) Seyid Sədullanı Bakıya göndərmişdir. Hazırda Lənkəran-Astara yolunun üstündə Pensar (Butasar) kəndi qəbiristanlığında yerli camaat tərəfindən "Seyid Cəmaləddin piri" adlanan abidə var. == Kitabələr == Abidənin üzərində bir neçə yazılı daş kitabə yerləşir.

Значение слова в других словарях