1. Alıcı, müştəri. Malın xiridarı yoxdur.
– Mətaın atma bazarə; Xiridar olmayan yerdə.
Qədrikəmali-hüsnü bilir aşiqi-həzin; Əlbəttə, qədri-zərri xiridar olan bilir.
// Məc. mənada.
[Zakir] hüsnünə xiridar olandan bəri; Saf cana yetişib ziyan əlindən.
2. məc. Bir şeyin qiymətini bilən, ona lazımi qiymət verə bilən, başa düşən; sərraf. Söz xiridarı.
– Hicrana yandı canım, tüstüsüdür dağdakı çən; Canımı hərraca qoydum, de, xiridarı hanı?
İsi dayının “tərzi-ifadəsi” Məmmədsadığın olduqca xoşuna gəldi. O belə “tərzi-ifadə” nin xiridarı idi. Lakin İsi dayının “tərzi ifadəsi”ni çətin anladı. “Məkruf” sözünü o bilirdi.