xoruzluq 2021
xorvatca
OBASTAN VİKİ
Xorvat
Xorvatlar (xorv. Hrvati) – Balkanda, başlıca olaraq Xorvatiya (89%) və Bosniya və Herseqovinada (15%) yaşayan cənub slavyan millətidir. Xorvat icmaları həmçinin Qərbi Avropada, ABŞ-də, Cənubi Amerikada, Avstraliyada və Yeni Zelandiyada da mövcuddur. Xorvat dilində danışan xorvatlar Roma katolik məzhəbinə aiddirlər. Dalmasiya knyazlığı ilk xorvat dövləti sayılmaqdadır. Belə ki, 852-ci ildə bu dövlətin başçısı knyaz Tripimir özünü xorvatların hökmdarı elan etmişdir. 925-ci ildə isə xorvat hökmdarı Tomislav bütün xorvatları birləşdirərək və Panoniya knyazlığını işğal edərək, dövlət yaratmağa nail olmuşdur. 1102-ci ildə Macarıstanla sülalə ittifaqı yaratmış xorvatlar bu hadisədən sonra macarlaşmaya məruz qalmağa başladılar. 1526-ci ildə baş vermiş Mohaç döyüşündən sonra Macarıstan Krallığının ərazisi Osmanlı və Habsburqlar imperiyaları arasında bölüşdürülmüşdür. Bu vəziyyətdə Avstriya ilə ittifaq bağlamış xorvatlar tədricən alman təsiri altına düşür.
Patrisia Xorvat
Patrisia Xorvat (7 dekabr 1977, Mişkolç) — Macarıstanı təmsil edən su poloçusu. Patrisia Xorvat, Macarıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını dördüncü pillədə başa vurdu.
Xorvat dili
Xorvat dili (xorv. hrvatski jezik) – Xorvatiya, Bosniya və Herseqovina (bosniya dili və serb dili ilə yanaşı) və Serbiya tərkibindəki Voyevodina muxtar vilayətinin rəsmi dillərindən biri. O eyni zamanda Avstriyanın Burgenland federal torpağının bəzi bələdiyyələrinin rəsmi dillərindən biridir. Xorvat dili serb-xorvat dilinin regional variantı sayılır.
Xorvat ensiklopediyası
Xorvat ensiklopediyası (xorv. Hrvatska enciklopedija) — xorvat dilində olan milli ensiklopediya. Miroslav Krleja Leksikoqrafiya İnstitutu tərəfindən nəşr olunmuşdur. Ensiklopediya layihəsi 1999-cu ildə başladılmışdır. Xorvat ensiklopediyası ümümilikdə xorvat dilində olan sayca beşinci ensiklopediyadır. Bundan əvvəl mövcud olmuş xorvatdilli ensiklopediyalar Mate Uyeviçin Xorvat ensiklopediyası, Leksioqrafiya İnstitutu Ensiklopediyası, eləcə də, Ümumi Ensiklopediyanın iki nəşridir. 1999-cu ildən 2009-cu ilə kimi ensiklopediyanın 11 cildi işıq üzü görmüşdür. Bu müddət ərzində hər il bir yeni cild yayımlanmışdır. 2010-cu ildə ensiklopediyanın onlayn versiyası hazırlanmış, yenilənmiş və yeni multimedia vasitələri ilə zənginləşdirilmişdir. 2013-cü ildən ensiklopediyanın onlayn versiyası pulsuz olmuşdur.
Xorvat süsəni
Mavi süsən (lat. Iris germanica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. Bu növ çoxillik ot bitkisi olub, iri, inkişaf edən, azbudaqlı kökə, aşağı tərəfdə isə çoxsaylı kökə malikdir. Kökümsovun zirvəsində 4-6 yarpaqları vardır. Yarpaqlarının hündürlüyü 1 m-ə qədər, göyümtül-yaşıl, tutqun, qılıncvari və paralel damarlıdır. Gövdə üzərində bir neçə iri, gözəl çiçəkləri olur. Çiçəkyanlığı sadə, tacabənzər, 3 xarici yarpaqcığının kənarları qatlanmış, 3 daxili yarpaqcığı isə yuxarıya doğru yönəlmişdir. Erkəkciyi 3 olub, yuxarı yarpaqcıq arasında yerləşmişdir. Aşağı yumurtalıqlı olub, üçyuvalıdır. Çiçəkləri tünd-bənövşəyi rəngli, qutucuqmeyvədir.
Xorvat qoyun iti
Xorvat qoyun iti (xorv. Hrvatski ovčar) — Xorvatiya ərazisində geniş yayılmış ancaq digər ərazilərdə olduqca az müşahidə edilən cins. Orta ölçülərə malik olan, əsasən qara rəngdə olan cins. Bu cinsin özünə məxsus xüsusiyyəti baş və ayaq nahiyyələrində qısa tükə malik olmalarıdır. Xarici görünüş baxımından Macarıstanda yetişdirilən Mudi cinsinə bənzəyir. Cins XIV əsrdən yetişdirilir. Xorvat qoyun iti orta ölçülərin ən minimumuna malikdir. Rəngi əsasən qara rəngdə olsa da sinə və pəncə nahiyyəsində ağ ləkələr vardır. Baş və ayaq nahiyyələrində tüklərin qısa olması onu tülküyə bənzədir. Bədənin digər nahiyyələrində isə uzun və dalğalıdır.
Xorvat Zaqoryesinin taxta oyuncaqları
Xorvat Zaqoryasının taxta oyuncaqları (xorv. Drvene igračke Hrvatskog zagorja) — ənənəvi xorvat uşaq oyuncaqları. 19-cu əsrdən bəri Xorvat Zaqoryası bölgəsində xalq sənətkarları tərəfindən hazırlanır. 2009-cu ildə Xorvat Zaqoryasında taxta oyuncaqları xalq sənətkarlığı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir. Oyuncaq istehsalı Mariya Bistritsa və Qornya Stubitsaş şəhərlərinin ətrafındakı kəndlərdə başladı və hələ də davam edir. Bistriçki Laz, Stubiçki Laz, Qorniya Stubitsa, Mariya Bistritsa, Tuqonitsa və Turnişçe oyuncaqlar istehsalının əsas mərkəzləridir. Tütək, treşotka (təkərli quş formasında oyuncaqlar), tambura, taxta heyvanlar (adətən atlar), fit, avtomobillər, yük maşınları, qatarlar, təyyarələr, kuklalar üçün uşaq mebelləri və s. kimi təxminən 50 oyuncaq modeli hazırlanır. Oyuncaqların xüsusiyyətlərindən biri onun əsasən kişilər tərəfindən əl ilə hazırlanması və qadınlar tərəfindən rəngləndirilməsidir. Hamısı əllə düzəldiyindən tamamilə eyni olan oyuncaqlar olmur.
Xorvat mətbəxi
Xorvatiya mətbəxi- heterojendir və regionların mətbəxi kimi tanınır, çünki Xorvatiyanın hər bir bölgəsi özünün xüsusi kulinariya ənənəsinə malikdir. Onun kökləri qədim dövrlərə aiddir. Ərzaq məhsullarının seçilməsi və bişirilmə qaydaları daxili və sahilyanı bölgələr arasında fərqlidir. Mərkəz bölgələrin mətbəxi Slavyan, daha çox Macarıstan və Türk mətbəxi ilə əlaqəli olmağı, iç yağından( lard), qara bibər, bibər və sarımsaqdan istifadə etməsi ilə xarakterizə olunur. Sahil bölgəsi, Yunan və Roma, daha sonralar Aralıq dənizi, xüsusən İtaliya (Venesiya) mətbəxi ilə səciyyələnir. Sahilyanı mətbəxlərdə zeytun yağı, həmçinin rozmarin, adaçayı, dəfnə yarpağı, qara yarpız, mərzə, darçın, mixək, muskat qozu, limon və portağal qabığı kimi ot və ədviyyatlardan istifadə edilir. Digər köhnə Yuqoslaviya ölkələrinin qida və reseptləri Xorvatiyada məşhurdur. Crni rizot Xorvatiyada hər bir dəniz məhsulu restoranının menyusunda "qara plov" (xorv.Crni rizot, ing. black risotto) mövcuddur. Bu plov əslində Kalmar plovudur.
Serb-Xorvat dili
Serb-Xorvat dili - cənubi slavyan dillərindən biri. Serb, xorvat və bosniya dilləri serb-xorvat dilinin regional variantları sayılır.
Hersek-Bosna Xorvat Respublikası
Bosniya və Herseqovina Xorvatiya Respublikası, Xorvat Hersek-Bosna Respublikası və ya Hersek-Bosna Xorvat Respublikası (xorvat: Hrvatska Republika Herceg-Bosna) Bosniya və Herseqovina ərazisi tanınmamış geosiyasi struktur və kvazi-dövlət olmuşdur. 18 noyabr 1991-ci ildə Bosniya və Herseqovina Xorvat İcması adı altında Bosniya və Herseqovina ərazisində siyasi, mədəni, iqtisadi və regional bir bütöv olaraq elan edilmiş və 14 avqust 1996-cı ildə isə ləğv edilmişdir. 12 noyabr 1991-ci ildə Şimali Bosniyada elan edilmiş olan Bosniya Posavina Xorvat İcması 1992-ci ilin oktyabr ayında Bosniya və Herseqovinaya birləşdirilmişdir. Elan edilmiş sərhədləri daxilində Bosniya və Herseqovina ölkənin təqribi olaraq 30%-lik ərazisini əhatə edirdi, lakin onun üzərində effektiv nəzarətə malik deyildi. Bosniya müharibəsinin əvvəlində regionun bütün hissələri Serb Respublikası Ordusunun nəzarəti altına keçmişdir. Bosniya və Herseqovina silahlı qüvvələri, Xorvatiya Müdafiə Şurası, 8 aprel 1992-ci ildə yaradılmış və əvvəlcə Bosniya və Herseqovina Respublikasının Ordusu ilə ittifaq halında hərbi əməliyyatlar aparmışdır. Onların münasibətləri 1992-ci ilin axırlarında pisləşmiş və bu da öz növbəsində, Bosniya-Xorvatiya müharibəsinə səbəb olmuşdur. Bosniya və Herseqovina Respublikasının Konstitusiya Məhkəməsi 14 sentyabr 1992-ci ildə Bosniya və Herseqovina Xorvat Respublikasını konstitusiyaya zidd elan etmişdir. Bosniya və Herseqovina Xorvat Respublikası Bosniya və Herseqovina Respublikası Hökumətini rəsmən tanımış və dövlət daxilində bir dövlət kimi fəaliyyət göstərirdi, lakin onun rəhbərliyində olan bəziləri bu strukturun ayrılmasını və Xorvatiya ilə birləşməsi fikrini müdafiə edirdi. 28 avqust 1993-cü ildə isə Bosniya və Herseqovina Xorvat Respublikası Bosniya və Herseqovinanın üç respublikadan ibarət olan bir ittifaq kimi nəzərdə tutan Ouen-Stoltenberq planının təklifindən sonra respublika elan edilmişdir.
Xorvat Hersek-Bosna Respublikası
Bosniya və Herseqovina Xorvatiya Respublikası, Xorvat Hersek-Bosna Respublikası və ya Hersek-Bosna Xorvat Respublikası (xorvat: Hrvatska Republika Herceg-Bosna) Bosniya və Herseqovina ərazisi tanınmamış geosiyasi struktur və kvazi-dövlət olmuşdur. 18 noyabr 1991-ci ildə Bosniya və Herseqovina Xorvat İcması adı altında Bosniya və Herseqovina ərazisində siyasi, mədəni, iqtisadi və regional bir bütöv olaraq elan edilmiş və 14 avqust 1996-cı ildə isə ləğv edilmişdir. 12 noyabr 1991-ci ildə Şimali Bosniyada elan edilmiş olan Bosniya Posavina Xorvat İcması 1992-ci ilin oktyabr ayında Bosniya və Herseqovinaya birləşdirilmişdir. Elan edilmiş sərhədləri daxilində Bosniya və Herseqovina ölkənin təqribi olaraq 30%-lik ərazisini əhatə edirdi, lakin onun üzərində effektiv nəzarətə malik deyildi. Bosniya müharibəsinin əvvəlində regionun bütün hissələri Serb Respublikası Ordusunun nəzarəti altına keçmişdir. Bosniya və Herseqovina silahlı qüvvələri, Xorvatiya Müdafiə Şurası, 8 aprel 1992-ci ildə yaradılmış və əvvəlcə Bosniya və Herseqovina Respublikasının Ordusu ilə ittifaq halında hərbi əməliyyatlar aparmışdır. Onların münasibətləri 1992-ci ilin axırlarında pisləşmiş və bu da öz növbəsində, Bosniya-Xorvatiya müharibəsinə səbəb olmuşdur. Bosniya və Herseqovina Respublikasının Konstitusiya Məhkəməsi 14 sentyabr 1992-ci ildə Bosniya və Herseqovina Xorvat Respublikasını konstitusiyaya zidd elan etmişdir. Bosniya və Herseqovina Xorvat Respublikası Bosniya və Herseqovina Respublikası Hökumətini rəsmən tanımış və dövlət daxilində bir dövlət kimi fəaliyyət göstərirdi, lakin onun rəhbərliyində olan bəziləri bu strukturun ayrılmasını və Xorvatiya ilə birləşməsi fikrini müdafiə edirdi. 28 avqust 1993-cü ildə isə Bosniya və Herseqovina Xorvat Respublikası Bosniya və Herseqovinanın üç respublikadan ibarət olan bir ittifaq kimi nəzərdə tutan Ouen-Stoltenberq planının təklifindən sonra respublika elan edilmişdir.
Azərbaycan-Xorvatiya futbol matçlarının siyahısı
13.10.2014 Osiek AÇSO Xorvatiya – Azərbaycan 6:0 03.09.2015 Bakı AÇSO Azərbaycan – Xorvatiya 0:0 21.03.2019 Xorvatiya AÇSO Xorvatiya – Azərbaycan 2:1 09.09.2019 Bakı AÇSO Azərbaycan – Xorvatiya 1:1 11.09.2007 Zapreşiç, Xorvatiya AÇSO Xorvatiya – Azərbaycan 3:2 21.11.2007 Bakı, Azərbaycan AÇSO Azərbaycan - Xorvatiya 0:1 02.09.2021 Velika Qoritsa, Xorvatiya AÇSO Xorvatiya – Azərbaycan 2:0 12.10.2021 Bakı, Azərbaycan AÇSO Azərbaycan - Xorvatiya 1:5 29.10.2003 Xorvatiya AÇSO Xorvatiya – Azərbaycan 3:0 31.10.2012 Sesvete, Xorvatiya AÇSO Xorvatiya – Azərbaycan 7:1 13.08.2013 Xorvatiya YO Xorvatiya – Azərbaycan 1:1 03.08.2014 Avstriya YO Xorvatiya – Azərbaycan 0:1 20.09.2016 Sloveniya YO Xorvatiya – Azərbaycan 2:2 23.09.2016 Sloveniya YO Xorvatiya – Azərbaycan 1:1 28.09.2001 Xorvatiya – Azərbaycan 2:0 21.03.2009 Petanc, Lüksemburq Xorvatiya – Azərbaycan 3:0 25.10.2011 Rovin, Xorvatiya AÇSO Xorvatiya – Azərbaycan 1:2 17.03.2015 Bakı, Azərbaycan AÇSO Azərbaycan – Xorvatiya 0:4 13.04.2018 Bosniya və Herseqovina BT Xorvatiya - Azərbaycan 1:0 18.11.2014 Zaqreb, Xorvatiya YO Xorvatiya – Azərbaycan 3:2 20.11.2014 Zaqreb, Xorvatiya YO Xorvatiya – Azərbaycan 1:2 17.07.2007 Bakı UEFA ÇL seç. mər. Xəzər-Lənkəran – Dinamo Zaqreb 1:1 24.07.2007 Zaqreb UEFA ÇL seç. mər. Dinamo Zaqreb – Xəzər-Lənkəran 1:1 -ə.v. 3:1 13.07.2011 Zaqreb UEFA ÇL seç. mər. Dinamo Zaqreb – Neftçi 3:0 19.07.2011 Bakı UEFA ÇL seç. mər. Neftçi – Dinamo Zaqreb 0:0 10.07.2012 Avstriya YO Neftçi – Dinamo Zaqreb 1:0 19.10.2012 Xorvatiya YO Yadren – Azərbaycan (U-21) 0:3 25.01.2014 Antalya YO Simurq – Draqovolyats 2:0 15.01.2015 Antalya YO Split – Azərbaycan (U-17) 4:0 17.01.2015 Antalya YO Split – Qarabağ 3:1 28.10.2016 Nyiredxaza, Macarıstan UEFA RK Zaqreb - Şərur 3:0 28.06.2018 Murska Sobota, Sloveniya YO Qəbələ - Dinamo Zaqreb 0:2 22.05.2019 Sloveniya YO Slaven Belupo-2 – Azərbaycan (U-21) 1:1 14.09.2022 Split UEFA GL Hayduk (U-19) – Qəbələ (U-19) 3:0 04.10.2022 Qəbələ UEFA GL Qəbələ (U-19) – Hayduk (U-19) -:- 10.11.2022 Bakı, Azərbaycan YO Azərbaycan – Xorvatiya 0:0 13.11.2022 Bakı, Azərbaycan YO Azərbaycan – Xorvatiya 1:2 21.09.2013 Lindabrunn, Avstriya AÇSO Xorvatiya – Azərbaycan 3:1 20.09.2015 Broyton, Uels AÇSO Azərbaycan – Xorvatiya 2:1 10.10.2022 Pula, Xorvatiya AÇSO Xorvatiya – Azərbaycan 1:0 03.11.2012 Lindabrun, Avstriya AÇSO Xorvatiya - Azərbaycan 0:6 18.06.2016 Makedoniya BT Xorvatiya – Azərbaycan 1:3 20.04.2018 Bosniya və Herseqovina BT Xorvatiya (U-16) – Azərbaycan (U-16) 1:1 pen.
Azərbaycan–Xorvatiya münasibətləri
Azərbaycan–Xorvatiya münasibətləri — Azərbaycan Respublikası ilə Xorvatiya Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. İki ölkə arasında diplomatik əlaqələr 1995-cü ilin yanvar ayının 26-da qurulmuşdur. Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 5 dekabr 2000-ci il tarixində yaradılmış və ilk rəhbəri Yaqub Mahmudov olmuşdur. 4 mart 2016-cı il tarixindən də Yaqub Mahmudov işçi qrupunun rəhbəridir.
Bosniya və Herseqovinada xorvatlar
Bosniya və Herseqovinada xorvatlar - ölkə ərazisində dövlətin üç əsas xalqından birini təşkil edir. Bosniya və Herseqovina ərazisində xorvatların dəqiq sayı İkinci Dünya müharibəsindən sonra məlum deyildir. Yuqoslaviya ərazisində müharibə, XX əsrin 90-cı illərində etnik təmizləmə nəticəsindı Bosniya və Herseqovina ərazisində xorvatların sayı azalmışdır. Hazırda Bosniya və Herseqovina ərazisində 600 000 xorvat yaşayır. Rəsmi məlumata görə Bosniya və Herseqovina əhalisinin 14,3 % xorvatlardır. Müasir bosniya ərazisində xorvatlar VII əsrdə peyda olmuşlar. Bosniya və Xorvatiya ərazisində Pannoniya və Dalmasiya knyazlıqları peyda olmuşdur. 925-ci ildə xorvat kralı I Tomislav onları vahid bir krallıqda birləşdirmişdir. 1102-ci ildə isə Xorvatiya Macarıstanla birlışir. Burada iki krallıq bir hökmdar tərəfindən idarə edilirdi.
Ermənistan–Xorvatiya münasibətləri
Xorvatiya—Ermənistan münasibətləri — Xorvatiya və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Ölkələr arasında diplomatik münasibətlər 8 iyul 1996-cı ildə qurulmuşdur. Ermənistan Xorvatiyada İtaliyanın Romadakı səfirliyi ilə, Xorvatiya isə Ermənistanda Yunanıstanın Afinadakı səfirliyi ilə təmsil olunur. 2011-ci ildə hər iki ölkə fəxri konsulluqlar açır: Ermənistan Zaqrebdə, Xorvatiya isə İrəvanda. Ermənistan Avrasiya İqtisadi Birliyinin, Xorvatiya isə Avropa İttifaqının (Aİ) üzvüdür. Ermənistan Avropa İttifaqı ilə Birlik Sazişi imzalamışdır. Dubrovnik Respublikasının mərkəzi Dubrovnik, Xorvatiya-Ermənistan tarixi əlaqələrinin mərkəzi olmuşdur. Dubrovnikdə yaşayan çox sayda xaricinin arasında bir neçə erməni var idi. Dubrovnikin iki himayəçisi müqəddəs Zenobius və Zenobia Kilikiyadan olan erməni müqəddəslər idi. Raqusan Yepiskopu Raimondo Gallani 18-ci əsrin əvvəllərində Ankara və İstanbulun baş yepiskopu idi.
Türkiyə-Xorvatiya futbol matçlarının siyahısı
AÇ-1996-nın final mərhələsi: Qrup oyunu. 11 iyun 1996 Türkiyə – Xorvatiya – 0:1 Krım kuboku 12 iyun 1997 Xorvatiya – Türkiyə – 1:1 YO 31 mart 2004 Xorvatiya – Türkiyə – 2:2 AÇ-2008-in final mərhələsi: 1/4 final. 20 iyun 2008 Xorvatiya – Türkiyə – 1:1 (p. 2:4) Türkiyə&Xorvatiya: Kim güclüdür?
Ukraynanın Xorvatiya səfirliyi
Ukraynanın Xorvatiya səfirliyi (ukr. Посольство України в Республіці Хорватія) — Ukraynanın Xorvatiyanın Zaqreb şəhərində yerləşən səfirliyi. Səfirliyinin vəzifələri öz səlahiyyətləri daxilində qəbul edən dövlətdə Ukraynanın təmsil edilməsi, Ukraynanın vahid xarici siyasət xəttinin aparılması, Ukraynanın milli maraqlarının, o cümlədən siyasi, iqtisadi və digər maraqlarının diplomatiya üsulu ilə təmin edilməsi, Ukraynanın, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və maraqlarının müdafiə edilməsidir. 1991-ci il avqustun 24-də Ukraynanın dövlət müstəqilliyini bərpa eləməsindən sonra xarici dövlətlərlə münasibətlərin qurulmasına başlanıldı. 1992-ci il fevralın 18-də Ukrayna və Xorvatiya dövlətləri arasında diplomatiya sahəsində münasibətlərin qurulmasına dair birgə sənəd imzalanıb. 1995-ci ildə isə Ukraynanın Xorvatiya səfirliyi yaradıldı. Ukraynanın Xorvatiyada olan fövqəldə və səlahiyyətli səfiri Vasili Kiriliçdir. O, 2019-cu ildən bu vəzifədədir.
Xarici İşlər Nazirliyi (Xorvatiya)
Xorvatiya Xarici İşlər Nazirliyi və Xorvatiyanın Avropa İnteqrasiyası — Xarici əlaqələrdən məsul olan Xorvatiya hökumətində nazirlik.
Xorvatca
Xorvat dili (xorv. hrvatski jezik) – Xorvatiya, Bosniya və Herseqovina (bosniya dili və serb dili ilə yanaşı) və Serbiya tərkibindəki Voyevodina muxtar vilayətinin rəsmi dillərindən biri. O eyni zamanda Avstriyanın Burgenland federal torpağının bəzi bələdiyyələrinin rəsmi dillərindən biridir. Xorvat dili serb-xorvat dilinin regional variantı sayılır.
Xorvatca Vikipediya
Xorvatca Vikipediya — Vikipediyanın xorvat dilində olan bölməsidir. Bu günə gədər 220.487 məqalə yaradılıb.
Xorvatiya
Xorvatiya (xorv. Hrvatska) - Mərkəzi Avropanın cənubunda, qismən Balkan yarımadasının qərbində yerləşən, keçmiş Yuqoslaviyanın tərkibinə daxil olan, 1991-ci ildə müstəqillik qazanan dövlət. Rəsmi adı - Xorvatiya Respublikası (xorvatca Republika Hrvatska). İdarəçilik forması - parlamentli respublikadır. Paytaxtı və ən iri şəhəri Zaqreb şəhəridir. Xorvatiya şimal-qərbdə Sloveniya, şimal-şərqdə Macarıstan və Serbiya, cənubda Bosniya və Herseqovina, cənub-şərqdə Monteneqro ilə həmsərhəddir. Ölkənin qərbində Adriatik dənizinin sahilində yerləşir. Xorvatiya 1992-ci ildən BMT-nin, Avropa Şurasının, ATƏT-in, 2009-cu ildən NATO-nun və 1 iyul 2013-cü ildən Avropa Birliyinin üzvüdür. Xorvatlar digər cənub slavyanları kimi Balkan yarımadasına VII əsrdə gəldilər və IX əsrdə xristianlığı qəbul etdilər. 1091-ci ildə Xorvat kralı II Stepanın ölümündən sonra Xorvatiya torpaqları Macarıstan kralı I Latslo tərəfindən işğal edildi.
Xorvatiya 2012 Avroviziya Mahnı Müsabiqəsində
Xorvatiya 2012 Avroviziya Mahnı Müsabiqəsində iştirak edəcək.
Xorvatiya 2015 Avropa Oyunlarında
Xorvatiya — iyun ayının 12-dən 28-nə kimi Azərbaycanda keçirilən 2015 Avropa Oyunlarında iştirak edən ölkələrdən biridir. Xorvatiya ümumilikdə 106 idmançı ilə təmsil olunub.
Xorvatiya 2018 Qış Olimpiya Oyunlarında
Xorvatiya 2018 Qış Olimpiya Oyunlarında 3 idman növü üzrə 19 idmançı ilə təmsil olunacaqdır. Bu idman növündə təsnifat mərhələsində idmançılar Beynəlxalq Bobsley və Skeleton Federasiyasının 14 yanvar 2018-ci il reytinqinə əsasən iştirak hüququ əldə edir. Bu yarışmanın nəticəsi olaraq Xorvatiya bu idman növünün kişilərdən ibarət cütlük və dördlük nominasiyalarında iştirak hüququ əldə etmişdir. kişilər Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən yarışmada iştirak edirlər. Bu yarışmada top-500 daxil olan və təsnifat xalını toplaya bilən idmançılar iştirak edə bilirlər. Top-500 daxil olmayan ölkələrin idmançıları «B» kateqoriyasında iştirak edirlər. Nəticələrə əsasən Xorvatiya «A» kateqoriyası üzrə 9 idmançı ilə təmsil olunacaqdır. Ölkən bu kvotalardan birindən imtina etmişdir. Kişilər qadınlar Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən iştirak edə bilər. «A» kateqoriyası üzrə lisenziya qazanmaq üçün idmançı reytinq üzrə 100 xal qazanmalıdır.
Xorvatiya 2019 Avropa Oyunlarında
Xorvatiya Avroviziya Mahnı Müsabiqəsində
Xorvatiya Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1993-cü ildə qoşulmuş və ümumilikdə 25 dəfə müsabiqədə iştirak etmişdir. 1993 və 2011-ci illər arasında ölkənin Avroviziya təmsilçiləri Dora pop festivalı vasitəsilə seçilmişdir. İştirak etdiyi illər ərzində Xorvatiya heç vaxt müsabiqənin qalibi ola bilməmiş və indiyədək əldə edilən ən yüksək nəticə 1996-cı ildə Maya Blaqdan və 1999-cu ildə Doris Draqoviçin təmsilində qazandıqları dördüncü yer olmuşdur. Ölkə ümumilikdə altı dəfə müsabiqədə ilk onluqda yer almışdır. 2004-cü ildə Avroviziyada yarımfinal mərhələsinin tətbiqindən sonra Xorvatiya altı dəfə yarımfinal mərhələsində məğlub olmuşdur. 2010-cu ildən 2013-cü ilədək dörd il ard-arda yarımfinal məğlubiyyətindən sonra ölkə 2014 və 2015-ci illərdə müsabiqəyə qatılmaqdan imtina etmişdir. Növbəti ildə Avroviziyaya geri dönən Xorvatiya 2016 və 2017-ci illərdə müsabiqənin finala yüksələ bilmişdir. Xorvatiya daha öncə 1961-ci ildən 1991-ci ilə kimi Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində Avroviziyada iştirak etmişdir. Xorvat qrupu olan Riva 1989-cu ildə Yuqoslaviyaya Avroviziyada ilk və yeganə qələbəsini qazandırmışdır. 1990 Avroviziya Mahnı Müsabiqəsi Xorvatiyanın Zaqreb şəhərində keçirilmişdir.
Xorvatiya Avroviziya Uşaq Mahnı Müsabiqəsində
Xorvatiya Elm və İncəsənət Akademiyası
Xorvatiya Elm və İncəsənət Akademiyası (xorv. Hrvatska akademija znanosti i umjetnosti; HAZU), əvvəllər Yuqoslaviya Elm və İncəsənət Akademiyası (xorv. Jugoslavenska akademija znanosti i umjetnosti; JAZU) — Yuqoslaviyanın süqutundan sonra müstəqil Xorvatiyanın ali elmi müəssisəsi. Baş qərargah Zaqreb şəhərində yerləşir. Akademiyanın hazırkı prezidenti — Velimir Neydhardtdır (2019-cu ildən). Akademiyanın yaradılması ideyası 1848-ci ildə Yosip Yuray Ştrosmayerin təşəbbüsü ilə irəli sürülmüşdü. 4 mart 1866-cı ildə Zaqrebdə Yuqoslav Akademiyası təsis edilmişdir. 1945-1990-cı illərdə Xorvatiya Akademiyası Yuqoslaviya Elmlər Akademiyasının tərkib hissəsi idi. 1990-cı ildən - Xorvatiya Konstitusiyası ilə təsbit edilmiş müstəqil elmi müəssisədir. Xorvatiya Elm və İncəsənət Akademiyası 9 şöbədən ibarətdir: Təbiət elmləri bölməsi Təsviri incəsənət bölməsi Ədəbiyyat bölməsi Riyazi, Fiziki və Kimya Elmlər bölməsi Tibb elmləri bölməsi Musiqi və musiqişünaslıq bölməsi Sosial elmlər bölməsi Texniki elmlər bölməsi Filoloji elmlər bölməsi hazu.hr — Xorvatiya Elm və İncəsənət Akademiyasının rəsmi saytı (xorv.) (ing.) Zakon o Hrvatskoj akademiji znanosti i umjetnosti (xorv.) Robert Bajruši.
Xorvatiya Prezidenti
Xorvatiya Prezidenti (xorv. ABCD) — Xorvatiyanın ali dövlət vəzifəsi. Xorvatiya Prezidenti dövlətin başçısı hesab olunur. Xorvatiya Prezidenti, vəzifəyə seçki yolu ilə təyin olunur. Xorvatiya vətəndaşları seçki yolu ilə bir nəfəri beş il müddətinə Xorvatiya Prezidenti vəzifəsinə seçir. Xorvatiya Prezidenti seçilən şəxsin səlahiyyət müddəti seçildiyi il fevralın 18-dən başalıyır və beş il sonra başa çatır. 2015-ci il fevralın 18-dən Xorvatiya Prezidentinin səlahiyyətlərini Kolinda Qrabar-Kitaroviç icra edir. Onun səlahiyyət müddəti 2020-ci il fevralın 18-də başa çatır.

Значение слова в других словарях