XOŞNUD

sif.zərf [ fars. ] Razı, məmnun. Sən pozmusan mənim xoşnud halımı; Abbas sana nə edib, tanrı zalımı? “Abbas və Gülgəz”.
[Fərman:] Bircə de görüm, əmim ağa ilə qohum olmaqdan xoşnuddurmu? Ə.Haqverdiyev.
[Araz və Günəş] hər şeydə qənaətkar, hər zaman həyatlarından məmnun və xoşnud görünürlərdi. A.Şaiq.
[Şah:] Sizi məşrutəçi cavanlar göndəriblər, mən də xoşnudam ki, məmləkətdə belə zəki cavanlar tapılır. C.Cabbarlı.

□ Xoşnud etmək – razı salmaq, məmnun etmək.
Keçmiş vaxtlarda teatr işlərimiz və teatr nümayişlərimiz məni o qədər məmnun və xoşnud eləməzdi, nə qədər ki indi eləyir. C.Məmmədquluzadə.

Xoşnud olmaq – razı düşmək, məmnun olmaq.
Məndən təki ol xatirin olsun xoşnud; Şadəm ki, salır fələk bu zindanə məni. S.Ə.Şirvani.
[Dərviş:] Bu dəliqanlılar məni dərdimin üstündə doğrayıb itlərə atsaydılar, baxtımdan çox xoşnud olardım… A.Divanbəyoğlu.
[Rəşid:] Anası xoşnud olur, zira nə qədər Qurbanquluya təklif etmişdisə də, rədd cavabı almışdı. T.Ş.Simurq.

Синонимы

  • XOŞNUD xoşnud bax razı
XOŞNİYYƏTLİLİK
XOŞNUDLUQ

Значение слова в других словарях