Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Məmməd
Məmməd — Azərbaycanda daha çox işlədilən kişi adı. Məmməd İsmayıl — Ssenari müəllifi. Aktyor. Məmməd Araz — şair, tərcüməçi, publisist Məmməd Əlili — Aktyor. Rejissor Köməkçisi. İkinci rejissor. Rejissor assistenti. Məmməd Sadıqov — Aktyor. Filmlərdə və arxiv kadrlarda iştirak edən. Məmməd Hüseynov — Kino rəssamı.
Kosa Məmməd
Kosaməmməd, Kənizək, Batikyan, Aşağı Qanzak — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Kəvər (Kamo) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 8 km cənub-şərqdə Kəvər çayının sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin digər adı Aşağı Qanzak olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə kəndin adı Kənizək formasında qeyd edilmişdir. Toponim ləqəb bildirən kosa sözü ilə Məmməd şəxs adı əsasında əmələ gəlib. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin adı 1924-cü ildə dəyişdirilib Batikyan qoyulmuşdur. == Əhalisi == 1897-ci ildə burada ermənilərlə yanaşı 16 azərbaycanlı yaşamışdır.
Məmməd Sadıqov
Məmməd Əhməd oğlu Sadıqov (2 may 1913, Bakı – 28 may 1987, Bakı) — Azərbaycanın teatr və kino aktyoru, Azərbaycan SSR əməkdar artisti (1943). == Həyatı == Məmməd Sadıqov 2 may 1913-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1926-cı ildə Pedaqoji məktəbə qəbul olunmuş, lakin təhsilini yarımçıq qoymuşdur. 1931–1932-ci illərdə Bakı Türk İşçi Teatrının aktyor truppasının yaradıcı heyətində işləmişdir. 1 fevral 1933-cü ildən M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasında çalışmışdır. Bu teatrda səhnəyə çıxarkən ilk rolu Cəfər Cabbarlının "1905-ci ildə" pyesindəki Karapet obrazı olmuşdur. Gənclik illərində "Sadıqzadə" soyadı ilə də çıxış etmişdir. 20-dən çox Azərbaycan filmində rol alan Məmməd Sadıqov xüsusi səs tembriylə seçilmişdir. O, 28 may 1987-ci ildə Bakı şəhərində vəfat etmişdir. == Mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 17 iyun 1943 "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959 == Teatr səhnəsindəki rolları == "1905-ci ildə" — Karapet (Cəfər Cabbarlı) "Müsyö Jordan və dərviş Məstəli şah" — Dərviş Məstəli şah (Mirzə Fətəli Axundov) "Lənkəran xadının vəziri" — Xacə Məsud (Mirzə Fətəli Axundov) "Hacı qara" — Qəhrəman (Mirzə Fətəli Axundov) "Xırs quldurbasan" — Namaz (Mirzə Fətəli Axundov) "Cehizsiz qız" — Qavrilov (Aleksandr Ostrovski) "Almaz" — Avtil (Cəfər Cabbarlı) "Oqtay Eloğlu" — Mazandaranski (Cəfər Cabbarlı) "Aydın" — Mirzə Cavad (Cəfər Cabbarlı) "Vaqif" — təlxək (Səməd Vurğun) "Xəyyam" — Bədəvi ərəb (Hüseyn Cavid) "Xoşbəxtlər" — usta Segah (Sabit Rəhman) "Toy" — Mirzə Hüseyn (Sabit Rəhman) "Həyat" — Pardon Qurbanəli (Mirzə İbrahimov) "Közərən ocaqlar" — Məmmədəli (Mirzə İbrahimov) "Rəqs müəlimi" — Kornexo (Lope de Veqa) "Müfəttiş" — poçt müdiri (Nikolay Qoqol) "Fırtına" — qoca (Uilyam Şekspir) "Unudulan adam" — qoca (Nazim Hikmət) "Hind gözəli" — hamamçı (Y. Osnos, V. Vinnikova) "Səyavuş" — Kosa (Hüseyn Cavid) "Dəlilər" — Tomas (Lope de Veqa) "Əcəb işə düşdük" — Nadirov (Şıxəli Qurbanov) "Əliqulu evlənir" — Səfər (Sabit Rəhman) == Filmoqrafiya == Ağasadıq Gəraybəyli (film, 1974) Aygün (film, 1960) Bakıda küləklər əsir (film, 1974) – Manuçarov Bəxtiyar (film, 1955) – Mirhəmid Bizim Cəbiş müəllim (film, 1969) – Səngər qazan Dəli Kür (film, 1969) – kəndli Evlənmək istəyirəm (film, 1983) Əmək və qızılgül (film, 1962) General (film, 1970) İyirmialtılar (film, 1966) – ruhani "Kazbek" qutusu (film, 1958) Qanun naminə (film, 1968) Qayınana (film, 1978) Qızmar günəş altında (film, 1957) Mən mahnı qoşuram (film, 1979) – kənd sakini Min birinci söz (film, 1997) O olmasın, bu olsun (film, 1956) Od içində (film, 1978) – dərviş Sehrli xalat (film, 1964) – baş münəccim Sən niyə susursan?
Məmməd Salmanov
Məmməd Salmanov (Salmanov Məmməd Əhəd oğlu; 12 yanvar 1932, Qaraqışlaq) — mikrobioloq alim, biologiya elmləri doktoru (1982), professor (1996), AMEA-nın müxbir üzvü (2001), AMEA-nın həqiqi üzvü (2007). == Həyatı == Məmməd Salmanov 1932-ci il yanvarın 12-də İrəvan mahalının Uluxanlı-Zəngibasar rayonunun Qaraqışlaq kəndində anadan olub. O, 1955-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq fakültəsini fərqlənmə diplomu bitirərək, Azərbaycan SSR EA-nın Zoologiya İnstitutunun aspiranturasına daxil olub. == Əmək fəaliyyəti == Məmməd Salmanov 1959–1969-cu illərdə AMEA-nın Zoologiya İnstitutunda, 1970-ci ildən isə AMEA-nın Mikrobiologiya İnstitutunda böyük elmi işçi, 1973–1999-cu illərdə Su mikrobiologiyası laboratoriyasının müdiri vəzifəsində işləyib. O, 1999–2002-ci illərdə Azərbaycan Tibb Universitetinin Ümumi biologiya və genetika kafedrasının müdiri olub. Alim 2002-ci ildən 2020-ci ilin may ayına kimi AMEA-nın Mikrobiologiya İnstitutunun direktoru vəzifəsində çalışıb. Hazırda həmin müəssisənin baş elmi işçisi vəzifəsində işləyir. === Pedaqoji fəaliyyəti === Məmməd Salmanov müxtəlif illərdə Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində və Azərbaycan Tibb Universitetində dərs deyib. Hal-hazırda pedaqoji fəaliyyətini Lənkəran Dövlət Universitetində davam etdirir. === Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü === Azərbaycan Mikrobiologiya, Hidrobiologiya elmi cəmiyyətləri; Azərbaycan Milli Yüksək Texnologiyalar və Bioetika Komitəsi; "İnsan və Biosfer" (MAB, YUNESKO) Milli Komitəsi; === Digər fəaliyyəti === Azərbaycan Mikrobiologiya Cəmiyyətinin sədri; AMEA-nın Mikrobiologiya İnstitutunun Müdafiə Şurasının sədri; AMEA-nın Biologiya "Xəbərlər"i; "İnsan və Biosfer" jurnalı redaksiya heyətinin üzvü; "Azərbaycan standartları" jurnalının baş redaktoru; Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "Elm" fondunun eksperti; AMEA Coğrafiya İnstitutunun toplusunun redaktoru; UNESCO yanında "Bioetika, elmi biliklərin və texnologiyanın etikası" üzrə Milli Komitənin üzvü; == Akademik fəaliyyəti == Məmməd Salmanov 1960-cı ildə "Mikrobiologiya" ixtisası üzrə "Kuybışev və Mingəçevir su anbarlarının formalaşmasında mikrobların rolunun müqayisəli öyrənilməsi" mövzusunda dissertasiya müdafiə edərək biologiya üzrə elmlər namizədi, 1982-ci ildə "Mikrobiologiya" ixtisası üzrə "Xəzər dənizində mikrobioloji rejim, fitoplanktonun ilkin məhsulu və üzvi maddələrin destruksiyası" mövzusunda dissertasiya müdafiə edərək biologiya üzrə elmlər doktoru elmi dərəcəsini, 1996-cı ildə isə professor elmi adını alıb.
Məmməd Süleymanov
Məmməd Süleymanov — Azərbaycanlı marksist jurnalist-yazıçı. == Bioqrafiya == Məmməd Süleymanov 1971-ci il martın 8-də Zaqatalada müəllim ailəsində anadan olub. 1988-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutuna (indiki ATU) daxil olan Məmməd Süleymanov 1994-cü ildə institutu müvəffəqiyyətlə bitirmişdir. 1994-96-cı illərdə cərrah kimi işləyib. == Fəaliyyəti == Mətbuatda ilk yazıları ASDP-nin orqanı olan İstiqlal qəzetində çıxıb. Bir müddət "7 Gün" qəzetinin redaktoru və baş redaktoru kimi işləyən yazar "7 Gün" və "Gündəlik Azərbaycan" qəzetlərində köşə yazarı kimi jurnalistika fəaliyyətini davam etdirir. Bir müddət Rusiyanın "Reqnum" informasiya agentliyinin Azərbaycanda müxbiri kimi işləmişdir. Məmməd Süleymanov "Bizim Yol" və "Alma" qəzetlərində də fəaliyyət göstərmişdir. Hazırda "1937.az", "Teleqraf" qəzeti və XI Tezis jurnalı ilə əməkdaşlıq edir. == Kitabları == Çe Gevaranın son sirri - 2011 (İkinci nəşr (əlavələrlə)-2014) - Solfront nəşriyyatı Ədəbi portretlər-2013 - Qanun nəşriyyatı Təbabətin Fəryadı-1990 "Bakı Yazıçı" nəşriyyatı.
Məmməd Səfa
Məmməd Səfa (25 iyul 1960, Şabran rayonu) — azərbaycanlı teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2018), ADMİU-nun professoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən), Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi (2023). == Həyatı == Məmməd Səfa 25 iyul 1960-cı ildə Şabran rayonunda (keçmiş Dəvəçi) anadan olmuşdur. 1967–1977-ci illərdə Şabran şəhər 2 nömrəli tam orta məktəbində təhsil alıb. 1977–1980-ci illərdə Bakı mədəni-maarif texnikumunuda özfəaliyyət teatr kollektivi rəhbəri ixtisası üzrə Əfrasiyab Məmmədovdan dərs alıb. Buranı fərqlənmə diplomu ilə bitirib. Texnikumu bitirdikdən sonra təyinatla Şabran Mədəniyyət Evində işləmişdir. 1980-ci ildə Azərbaycan Dövlət İncəsənət İstitutunun Dram və Kino aktyorluğu fakültəsinə daxil olub. 1980–1984-cü illərdə M. A. Əliyev adına ADİİ-nin aktyorluq fakültəsində Nəsir Sadıqzadə, Fuad Hacıyev və Zəminə Hacıyeva kimi sənətkarlardan dərs alıb. Fəaliyyətini 1985-ci ildən görkəmli teatr xadimi Vaqif İbrahimoğlunun yanında Tədris Teatrında davam etdirmişdir. Burada Mirzə Fətəli Axundovun "Müsyö Jordan və Dərviş Məstəli şah" (Şahbaz bəy), Fridrix Şillerin "Qaçaqlar" (Şpigelberq), Stoyan Boyaqiyevin "Avtobus" (ər), Mar Bayciyevin "Duel", Qriqori Qorinin "Herostratı unudun" əsərlərinin tamaşalarında oynayıb.
Məmməd Tağıyev
Məmməd Tağı oğlu Tağıyev (28 aprel 1921 – 1994) — Azərbaycan filoloqu, filologiya elmləri doktoru, professor. == Həyatı == Məmməd Tağıyev 28 aprel 1921-ci ildə anadan olmuşdur. O, 1954-cü ildə Moskva şəhərində namizədlik, 1966-cı ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1968-ci ildə professor elmi adı almışdır. Məmməd Tağıyev 1963–1970-ci illərdə BDU-da Rus dilçiliyi kafedrasının müdiri, 1970–1972-ci illərdə Bakı Slavyan Universitetinin rektoru, 1972–1994-cü illərdə Müasir rus dili kafedrasının müdiri olmuşdur. Məmməd Tağıyev "Qırmızı əmək bayrağı", "Qırmızı ulduz" ordenləri və medallarla təltif edilmişdir. O, Respublikada rusistikanın təməlini qoymuş və rus dilçiliyi sahəsində elmlər doktoru adım almış ilk azərbaycanlıdır. Məmməd Tağıyev rus dilçiliyi problemlərinə dair ümumittifaq elmi konfranslarında, SSRİ Müəllimlərinin III Qurultayında (Moskva, 1978) məruzələr etmişdir. O, rusistikanın leksikologiya, leksikoqrafiya, frazeologiya, frazeoqrafiya, fonologiya, dil tarixi, sintaksis və linqvometodika kimi sahələrində 200-ə yaxın elmi əsərin, milli məktəblərdə rus dilinin tədrisi məsələlərinə dair tədqiqatların, Azərbaycan məktəbləri üçün rus dili dərsliklərinin müəllifidir. Məmməd Tağıyev elmi kadrların hazırlanmasında böyük xidməti olmuşdur.
Məmməd Verdiyev
Məhəmməd Verdizadə — Azərbaycan aktyoru. == Həyatı == Məhəmməd Verdizadə 1959-cu ildə Kəlbəcərdə anadan olmuşdur. Üç yaşında ikən ailəvi Laçına, oradan Yardımlıya köçmüş, buna görə də orta təhsilini 8-ci sinfə qədər Yardımlıda alıb. Şamaxıya köçdükdən sonra orta məktəbi orada bitirir. Əvvəlcə Xalq Təsərrüfatı İnsitutunda oxumağa başlayan aktyor, sonrada burada təhsilini yarımçıq qoyub İnsəcənət İnstitutuna daxil olur. 1976-1980-ci illərdə həmin institutda təhsil alır. Hələ II kursda oxuyarkən "Babək" filminin foto sınağında iştirak etmişdir. Çəkilişlər başlayan zaman Məhəmməd Verdiyev artıq III kursda təhsil alırdı. İnstitutu bitirdikdən sonbra bir müddət orada dərs deyir və Tədris Teatrında çalışır. Orada Elmira Məlikovanın rejissorluğu ilə hazırlanan Cəfər Cabbarlının "Aydın" tamaşasında Dövlət bəy rolunu ifa edir.
Məmməd Veysov
Veysov Məmməd Kərim oğlu(27.12.1900, Şamaxı ş. – 27.8.1974, Bakı) – hərbi xadim. Buzovnada praporşiklər məktəbini bitirmiş, Azərbaycan Xalq Cümhuriyyətinin yeni təşkil olunmuş hərbi birləşmələrində xidmət etmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə alayının komandiri və Gəncə qarnizonunun rəisi vəzifəsini daşımışdır. N.Tolmaçov adına Hərbi-Siyasi Akademiyanı və M.Frunze adına Nərbi Akademiyanı bitirmişdir. Akademiyada təhsil alarkən yazdığı “Qafqaz hərbi əməliyyat meydanı şəraitində dağ-atıcı diviziyasının hücumu” adlı diplom işi Akademiyanın Komissiyası tərəfindən dağ hərbi hissələri üçün rəhbər vəsait kimi tövsiyə edilmişdir. Hərbi Akademiyanı bitirdikdən sonra Orconikidze şəhərindəki 28-ci dağ-atıcı diviziyasının qərargah rəisi, 1937 ilin noyabrında isə Şimali Qafqaz Hərbi Dairəsinin 9-cu atıcı korpusuna qərargah rəsi təyin olunmuşdur. Həmin il dekabrın 30-da sovet repressiyaları dalğasında həbs edilmişdir. 1955 il iyunun 22-də bəraət qazanmış, bütün vətəndaş hüquqları, hərbi rütbəsi və təltifləri bərpa olunmuşdur. Uzun müddət Gəncə və Bakı şəhər partiya bürosunun üzvü, Bakı şəhər Sovetinin deputatı olmuşdur.
Məmməd Vəliyev
Məmməd Vəliyev (15 iyun 1943, Noraşen rayonu – 20 fevral 2014) — AMEA-nın Polimer Materialları İnstitutunun «Yüksək doymamış birləşmələr» laboratoriyasının müdiri(1982-2014). Kimya elmləri doktoru, professor. == Həyatı == Vəliyev Məmməd Hüseynəli oğlu, 15 iyun 1943-cü ildə Naxcıvan Muxtar Respublikasının Şərur rayonunun Qarxun kəndində anadan olub. 1960-cı ildə Şərur rayonunun Yengicə kənd orta məktəbini bitirdikdən sonra, 1962-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. 1968-ci ildə həmin institutu “Əsas üzvi və neft kimya sintezinin texnologiyası” ixtisası üzrə bitirib. 1968-ci ildə həmin institutu “Əsas üzvi və neft kimya sintezinin texnologiyası” ixtisası üzrə bitirib. 1969-cu ildən Azərbaycan MEA Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun Sumqayıt filialında (hazırda Polimer Materialları İnstitutu adlanır) kiçik elmi işçi vəzifəsində işləməyə başlayıb və 1971-ci ildə institutun aspiranturasına daxil olub. 1974-cü ildə Azərbaycan MEA Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda namizədlik dissertasiyasını müdafiə edib və 1977-ci ilə qədər kiçik elmi işçi vəzifəsində işləyib. Müsabiqə yolu ilə 1977-ci ildə böyük elmi işçi, 1982-ci ildə isə laboratoriya müdiri vəzifəsinə seçilib və 2014-cü ilə qədər bu vəzifədə çalışıb.1987-ci ildə D.İ.Mendeleyev adına Moskva Kimya Texnologiya Universitetində doktorluq dissertasiyasını müdafiə edib və 1991-ci ildə professor elmi adı alıb. 1995-ci ildə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvi seçilib.
Məmməd Vəzirəliyev
Vəzirəliyev Məmməd Bəhram oğlu (1919-1985) — həkim, ali dərəcəli cərrah, tibb elmləri namizədi. I və II dərəcəli Vətən müharibəsi, 2 dəfə Qırmızı Ulduz ordeni laureatı. == Həyatı == Məmməd Bəhram oğlu 1919-cu ildə Şuşa şəhərində anadan olub. Şuşada orta məktəbi bitirdikdən sonra Bakıya köçmüş və burada Pedaqoji texnikuma daxil olub oranı bitirmişdir. 1936-1937-ci illərdə Masallı Rayon Ərkivan kənd orta məktəbində dərs demişdir. Həkim olmaq arzusu ilə Bakıya qayıdaraq 1938-ci ildə Azərbaycan Dövlət Tibb institutuna qəbul olmuşdur. V kursda oxuyarkən müharibə ilə əlaqədar olaraq akademik Mir-Qasımovun rəhbərlik etdiyi Hospital cərrahiyyə kafedrasına ordinator əvəzedicisi vəzifəsində çalışmışdır. 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Böyük Vətən müharibəsi illərində ilk olaraq həkim-ordinator, sonra 174-cü atıcı polkun sanitar rotasının komandiri, daha sonra isə 20-ci diviziyanın 121-ci motoatıcı batalyonunun əməliyyat-sarğı vzvodunun ordinatoru vəzifəsində çalışmışdır. Müharibə illərində yaralanaraq kontuziya almışdır.
Məmməd Xeyirov
Məmməd Bəy oğlu Xeyirov (1925, Susayqışlaq kəndi, Xaçmaz rayonu, Azərbaycan SSR – 2008, Bakı şəhəri, Azərbaycan) — görkəmli Azərbaycan alimi, geologiya-mineralogiya üzrə elmlər doktoru (1975), Azərbaycan Milli Elmlər Akademiyasının (2001) müxbir üzvü. == Həyatı == Məmməd Xeyirov 1925-ci ildə Xaçmaz rayonunda anadan olmuşdur. O, 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika-riyaziyyat fakültəsini fizika ixtisası üzrə bitirmişdir. 1964-cü ildə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, 1975-ci ildə geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcələrini almış, 2001-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü seçilmişdir. == Pedaqoji və elmi fəaliyyəti == O, 1941–1944-cü illərdə Xaçmaz rayon orta məktəbində fizika və riyaziyyat fənlərindən dərs demişdir. 1949–1951-ci illərdə Azərbaycan Dövlət Universietinin Rentgen-struktur analiz laboratoriyasında laborant, baş laborant və laboratoriya müdiri vəzifələrində işləmişdir. 1951–1957-ci illərdə Bakı Rabitə Elektrotexnikumunda fizika və riyaziyyat müəllimi vəzifəsində çalışmışdır. M.Xeyirov elmi fəaliyyətə 1957-ci ildə Azərbaycan Dövlət Neftçıxarma İnstitutunda böyük mühəndis vəzifəsində başlamışdır. Görkəmli alim, bu institutun Litologiya laboratoriyasının nəzdindəki Süxurların fiziki üsullarla tədqiqi bölməsində axtarış-kəşfiyyat quyularından kern nümunələrinin rentgen quruluş təhlili ilə tədqiqatlar aparmışdır. Həmçinin o, "Azəbaycan neft təsərrüfatı" jurnalının redaksiya heyətinin üzvü olmuşdur.
Məmməd Xəlilov
Məmməd Rza oğlu Xəlilov (9 sentyabr 1917, Yelizavetpol – 9 oktyabr 1976, Bakı) — Azərbaycan partiya və dövlət xadimi, Azərbaycan SSR kənd təsərrüfatı naziri (1965–1976), Azərbaycan SSR Ali Sovetinin 6–9-cu çağırış deputatı, Azərbaycan SSR əməkdar kənd təsərrüfatı mexanizatoru. == Həyatı == Məmməd Rza oğlu Xəlilov 1917-ci ildə hazırkı Gəncə şəhərində anadan olmuşdur. 1940-cı ildə Melitopol Kənd Təsərrüfatı Mühəndis-Mexanizatorları İnstitutunu bitirdikdən sonra o, Azərbaycan SSR Xalq Əkinçilik Komissarlığına işləməyə göndərilmişdir. 1941-ci ildən Sovet Ordusu sıralarında xidmət etmiş, Böyük Vətən müharibəsində iştirak etmişdir. 1945-ci ildən 1958-ci ilədək Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyində, Pambıqçılıq Nazirliyində mühəndis, şöbə rəisi, sonralar isə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin MTS və TTS baş idarəsinin rəisi vəzifələrində işləmişdir. 1959-cu ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin kənd təsərrüfatı şöbəsi müdirinin müavini, 1960-cı ildən Azərbaycan SSR kənd təsərrüfatı nazirinin birinci müavini vəzifələrində çalışmışdır. 1961–1965-ci illərdə Azərbaycan SSR Kənd Təsərrüfatı Texnikası Birliyinin sədri, 1965-ci ildən Azərbaycan SSR kənd təsərrüfatı naziri olmuşdur. Məmməd Xəlilov 1958-ci ildən Sov.İKP üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin 6–9-cu çağırış deputatı seçilmişdir. O, 1963–1964-cü illərdə Azərbaycan KP MK kənd təsərrüfatı bürosunun, 1965-ci ildən isə Azərbaycan KP MK üzvü olmuşdur. Məmməd Xəlilov 9 oktyabr 1976-cı ildə Bakıda vəfat etmişdir.
Məmməd Xələfov
Məmməd Süleyman oğlu Xələfov ( ) — Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycanın əməkdar hüquqşünası. == Həyatı == Məmməd Xələfov 1922-ci ilin 20 oktyabrında Füzuli rayonunun Dördçinar kəndində dünyaya gəlib. Atası dövrün bəylərindən Hacı Süleyman repressiya qurbanı olub. Gəncədəki 20 nömrəli dəmir yolu məktəbini qızıl medalla bitirdi, amma universitetə qəbul olunub ali təhsilini davam etdirmək ona dərhal müyəssər olmadı. Gənc Məmməd Xələfovu 1940-cı ildə ordu sıralarına çağırdılar. Hərbi xidmətdə olduğu vaxtda isə XX əsrin ən böyük fəlakətlərindən biri — İkinci Dünya müharibəsi başlandı. Məmməd Xələfov onda cəbhənin ən ağır bölgəsində — Stalinqradda döyüşürdü. 1943-cü ildə döyüşlərin birində ağır yaralanıb hərbi hospitalda yerləşdirildi. Sol qolundakı dərin çapıq ömrünün sonuna qədər o dəhşətli illərdən xəbər verirdi. Sağaldıqdan sonra Gəncəyə qayıtdı, şəhərdəki 28 nömrəli məktəbə hərbi rəhbər təyin olundu.
Məmməd Yaqubov
Məmməd Haqverdi oğlu Yaqubov (2 fevral 1941, Culfa rayonu, Milax)— azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, professor. Azərbaycan Respublikasının Əməkdar elm xadimi (2019) == Həyatı == Məmməd Haqverdi oğlu Yaqubov 1941-ci il fevralın 2-də Culfa rayonunun Milax kəndində anadan olub. 1957-ci ildə Naxçıvan şəhər 1 nömrəli orta məktəbi bitirib. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirib. 1965-ci ildən BDU-da çalışır. 1966-cı ildə «Bir sinif inteqro-diferensial tənliklərin həllərinin davamı və dayanıqlığı haqqında» mövzusunda fizika-riyaziyyat elmləri üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. 1992-ci ildə isə «Paylanmış parametrli sistemlərdə optimal sürüşgən rejimlər və optimallıq üçün zəruri şərtlər» mövzusunda fizika-riyaziyyat elmləri doktoru dissertasiyasını müdafiə etmişdir. Məmməd Yaqubov 1996-cı ildən indiyədək BDU-nun mexanika-riyaziyyat fakültəsinin idarəetmə nəzəriyyəsinin riyazi üsulları kafedrasının müdiridir. 100-dən artıq elmi məqalənin müəllifidir. Bir sıra beynəlxalq seminar, simpozium və konfranslarda iştirak etib.
Məmməd Zamanlı
Məmməd Çıraqov
Məmməd İsa oğlu Çıraqov (21 iyun 1938, Qoçulu, Lüksemburq rayonu – 15 fevral 2022) — Geologiya-mineralogiya elmlər doktoru, BDU Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasının müdiri, professor. == Həyatı == 21 iyun 1938-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuşdur. 8 illik məktəbi Qoçuluda, orta məktəbi Arıxlıda bitirib. Həmin il Azərbaycan Dövlət Universitetinə daxil olmuş və 1962 ci ildə kristalloqrafiya ixtisası üzrə Universiteti bitirmişdi. Həmin ildə Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutunda Xudu Məmmədovun rəhbərlik etdiyi kristallokimya laboriyasında işə başlayır. 1965-ci ildə aspiranturaya qəbul olmuş, SSRİ Elmlər Akademiyasının Sibir Şöbəsinin Qeyri-üzvi Kimya İnstitutuna göndərilmişdir. 1969-cu ildə Moskva Dövlət Universitetində namizədlik dissertasiyası müdafiə etmişdir. Geologiya-Mineralogiya sahəsi üzrə elmi dərəcə almışdır. 1969 cu ildə Bakıya qayıdıb EA-nın Qeyri-üzvi və Fizika-Kimya İnsitutunda işə başlayıb. SSRİ EA Sibir şöbəsində aspiranturanı bitirib.
Məmməd İbrahim
Məmməd İbrahim (24 noyabr 1966, Yevlax) — azərbaycanlı ictimai-siyasi fəal; sabiq siyasi məhbus; Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri, AXCP Rəyasət heyətinin üzvü. == Həyatı == Məmməd İbrahim 1966-cı il noyabrın 24-də Yevlax şəhərində anadan olub. O, 1983-cü ildə Yevlax şəhər Mirzə Ələkbər Sabir adına 2 saylı orta məktəbi bitirmişdir. Elə həmin il Bakı Maliyyə-Kredit texnikumuna daxil olub. 1985-1987-ci ildə Sovet Ordusu sıralarında Krosnayarsk diyarının Kansk şəhərində hərbi xidmətdə olmuşdur. 1988-ci ildə Maliyyə-İqtisad Kollecini bitirib. 1989-cu ildə Yevlax şəhər İctimai İaşə Birliyində təftişçi vəzifəsində çalışmışdır. Sovet İttifaqı dağıldıqdan sonra rəsmi iş yeri yoxdur. == Fəaliyyəti == 1989-cu ildən Azərbaycan Xalq Cəbhəsinin (indiki AXCP) üzvü olan Məmməd İbrahim, 2012-ci ildən AXCP sədrinin müşaviri, 2015-ci ildən isə Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyətinin üzvüdür. === Həbs edilməsi (2015) === 2015-ci il sentyabrın 30-da Nərimanov rayon Polis İdarəsində barəsində Azərbaycanın Cinayət Məcəlləsinin 221-ci maddəsilə (xuliqanlıq) cinayət işi başlanıldı və şübhəli şəxs qismində saxlanıldı.
Məmməd İbrahimov
Məmməd Hüseyn oğlu İbrahimov (12 iyun 1946, Naxçıvan) — Gəncə şəhərinin baş memarı (29.04.2011) Ondan sonra baş memar Allahverdi Əliyev olmuşdur. Azərbaycan memarlığının inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2021-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edilmişdir.
Məmməd İrəvanlı
Məmməd (İrəvanlı) Cəfərov - aşıq == Həyatı == Məmməd (İrəvanlı) Cəfərov 1894-cü ildə İrəvan quberniyasında Keşişkənddə anadan olmuşdur. O, öz tərcümeyi-halında yazır: “1904-10-cu illərdə muzdurluqla yaşamışam. 1910-1914-cü illərdə Ukraynanın Tuva vilayətində su kəməri tunelində işləmişəm... 1914-1917-ci illərdə Bakıda Musa Nağıyevin neft buruqlarında fəhlə işləmişəm... 1917-1920-ci illərdə erməni-Azərbaycan savaşında Bakıdan İrəvana getdim. Orada da yaşamaq mümkün olmadı. 1920-1926-cı illərdə Gədəbəy mahalında yaşamışam...” Didərginlik həyatı yaşadığı bu illərdə aşıq Məmməd Cəfərov dərdini saza söyləmiş, onunla həmdərd olmuş, yaşayış yerini dəyişmiş, Ağdamın Qərvənd kəndində məskunlaşaraq həm təsərrüfatla məşğul olmuş, həm də aşıq sənətini özünə peşə seçmiş, el şənliklərində çalıb-oxumuşdur. == İstinadlar == Ziyəddin Məhərrəmov, "İrəvanda məktəbdarlıq və maarifçilik", Bakı, Nurlan nəşriyyatı, 2010.
Məmməd İsgəndərov
İsgəndərov Məmməd Əbdül oğlu (4 (17) dekabr 1915, Eyvazlı, Zəngəzur qəzası – 28 may 1985, Bakı) — Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri, Azərbaycan SSR Nazirlər Sovetinin 6-cı sədri, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi, Azərbaycan Kommunist Partiyası Lenin Rayon Komitəsinin birinci katibi. == Həyatı == Məmməd İsgəndərov 1915-ci ildə Qubadlı rayonunun Eyvazlı kəndində dünyaya gəlib. Ailədə beş qardaş olublar: Süleyman, Kərim, Səlim, Xanlar və Məmməd. 1919-cu ildə ermənilər kəndə hücum edəndə Süleyman erməni gülləsinə tuş gəlib. M. İsgəndərov 1929-cu ildə Bakıya gələrək Sabir adına Pedaqoji məktəbə daxil olub və Xanlıq kənd orta məktəbində bir müddət dərs dedikdən sonra 1935-ci ildə Azərbaycan Sənaye İnstitutunda mühəndis-geoloq ixtisasına yiyələnərək, neft mədənlərinin birində işə düzəlib. 1953-cü ildə Bakı ŞPK-nın 1-ci katibi seçilib. 1959-cu ildə Nazirlər Sovetinin sədri təyin olunub. 1961-ci ildə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin sədri seçilib. İki çağırış (1961–1969-cu illər) ali qanunverici orqana başçılıq edib. O həm də elm sahəsində böyük nailliyətlər qazanıb.
Məmməd İskəndərov
Məmməd Salman oğlu İskəndərov (30 dekabr 1908, Urud, Zəngəzur qəzası – 20 may 1965, Bakı) — tarixçi, tarix elmləri namizədi, ictimai xadim, Ümumittifaq Kommunist (bolşevik) Parityasının Mərkəzi Komitəsi yanında Marksizm – Leninizm İnstitunun Azərbaycan filialının direktoru, Azərbaycan SSR EA Tarix və Fəlsəfə İnstitutunun direktoru. == Həyatı == Tarixçi, ictimai xadim Məmməd Salman oğlu İskəndərov 1909-cu il 30 dekabr tarixində anadan olub. 1947-ci ildə ekstern yolu ilə V.M.Molotov adına İrəvan Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. 1947–1950-ci illərdə o, ÜK (b)P MK yanında İctimai Elmlər Akademiyasının aspiranturasına daxil olmuş və orada "S.M.Kirov Azərbaycan bolşeviklərin rəhbəri kimi (1920–1925-ci illər)" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. O, 1965-ci ildə vəfat edib və Birinci Fəxri xiyabanda dəfn olunub. == Fəaliyyəti == M.S.İskəndərov 1937-1941-ci illərdə Vedi rayon partiya komitəsinin birinci katibi, Kommunist (bolşevik) Partiyasının Mərkəzi komitəsinin sənaye şöbəsinin müdiri, 1941-ci ilin mart ayında Ermənistan K(b)P MK-nin katibi seçilmiş və 1943-cü ilə kimi bu vəzifədə işləmişdi. 1946-cı il 10 fevral tarixində 2-ci çağırışdan SSRİ Ali Sovetinin deputatı seçilib. 1943-1947-ci illərdə Ermənistan K(b)P MK katibinin müavini və MK-nin şöbə müdiri vəzifələrində çalışmışdır. 1950-ci ildə M.S.İskəndərov Azərbaycana göndərilmiş və həmin ilin sentyabr ayında Azərbaycan K(b)P MK bürosunun qərarı ilə, ÜK (b) P MK yanında Marksizm-Leninizm İnstitutunun Azərbaycan filialının direktor müavini, 1951-ci ilin aprelin 19-dan isə institutun direktoru təyin edilmişdir (1951–1952). O, 1951-ci ildən Azərbaycan Dövlət Bədən Tərbiyə İnstitutunun "Marsizm-leninizm" kafedrasının müdiri vəzifəsində işləmiş, eyni zamanda Azərbaycan SSR EA Tarix və Fəlsəfə İnstitutuna rəhbərlik etmişdir.
Məmməd İsmayıl
İsmayıl Mürşüd oğlu Məmməd (1 noyabr 1939, Əsrik Cırdaxan, Tovuz rayonu) — Azərbaycan şairi. == Həyatı == M. İsmayıl 1939-cu ildə Azərbaycan Respublikasının Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində dünyaya gəlmişdir. 1957-ci ildə Əsrik-Cırdaxan kənd orta məktəbini, 1964-cü ildə Azərbaycan Dövlət Universitetini, 1975-ci ildə Moskvada SSRİ Yazıçılar İttifaqı nəzdindəki ikiillik Ali Ədəbiyyat kursunu bitirmişdir. 1998-ci ildə filologiya elmləri namizədi elmi dərəcəsini,2013-cü ildə Türkiyənin Çanaqqala On səkkiz Mart Universitetində professor ünvanı almışdır. 1966–1973-cü illərdə "Azərbaycan Dövlət Radio və Televiziya" komitəsində redaktor, böyük redaktor, şöbə müdiri, 1975–1976-cı illərdə "Ədəbiyyat və incəsənət" qəzetində müxbir, 1976–1980-ci illərdə "C. Cabbarlı adına Azərbaycanfilm" studiyasının Elmi-kütləvi sənədli filmlər birliyində baş redaktor, 1980–1983-cü illərdə "Yazıçı" nəşriyyatında şöbə müdiri və baş redaktorun müavini, 1983–1987-ci illərdə "İşıq" nəşriyyatının direktoru, 1983–1992-ci illərdə Respublika Komsomolu Mərkəzi Komitəsi nəzdində gənc yazıçıların Respublika "Gənclik Ədəbi Birliyi"nin rəhbəri, 1988–1992-ci illərdə "Gənclik-Molodost" jurnallarının baş redaktoru vəzifələrində çalışmışdır. 1989–1993-cü illərdə Xalq hərəkatında iştirak etmiş və "Demokratik Qüvvələr Birliyi"nin həmsədri kimi fəaliyyət göstərmişdir. 1992–1993-cü illərdə "Azərbaycan Televiziya və Radio Verilişləri" şirkətinin idarə heyətinin sədri vəzifəsində çalışmışdır. 1995–1996-cı illərdə Türkiyədə "TİKA" və "Türk Dil Qurumu"nun birgə lüğət layihəsində ekspert kimi fəaliyyət göstərmişdir. 1996-cı ilin may ayından Türkiyənin Çanaqqala On səkkiz Mart Universitetində professor kimi elmi fəaliyyətlə məşğuldur. == Ədəbi fəaliyyəti == 14 yaşından bədii yaradıcılıqla məşğuldur.
Məmməd Şeyxzamanov
Məmmədrza Şeyxzamanov (4 avqust 1915, Yelizavetpol – 25 yanvar 1984, Bakı) — görkəmli Azərbaycan-sovet teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1974). == Həyatı == Məmmədrza Şeyxzamanov 1915-ci ildə Gəncədə doğulub. 2 yaşında ikən atasını itirib. Və o andan etibarən ailənin bütün yükünü anası Böyükxanım çiyinlərində daşımalı olur. 1917-ci ilə qədər evdar qadın olan anası inqilabdan sonra Gəncədəki toxuculuq fabrikində işləməyə başlayır. Bununla da evinə çörək pulu qazanır. Mənəvi xəzinəmiz olan Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymurun dediyinə görə, 1918–20-ci illərdə mövcud olan 23 aylıq cümhuriyyətimiz süquta uğrayandan sonra müstəqillik tərəfdarları arasında aparılan "təmizlənmələr" Şeyxzamanovlar nəslinə də əlini çəkir. Məmmədrzanın məmur babası Nağı Şeyxzamanov və yaxın qohumları repressiyaya məruz qalırlar. Bu da ailənin bəxtinə, taleyinə kədərli bir iz salır. Onlar hər xırda şeylərə görə təqiblərə məruz qalır, olmazın çətinliklər və problemlərlə üzləşirdilər.
Məmməd Şirzad
Şirzadov Məmməd Firudin oğlu— (d.23 may 1946, Naxçıvan şəhəri, Əliabad qəsəbəsi) - rəssam-boyakar. == Fəaliyyəti == 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor adına layiq görülmüşdür. 1968-ci ildə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirmişdir. 1990-cı ildə Saratov Dövlət Unversitetini bitirmişdir. 1995-ci ildən Türkiyədə yaşayır, Afyon Universitetinin incəsənət fakültəsində çalışır. == Sərgiləri == Naxçıvanda, Bakıda, Tiflisdə, Moskvada, Almaniyada, Finlandiyada, Türkiyənin İstanbul, Ankara, İzmir, Trabzon şəhərlərində fərdi yaradıcılıq sərgiləri açılmışdır. Məmməd Şirzadın yaradıcılığında portret, peyzaj janrları xüsusi yer tutur. Rəssamın qədim Naxçıvan torpağı ilə bağlı silsilə tabloları var. Türkiyə etüdləri də xüsusi diqqət çəkir.
Gəray Məmmədov
Habil Məmmədov
Habil Məmmədov (tam adı: Habil Nurkişi oğlu Məmmədov) — Azərbaycan tarixçisi, Bakı Slavyan Universitetinin "Beynəlxalq münasibətlər kafedrası"nın professoru, tarix elmləri doktoru. == Həyatı və elmi fəaliyyəti == Məmmədov Habil Nurkişi oğlu 27 iyun 1966-cı ildə Azərbaycan Respublikası Kürdəmir rayonu Qaraqocalı kəndində anadan olmuşdur. 1973-1983-cü illərdə Köhnəbazar kənd orta məktəbində orta təhsil almışdır. 1984-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş, 1991-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1996-cı ildə “Muğanın maddi mədəniyyəti (tarixi-etnoqrafik tədqiqat)” adlı namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. Dissertasiya Muğan bölgəsinin tədqiqinə dair ilk tədqiqat işi hesab edilir. 1995-2003-cü illərdə Bakı Dövlət Universitetinin Azərbaycanşünaslıq ETL-də böyük elmi işçi vəzifəsində çalışmışdır. 2003-cü ildən Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər, Avropaşünaslıq,hal-hazırda Beynəlxalq münasibətlər kafedrasının müdiri vəzifəsində çalışır.Universitetin ictimai, elmi və mədəni həyatında fəal iştirak edir. 2013-cü ildə “Azərbaycan Respublikası ilə Şərqi Avropa ölkələri arasında mədəni əlaqələr (1991-2008-ci illər) ” adlı (5502.01– “Ümumi tarix” ixtisası üzrə) elmlər doktorluğu dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. Beynəlxalq konfranslarda, o cümlədən I və II Bakı Beynəlxalq Humanitar Forumlarının iştirakçısı olmuşdur.
Hacı Məmmədhüseyn Rəfiyev
Hacı Məmmədhüseyn Rəfiyev (1860, Yelizavetpol, Tiflis quberniyası – 1920, Gəncə) — maarifçi, xeyriyyəçi, 1-ci gildiya taciri, Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin və Gəncə Şəhər Dumasının üzvü olub. Məşədi Əli Rəfiyev və Musa bəy Rəfiyevin atasıdır. == Həyatı == Hacı Məmmədhüseyn Əlirza oğlu Rəfiyev 1846-cı ildə Gəncədə anadan olub. İlk təhsilini Gəncədə Şah Abbas məscidində yerləşən mədrəsədə alıb. Ərəb, fars və rus dillərini öyrənib. Sonradan ticarətçi və sənayeçi olan o, 1-ci gildiya taciri olub. Xalça toxuculuğu və satışı sahəsində tanınıb. Təbriz, Nijni Novqorod, İstanbul, Tehran və Parisdə xalça mağazaları olub. Rəssamlıq qabiliyyəti olduğu üçün çəkdiyi milli naxışlarla da xalçalar toxutdurub. 1900-cü ildə Parisdə keçirilən Beynəxalq Sərgisidə çəkdiyi naxışlar əsasında toxunmuş gəbələrə görə sərginin “Grand Prix” yüksək mükafatı və medalı ilə təltif olunub.
Hacı Məmmədin evi
Hacı Məmmədin evi — Şuşa şəhərinin A. Qaraşərov küçəsində (keçmiş Leytinnat Şmidt) yerlşən iki mərtəbəli ev. Evin otaqları divar rəsmləri ilə zəngin bəzədilmişdi.
Hacı Məmmədov
Hacı Məmmədov (tarzən) — Azərbaycan tarzəni. Hacı Məmmədov (cinayətkar) — Azərbaycanda cinayətkar qrupun başçısı.
Hacı Məmmədov (cinayətkar)
Hacı Teymur oğlu Məmmədov (1951 – 3 dekabr 2017, Xəzər rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Cinayət Axtarış Baş İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı və kriminal dəstə başçısı. == Həyatı == Hacı Məmmədov Daxili İşlər Nazirliyi sistemində 1977-ci ildən işləməyə başlayıb. O, 1995-ci ildə DİN-də Baş Cinayət Axtarış İdarəsində əmlak cinayətkarlığına qarşı mübarizə şöbəsinin əməliyyat müvəkkili, sonradan isə baş əməliyyat müvəkkili təyin edilib. O, Qusarda yerləşən "Qarabulaq" istirahət mərkəzinin qeyri-rəsmi sahibi olub. === Cinayətkar illəri === Hacı Məmmədovun özünə dəstə yaradaraq müxtəlif vəzifəli adamları oğurlayıb onlardan külli-miqdarda pul tələb edilməsi, onlarla adamın qətlə yetirilməsində ittiham olunur. O, Azərbaycan Respublikasının ilk hərbi prokuroru Rövşən Əliyevin və "Qara Polkovnik" kimi tanınan Fətulla Hüseynovun qətlində ittiham olunur. Onun dəstəsi 2005-ci ildə Beynəlxalq Bankın sədri Cahangir Hacıyevin xanımı Zamirə Hacıyevanı getdiyi qadın salonundan çıxarkən oğurlayıb. Məhz bu hadisədən sonra Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin 10 mart 2005-ci il tarixdə keçirdiyi "Qara Kəmər" əməliyyatı ilə həbs edilmişdir. === Məhkəmə prosesi və MTN-nin istintaq təcridxanasında saxlanılması === Məhkəmə ifadəsində Hacı Məmmədov ona qarşı irəli sürülən ittihamların bəzilərini qəbul etmişdi. 2006-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Adam oğurluğu və qətllərdə təqsirləndirilmış Hacı Məmmədova qarşı ümumilikdə 80-ə qədər maddə ilə ittiham irəli sürülüb və onun barəsində əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzası çıxarılmışdı.
Hacı Məmmədov (tarzən)
Hacı Məmməd oğlu Məmmədov (28 aprel 1920, Şamaxı – 2 avqust 1981, Bakı) — Azərbaycan tarzəni, Azərbaycan SSR xalq artisti (1963), Azərbaycan Tibb İnstitutunun müəllimi. == Həyatı == Hacı Məmmədov 1920-ci il aprelin 28-də Şamaxı şəhərində anadan olmuşdur. 1943–1948-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil almışdır. 1949-cu ildən 1970-ci ilə qədər həkim-cərrah kimi fəaliyyət göstərmişdir. 1930–1948-ci illərdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrində işləmiş, 1949-cu ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. Hacı Məmmədov rus və Qərbi Avropa müəlliflərinin klassik əsərlərinin tarda ilk ifaçısı olub. Bülbül, Seyid Şuşinski, Zülfü Adıgözəlov kimi müğənniləri müşayiət etmiş, Belçika, Polşa, Macarıstan, İran, Suriya, Əlcəzair və digər ölkələrdə qastrol səfərlərində olmuşdur. Hacı Məmmədov 1981-ci il avqustun 2-də Bakıda vəfat etmişdir. == Mükafatları == "Azərbaycan SSR xalq artisti" fəxri adı — 18 may 1963 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 25 sentyabr 1954 "Şərəf nişanı" ordeni — 9 iyun 1959 Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı — 25 aprel 1980 == İstinadlar == == Ədəbiyyat == Həsənova, Şəhla. Hacı Məmmədov.
Hacı Surxay Məmmədli
Hacı Surxay Məmmədli (tam adı: Surxay Məmməd oğlu Məmmədli) — azərbaycanlı ilahiyyatçı-din xadimi, ilahiyyat elmləri doktoru, İçərişəhər “Cümə” məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi (2004—h.h.), Qafqaz Müsəlmanları İdarəsinin Dərbənd şəhəri üzrə səlahiyyətli nümayəndəsi (1997—2004). == Həyatı == Surxay Məmməd oğlu Məmmədli 5 may 1968-ci ildə Masallı rayonunun Sirəbil kəndində anadan olub. Orta təhsilini Sirəbildə almışdır. 1990-cı ildə Qafqaz İslam Universitetinə daxil olub və oxuduğu zamanda həmin universitetdə müəllim vəzifəsində çalışmışdır. Tələbəlik illərində Azərbaycan Müsəlman Gənclər Birliyinə sədrlik edib. 1993-cü ildə Bakının Xətai rayonunun Əhmədli qəsəbəsinə axund təyin olunub. 1997-2004-cü illərdə Rusiyanın Dağıstan Respublikasının Dərbənd şəhərində Qafqaz Musəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi vəzifəsində çalışıb. 2004-cü ildən İçərişəhər “Cümə” məscidinin axundu və eyni adlı dini icmanın rəhbəridir. 2016-cı ildə Rusiyanın Təhsil və Elm Nazirliyinin Ali Attestasiya Komissiyasının qərarı əsasında ilahiyyat elmləri doktoru elmi dərəcəsi verilib. Ailəlidir, 2-si oğlan, 1-i qız, 3 övladı var.
Hacı Əli Məmmədov
Əli Abdulla oğlu Məmmədov (8 iyul 1947, Daşkənd, Basarkeçər rayonu) — Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin baş direktoru (1997 – 2021); Azərbaycan Respublikasının hərbi əməliyyatlar nəticəsində işğal olunmuş və bununla əlaqədar zərər çəkmiş ərazilərinin bərpası və yenidən qurulması üzrə Dövlət Komissiyasının üzvü; Azərbaycan Respublikasının əməkdar mühəndisi (2010). == Həyatı == Əli Məmmədov 8 iyul 1947-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində anadan olmuşdur. 1965-ci ildə Bərdə rayonu Yeni Daşkənd kənd orta məktəbini bitirib. 1965-ci ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunun hidromeliorasiya fakültəsinin "Hidroelektrostansiyalar və çay qurğularının inşaatı" şöbəsinə daxil olub, 1970-ci ildə həmin fakültəni əla qiymətlərlə bitirərək "mühəndis-hidrotexnik" ixtisası almışdır. 1970-ci ildə institutu bitirdikdən sonra SSRİ Energetika Nazirliyinin "Azərenerjitikinti" Tresti Sərsəng TQİ-də mühəndis, böyük mühəndis, sahə rəisi və istehsal-texniki şöbənin rəisi vəzifələrində işləmişdir. Ə. A. Məmmədov 1977–1983-cü illərdə Şəmkir SES TQİ-də istehsalat şöbəsinin rəisi və Şəmkir SES TQİ-nin rəis müavini vəzifəsində işləmişdir. 1983-cü ildən 1986-cı ilə kimi Yenikənd SES TQİ-nin rəisi vəzifəsində işləmişdir. 1986–1989-cu illərdə "Azərenerjitikinti" Trestində layihə-smeta şöbəsinin rəisi vəzifəsində çalışmışdır. 1989–1993-cü illərdə "Azərenerjitikinti" Trestinin rəis müavini vəzifəsində işləmişdir. 1993-cü ildə SSRİ-İran dövlətlərinin müştərək tikdiyi Xudafərin və Qız-Qalası hidrokompleksi layihəsinin SSRİ tərəfindən direktoru işləmişdir.
Hacıbaba Məmmədov
Hacıbaba İsmayıl oğluMəmmədov — Akademik Milli Dram Teatrın direktor müavini, aktyor. == Həyatı == Hacıbaba İsmayıl oğlu Məmmədov 1 iyun 1964-cü il tarixində Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Xanağa kəndində anadan olmuşdur. 1982–1984-cü illərdə hərbi xidmətdə olub. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnsitutunun dram və kino aktyoru fakültəsinə daxil olub, 1989-cu ildə institutu bitirib. 1989–2000-ci illərdə "YUĞ" Teatrında aktyor, 2000–2002-ci illərdə Dövlət Pantomim Teatrında aktyor, 2003–2010-cu illərdə "Qanun" MMC-də mətbəə müdiri, 2010–2014-cü illərdə Bakı Uşaq Teatrında direktor müavini işləyib. 2014-cü ildən Akademik Milli Dram Teatrında əvvəlcə inzibatçı, 2016-cı ildən isə direktor müavini vəzifəsində çalışır.
Hacırəhim Məmmədov
Hacırəhim Səməd oğlu Məmmədov (1 yanvar 1948, Tetritskaro rayonu, Kvemo-Kartli – 11 dekabr 2003, Bakı) — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının sabiq rəisi. == Həyatı == Hacırəhim Səməd oğlu Məmmədov 1948-ci il yanvarın 1-də Gürcüstan SSR-in Tetritskaro rayonunun Şıxlı kəndində anadan olmuşdur. 1966-cı ildə Marneuli şəhərindəki 98 saylı internat məktəbini bitirmişdir. Bir il Tbilisi şəhərində tikinti idarəsində işlədikdən sonra 1967-ci ildə Tbilisi Ali Hərbi Artilleriya Məktəbinə daxil olunmuşdur. 1970-ci ildə Tbilisi Ali Hərbi Artilleriya Məktəbini bitirdikdən sonra, xidmətini davam etdirmək üçün sabiq Almaniya Demokratik Respublikasında yerləşən SSRİ hərbi hissələrinin birinə xidmətə göndərilmişdir. == Fəaliyyəti == Hacırəhim Məmmədov 1970-1973-cü illərdə SSRİ qoşunlarının Almaniyadakı qrupunda taqım komandiri, 1973-1978-ci illərdə Prikarpat Hərbi Dairəsində batareya komandiri, 1975-1978-ci illərdə Prikarpat Hərbi Dairəsində böyük qüvvəli divizion qərargah rəisi olmuş, 1978-1981-ci illərdə Leninqrad Hərbi Artilleriya Akademiyasında təhsil almış, 1981-1982-ci illərdə Uzaq Şərq Hərbi Dairəsi, Xabarovsk vilayətində Artilleriya divizionu komandiri, 1982-1985-ci illərdə Uzaq Şərq Hərbi Dairəsi, Xabarovsk vilayətində Artilleriya alayının qərargah rəisi, 1986-1990-cı illərdə Uzaq Şərq Hərbi Dairəsi, Primorsk vilayətində Diviziyada artilleriya alayının komandiri, baş zabitlərin şərəf məhkəməsinin sədri, 1990-1992-ci illərdə Uzaq Şərq Hərbi Dairəsi, Xabarovsk vilayəti Uzaq Şərq Dairəsinin Tank əleyhinə artilleriya alayının komandiri vəzifələrini icra etmişdir. 1980-ci ildə mayor, 1984-cü ildə polkovnik-leytenant, 1989-cu ildə polkovnik rütbələrini almışdır. 1992-ci ildənAzərbaycan Respublikasının Müdafiə Nazirliyinin Artilleriya İdarəsinin Döyüş hazırlığı şö’bəsinin rəisi, Silahlı Qüvəllərin Artilleriya Komandanı vəzifəsində işləmiş, 1993-cü ildə Müdafiə Nazirliyinin hərbi kollegiyasının üzvü, Müdafiə Nazirliyinin baş zabitlərinin şərəf məhkəməsinin üzvü və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təltiflər üzrə komissiyasının sədri olmuşdur. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə daxil olduğu ilk gündən etibarən (16 iyun 1992-ci il) Zəngilandan Qazaxadək, cəbhə boyu bütün döyüşlərdə iştirak etmiş, 21 mart 1994-cü ildə general-mayor rütbəsi verilmişdir. 1994-cü ilin oktyabr hadisələrində iştirakda ittiham edilərək 20 oktyabr 1994-cü ildən 30 dekabr 1997-ci ilədək həbsdə olmuş, lakin uzun yoxlamalardan sonra Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 1997-ci il Fərmanı əsasında həbsdən azad olunmuşdur.
Hafiz Məmmədov
Hafiz Məmmədov (rəssam) — rəssam. Hafiz Məmmədov (sahibkar) — Bakı FK-nın prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü, Baghlan Group FZCO-nun prezidenti.
Hafiz Məmmədov (rəssam)
Hafiz Məmməd oğlu Məmmədov (1921, Sabunçu, Bakı qəzası – 1995, Bakı) — rəssam; əməkdar incəsənət xadimi. == Həyatı və fəaliyyəti == Hafiz Məmmədov 1921-ci ildə Bakının Sabunçu qəsəbəsində anadan olmuşdur. O, 1941-ci ildə Bakı Rəssamlıq Akademiyasını bitirmiş, məzunu olduğu məktəbdə müəllimlik fəaliyyətinə başlamışdır. Onun "Kəşfiyyatda" adlı ilk əsəri ilk dəfə 1941-ci ildə respublika sərgisində nümayiş olunmuşdur. Hafiz Məmmədov İkinci dünya müharibəsində iştirak etmiş, Stalinqraddan Berlinədək şərəfli döyüş yolu keçmişdir. O, 1946–1952 illərdə V. İ. Surikov adına Moskva Ali Rəssamlıq İnstitutunda təhsil almışdır. Hafiz Məmmədov pedaqoji fəaliyyətlə məşğul olmuş, davamçılarını yetirmişdir. Hafiz Məmmədov respublika və beynəlxalq səviyyəli sərgilərdə iştirak etmişdir. O, 1959–1973 illər ərzində Misir, Sudan, Livan, İraq, Suriya, Mərakeş, Əlcəzair, Tunis, Macarıstan, Rumıniya və digər ölkələrdə keçirilən sərgilərdə Azərbaycan incəsənətini layiqincə təmsil etmişdir. Hafiz Məmmədovun vəfatından sonra ilk sərgisi 1996-cı ildə keçirilmişdir.
Hafiz Məmmədov (sahibkar)
Hafiz Məcid oğlu Məmmədov (2 dekabr 1964, Naxçıvan) — "Bakı" futbol klubunun prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü, Baghlan Group FZCO-nun prezidenti. == Həyatı == 2 dekabr 1964-cü il tarixində Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. 1981-ci ildə Naxçıvan şəhəri 3 saylı orta məktəbini, 1985-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu mühasib ixtisası ilə bitirmişdir. Rus və ingilis dillərində sərbəst danışır. Ailəlidir 3 övladı var. == Fəliyyəti == 1985–1986-cı illərdə Azərbaycan SSR Yeyinti Sənayesi Nazirliyinin Sabunçu rayon şöbəsində mühasib vəzifəsində çalışmışdır. 1987–1988-ci illərdə Naxçıvan MR-nın Yeyinti Sənaye Nazirliyində iqtisadçı vəzifəsində işləmişdir. 1988–1992-ci illərdə Naxçıvan MR-nın Naxçıvan şəhərində Əmanətbank filialının kredit şöbəsinin müdiri vəzifəsində işləmişdir. 1992–1995-ci illərdə "Sənan" kiçik müəssisəsində baş menecer, 1995–97-ci illərdə "Alfa plyus" Kommersiya Təşkilatında baş menecer, 1998-ci illərdə "Baghlan Traiding" şirkətinin direktorlar şurasının sədri vəzifələrində işləmişdir. 2001-ci ildən "Baghlan General Traiding" MMC- də baş menecer vəzifəsində fəaliyyətə başlamışdır.
Hafiz Məmmədəmin Şeyxzadə
Hafiz Məmmədəmin Şeyxzadə — Azərbaycan pedaqoqu, din xadimi. O, Azərbaycanın ilk metodik kitablarının müəlliflərindən biri hesab edilir. Şəfiqə Əfəndizadə, Səidə Şeyxzadənin atası olmuşdur. Məmmədəmin Şeyxzadənin şəxsiyyəti haqqında ətraflı araşdırma yoxdur. O, Axalsıx qəzası Azğur kəndində anadan olmuşdur. Şeyxzadə ardınca İstanbulda təhsil almışdır. Ömər Faiq Nemanzadə ilə Şəkidə 1897-ci ildə, həmçinin Şamaxıda məktəb açmışdır. == Kitabları == Şeyxzadə Hafiz Məhəmməd Əmin Azğori. Fəsahət və bəlağət, fənni-inşa və üsuli-kitabət [Mətn]: [dərslik] /Hafiz Məhəmməd Əmin Şeyxzadə Azğori.- B.: 1908 (1326 h.).- 108 s. Şeyxzadə Hafiz Məhəmməd Əmin.
Heybətqulu Məmmədbəyli
Heybətqulu Həbibulla oğlu Məmmədbəyov və ya Heybətqulu bəy Məmmədbəyov (1879, Şağan, Bakı qəzası – 16 dekabr 1937, Şağan) — Azərbaycan Xalq Cümhuriyyətinin dövlət nəzarəti naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının üzvü. == Həyatı == Heybətqulu Həbibulla oğlu Məmmədbəyov 1879-cu ildə Bakının Şağan kəndində anadan olub. 1892-ci ildə rus-tatar məktəbində oxumuşdur. 1896-cı ildə təhsilini tamamladıqdan sonra Mixaylovsk məktəbinə daxil olmuşdur. 1902-ci ildə həmin məktəbin mühasib kursunu bitirmişdir. Sonradan o, Şəmsi Əsədullayevin idarəsində 1905-ci ilə qədər müqavilə ilə çalışmışdır. 1905-ci ildə Hacı Zeynalabdin Tağıyevin yanında, 6 aydan sonra isə Miraslanov qardaşlarının kontorunda mühasib olaraq 1917-ci ilə qədər burada çalışmışdır. === Repressiya === Heybətqulu Məmmədbəyov 1923-cü ilin iyun ayında doğulduğu Şağan kəndinə getdi. Heybətqulu Məmmədbəyov 1923-cü ilin iyunun 15-də Azərbaycan Fövqəladə Komissiyası tərəfindən həbs edildi. 1923-cü ilin noyabrına qədər həbsdə saxlanıldıqdan sonra sərbəst buraxıldı.
Heybətqulu Məmmədbəyov
Heybətqulu Həbibulla oğlu Məmmədbəyov və ya Heybətqulu bəy Məmmədbəyov (1879, Şağan, Bakı qəzası – 16 dekabr 1937, Şağan) — Azərbaycan Xalq Cümhuriyyətinin dövlət nəzarəti naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının üzvü. == Həyatı == Heybətqulu Həbibulla oğlu Məmmədbəyov 1879-cu ildə Bakının Şağan kəndində anadan olub. 1892-ci ildə rus-tatar məktəbində oxumuşdur. 1896-cı ildə təhsilini tamamladıqdan sonra Mixaylovsk məktəbinə daxil olmuşdur. 1902-ci ildə həmin məktəbin mühasib kursunu bitirmişdir. Sonradan o, Şəmsi Əsədullayevin idarəsində 1905-ci ilə qədər müqavilə ilə çalışmışdır. 1905-ci ildə Hacı Zeynalabdin Tağıyevin yanında, 6 aydan sonra isə Miraslanov qardaşlarının kontorunda mühasib olaraq 1917-ci ilə qədər burada çalışmışdır. === Repressiya === Heybətqulu Məmmədbəyov 1923-cü ilin iyun ayında doğulduğu Şağan kəndinə getdi. Heybətqulu Məmmədbəyov 1923-cü ilin iyunun 15-də Azərbaycan Fövqəladə Komissiyası tərəfindən həbs edildi. 1923-cü ilin noyabrına qədər həbsdə saxlanıldıqdan sonra sərbəst buraxıldı.
Heybətqulu bəy Məmmədbəyli
Heybətqulu Həbibulla oğlu Məmmədbəyov və ya Heybətqulu bəy Məmmədbəyov (1879, Şağan, Bakı qəzası – 16 dekabr 1937, Şağan) — Azərbaycan Xalq Cümhuriyyətinin dövlət nəzarəti naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının üzvü. == Həyatı == Heybətqulu Həbibulla oğlu Məmmədbəyov 1879-cu ildə Bakının Şağan kəndində anadan olub. 1892-ci ildə rus-tatar məktəbində oxumuşdur. 1896-cı ildə təhsilini tamamladıqdan sonra Mixaylovsk məktəbinə daxil olmuşdur. 1902-ci ildə həmin məktəbin mühasib kursunu bitirmişdir. Sonradan o, Şəmsi Əsədullayevin idarəsində 1905-ci ilə qədər müqavilə ilə çalışmışdır. 1905-ci ildə Hacı Zeynalabdin Tağıyevin yanında, 6 aydan sonra isə Miraslanov qardaşlarının kontorunda mühasib olaraq 1917-ci ilə qədər burada çalışmışdır. === Repressiya === Heybətqulu Məmmədbəyov 1923-cü ilin iyun ayında doğulduğu Şağan kəndinə getdi. Heybətqulu Məmmədbəyov 1923-cü ilin iyunun 15-də Azərbaycan Fövqəladə Komissiyası tərəfindən həbs edildi. 1923-cü ilin noyabrına qədər həbsdə saxlanıldıqdan sonra sərbəst buraxıldı.
Heydər Məmmədəliyev
Məmmədəliyev Heydər Nurəddin oğlu (rus. Гейдар Нураддин оглы Мамедалиев) — Azərbaycan əsilli Rusiya güləşçisi, Yunan-Roma güləşi üzrə Azərbaycan və Rusiya çempionu, Rusiya milli güləş komandasının tərkibində 55 kq-lıq çəki dərəcəsində dünya çempionu, 2004 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, Yunan-Roma güləşi üzrə əməkdər idman ustası. == Həyatı == Heydər Məmmədəliyev 2 aprel 1974-cü ildə Qubadlı rayonunun Qəzyan kəndində anadan olmuşdur. Bakıdakı Olimpiya rezervli məktəbi bitirib. İlk məşqçisi sonralar Azərbaycanın milli qəhrəmanı adına layiq görülən Əliyar Əliyev olub. 1996, 1997 və 1998-ci illərdə Azərbaycan çempionu adına layiq görülüb. 2002-ci ildə Rusiya milli güləş komandasının tərkibində dünya çempionu, 2003-cü ildə Dünya kubokunun sahibi, 2004-cü ildə Afina olimpiadasının gümüş mükafatçısı olub. 1994-cü ildən Yekaterinburqda yaşayır və Verx-İsetsk idman mərkəzində çalışır. Məşqçisi Sergey Novakovskidir. 1999-cu ildən Rusiya komandası heyətində çıxış edir.
Hikmət Məmmədov
Hikmət Baba oğlu Məmmədov (1966, Göllü, Amasiya rayonu) — Azərbaycan Milli Məclisinin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru (2008–2021), siyasi elmlər doktoru, professor, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1993), Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, YAP-ın Mərkəzi Aparatı ilə Milli Məclisdə təmsil olunan deputat qrupu arasında əlaqələndirici. == Həyatı == Hikmət Baba oğlu Məmmədov 1966-cı ildə Ermənistan Respublikası Amasiya rayonunun Göllü kəndində, ziyalı ailəsində anadan olub. 1984–1986-cı illərdə həqiqi hərbi xidmətdə olub. == Siyasi fəaliyyət == 1993–1998-ci illərdə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında təlimatçı, baş təlimatçı vəzifəsində çalışıb. 1999-cu ildə YAP-ın I qurultayında Partiyanın Siyasi Şurasına üzv seçilib. 1998–2008-ci illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2008–2021-ci illərdə "Yeni Azərbaycan" qəzetinin baş redaktoru olmuşdur. 1 noyabr 2015-ci ildə Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin və 9 fevral 2020-ci ildə Azərbaycan Respublikasının altıncı çağırış Milli Məclisinin deputatı seçilib. Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib. 2024-cü il oktyabrın 8-də Azərbaycan - Paraqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.
Hikmət Məmmədov (əsgər)
Hilal Məmmədov
Hilal Məmmədov (28 avqust 1959, Təngərüd, Astara rayonu) — fizika-riyaziyyat elmləri namizədi; Azərbaycanda talış dilində nəşr edilən yeganə qəzetin — "Tolışi sədo" qəzetinin baş redaktoru; hüquq müdafiəçisi. == Həyatı == 1990-cı illərin əvvəllərində Azərbaycan Xalqlarının Bərabərlik Partiyasının sədri olmuşdur. Partiyanın fəaliyyəti qadağan edildikdən sonra Azərbaycanı tərk etmiş və 12 il Rusiyada yaşadıqdan sonra, 2005-ci ildə Azərbaycana qayıtmışdır. 2007-ci ildə "Tolışi Sədo" qəzetinin əvvəlki redaktoru Novruzəli Məmmədov həbs edildikdən sonra onun hüquqlarının müdafiəsi Komitəsini yaradır və ona rəhbərlik edir. Novruzəli Məmmədov həbsdə vəfat etdikdən sonra "Tolışi Sədo" qəzetinin baş redaktoru vəzifəsini həyata keçirmişdir. == Həbsi == 21 iyin 2012-ci ildə Hilal Məmmədov narkotik saxlama ittihamı ilə həbs edilib. İki həftə sonra ona əlavə olaraq dövlətə xəyanət və milli ədavət yayma ittihamları da irəli sürülüb. Beynəlxalq hüquq müdafiə təşkilatları, hüquq müdafiəçiləri və müdafiə tərəfi həbsin sifarişli olduğunu bildirirlər. Hilal Məmmədovun hüquqlarının müdafiəsi məqsədilə ictimai xadimlərn, hüquq müdafiəçilərin, hüquqşünasların və jurnalistlərin iştirakı ilə onun hüquqlarının müdafiəsi Komitəsi yaradılıb. Hilal Məmmədovun hüquqlarının müdafiəsi məqsədilə Moskvada, Kişinyovda, Berlində, Haaqada, Bakıda etiraz aksiyaları keçirilmişdir.
Hüseynbala Məmmədov
Hüseynbala Məmmədov (iqtisadçı) — Azərbaycanın əməkdar iqtisadçısı
Hüseynbala Məmmədov (iqtisadçı)
Məmmədov Hüseynbala Məmmədrəfi oğlu (25 aprel 1922, Qala, Bakı qəzası – 1 avqust 1999) — Azərbaycanın əməkdar iqtisadçısı. == Həyatı == 25 aprel 1922-ci ildə Bakı şəhərinin Qala kəndində müəllim ailəsində anadan olmuşdur. Orta təhsilini Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən 156 saylı tam orta məktəbdə almışdır. Leninqrad (Sankt Peterburq) şəhərindəki Ümumittifaq Ali Maliyyə Məktəbini bitirmişdir. 1947-ci ildən müfəttiş, kredit müfəttişi, Bakı şəhəri Dövlət Bankı rayon şöbəsinin rəisi, 1974-cü ildən SSRİ Dövlət Bankının Azərbaycan Respublika Kontorunun rəisi (Azərbaycan Milli Bankı), 1993–1998-ci illərdə Azərbaycan Respublikası Milli Bankının Yasamal şöbəsinin baş məsləhətçisi işləmişdir. Azərbaycan SSR Ali Sovetinin Plan-büdcə Komissiyasının üzvü, Azərbaycan Kommunist Partiyasının Təftiş Komissiyasının üzvü, 10-cu və 11-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. 1940–1947-ci illərdə Sovet Ordusunda Leninqrad şəhərində xidmət etmiş, Böyük Vətən müharibəsinin iştirakçısı olmuşdur.
Həlimət Məmmədova
Məmmədova Həlimət Məhəmməd qızı — Azərbaycan aktrisası. == Həyatı == Həlimət Məmmədova 27 dekabr 1965-ci ildə Balakənin Tülü kəndində anadan olub. M.Ə.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyorluğu fakültəsini bitirib (1989). 1982-ci ildən Azərbaycan Dövlət Muğam Teatrında aktrisa kimi fəaliyyətə başlayıb. Teatrda hazırlanan muğam tamaşalarında – "İsgəndərnamə"də Nüşabə, "Dədə Qorqud"da Burla Xatun, "Qarabağ" musiqili tamaşasında ana, Mikayıl Müşviqə həsr olunmuş tamaşada Dilbər, "Məhəbbət hekayəti"ndə cadugər rollarında oynayıb. Teatrda səhnələşdirilən "Zabul segah", "Bayatı-Şiraz", "Şur", "Çahargah" muğam tamaşalarında baş rollarda iştirak edib. 2002-ci ildə yaranmış "Savalan" qrupunda qiraətçi və müğənni kimi fəaliyyət göstərir. Qrupla bərabər Türkiyədə, Hollandiyada, Pakistanda, Amerikada keçirilən mistik musiqi festivallarında uğurla Azərbaycanı təmsil edib. Yuğ Teatrında "Üz tuturam Tanrıya" (rejissor Vaqif İbrahimoğlu), Yunus İmrənin "Olsun" (rejissor Rasim Aşın) tamaşalarında musiqi və şeirləri ifa edib. İfasında Ramiz Rövşənin "Qapı" poemasının motivləri əsasında hazırlanmış video-tamaşa, "Biz ölən deyilik" kompozisiyası hazırlanıb.
Məmməd Məmmədov
Məmməd Məmmədov (ədəbiyyatşünas) — ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor. Məmməd Məmmədov (fizik) — Fizika-riyaziyyat elmləri namizədi, professor, BDU prorektoru. Məmməd Məmmədov (aktyor) — Azərbaycanlı teatr və kino aktyoru, rejissor, Rusiyanın Əməkdar incəsənət xadimi. Məmməd Məmmədov (jurnalist) — əməkdar jurnalist, Naxçıvan Ali Məclisinin deputatı. Məmməd Məmmədov (hərbçi) — hərbçi, Sovet İttifaqı Qəhrəmanı. Məmməd Məmmədov (iqtisadçı) — Azərbaycanlı iqtisadçı; Azərbaycan Respublikası Əmanət Bankının Prezidenti (1985–1993). Məmməd Məmmədov (mühəndis) — Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Təmir–tikinti şöbəsinin müdiri, Əməkdar mühəndis. Məmməd Məmmədov (partizan) — İkinci dünya müharibəsinin iştirakçısı, partizan. Məmməd Məmmədov (siyasətçi, 1904) — Sosialist Əməyi Qəhrəmanı. Məmməd Məmmədov (siyasətçi, 1928) — Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Respublikası Ali Sovetinin deputatı.
Məmməd Məmmədov (I)
Məmmədov Məmməd Cəbrayıl oğlu (1920, Baydarlı – 24 yanvar 1945, Ratovise[d], Aşağı Sileziya voyevodalığı[d]) — Sovet İttifaqı Qəhrəmanı. == Həyatı == Məmməd Məmmədov 1920-ci ildə Qax rayonunun Qaşqaçay kəndində anadan olmuşdur. Orta təhsilini Qax rayonu Baydarli kənd məktəbində almış və 7-ci sinfindən sonra Nuxa Pedaqoji Məktəbinə daxil olaraq 1939-cu uldə oranı bitirmişdir. Sonralar Qax rayonunun Almalı kənd orta məktəbində müəllim işləmişdir. Böyük Vətən Müharibəsində faşizmə qarşı qəhrəmanlıqla vuruşmuşdur. 1945-ci ilin yanvarında Almaniya ərazisindəki döyüşlərdə xüsusilə fərqlənmişdir. Yanvar ayının 22-də döyüş meydanından 4 yaralı əsgəri çıxarmış, yanvarın 23-də isə Qızıl Ordu komandirinin və 16 yaralının həyatını xilas etmişdir. 24 yanvarda Məmməd yaralılara kömək etmək məqsədilə almanlardan yenicə geri alınmış evə daxil olaraq faşistlərlə vuruşmağa başladı. Bu ev iki küçənin kəsişməsində yerləşdiyindən alman müdafiəsi uçun böyük əhəmiyyət kəsb edirdi. Odur ki, binaya yönəldilmiş əks-hücumun ardı-arası kəsilmirdi.
Məmməd Məmmədov (III)
Məmməd Rza oğlu Məmmədov (05.01.1916, indiki Ağdam rayonunun Mahrızlı kəndi) — Sosialist Əməyi Qəhrəmanı (1951). == Həyatı == Məmməd Rza oğlu Məmmədov 5 yanvar 1916-cı ildə indiki Ağdam rayonunun Mahrızlı kəndiində anadan olmuşdur. 1931–1971-ci illərdə Ağdam MTS-ində, Telman, Nizami və Orconikidze ad. kolxozlarda aqronom və sədr işləmiş, 1971-ci ildən Orconikidze adına kolxozun aqronomu olmuşdur. Azərbaycan Kommunist Partiyasının 28-ci qurultayının nümayandəsi olmuşdur. 1950 ildən pambıqçılıq sahəsində yüksək əmək göstəriciləri əldə etmişdir. Sosialist Əməyi Qəhrəmanı (1951) adına layiq görülmüşdür. Oktyabr inqilabı və Qırmızı Əmək Bayrağı ordenləri ilə təltif edilmişdir.
Məmməd Məmmədov (fizik)
Məmməd Məmmədov (tam adı: Məmməd Şeyxəli oğlu Məmmədov; 15 mart 1934 – 9 aprel 2016) — fizika-riyaziyyat. == Həyatı == 15 mart 1934-cü ildə Culfa rayonunun Yaycı kəndində anadan olmuşdur. 1954-cü ildə orta məktəbi bitirərək, Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1959-cu ildə ali məktəbi bitirdikdən sonra Azərbaycan EA Fizika İnstitutunda əmək fəaliyyətinə başlamış, 1960-cı ildə isə aspiranturaya qəbul olunaraq Moskva və Xarkov şəhərlərinə ezam olunmuşdur. 1966-cı ildə dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi, 1971-ci ildə dosent, 1991-ci ildə isə professor elmi adını almışdır. 1967-ci ildən Azərbaycan Dövlət Universitetində müxtəlif vəzifələrdə işləmişdir: 1982-1984 illərdə xarici əlaqələr üzrə prorektor, 1984-1989-cu illərdə isə axşam və qiyabi təhsil üzrə prorektor vəzifələrində çalışmışdır. 1986-cı ildə Şərəf nişanı Ordeni, 2000-ci ildə isə Əməkdar müəllim adı ilə təltif olunmuşdur. 2016-cı ildə Bakıda vəfat etmişdir. == Təhsili, elmi dərəcə və adları == 1959-cu ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1960-1963-cü illərdə aspiranturada oxuyub.
Məmməd Məmmədov (iqtisadçı)
Məmməd Məmmədov (tam adı:Məmmədov Məmməd Əhməd oğlu) — Azərbaycanlı iqtisadçı; Azərbaycan Respublikası Əmanət Bankının Prezidenti (1985–1993), Azərbaycan SSR əməkdar iqtisadçısı (30.01.1991); Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin sədri (13.01.1993–13.03.2020) == Həyatı == 5 may 1941-ci ildə Azərbaycan Respublikasının Tovuz rayonunda anadan olmuşdur. Orta təhsilini Tovuz rayonunda başa vurmuşdur. 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin Maliyyə-Kredit fakültəsinə daxil olmuş və 1965-ci ildə həmin universiteti bitirərək iqtisadçı ixtisası almışdır. 1966-cı ilin fevral ayından 1972-ci ilin noyabr ayınadək Bakı şəhəri Binəqədi rayon Əmanət bankının müdiri vəzifəsində işləmişdir. 1972-ci ilin noyabr ayından 1985-ci ilin aprel ayınadək Bakı şəhəri Əmanət Bankının rəisi vəzifəsində işləmişdir. 1985-ci ilin aprel ayından 13 yanvar 1993-cü ilədək Azərbaycan Respublikası Əmanət Bankının (indiki Kapital Bank) Prezidenti vəzifəsində işləmişdir. 13 yanvar 1993-cü ildə Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir. 2 mart 1995-ci ildə Dövlət Aqrar İslahat Komissiyasının üzvü təyin edilib. 13 mart 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin sədri vəzifəsindən azad edilib. == Ailəsi == Ailəlidir.
Məmməd Məmmədov (jurnalist)
Məmməd Məmmədov (tam adı: Məmməd Yarəli oğlu Məmmədov; d.4 iyul 1962; Şərur, Çərçiboğan k. − ö. 21 may 2011) — 2010-cu ilin noyabr ayında üçüncü dəfə Ali Məclisin deputatı seçilmişdi. Azərbaycan Respublikasının əməkdar jurnalisti olmuşdur. == Həyatı == Məmməd Məmmədov 1962-ci il iyul ayının 4-də Şərur rayonunun Çərçiboğan kəndində anadan olmuşdur. 1969–1979-cu illərdə Çərçiboğan kənd orta məktəbində ilk təhsilin alıb, 1979-cu ildə Naxçıvan Dövlət Universitetinin (o vaxtkı Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun) tarix ixtisasına qəbul olunub və 1983-cü ildə ali təhsilini başa vurmuşdur. Həmin ildən doğulduğu kənddə tarix müəllimi kimi əmək fəaliyyətinə başlayıb. 1998–2002-ci illərdə Naxçıvan Dövlət Universitetində "Hüquqşünaslıq" ixtisası üzrə ikinci təhsilini almışdır. Məmməd Məmmədov orta məktəbdə oxuduğu illərdən jurnalistliyə böyük həvəs göstərmiş, şagird ikən "Şərq qapısı"nda, rayon qəzeti "İşıqlı yol"da müxtəlif mövzuda yazıları dərc olunub. Jurnalistikaya marağı onu elə bu sahəyə yönləndirmişdir.
Məmməd Məmmədov (mühəndis)
Məmməd Əli oğlu Məmmədov (2 iyun 1954, Şıxlar, Ağdam rayonu) — Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Təmir–tikinti şöbəsinin müdiri, 3-cü dərəcə dövlət müşaviri, Əməkdar mühəndis. == Həyatı == 1954-cü ildə Ağdam rayonunun Şıxlar kəndində anadan olub. 1968-ci ildə Mingəçevir Politexnik Texnikumunun Sənaye və mülki tikinti fakültəsinə qəbul olmuş, 1972-ci ildə həmin Texnikumu fərqlənmə diplomu ilə bitirmişdir. 1973-cü ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinin Ümumi texniki fənlər fakültəsinə daxil olmuş, 1980-ci ildə həmin İnstitutu Fərqlənmə diplomu ilə bitirmişdir. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Sənaye və mülki tikinti fakültəsinə daxil olmuş və 1990-cı ildə həmin İnstitutu müvəffəqiyyətlə başa vurmuşdur. M. Ə. Məmmədov 1972-ci ildə "Azərenerji" İstehsalat Birliyinin tikinti-quraşdırma trestində quraşdırıcı-təlimatçı kimi əmək fəaliyyətinə başlamışdır. 1974-cü ildə Nazirlər Sovetinin İşlər İdarəsi Təsərrüfat İdarəsinin təmir-tikinti idarəsində tikinti ustası, iş icraçısı və baş iş icraçısı vəzifələrində çalışmış, 1989-cu ildən Nazirlər Soveti İşlər İdarəsi Təsərrüfat İdarəsinin İnzibati Binalar İdarəsinin baş mühəndisi, rəis əvəzi, İşlər İdarəsi Təsərrüfat İdarəsinin Əsaslı tikinti şöbəsinin müdiri vəzifələrində işləmişdir. 1975–1977-ci illərdə Sovet Qoşunlarının Almaniya qrupunda hərbi xidmət keçmişdir. 1992-ci ildən 2007-ci ilədək Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Əsaslı tikinti sektorunun müdiri vəzifəsində çalışmışdır. 2007-ci ildən 10 aprel 2014-cü ilədək İşlər İdarəsinin təmir-tikinti şöbəsində müdir müavini vəzifəsində işləmişdir.
Məmməd Məmmədov (pambıqçı)
Məmməd Rza oğlu Məmmədov (05.01.1916, indiki Ağdam rayonunun Mahrızlı kəndi) — Sosialist Əməyi Qəhrəmanı (1951). == Həyatı == Məmməd Rza oğlu Məmmədov 5 yanvar 1916-cı ildə indiki Ağdam rayonunun Mahrızlı kəndiində anadan olmuşdur. 1931–1971-ci illərdə Ağdam MTS-ində, Telman, Nizami və Orconikidze ad. kolxozlarda aqronom və sədr işləmiş, 1971-ci ildən Orconikidze adına kolxozun aqronomu olmuşdur. Azərbaycan Kommunist Partiyasının 28-ci qurultayının nümayandəsi olmuşdur. 1950 ildən pambıqçılıq sahəsində yüksək əmək göstəriciləri əldə etmişdir. Sosialist Əməyi Qəhrəmanı (1951) adına layiq görülmüşdür. Oktyabr inqilabı və Qırmızı Əmək Bayrağı ordenləri ilə təltif edilmişdir.
Məmməd Məmmədov (partizan)
Məmməd Xəlil oğlu Məmmədov (1923, Muğanlı, Zaqatala rayonu – 2003, Osterveyk[d], Şimali Brabant) — İkinci dünya müharibəsinin iştirakçısı, partizan, Niderland Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri, “Cəngəvər Titulu” almış qəhrəman, bu ölkənin Kral ailəsinin fəxri üzvü, Osterveyk şəhərinin ilk fəxri vətəndaşı. == Həyatı == Məmməd Məmmədov 1923-cü ildə Zaqatala rayonunun Muğanlı kəndində anadan olmuş, müharibənin ilk günlərdə cəbhəyə göndərilmiş, 1942-ci ildə Ukraynanın Don şəhəri ətrafındakı döyüşlərdə almanlar tərəfindən əsir götürülmüş, 28 nəfər soydaşımızla birlikdə Niderlandın Osterveyk şəhərinə göndərilmişdir. Tezliklə Məmməd Məmmədov əsir düşərgəsindən qaçır və holland partizanlarına qoşularaq, göstərdiyi igidliklərə görə onlar arasında "Medo" ləqəbiylə əfsanələşir. Müharibə vaxtı o, bir neçə həmyerlisi ilə birlikdə Osterveyk meşələrində səngərlər qazıb, çox işlər görməyə məcbur olub. Niderlandın azadlığı uğrunda şimali Barbant meşələrində göstərdiyi igidliklərlə məşhurlaşmışdı. Müharibədən sonra Məmməd Məmmədov 1946-cı ildən başlayaraq uzun müddət “Wed” ayaqqabı fabrikində çalışır. O , 1956-cı ildə “Həmişə hazıram” (“Altijd paraat”) polis itlərinin təlimi ilə məşğul olan birliyi təsis edir. Bu təlim mərkəzi indiyədək fəaliyyətdədir və Osterveykin yaxınlığındakı meşədə yerləşir. Bu birliyin də təsis edilməsinin maraqlı tarixçəsi var. O vaxtlar ətrafdakı meşələrdə canavarlar çoxalmışdı və yerli əhali, əsasən qadın və uşaqlar qorxu içində yaşayırdılar.
Məmməd Məmmədov (professor)
Məmməd Mahmud oğlu Məmmədov (1 yanvar 1930, Birinci Şıxlı, Gəncə dairəsi – 9 aprel 2006, Bakı) — Azərbaycan alimi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor. == Həyatı == Məmməd Mahmud oğlu Məmmədov 1930-cu ildə Qazax rayononun Birinci Şıxlı kəndində anadan olmuşdur. Orta təhsilini doğma kəndində almış, Azərbaycan Dövlət Universitetinin (hazırda BDU ) filologiya fakültəsini 1952-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. 1952–1955-ci illərdə aspiranturada oxumuş, 1958-ci ildə "Cəlil Məmmədquluzadənin bədii nəsri" mövzusunda namizədlik, 1969-cu ildə isə "M.Ə.Sabir və Azərbaycan demokratik mətbuatı" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. Məmməd Məmmədov 1956–1970-ci illərdə Azərbaycan EA Nizami adına Ədəbiyyat və Dil Institutunda kiçik elmi işçi və baş elmi işçi vəzifələrində çalışmışdır. 1970-ci ilin fevral ayından taleyini Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə bağlayan M.Məmmədov burada dosent, professor, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri (1976–1982), sonra Pedaqogika və Psixologiya fakültəsinin dekanı (1989–1997) vəzifələrində səmərəli fəaliyyət göstərmişdir. Bundan başqa o, Naxçıvan və Təfəkkür Universitetlərində Azərbaycan ədəbiyyatı və tənqid tarixi fənnlərindən mühazirələr oxumuşdur. Professor Məmməd Məmmədov C.Məmmədquluzadə və M.Ə.Sabir kimi ədəbi zirvələrinin bədii irslərinin ən mötəbər tədqiqatçılarından biri kimi tanınır. Cəlil Məmmədquluzadənin "Dram və nəsr əsərləri"nin (Bakı, 1958) və M.Ə.Sabirin "Hophopnamə"sinin akademik elmi nəşrləri (üç cilddə Bakı, 1962 və 1965; iki cilddə Bakı, 2005) Məmməd Məmmədovun səmərəli və səriştəli ədəbiyyatşünas və mətnşünas alim əməyinin nəticəsidir. O, 20-dən artıq kitabın, 100-ə yaxın elmi məqalənin müəllifidir.
Məmməd Məmmədov (siyasətçi)
Məmməd Məmmədov (ədəbiyyatşünas) — ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor. Məmməd Məmmədov (fizik) — Fizika-riyaziyyat elmləri namizədi, professor, BDU prorektoru. Məmməd Məmmədov (aktyor) — Azərbaycanlı teatr və kino aktyoru, rejissor, Rusiyanın Əməkdar incəsənət xadimi. Məmməd Məmmədov (jurnalist) — əməkdar jurnalist, Naxçıvan Ali Məclisinin deputatı. Məmməd Məmmədov (hərbçi) — hərbçi, Sovet İttifaqı Qəhrəmanı. Məmməd Məmmədov (iqtisadçı) — Azərbaycanlı iqtisadçı; Azərbaycan Respublikası Əmanət Bankının Prezidenti (1985–1993). Məmməd Məmmədov (mühəndis) — Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Təmir–tikinti şöbəsinin müdiri, Əməkdar mühəndis. Məmməd Məmmədov (partizan) — İkinci dünya müharibəsinin iştirakçısı, partizan. Məmməd Məmmədov (siyasətçi, 1904) — Sosialist Əməyi Qəhrəmanı. Məmməd Məmmədov (siyasətçi, 1928) — Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Respublikası Ali Sovetinin deputatı.
Məmməd Məmmədov (şəhid)
Məmməd Məmmədov (ədəbiyyatşünas)
Məmməd Mahmud oğlu Məmmədov (1 yanvar 1930, Birinci Şıxlı, Gəncə dairəsi – 9 aprel 2006, Bakı) — Azərbaycan alimi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor. == Həyatı == Məmməd Mahmud oğlu Məmmədov 1930-cu ildə Qazax rayononun Birinci Şıxlı kəndində anadan olmuşdur. Orta təhsilini doğma kəndində almış, Azərbaycan Dövlət Universitetinin (hazırda BDU ) filologiya fakültəsini 1952-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. 1952–1955-ci illərdə aspiranturada oxumuş, 1958-ci ildə "Cəlil Məmmədquluzadənin bədii nəsri" mövzusunda namizədlik, 1969-cu ildə isə "M.Ə.Sabir və Azərbaycan demokratik mətbuatı" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. Məmməd Məmmədov 1956–1970-ci illərdə Azərbaycan EA Nizami adına Ədəbiyyat və Dil Institutunda kiçik elmi işçi və baş elmi işçi vəzifələrində çalışmışdır. 1970-ci ilin fevral ayından taleyini Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə bağlayan M.Məmmədov burada dosent, professor, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri (1976–1982), sonra Pedaqogika və Psixologiya fakültəsinin dekanı (1989–1997) vəzifələrində səmərəli fəaliyyət göstərmişdir. Bundan başqa o, Naxçıvan və Təfəkkür Universitetlərində Azərbaycan ədəbiyyatı və tənqid tarixi fənnlərindən mühazirələr oxumuşdur. Professor Məmməd Məmmədov C.Məmmədquluzadə və M.Ə.Sabir kimi ədəbi zirvələrinin bədii irslərinin ən mötəbər tədqiqatçılarından biri kimi tanınır. Cəlil Məmmədquluzadənin "Dram və nəsr əsərləri"nin (Bakı, 1958) və M.Ə.Sabirin "Hophopnamə"sinin akademik elmi nəşrləri (üç cilddə Bakı, 1962 və 1965; iki cilddə Bakı, 2005) Məmməd Məmmədovun səmərəli və səriştəli ədəbiyyatşünas və mətnşünas alim əməyinin nəticəsidir. O, 20-dən artıq kitabın, 100-ə yaxın elmi məqalənin müəllifidir.
Məmməd Məmmədov (aktyor)
Məmməd Haşım oğlu Məmmədov (19 oktyabr 1951, Dərbənd, Dağıstan MSSR – 24 iyul 2023, Moskva) — Azərbaycanlı teatr və kino aktyoru, rejissor, Rusiyanın Əməkdar incəsənət xadimi. == Həyatı == Dağıstan Muxtar Sovet Sosialist Respublikasının Dərbənd şəhərində anadan olub. Məmməd Məmmədov 1975-ci ildə Voronej Dövlət İncəsənət İnstitutunu bitirib. 1981-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini (A. Qonçarovun emalatxanası), 1985-ci ildə isə SSRİ Mədəniyyət Nazirliyinin nəzdində ali rejissorluq kurslarını bitirib. O, 1975–1978-ci illərdə — Voronej Dram Teatrının aktyoru olub. Sonradan teatr aktyoru kimi Kuybışev (1978–1980) və Minskdə (1980–1985) çalışıb. 1986–1988-ci illərdə V. Mayakovski teatrında işləyib. 1995-ci ildən 2000-ci ilə qədər "Ay Teatrı"na çevrilən Komediya Teatrında rejissor olub. 1993-cü ildən — "Rejissorlar Cəmiyyəti" Rusiya Yaradıcılıq Birliyinin yaradıcılıq məsələləri üzrə sədr müavini işləyib. O, Dauqavpils Teatrı ilə əməkdaşlıq edib, təkcə Rusiyada deyil, Almaniya, Türkiyə, Bolqarıstan, Macarıstan, Belarusda da tamaşalar hazırlayıb.
Məmməd Məmmədov (hərbçi)
Məmmədov Məmməd Cəbrayıl oğlu (1920, Baydarlı – 24 yanvar 1945, Ratovise[d], Aşağı Sileziya voyevodalığı[d]) — Sovet İttifaqı Qəhrəmanı. == Həyatı == Məmməd Məmmədov 1920-ci ildə Qax rayonunun Qaşqaçay kəndində anadan olmuşdur. Orta təhsilini Qax rayonu Baydarli kənd məktəbində almış və 7-ci sinfindən sonra Nuxa Pedaqoji Məktəbinə daxil olaraq 1939-cu uldə oranı bitirmişdir. Sonralar Qax rayonunun Almalı kənd orta məktəbində müəllim işləmişdir. Böyük Vətən Müharibəsində faşizmə qarşı qəhrəmanlıqla vuruşmuşdur. 1945-ci ilin yanvarında Almaniya ərazisindəki döyüşlərdə xüsusilə fərqlənmişdir. Yanvar ayının 22-də döyüş meydanından 4 yaralı əsgəri çıxarmış, yanvarın 23-də isə Qızıl Ordu komandirinin və 16 yaralının həyatını xilas etmişdir. 24 yanvarda Məmməd yaralılara kömək etmək məqsədilə almanlardan yenicə geri alınmış evə daxil olaraq faşistlərlə vuruşmağa başladı. Bu ev iki küçənin kəsişməsində yerləşdiyindən alman müdafiəsi uçun böyük əhəmiyyət kəsb edirdi. Odur ki, binaya yönəldilmiş əks-hücumun ardı-arası kəsilmirdi.
Məhəmməd Məmmədli
Məhəmməd Məmmədov
Məhəmməd Məmmədov (taekvondoçu)
Məhəmməd Əhməd
Sudanlı Mehdi, əsl adı Məhəmməd Əhməd İbnüs Seyyid Abdullah (12 avqust 1844[…] – 22 iyun 1885[…], Xartum) — Qırmızı dənizdən Orta Afrikaya qədər uzanan böyük bir İslam dövlətinin və bir əsr boyunca Sudanda təsirini qoruyan Mehdilik hərəkətinin qurucusu. 1881-ci ildə mehdiliyini elan edərək Misir və İngilis müstəmləkə qüvvələrinə qarşı üsyan etmişdir. Günümüzdə hələ də izləyiciləri vardır. == Həyatı == === Gəncliyi === Atası, Nubiyanın Donqola bölgəsində gəmi yapımı işində çalışırdı; Məhəmməd doğulduqdan sonra Xartum yaxınlarındakı Kərari kəndinə daşındılar. Kiçik yaşda dinlə ilgilənən Məhəmməd əgəmən İslami görüşü mənimsəmədi. Qahirədəki Əl-Əzhər Universiteti kimi qurumlarda təhsil alıb, rəsmi hiyərarşi içində görəv almaq yerinə Sudanda qalarak təsəvvüfə yönəldi. Səmmaniyə təriqətinə qatıldı və hakim sinifdən bilinçli olaraq uzaq durdu. Bütün Sudanlı bir dinsəl çevrədə yetişərək gənc yaşda ətrafında çox sayda mürid topladı. 1870-ci ildə müridləriylə, Xartumun 280 km günəyində Ağ Nildəki Əbba adasında bir təkkəyə çəkildi. Dinsəl inanclarına çoşqulu bağlılığı və uzlaşmaz tövrü dünyəvi olmaqla tənqid etdiyi şeyxi ilə çatışmasına yol açdı.
Əhməd Məmmədov
Məmməd Məmmədov (Rza oğlu)
Məmməd Rza oğlu Məmmədov (05.01.1916, indiki Ağdam rayonunun Mahrızlı kəndi) — Sosialist Əməyi Qəhrəmanı (1951). == Həyatı == Məmməd Rza oğlu Məmmədov 5 yanvar 1916-cı ildə indiki Ağdam rayonunun Mahrızlı kəndiində anadan olmuşdur. 1931–1971-ci illərdə Ağdam MTS-ində, Telman, Nizami və Orconikidze ad. kolxozlarda aqronom və sədr işləmiş, 1971-ci ildən Orconikidze adına kolxozun aqronomu olmuşdur. Azərbaycan Kommunist Partiyasının 28-ci qurultayının nümayandəsi olmuşdur. 1950 ildən pambıqçılıq sahəsində yüksək əmək göstəriciləri əldə etmişdir. Sosialist Əməyi Qəhrəmanı (1951) adına layiq görülmüşdür. Oktyabr inqilabı və Qırmızı Əmək Bayrağı ordenləri ilə təltif edilmişdir.
Məmməd Məmmədov (icra başçısı)
Məmmədov Məmməd Cahangir oğlu (10 dekabr 1961, Dönük Qırıqlı, Tovuz rayonu) — Tovuz rayonu İcra hakimiyyətinin başçısı (7 iyun 2018-ci ildən). == Həyatı == Məmməd Cahangir oğlu Məmmədov 10 dekabr 1961-ci ildə Tovuz rayonunun Dönük Qırıqlı kəndində anadan olmuşdur. Ali təhsilli iqtisadçıdır. == Fəaliyyəti == Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 07 iyun 2018-ci il tarixli Sərəncamı ilə Tovuz rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.
Məmməd Məmmədov (icra hakimi)
Məmmədov Məmməd Cahangir oğlu (10 dekabr 1961, Dönük Qırıqlı, Tovuz rayonu) — Tovuz rayonu İcra hakimiyyətinin başçısı (7 iyun 2018-ci ildən). == Həyatı == Məmməd Cahangir oğlu Məmmədov 10 dekabr 1961-ci ildə Tovuz rayonunun Dönük Qırıqlı kəndində anadan olmuşdur. Ali təhsilli iqtisadçıdır. == Fəaliyyəti == Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 07 iyun 2018-ci il tarixli Sərəncamı ilə Tovuz rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.
Məmməd Məmmədov (partiya xadimi)
Məmməd Əsgər oğlu Məmmədov (1928, Traubenfeld, Qazax qəzası – 1998, Bakı) — Azərbaycan SSR partiya xadimi, Sosialist Əməyi Qəhrəmanı. == Həyatı == Məmmədov Məmməd Əsgər oğlu 1928-ci ildə Tovuz rayonunun Köhnəqala kəndində kolxozçu ailəsində anadan olub. 1944–1947-ci illərdə Gəncə şəhər (Kirovabad) Toxuculuq Texnikumunda oxuyub barama emalı üzrə texnik ixtisası alıb. 1947–1952-ci illərdə Gəncə şəhər (Kirovabad) Kənd Təsərrüfatı İnstitunda oxuyub. Meşə təsərüfatı mühəndisi ixtisası üzrə təhsil alıb. 1958-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi yanında Ali Partiya məktəbinin dinləyicisi, 1960-cı ildə Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi yanında Ali Partiya məktəbinin dinləyicisi olub. 1998-ci ildə vəfat etmişdir. == İctimai-siyasi fəaliyyəti == 1947-ci ildə Texnikumda oxuyarkən (19 yaşında) Sovet İttifaqı Kommunist partiyası üzvlüyünə namizəd olub. 1949-cu ildə isə İnstitutda oxuyarkən üzvlüyü qəbul olunub. 1950-ci ildə Dövlət bankının Gəncə (Kirovabad) bölməsinin təsərrüfat müdiri vəzifəsini icrası həvalə olunmaqla evlər müdiri vəzifəsinə qəbul edilmişdir.
Məmməd Məmmədov (siyasətçi, 1904)
Məmməd İsgəndər oğlu Məmmədov (25 iyun 1904, Qaradağlı, Şuşa qəzası – 1981, Ağdam) — Sosialist Əməyi Qəhrəmanı, "Qızıl ulduz" və Lenin ordeni, "Əməkdə igidliyə görə" medalı ilə təltif edilmişdir. Muxtar Məmmədovun qardaşıdır. == Həyatı == Məmməd İsgəndər oğlu Məmmədov 25 iyun 1904-cü ildə Ağdam rayonunun Qaradağlı kəndində anadan olmuşdur. O, hələ gənc yaşlarından atası İsgəndər kişinin köməyinə çatmış ailənin dolanşaçağına yaxından köməklik göstərmişdir. 1926 ildə Gəncə şəhərindəki Azərbaycan diviziyasının ikinci polkunda xidmətə başlamış, nümunəvi xidmətinə görə hərbi məktəbə göndərilmiş və 1928 ildə Sovet İttifaqı Kommunist Partiyasının üzvlüyünə qəbul olunmuşdur. Əfətli Kənd Sovetinin sədri (1931), Üçoğlan Kənd Sovetinin sədri (1932) vəzifələrində işləmişdir. 1934–37 illərdə Ali Partiya Məktəbində oxumuşdur. O, 1937–42 illərdə Tərtər Rayon MTS-nin direktor müavini vəzifəsində çalışmışdır. Böyük Vətən Müharibəsində kapitan rütbəsi ilə 223-cü diviziyasının tank əlehinə divizionunda xidmət etmiş, 1946-cı Avstriyanın Ştakart şəhərindən ordu sıralarından tərxis olunmuşdur. 1946–1972 illərdə Tərtər (Mirbəşir), Beyləqan (Jdanov), Ağdam rayonlarında İcraiyyə Komitəsinin sədri, Azərbaycan Kommunist Partiyasının Jdanov (Beyləqan) Partiya Komitəsinin birinci katibi, Ağdam rayonunda Natəvan adına sovxozun direktoru, kolxoz sədri vəzifələrində işləmişdir.
Mehmed
Mehmet — türk kişi adı. Mehmet Akif Ərsoy — Türk şairi, baytar, müəllim, vaiz, hafiz, Quran tərcüməçisi Mehmet Kaplan — Türkəsilli İsveçli siyasətçi. Mehmet Əli Ağca — türk cinayətkar. Mehmet Gün — türk rəssam. Mehmet Harmancı — əslən Kipr türkü olan siyasətçi Mehmet Korhan Fırat — Türkiyəli aktyor. Mehmet Yıldız — Futbolçu Mehmet Müəzzinoğlu — Türkiyənin səhiyyə naziri (2013–2016).