Xumarta

XumartaAzərbaycan Respublikasının Laçın rayonu İrçan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Köhnəkənd kənd Sovetindən Xumarta kəndi İrçan kənd Sovetinin tərkibinə verilmişdir.[1] 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

Xumarta
39°36′38″ şm. e. 46°40′37″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Xumarta xəritədə
Xumarta
Xumarta

Kəndin əsl adı Xumartıdır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini atlıxan nəsli salmışdır. Oykonim Xumar (şəxs adı) və tı/ti (kürd dilində "kənd" deməkdir) sözlərindən düzəlib, "Xumara məxsus kənd" mənasındadır.[2]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Qarabağ silsiləsinin yamacında yerləşir.

2006-cı ilin statistikasına görə kəndin əhali sayı 100 nəfər olmuşdur.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.

  1. "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-21.
  2. Xumarta // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.