xəstəhallıq
xəstəxanadaxili
OBASTAN VİKİ
Ruhi xəstəxana
Ruhi xəstəxana və ya dəlixana — ruhi-əsəb xəstəliklərindən əziyyət çəkən şəxslərin saxlanıldığı və onların müalicəsi üçün nəzərdə tutulmuş xəstəxana. Baş verən ruhi-əsəb (depressiya, şizofreniya, bipolyar pozuntu və ağıl xəstəliyi) xəstəliklərinin növündən aslı olaraq ruhi xəstəxanaların təyinatı dəyişə bilər. Bəzi xəstəxanalar qısa müddətlik müalicə və reablitasiya xidmətləri üçün nəzərdə tutulsada, bir digər növ xəstəxanalarda isə ruhi xəstəliklərdən əziyyət çəkən şəxslər həyatlarının sonlarına kimi saxlanılırlar. Ruhi xəstəxanaların tarixi şərq ölkələrindən başlanır. Ruhi xəstəxana tipli ilk mərkəz 705-ci ildə Bağdad şəhərində açılmışdır. VI Əməvi xəlifəsi I Vəlidin öndərliyi ilə açılan xəstəxana ruhi-əsəb xəstəliklərindən əziyyət çəkən şəxslərin bir yerdə toplanması və saxlanılması üçün nəzərdə tutulmuşdu. Növbəti bu tip xəstəxana da 800-cü ildə Qahirə şəhərində açılmışdır. 1270-ci ildə Dəməşq şəhərində isə ruhi-əsəb xəstəliklərindən əziyyət çəkən şəxslərin vəziyyətlərinin öyrənilməsi məqsədilə ilk institut yaradılır. Dəməşqdə açılan xəstəxana daxili imkanlarına görə əvvəlkilərə nisbətən daha böyük və geniş olmuşdur. Şərq tibb dünyasında ruhi xəstələrin meditasiya, musiqi terapiyası və dərmanlarla sağaldıda biləcəyinə inanılırdı.
Hərbi xəstəxana
Hərbi xəstəxana hərbçilərə məxsus və hərbi idarə tərəfindən idarə olunan xəstəxanadır. Onlar tez-tez hərbi qulluqçular və onların himayəsində olan şəxslərin istifadə edilir, lakin bəzi ölkələrdə mülki şəxslərin də istifadəsinə verilir. Onlar hərbi bazada və başqa ərazilərdə yerləşə bilər.
Mərkəzi Klinik Xəstəxana
Mərkəzi Klinik Xəstəxana — 1960-cı ildə inşa edilərək 300 çarpayılıq Səhiyyə Nazirliyinin 1 nömrəli Klinik Xəstəxanası adı ilə fəaliyyətə başlamışdır. 1999-cu ildə Azərbaycan Prezidenti Heydər Əliyevin sərancamı ilə Mərkəzi Klinik Xəstəxananın rekonstruksiyasına başlanmışdır. 2001-ci ilin iyun ayından Mərkəzi Klinik Xəstəxana adı ilə müasir səhiyyə sisteminin bütün faktor və meyarlarını özündə əks etdirən, beynəlxalq standartlara cavab verən, yüksək səviyyəli xəstəxana olaraq fəaliyyətə başlamışdır. Mərkəzi Klinik Xəstəxana 3 blok, 4 şöbə (poliklinika, diaqnostika, stasionar, təcili yardım), 97 yataq, 4 əməliyyatxana, 12 yataqlı reanimasiya və intensiv terapiya bölmələrindən ibarətdir. Xəstə yataq otaqları 1 nəfərlik, 2 nəfərlik, CİP-VİP xüsusiyyətlidir. Xəstəxanada 105 həkim, 250-yə yaxın tibb bacısı və kiçik tibb işçiləri və inzibati personal da daxil olmaqla 600 personal fəaliyyət göstərir.
Mərkəzi şəhər xəstəxana binası (Azov)
Mərkəzi şəhər xəstəxana binası — Rostov vilayəti Azov şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Bina Azov şəhəri İzmaylov küçəsi ev 58 ünvanında yerləşir. Bina 1890-cı illərdə inşa edilmişdir. Bina şəhərin əsas görməli yerlərindən hesab edilir. 1890-ci illərin sonları Azov şəhər duması burada xəstəxanaya olan ehtiyası görərək xəstəxana inşa etdirməyi qərarlaşdırır. Mühəndis Popovun layihəsinə müraciət edilir. Tikintiyə rəhbərlik tacir Sıratova həvalə edilmişdir. Sonradan bu fikir bəyənilmiş şəhər ətrafında da iki yeni xəstəxana inşa edilmişdir. Xəstəxalarda müalicə və müayinə pullu həyata keçirilirdi. Bununla belə bəzi istinalar belə müşahidə edilirdi.
Xəstəxana
Xəstəxana — İnsanların müxtəlif xəstəliklərdən müayinə və müalicə eyni zamanda qulluq edilməsi üçün nəzərdə tutulmuş bir yer və ya müəssisə. Bu müəssisələr indiki tipik quruluş və funksiyalarına qədər uzun bir yol keçmişdir. Qədimdən təbabət dinlə sıx əlaqəli olmuşdur. Hələ qədim MIsir məbədlərinin kahinləri xəstələrin müalicəsilə məşqul olmuşlar. İlk xəstəxana tipli müayinə və müalicəxanalar Şri Lankada sonra isə Hindistanda ilk tədris xəstəxansı isə İranda mövcud olmuşdur.
Beaujon Xəstəxana
Beaujon Xəstəxanası (fr. Hôpital Beaujon) Klişi, Paris, Fransada yerləşir və APHDP (İctimai Yardım - Paris Xəstəxanaları) tərəfindən idarə olunur. On səkkizinci əsr fransız bankiri Nikolas Beaujonun adını alıb. 1935-ci ildə açılıb və Yan Valter tərəfindən tərtib layihələşdirilmişdir.
Xəstəxana gəmisi
Xəstəxana gəmisi — Əsasən hərbi məqsədlər üçün istifadə olunan və daxilində müxtəlif növ tibbi xidmətlərin göstərildiyi gəmi növü. Xəstəxana gəmiləri döyüş bölgələrinə yaxın sularda hərəkət etməklə yaralanmış şəxslərə mobil tibbi yardımlar göstərilməsi üçün istifadə olunur. Xəstəxana gəmilərinə atəş açmaq və ya onları qəsdən batırmağa cəht göstərmək hərbi cinayət sayılır. Haqqa müavilələrində xəstəxana gəmiləri ilə bağlı bir necə müddəalar mövcuddur.
Cənubi Koreyada xəstəxana yanğını (2018)
Cənubi Koreyada xəstəxana yanğını (kor. 밀양 세종병원 화재) - 2018-ci ilin 26 yanvar tarixində Cənubi Koreyanın Miran şəhərində yerləşən Sejong xəstəxanasında səhər saatlarında baş vermiş yanğın hadisəsi. Hadisə nəticəsində 39 nəfər həlak olub, 153 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Hadisə son 10 il ərzində ölkədə baş vermiş ən güclü yanğın hesab olunur. 2017-ci ilin 21 dekabr tarixində Jeçhon şəhərindəki idman zalında baş vermiş yanğın zamanıda 29 nəfər həlak olmuşdur. Xəstəxana yanğınına nəyin səbəb olduğu dəqiq məlum deyil, mütəxəssislər tərəfindən araşdırmalar aparılır. == Hadisə == Yanğın səhər saat 07:35-də xəstəxananın birinci mərtəbəsindən başlamışdır. Həmin an xəstəxanada 100 dən çox xəstə və xəstəxananın nəznində fəaliyyət göstərən qocalar evində isə 94 nəfər ahıl olmuşdur. Hadisə şahidi kimi ifadə vermiş iki tibb bacısı, xəstələrin təcili olaraq qəbul edildiyin otağın qarşısında partlayışın baş verdiyini və partlayış səsindən dərhal sonra xəstəxananın evakuasiya edilməsinə başlandığını bildirmişdir. Evakuasiya cəhdlərinə baxmayaraq, qatı duman qısa zamanda xəstəxananın bütün mərtəbələrini bürümüşdür.
Gəncə Beynəlxalq Xəstəxanası
Gəncə Beynəlxalq Xəstəxanası — Qafqaz regionunda ən iri özəl klinikalarından biri. == Haqqında == Gəncə Beynəlxalq Xəstəxanası 9 sentyabr 2015 tarixindən fəaliyyətə başlamışdır. Beş mərtəbədən ibarət xəstəxananın ümumi sahəsi 11.887 m²-dir. Gəncə Beynəlxalq Xəstəxanası geniş profilli xəstəxana olaraq Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərində yerləşir. Gəncə Beynəlxalq Xəstəxanası 2 sentyabr 2016-cı ildə Qafqazda JCI (Joint Commission International) tərəfindən akkreditə edilmiş ilk xəstəxana olaraq tarixə düşmüşdür. == Ambulator və Stasionar müalicə == Xəstəxanada ambulator və stasionar müalicə xidmətləri göstərilir. Poliklinika şöbəsi 25 kabinetdən, stasionar şöbə 38 (bunlardan 5 junior suit, 4 suit, 2 VİP) tək çarpayılı və 12 çox çarpayılı xəstə otaqlarından ibarətdir. Ümumilikdə 73 çarpayı vardır. Ambulator pasiyentlərin rahatlığı üçün geniş şərait yaradılmışdır. Belə ki, pasiyentlər vaxt itkisi yaşamasın deyə, öncədən qeydiyyata yazılaraq təyin olan vaxtda həkim müayinəsinə daxil olurlar.
Klivlend xəstəxanası
Klivlend Klinikası — ABŞ-nin Ohayo ştatının Klivlend şəhərində yerləşən xəstəxana. == Haqqında == Klivlend Klinikası 1921-ci ilin fevralında 4 Klivlend həkimi tərəfindən yaradılmışdır. Bu xəstəxana 2014-cü ildə "U.S. News & World Report" jurnalı tərəfindən ABŞ-də ilin ən yaxşı 4 xəstəxanasından biri seçilmişdir. Klivlend Klinikası kardiologiya və kardio-cərrahiyyə üzrə Amerika Birləşmiş Ştatlarında 1 nömrəli xəstəxana hesab edilir. Klivlend Klinikasının məşhur pasiyentləri olmuşdur: Uels şahzadəsi Çarlz, İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni, Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev, Səudiyyə Ərəbistanının keçmiş kralı Xalid ibn Əbdüləziz, ABŞ siyasətçisi Bob Doul, Türkiyənin keçmiş maliyyə naziri Kamal Unakıtan, Nyu Cersi ştatının keçmiş qubernatoru Con Korzin, aktyor Robin Vilyams, boksçu Evander Holifild, boks promouteri Don Kinq və s. == Heydər Əliyev və Klivlend Klinikası == Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev Klivlend Klinikasında bir neçə dəfə müalicə almışdır. 1999-cu ildə o, həkimlərin məsləhəti ilə Klivlend Klinikasında əvvəlcə müayinədən keçmiş, sonra isə onun ürəyində cərrahiyyə əməliyyatı aparılmışdır. 2000-ci ilin sentyabr və 2002-ci ilin fevral aylarında H. Əliyev yenidən Klivlend şəhərinə yola düşmüş və Klivlend Klinikasında müayinədən keçmişdir. Sonuncu dəfə Heydər Əliyevin vəziyyəti 2003-cü ilin aprel ayında Cəmşid Naxçıvanski adına hərbi litseyin məzunları qarşısında çıxış edərkən pisləşdi. Bir müddət o, Bakıda öz fəaliyyətini davam etdirsə də, səhhəti ona normal işləməyə imkan vermədi.
Laribuazyer xəstəxanası
Laribuazyer xəstəxanası (fr. hôpital Lariboisière) — Paris-də yerləşən qədim fransız xəstəxanası. Hal-hazırda universitet-xəstəxana kompleksidir. Assistance publique – Hôpitaux de Paris-in bir hissəsi və Université Paris Citénin tədris xəstəxanasıdır. Avropanın ən böyük xəstəxanalarından biridir. 1854-cü ildə yaradılmışdır.
M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası
Memorial xəstəxanası
Memorial xəstəxanası — 1995-ci ildə qurulan Memorial Sağlamlıq İnvestisiyaları Korporasiyasının ilk sağlamlıq xidmətləri layihəsidir. Memorial xəstəxanası ilk xəstəsini 2000-ci ilin Fevral ayında qəbul etmişdir. Memorial xəstəxanası kardiologiya, ürək-damar əməliyyatları, orqan nəqli, sınaq borusundan uşaq və genetika kimi sahələrdə olduqca prestijli bir reputasiyaya malikdir və hər tibbi sahədə yüksək keyfiyyətli sağlamlıq xidmətləri təmin edir. Memorial xəstəxanası, 53000 m²-lik qapalı sahəsi, 200 yataqlı həcmi, avtoparkı (10000 m² və 300 maşın yerli), mərkəzi avtomatik sistemi, istilik və nəmliyi yoxlamaq üçün təzyiq dəstək sistemi, pnevmatik tunel transfer sistemi və 120 nəfərlik toplantı zalı ilə, yerli və beynəlxalq xəstələrinə beynəlxalq standartlarda yüksək keyfiyyətli sağlamlıq xidmətləri təqdim edir. Memorial xəstəxanası, JCI səlahiyyət sertifikatını alan və yeniləyən Türkiyədəki ilk sağlamlıq təşkilatıdır. JCI, bütün ölkələrdə beynəlxalq standartları müəyyən edən və bu standartlara uyğun təşkilatlara sertifikat verən bir quruluşdur. Memorial Sağlamlıq Qrupu quruluş mərhələsində JCI-yə müraciət etmiş və 2002-ci ildə dünya səviyyəsində istənən dərəcəni əldə etmişdir. Memorial xəstəxanası həmçinin Amerikan Xəstəxana Birliyinin (AHA) üzvüdür. Memorial xəstəxanası, ISO 9001 və TS-EN-ISO 9001 adlı keyfiyyət idarə sistemi sertifikatlarına malikdir. Genişlənmə layihələrindən başqa (İstanbulda 2007-ci ilin ortalarında açılan bir əlavə xəstəxana və İstanbulda 2007-ci ilin ilk kvartalında açılan bir əlavə gündəlik əməliyyat mərkəzi) Memorial Sağlamlıq Qrupu, ana Xəstəxana Kompleksini, İstanbulun müxtəlif rayonlarının ətrafındakı kiçik xəstəxanalarla dəstəklənən Təkmilləşdirmə Mərkəzinə çevirmək niyyətindədir.
Naxçıvan Muxtar Respublika Xəstəxanası
Naxçıvan Muxtar Respublika Xəstəxanası — Naxçıvan Muxtar Respublikasındakı əsas səhiyyə müəssisəsi. Naxçıvan şəhərində yerləşir. Bu tibb müəssisəsi 1920-ci ildən şəhər xəstəxanası kimi fəaliyyətə başlayıb. 100 çarpayılıq Naxçıvan Birləşmiş Şəhər Xəstəxanası 1950-ci ildən Respublika Xəstəxanasına çevrilib, 1957-ci ildə N.Nərimanov adına Respublika Birləşmiş Xəstəxanası adlanıb. Fəaliyyətdə olan indiki xəstəxana binasının tikintisinə ölkə rəhbəri Heydər Əliyevin dəstəyi ilə 1979-cu ildə başlanıb və 1987-ci ildə istifadəyə verilib. Ötən illər ərzində bina istifadəyə yararsız hala düşdüyündən 2013-cü ilin əvvəlindən burada əsaslı təmir və yenidənqurma işlərinə başlanıb və 2015-ci ildə tibb ocağı istifadəyə hazır olmuşdur. Bundan sonra 1 dekabr 2015-ci ildə dövlət başçısı İlham Əliyev burada olmuş və xəstəxananın rəmzi açılışını bildirən lenti kəsmişdir. 8 mərtəbəli binada yerləşən xəstəxanada tibbin ən son yenilikləri tətbiq olunur. 2015-ci ildə başa çatan əsaslı təmir və yenidənqurma işlərindən sonra 300 çarpayılıq olan xəstəxanada 14 stasionar şöbə fəaliyyət göstərir. Buraya travmatologiya, təcili və təxirəsalınmaz tibbi yardım, ümumi terapiya, nevrologiya, hematologiya, göz xəstəlikləri, burun-qulaq-boğaz, endokrin xəstəliklər, urologiya, cərrahiyyə, neyrocərrahiyyə, reanimasiya və reabilitasiya şöbələri daxildir.
Puassi-Sen-Jermen-an-Le mərkəzi xəstəxanası
Puassi-Sen-Jermen-an-Le mərkəzi xəstəxanası (CHIPS) — Poissy-də yerləşən qədim fransız xəstəxanası; hal-hazırda universitet-xəstəxana kompleksidir. Assistance publique - Hôpitaux de Paris-in bir hissəsi və Versailles-Saint-Quentin-en-Yvelines Universitetinin tədris xəstəxanasıdır. 1997-cu ildə yaradılmışdır.
Raymond-Poincaré xəstəxanası
Reymon Puankare xəstəxanası (fr. hôpital Raymond-Poincaré) — Garches-də yerləşən qədim fransız xəstəxanası; hal-hazırda universitet-xəstəxana kompleksidir. Assistance publique – Hôpitaux de Paris-in bir hissəsi və Versailles-Saint-Quentin-en-Yvelines Universitetinin tədris xəstəxanasıdır. 1936-cı ildə yaradılmışdır.
Rene-Huqenin xəstəxanası
Rene-Huqenin (fr. hôpital René-Huguenin) — Sen-Klu-də yerləşən qədim fransız xəstəxana; hal-hazırda universitet-xəstəxana kompleksidir. Institut Curie-in bir hissəsi və Versailles-Saint-Quentin-en-Yvelines Universitetinin tədris xəstəxanasıdır. 2010-cu ildə yaradılmışdır.
Reymon-Puankare xəstəxanası
Reymon Puankare xəstəxanası (fr. hôpital Raymond-Poincaré) — Garches-də yerləşən qədim fransız xəstəxanası; hal-hazırda universitet-xəstəxana kompleksidir. Assistance publique – Hôpitaux de Paris-in bir hissəsi və Versailles-Saint-Quentin-en-Yvelines Universitetinin tədris xəstəxanasıdır. 1936-cı ildə yaradılmışdır.
Reymon Puankare xəstəxanası
Reymon Puankare xəstəxanası (fr. hôpital Raymond-Poincaré) — Garches-də yerləşən qədim fransız xəstəxanası; hal-hazırda universitet-xəstəxana kompleksidir. Assistance publique – Hôpitaux de Paris-in bir hissəsi və Versailles-Saint-Quentin-en-Yvelines Universitetinin tədris xəstəxanasıdır. 1936-cı ildə yaradılmışdır.
Sainte-Périne - Rossini - Chardon-Lagache xəstəxanası
San Perin xəstəxanası (fr. hôpital Sainte-Périne - Rossini - Chardon-Lagache) — Paris-də yerləşən qədim fransız xəstəxanası; hal-hazırda universitet-xəstəxana kompleksidir. Assistance publique – Hôpitaux de Paris-in bir hissəsi və Versailles-Saint-Quentin-en-Yvelines Universitetinin tədris xəstəxanasıdır. 1807-cu ildə yaradılmışdır.
San-Fransisko Çin Xəstəxanası
San-Fransisko Çin Xəstəxanası (ing. San Francisco Chinese Hospital) - Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatındakı San-Fransisko şəhərində yerləşən çin xəstəxanası. Xəstəxana ABŞ-da fəaliyyət göstərən yeganə Çin xəstəxanası kimi tanınır. Çin qəsəbəsində yerləşən xəstəxana 1924-cü ildən etibarən xidmət göstərməkdədir. San-Fransisko Çin Xəstəxanası şəhərdə yerləşən San-Fransisko Mərkəzi Xəstəxanasında dil bariyeri ilə qarşılaşan və orta sinifdən olan yerli çinlilərə xidmət göstərmək üçün yaradılmışdır. Xəstəxananın personalı ingilis dilində əlavə olaraq çin dilinin müxtəlif dialektlərində də xidmətlər göstərirlər. Döyüş sənəti üzrə məşhur döyüş ustası, idmançı və aktyor, Cit Kun Do döyüş sənətinin banisi Brüs Li 1940-cı ilin 27 noyabr tarixində San-Fransisko Çin Xəstəxanasında anadan olmuşdur. 1888-ci ildə San-Fransiskoda yaşayan çin icması çinli vətəndaşlara xidmətin göstərilməsi üçün milli xəstəxananın yaradılması üçün şəhər şurasına müraciət edir, ancaq lazım olan icazəni ala bilmir. XIX əsrin sonlarında şəhərdə çinlilərə məxsus müxtəlif morqlar və kilinikalar fəaliyyət göstərsə də heç biri tam təyinatlı xəstəxana formasına çatmamışdır. 1899-cu ildə xəstəxananın yerləşəcəyi binanın mülk sahibləri olan anlaşılmazlıqlara görə nəzərdə tutulan bina sökülür və hal-hazırkı bina 1925-ci ildə tikilmişdir.
San Perin xəstəxanası
San Perin xəstəxanası (fr. hôpital Sainte-Périne - Rossini - Chardon-Lagache) — Paris-də yerləşən qədim fransız xəstəxanası; hal-hazırda universitet-xəstəxana kompleksidir. Assistance publique – Hôpitaux de Paris-in bir hissəsi və Versailles-Saint-Quentin-en-Yvelines Universitetinin tədris xəstəxanasıdır. 1807-cu ildə yaradılmışdır.
Milli Nevrologiya və Neyrocərrahiyyə Xəstəxanası
Milli Nevrologiya və Neyrocərrahiyyə Xəstəxanası — Londonun Kraliça Meydanı ərazisində yerləşən nevroloji xəstəxana. UCLH (ing. University College London Hospitals NHS Foundation Trust) hissələrindən biridir. İngiltərədə sırf sinir sistemi xəstəliklərinin müalicəsinə həsr olunmuş ilk xəstəxanadır. O, London Universitet Kolleci (UCL) ilə sıx bağlıdır və eyni sahənin UCL Nevrologiya İnstitutu ilə müştərək nevrologiya tədqiqatları üçün əsas mərkəzdir. Xəstəxana 1859-cu ildə İohanna Çandler tərəfindən Kraliça Meydanında İflic və Epileptiklər üçün Milli Xəstəxana olaraq təsis edilmişdir. Xəstəxana 1880-ci illərin əvvəllərində tamamilə yenidən quruldu: Şərq Qanadı 1881-ci ildə Şahzadə Yelena tərəfindən, Qərb Qanadı isə 1885-ci ildə VII Eduard tərəfindən yenidən açıldı. 1904-cü ildə o, İflic və Epilepsiya Xəstələrinə Yardım və Müalicə Milli Xəstəxanası adlandırıldı. Xəstəxanada 244 stasionar çarpayı və doqquz əməliyyat otağı (iki angioqrafiya əməliyyat otağı daxil olmaqla) mövcuddur.
Gülhanə Təhsil və Araşdırma Xəstəxanası
Gülhanə Təhsil və Araşdırma Xəstəxanası və ya əvvəlki adı Gülhanə Hərbi Tibb Akademiyası — 30 dekabr 1898-ci ildə II Əbdülhəmid tərəfindən İstanbulda Gülhane Seririyat Xəstəxanası olaraq qurulub. 1941-ci ildə xəstəxana Ankaraya köçürülüb. Türkiyə respublikası qurulduqdan sonra uzun müddət Türkiyə Silahlı Qüvvələri nəzdində Gülhanə Hərbi Tibb Akademiyası kimi fəaliyyət göstərib. Hazırda Keçiören Etlikte Təhsil və Araşdırma Xəstəxanası olaraq fəaliyyətini davam etdirir. == Tarixi == Xəstəxana ilk dəfə Sultan II Əbdülhəmidin doğum günü olan 30 dekabr 1898-ci ildə şəxsən onun iştirkı ilə təntənəli təşkil edilən mərasimlə açıldı. Xəstəxana onun tərəfindən “Gülhanə Səririyyət Xəstəxanası” adlandırılıb. "Gülhanə" adı ilə qurulduqdan dərhal sonra "Tıbbiye-i Şahane"dən məzun olan hərbi həkimlər bir illik praktiki təhsilə burada başladılar. Əvvəllər hərbi həkimlər vəzifə başına keçməzdən qabaq Haydarpaşa Əsgəri Xəstəxanasında təcrübə keçirdilər. === İlk dövrlər fəaliyyəti === 1908-ci ildə İkinci Məşrutiyyətin elan edilməsindən sonra tibb sahəsində islahatlar cəhdləri nəticəsində hərbi və mülki tibb fakültələri birləşdirildi. 1909-cu ildə təcrübəli on bir professor-müəllim heyəti İstanbul Universiteti Tibb Fakültəsinə köçürüldü.
Nostra Senyora de Meritxell Xəstəxanası
Nostra Senyora de Meritxell Xəstəxanası — Andorradakı yeganə xəstəxana. O, Andorranın himayədarı olan Meritxel xanımının şərəfinə adlandırılıb. Xəstəxana 1993-cü ildə Eskaldes-Enqordanidə cəmi 5000 m²-lik çox dik bir ərazidə tikilmişdir. 12 mertebeli tikilən xəstəxananın aşağı hissəsində 267 avtomobil üçün dayanacaq təmin edilmişdir. Üst mərtəbələr S şəkilli xətti blok şəklində qurulmuşdur. Oteldə şəxsi vanna otağı olan 192 tək otaq var. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 70-ci ildönümünə həsr olunmuş xəstəxana meydanında incəsənət instalyasiyasının açılışı 2018-ci ilin dekabrında Səhiyyə Naziri Karles Alvares tərəfindən olmuşdur. Yaxın zamanda yeni radioterapiya şöbəsi xəstəxananın yanında, Avenida Fiter Rossel küçəsindəki avtomobil dayanacağında tikiləcək və ona liftlə qoşulacaq. Xüsusi müalicə üçün xəstələr vertolyotla Barselonaya və ya Tuluzaya göndəriləcək.
Surb Prkiç Erməni xəstəxanası kapellası
Surb Prkiç Erməni xəstəxanası kapellası (erm. Սուրբ Փրկիչ Մատուռ) Türkiyənin İstanbul vilayətinin Zeytunburnu rayonunun Kazlıçeşme kvartalında yerləşən erməni kilsəsidir. Surb Prkiç erməni xəstəxanası kompleksində yerləşən kilsə 1834-cü ildə açılmışdır. Hovhannes Amira Serveryan və əsas memar Qarabed Amira Balyan tərəfindən layihələndirilmiş olan bina zamanla xarabalığa çevrilmiş və 1906-cı ildə memarlar Krikor Melidosyan və Yeğiazar Avedisyanın rəhbərliyi altında yenidən təmir edilmişdir. 1966-cı ildə təmir edilmiş olan kapella 2005-ci ildə yenidən təmir edilərək və müasir vəziyyətini almış və Erməni Patriarxı olan II Mesrob tərəfindən açılışı edilmişdir.
Surb Prkiç erməni xəstəxanası
Surb Prkiç erməni xəstəxanası — İstanbulun Zeytinburnu rayonunun Kazlıçeşme məhəlləsində yerləşən Kazaz Artin Amira Bezciyanın rəhbərliyi altında erməni icması tərəfindən yaradılmış olan şəxsi xəstəxanadır. Osmanlı sultanı olan II Mahmudun 1832-ci ildəki fərmanı ilə yaradılmış olan xəstəxana 1834-cü il may ayının 31-də tikinti və avadanlıq işlərini başa çatdıraraq xidmətə başlamışdır. Yeddiqüllə Surb Prkiç Erməni Xəstəxanası Fondu tərəfindən idarə olunur. İdarə Heyətinin hal-hazırkı sədri Bedros Şirinoğludur. Kompleksə həmçinin də Surb Prkiç Erməni xəstəxanası kapellası da daxildir.
Əhli Ərəb xəstəxanasına hücum
Əhli Ərəb xəstəxanasına hücum — HƏMAS–İsrail müharibəsi əsnasında, 17 oktyabr 2023-cü ildə "Əl-Əqsa fırtınası" əməliyyatına cavab olaraq İsrail tərəfindən həyata keçirilən "Dəmir qılınclar" əməliyyatı zamanı Qəzzə zolağında yerləşən Əhli Ərəb xəstəxanasında baş tutmuş partlayış. Fələstin tərəfinin bildirdiyinə görə, xəstəxanada partlayış nəticəsində bir neçə yüz nəfər həlak olmuşdur. Bununla belə, müstəqil məlumatlara görə, Fələstin tərəfinin iddia etdiyi bu say görə həddən artıq qiymətləndirilir və partlayışın özü xəstəxananın özündə deyil, xəstəxananın yanındakı dayanacaqda baş vermişdir. Hadisə ilə bağlı yoxlanılmamış və etibarsız məlumatların geniş yayılması informasiya müharibəsinin predmetinə çevrilmişdir. "HƏMAS" partlayışa görə İsraili günahlandırmış, buna səbəb kimi İsrail Müdafiə Qüvvələrinin (IDF) aviazərbələrini göstərmişdir. Bu ittiham bir çox ərəb dövlətləri və islam dünyasının ölkələri tərəfindən təkrarlanmışdır. Öz növbəsində, İDF partlayışın "Fələstin İslam Cihadı" qruplaşmasının Qəzzə zolağından İsrail istiqamətində uğursuz raket atması nəticəsində baş verdiyini bildirmişdir. "HƏMAS" raket qalıqlarını müstəqil araşdırmalar üçün təqdim etməmişdir.
Uşaq xəstəxanası
Uşaq xəstəxanası — yalnız doğuşdan yetkinlik yaşına çatmış şəxslər, körpələr, uşaqlar, yeniyetmələr və gənclər üçün xidmətlərini təklif edən xəstəxana. Müəyyən xüsusi hallarda onlar böyükləri də müalicə edə bilərlər.

Значение слова в других словарях