XƏVƏL
XƏYATA
OBASTAN VİKİ
Enes Batur: Xəyal mı Gerçək mi? (film, 2018)
Enes Batur: xəyalmı gerçəkmi? — Rejissor Kamil Çətinin, Enes Batur, Ənvər Sülük və Büşra Nur Qaraxanın ssenarisi əsasında 2018-ci ildə ekranlaşdırdığı komediya filmi. Film 11 həftə kinoteatrlarda nümayişdə olmuş, 1,4 milyon nəfər tərəfindən izlənilmiş və bu müddət ərzində 17 milyon Türk lirəsi əldə etmişdir. Film bir uşağın özünü inkişaf etdirərək dünya ulduzu olmasından bəhs edir. Bu inkişafda onun xarakter dəyişiklikləri, etdiyi seçimlər və psixologiyası əsas yer tutur. Saf xarakter dünya ulduzu olduqdan sonra bu yaxşı xüsusiyyətlərini itirir. Personajın adı Enes Baturdur. Enesin atası polis, anası tibb bacısı olduğundan o, davamlı tənha qalır. Ailəsi tərəfindən sevgi görmədiyindən özünə qapalı uşaqdır. Atası o, altı yaşında olarkən ona kompüter alır və filmin əsas hissəsi buradan başlayır.
Enes Batur: Xəyalmı Gerçəkmi? (film, 2018)
Enes Batur: xəyalmı gerçəkmi? — Rejissor Kamil Çətinin, Enes Batur, Ənvər Sülük və Büşra Nur Qaraxanın ssenarisi əsasında 2018-ci ildə ekranlaşdırdığı komediya filmi. Film 11 həftə kinoteatrlarda nümayişdə olmuş, 1,4 milyon nəfər tərəfindən izlənilmiş və bu müddət ərzində 17 milyon Türk lirəsi əldə etmişdir. Film bir uşağın özünü inkişaf etdirərək dünya ulduzu olmasından bəhs edir. Bu inkişafda onun xarakter dəyişiklikləri, etdiyi seçimlər və psixologiyası əsas yer tutur. Saf xarakter dünya ulduzu olduqdan sonra bu yaxşı xüsusiyyətlərini itirir. Personajın adı Enes Baturdur. Enesin atası polis, anası tibb bacısı olduğundan o, davamlı tənha qalır. Ailəsi tərəfindən sevgi görmədiyindən özünə qapalı uşaqdır. Atası o, altı yaşında olarkən ona kompüter alır və filmin əsas hissəsi buradan başlayır.
Fosterin xəyali dostlar evi
Fosterin xəyali dostlar evi ("Fosterin evi" olaraq da tanınır) — Creyk Makkreyken tərəfindən "Cartoon Network" üçün yaradılmış amerikan animasiya serialı. "Fosterin xəyali dostlar evi" uşaqların xəyali bir dost xəyal edən kimi həmin dostun fiziki forma alaraq canlandığı bir dünyadır. Uşaqlar böyüyəndən sonra xəyali dostlar başqa uşaqlar tərəfindən sahiblənməsi üçün bir növ sığınacağa — Fosterin evinə aparılır. Ev yaşlı, sevimli və mehriban qurucu madam Foster tərəfindən idarə olunur. Onun xəyali dostu dovşan mister Herriman sərt təbiətli ev meneceridir, nəvəsi Firanki isə günlük işlərlə məşğuldur. Anası onun xəyali dost üçün çox böyük olduğunu düşündüyü üçün səkkiz yaşlı oğlu Maka xəyali dostu Blunu tərk etməsi üçün təzyiq göstərir. Mak bir televiziya reklamında gördükdən sonra Blunu Fosterin evinə aparanda öyrənir ki, əgər Blu burada yaşasa, başqa bir uşağa verilə bilər. Mak daha sonra Franki, mister Herriman və madam Foster ilə uzun danışıqlardan sonra onları razı sala bilir ki, Mak hər gün buranı saat 3-də ziyarət etdiyi müddətcə heç kəs Blunu buradan apara bilməz. Beləliklə, Mak hər gün dərsdən sonra Fosterin evini ziyarət etməyə başlayır. Bu ziyarətlər əsnasında çox maraqlı macəralar yaşanır.
Fosterin xəyali dostlar evi (teleserial, 2004)
Fosterin xəyali dostlar evi ("Fosterin evi" olaraq da tanınır) — Creyk Makkreyken tərəfindən "Cartoon Network" üçün yaradılmış amerikan animasiya serialı. "Fosterin xəyali dostlar evi" uşaqların xəyali bir dost xəyal edən kimi həmin dostun fiziki forma alaraq canlandığı bir dünyadır. Uşaqlar böyüyəndən sonra xəyali dostlar başqa uşaqlar tərəfindən sahiblənməsi üçün bir növ sığınacağa — Fosterin evinə aparılır. Ev yaşlı, sevimli və mehriban qurucu madam Foster tərəfindən idarə olunur. Onun xəyali dostu dovşan mister Herriman sərt təbiətli ev meneceridir, nəvəsi Firanki isə günlük işlərlə məşğuldur. Anası onun xəyali dost üçün çox böyük olduğunu düşündüyü üçün səkkiz yaşlı oğlu Maka xəyali dostu Blunu tərk etməsi üçün təzyiq göstərir. Mak bir televiziya reklamında gördükdən sonra Blunu Fosterin evinə aparanda öyrənir ki, əgər Blu burada yaşasa, başqa bir uşağa verilə bilər. Mak daha sonra Franki, mister Herriman və madam Foster ilə uzun danışıqlardan sonra onları razı sala bilir ki, Mak hər gün buranı saat 3-də ziyarət etdiyi müddətcə heç kəs Blunu buradan apara bilməz. Beləliklə, Mak hər gün dərsdən sonra Fosterin evini ziyarət etməyə başlayır. Bu ziyarətlər əsnasında çox maraqlı macəralar yaşanır.
Həsən Xəyallı
Həsən Xəyallı (Həsən Məhərrəm oğlu Hacıyev; 1902, Daşkənd, Yeni Bəyazid qəzası – 10 aprel 1966, Daşkənd, Basarkeçər rayonu) — Azərbaycan şairi. Həsən Xəyallı 1902-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. Kiçik yaşlarından dayısı Hacı Rəhimdən, anası Başxanım Şəfiqızından dini təhsil almış və eyni zamanda saza-sözə çox böyük maraq göstərmişdir. Göyçə ədəbi mühitində böyüyən Həsən Xəyallı hazırcavablığı ilə erkən yaşlarından hamının diqqətini cəlb etmişdir. Həsən Xəyallı öz zəngin yaradıcılığı ilə Göyçə ədəbi mühitinə yeni nəfəs, yeni çalar gətirmiş sənətkarlardan olmuşdur. Müxtəlif sənət adamları ilə dostluq etmiş, (xüsusən Aşıq Ələsgər ocağından Növrəs İman, Aşıq Nəcəf, Aşıq Musa ilə) deyişib dərdləşmişdir. Bədii yaradıcılıqla məşğul olmaqla bərabər, dinin mükəmməl bilicisi kimi də el arasında böyük şöhrət qazanmışdır. 1942-ci ildə Böyük Vətən müharibəsinə getmiş və Krım cəbhəsində döyüşmüşdür. Qüdrətli söz sənətkarı, ustad şair ömrünün 64-cü baharında, 10 aprel 1966-cı ildə əbədiyyətə qovuşmuşdur, məzarı doğma Daşkənd kəndindədir. Ölümündən sonra şeirləri mərkəzi qəzet və jurnallarda çap olunmuş, haqqında radio və televiziyada verilişlər hazırlanmışdır.
Kiyevin xəyaləti
Kiyevin kabusu (ukr. Привид Києва) — 24 fevral 2022-ci ildə Kiyev döyüşlərində Rusiyaya məxsus 6 döyüş təyyarəsini vuran ukraynalı hərbi pilota verilən ləqəb. Bu, böyük ehtimalla bir şəhər əfsanəsidir. MiQ-29 pilotu olan Kiyevin xəyaləti Rusiyanın Ukraynaya hücumunun ilk 30 saatında Kiyev üzərində 2 Su-35. 2 Su-25, 1 Su-27 və 1 MiQ-29 təyyarəsini vurmuşdur. Ukrayna Müdafiə Nazirliyi bildirmişdir ki, əgər bu hərbi pilot haqqında deyilənlər təsdiqlənsə, Kiyevin xəyaləti işğalda Ukrayna Silahlı Qüvvələrinin sıralarına vuruşan ən təcrübəli hərbi pilotlarından biri ola bilər. Ukraynanın eks-prezidenti Petro Poroşenko sonradan bir hərbi pilotun fotosunu paylaşaraq onun gerçək bir şəxsiyyət olduğunu qeyd etmişdir.
Maestro. Özüm və zaman haqqında. Bəstəkar Xəyyam Mirzəzadə (film, 2011)
Film Azərbaycanın xalq artisti, bəstəkar Xəyyam Mirzəzadədən bəhs edir. Filmin çəkilişləri M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında, Üzeyir Hacıbəyovun ev muzeyində, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində və İçərişəhər Dövlət Qoruğunda aparılmışdır. Filmdə Azərbaycan Respublikası Dövlət kino-foto sənədləri arxivindən və Xəyyam Mirzəzadənin şəxsi arxivindən istifadə edilmişdir. Filmdə sözləri Bəxtiyar Vahabzadənin olan "Ötən günlər" mahnısı Oqtay Ağayevin ifasında səslənir. Ramiz Rövşənin "Tək əl" şeiri müəllifin öz ifasında səslənir.
Mirzə İsa Xəyali
Mirzə İsa Xəyali (1850, Cənubi Azərbaycan – 1917, Lənkəran, Lənkəran qəzası) — XIX əsr Azərbaycan şairi. Mirzə İsa Hacı Məhəmmədrəhim oğlu təxminən 1850-ci ildə Ərdəbildə doğulmuşdur. Təhsilini orada almış, 1891-ci ildə Lənkərana köçmüşdür. Bir məddət Lənkəranda müəllimlik etmişsə də əsas peşəsi ticarət olmuşdur. O, 1917-ci ildə Lənkəranda vəfat etmişdir, Xəyali "Fövcül-füsəha " ədəbi məclisinin fəal üzvlərindən idi. Onun bədü irsindən bir neçə qəzəl və digər şeirləri qalmışdır. XIX əsr Azərbaycan ədəbiyyatının ilk mənbələrindən bəhs edərkən Mirzə İsa Xəyalinin (1850–1917) "Təzkireyi — Ziyai" əsəri haqqında danışmamaq mümkün deyil. Onun təzkirəsində Ərdəbil və Təbriz şairlərindən Molla Qulaməli Həsrət, Mirzə Əsəd Şəms Ərdəbili, Molla Məhəmməd Mücriм, Mirzə Abdulla Sağəri və başqalarının həyat və yaradıcılığı toplanıb. Burada Ъənubi Azərbaycan şairləri ilə birlikdə, S. Ə. Şirvani, M. Ə. Növrəs, M. R. Fəna, F. Kəminə кими Şimali Azərbaycanda yaşayan sənətkarların bədii irsinя də ayrıca diqqət yetirilib. Bunu da qeyd edək ki, Mirzə İsa Xəyalinin bu təzkirəsi çap olunmayıb.
Xəyal Abdullayev
Xəyal Adası
Xəyal Adası — "Azərsun Holdinq" Şirkətlər Qrupunun layihəsi. Bu, yüksək standartlara cavab verən yaşayış, ticarət, əyləncə və idman sahələrini əhatə edən layihədir. Heydər Əliyev Beynəlxalq Aeroportuna gedən yolun üzərində yerləşir. Ərazisi 320 hektardır. 12 yanvar 2015-ci il tarixə olan məlumata görə, yaşayış sahəsində müasir tələblərə cavab verən yüksək keyfiyyətli 2100 mənzil, fərqli ölçülərdə və konseptlərdə 300 villa inşa olunur.
Xəyal Aslanov
Xəyal Qüdrət oğlu Aslanov (5 mart 1994; Tərtər rayonu, Azərbaycan — 28 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Xəyal Aslanov 1994-cü il martın 5-də Tərtər rayonunun Çardaqlı kəndində anadan olub. Ailəli idi. Umud və Uğur adında 2 oğlu yadigar qaldı. Azərbaycan Ordusunun giziri olan Xəyal Aslanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəyal Aslanov sentyabrın 28-də Madagizin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Aslanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Aslanov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Aslanov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Aslanov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Xəyal Ağaməmmədov
Xəyal Salam oğlu Ağaməmmədov (23 avqust 1992; Hacıqabul rayonu, Azərbaycan — 7 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Xəyal Ağaməmmədov 1992-ci il avqustun 23-də Hacıqabul rayonunun Kolanı kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Xəyal Ağaməmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəyal Ağaməmmədov noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Ağaməmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Ağaməmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xəyal Ağaməmmədov ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Xəyal Balakişiyev
Xəyal Müseyib oğlu Balakişiyev (17 oktyabr 1994, Bakı – 25 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Xəyal Balakişiyev 1994-cü il oktyabrın 17-də Bakı şəhərində anadan olub. 2001-2012-ci illərdə Yasamal rayonunda H. Aslanov adına 175 nömrəli tam orta məktəbdə təhsil alıb. Xəyal Balakişiyev 2012-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Xəyal Balakişiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəyal Balakişiyev oktyabrın 25-də Füzulinin azad edilməsi zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Balakişiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Balakişiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xəyal Balakişiyev ölümündən sonra “Cəsur döyüşçü” medalı ilə təltif edildi.
Xəyal Cəbrayılov
Xəyal Rafiq oğlu Cəbrayılov (1 sentyabr 1998; Lək, Ucar rayonu, Azərbaycan — 4 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Xəyal Cəbrayılov 1998-ci il sentyabrın 1-də Ucar rayonunun Lək kəndində anadan olub. Subay idi. Xəyal Cəbrayılov 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Xəyal Cəbrayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəyal Cəbrayılov noyabrın 4-də Şuşanın azad edilməsi zamanı Daşaltı istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Cəbrayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Cəbrayılov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xəyal Cəbrayılov ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Xəyal Cəfərli
Xəyal Xəlil oğlu Cəfərli (9 iyul 1992; Salyan rayonu, Azərbaycan — 23 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Xəyal Cəfərli 1992-ci il iyulun 9-da Salyan rayonunun Qaraçala qəsəbəsində anadan olub. Azərbaycan Ordusunun giziri olan Xəyal Cəfərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəyal Cəfərli oktyabrın 23-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Cəfərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Cəfərli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Cəfərli ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Xəyal Həsənov
Xəyal Həsənov (əsgər, 1998) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi. Xəyal Həsənov (əsgər, 2002) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Xəyal Həsənov (əsgər, 1998)
Xəyal Əliyulla oğlu Həsənov (30 noyabr 1998; Şabran, Azərbaycan — 5 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Xəyal Həsənov 1998-ci il noyabrın 30-da Şabran şəhərində anadan olub. Subay idi. Azərbaycan Ordusunun əsgəri olan Xəyal Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəyal Həsənov oktyabrın 3-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Həsənov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Həsənov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Xəyal Həsənov (əsgər, 2002)
Xəyal Zeynəddin oğlu Həsənov (16 aprel 2002; Qaraman, Göyçay rayonu, Azərbaycan — 14 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Xəyal Həsənov 2002-ci il aprelin 16-da Göyçay rayonunun Qaraman kəndində anadan olub. Subay idi. Azərbaycan Ordusunun əsgəri olan Xəyal Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəyal Həsənov oktyabrın 14-də Madagizin azad edilməsi zamanı şəhid olub. Göyçay rayonunun Qaraman kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Həsənov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Xəyal Həziyev
Xəyal Feyruz oğlu Həziyev (20 dekabr 1987; Ağcabədi, Azərbaycan SSR — 15 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Xəyal Həziyev 1987-ci il dekabrın 20-də Ağcabədi şəhərində anadan olmuşdur. Orta təhsilini aldıqdan sonra Bakıda texniki peşə məktəbində qaynaqçı ixtisası üzrə təhsilini davam etdirmişdir. Xəyal Həziyev 2005-2006-cı ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Murovdağda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra mülki fəaliyyətinə qaynaqçı olaraq davam etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Xəyal Həziyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Xəyal Həziyev 15 oktyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Ağcabədi şəhərinin Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Xəyal Mustafayev
Xəyal Əvəz oğlu Mustafayev — Azərbaycan futbolçusu. Xəyal Mustafayev futbol oynamağa 1990-cı ildə Türkmənistanın Büzmennqress şəhərində başlayıb. 1992-ci ildə ailəliklə Gəncəyə köçüblər. Burada məşqçisi əvvəlcə atası, sonra isə Fuad İsmayılov olub. Azərbaycan çempionatlarının güclülər dəstəsində 2006-2007-ci il mövsümünədək 93 dəfə meydana çıxıb və 5 qol vurub. 15-ci Azərbaycan çempionatından "İnter"in (Bakı) müdafiəçisidir.
Xəyal Məmmədov
Xəyal Məmmədov (mayor) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsinin şəhidi. Xəyal Məmmədov (kiçik çavuş) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, Vətən müharibəsinin şəhidi. Xəyal Məmmədov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Xəyal Məmmədov (kiçik çavuş)
Xəyal Arif oğlu Məmmədov (13 fevral 1989, Qubaxəlilli, İsmayıllı rayonu – 2 oktyabr 2020, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Xəyal Məmmədov 1989-cu il fevralın 13-də İsmayıllı rayonunun Qubaxəlilli kəndində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Xəyal Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəyal Məmmədov oktyabrın 2-də Madagizin azad edilməsi zamanı şəhid olub. Göyçay rayonunun Birinci Ərəbcəbirli kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xəyal Məmmədov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xəyal Məmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Xəyal Məmmədov (mayor)
Xəyal Ağabəy oğlu Məmmədov (18 noyabr 1986; Şəki, Azərbaycan SSR — 20 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. Xəyal Məmmədov 1986-cı il noyabrın 18-də Şəki şəhərində anadan olub. 1993–2001-ci illərdə Şəki şəhərində 5 nömrəli tam orta məktəbdə, 2001–2004-cü illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2004–2008-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Hərbi təhsilini aldığı müddətdə bir sıra dövlətlərdə təlimlərdə olub. Ailəli idi. 2 qızı yadigar qaldı. Azərbaycan Ordusunun mayoru olan Xəyal Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, həmçinin döyüşlər zamanı yaralı hərbçiləri döyüş meydanından çıxararaq fərqlənib. Oktyabrın 7-də döyüşdən əvvəl ailəsinə yazdığı son məktubunda bunları yazmışdı: Mən gedirəm vətəni qorumağa. Müqəddəs vəzifəmin icrasına.
Xəyal Məmmədov (əsgər)
Xəyal Xaliq oğlu Məmmədov (12 fevral 2001, Sumqayıt – 15 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Xəyal Məmmədov 2001-ci il fevralın 12-də Sumqayıt şəhərində anadan olub. Xəyal Məmmədov oktyabrın 15-də Füzuli rayonu Qarğabazar istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Füzuli rayonunda dəfn olunub. Subay idi. Azərbaycan Ordusunun əsgəri olan Xəyal Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Məmmədov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xəyal Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Xəyal Namazov
Xəyal Xudaverdi oğlu Namazov (23 may 1986; Füzuli, Azərbaycan SSR — 3 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Xəyal Namazov 23 may 1986-cı ildə Füzuli şəhərində anadan olmuşdur. Əslən Xocavənd rayonunun Muğanlı kəndindən idi. Əvvəlcə, İsmayıllı rayon Aşıqbayramlı kənd tam orta məktəbində təhsil almışdır. Xocavənd rayon Tuğ kənd tam orta məktəbində təhsilini davam etdirmiş, 11-ci sinfi Xocavənd rayon 4 saylı tam orta məktəbdə tamamlamışdır. 2005-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin neft-qaz fakültəsinə qəbul olmuşdur. 2006-cı ildə təhsilini donduraraq hərbi xidmətə yollanmışdır. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət fərdi əməklə məşğul olmuşdur. Ailəli idi. 2 övladı yadigar qaldı.