YÖNƏLMƏK

f.
1. Bir tərəfə istiqamət alıb getmək, üz tutub getmək, istiqamət almaq. Hamımız səs gələn tərəfə yönəldik. Gəmilər adaya doğru yönəldi.
– Koroğlu Nigara tərəf yönəldi. Koroğlu”.
[Faytonun] içindən İmamverdi baba çıxıb Nurəddinə tərəf yönəldi. S.S.Axundov.

// Bir şey üçün yanaşmaq, yanına getmək, müraciət etmək.
[Xortdan:] Əlində maya düzəltmək üçün qədim dost və aşnalarına yönəldi… Ə.Haqverdiyev.

2. Gəlmək, üz tutmaq.
[Bəkir:] Qayanın üstündən gördüm, iki dəstə atlı bizə sarı yönəliblər. N.Vəzirov.

3. Üzünü çevirmək, dönmək, çevrilmək.

Синонимы

  • YÖNƏLMƏK yönəlmək bax getmək 1
  • YÖNƏLMƏK dönmək — çevrilmək
  • YÖNƏLMƏK gəlmək
  • YÖNƏLMƏK getmək

Этимология

  • YÖNƏLMƏK Ön (qabaq tərəf), yönəlmək, göndərmək sözlərinin kökdaşlığı barədə fikir söyləməyə dəyər. “Göndər”in əsli yöndər kimi olub (yönəltmək
YÖNƏLMƏ
YÖNƏLTMƏ

Значение слова в других словарях

...ва́р ни к чему́ отпряга́ть пневма́тика подгла́диться протяжённость бо́же милостивый! га́мма-терапи́я глазиро́вка заволо́чь напя́ливать патоге́нный солонцева́тый пошлый closet eclectical fall back hom- juste milieu pathogen piccolo puling Spanish broom theorbo хвостик