Yan Neruda
Yan Neruda (çex. Jan Nepomuk Neruda, 9 iyul 1834[…], Praqa, Bohemiya tacı torpaqları[d][…] – 22 avqust 1891[…], Praqa, Sisleytaniya[…])—Çexiya yazıçısı, şairi.
== Həyatı ==
Neruda Yan 1934-cü il iyul ayının 9-da Praqa şəhərində anadan olmuşdur. Neruda Akademik gimnaziyanı qurtarmış, Praqa Universitetində oxumuş, orada fəlsəfə və hüquq fakültələrində mühazirələr dinləmişdir. Bir neçə il Praqa idarələrində işləmiş, gimnaziyada alman dilindən dərs demişdir.
Onun ilk şeirləri 50-ci illərin əvvəllərində çap olunmuşdur. "Qəbristanlıq çiçəkləri" (1857), "Şeirlər kitabı" (1868), "Kosmik nəğmələr"(1878), "Balladalar və romanslar" (1883), "Övliya cüməsi nəğmələri" (1896) və s. kitabların müəllifidir.
Vətənpərvərlik və sosial azadlıq duyğularının tərənnümü, xalq gücünə inam poeziyasının ideya məzmunudur. Nerudanın familiyasını çili şairi Pablo Neruda ozünə təxəllüs seçmişdir.