YAN-YANAŞA

bax yan-yana.
[Cəmilə və Mirzağa] ahəstə addımlarla yan-yanaşa olaraq mədənlərin arası ilə uzanıb gedən şose ilə gedirdilər. S.Hüseyn.

YAN-YANA
YAN-YANCAQ
OBASTAN VİKİ
Yan
Yan (dövlət) — Çində tarixi dövlət. Yan (İran) — İranda kənd.
Min Yan
Min Yan (20 fevral 1963) — İtaliyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Min Yan İtaliyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Mo Yan
Mo Yan (çin. sadə. 莫言, pinyin: Mò Yán, hərfi mənası: "Mo Yan"; 17 fevral 1955) — müasir Çin yazıçısı, Honkonq Açıq Universitetinin fəxri filologiya doktoru, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2012). Daha çox Mo Yan təxəllüsü ilə tanınan çinli yazıçı Guan Moye (sadələşdirilmiş Çin dilində: 管谟业; ənənəvi Çin dilində: 管謨業; pinyin yazı metodu ilə: Guǎn Móyè; doğum tarixi: 17 fevral 1955-ci il) roman və kiçik hekayələr müəllifidir. ABŞ-də nəşr olunan məşhur "TIME" jurnalında yazdığı məqaləsində Donald Morrison yazıçını “Çinin ən məşhur, əsərləri tez-tez qadağan edilən və kitabları piratçıların hədəfi olan yazıçılarından biri” adlandırmış, Cim Leç (Jim Leach) isə onu Çinin Frans Kafkası və ya Cozef Helleri hesab etmişdir. Qərbli oxucular Mo Yanı daha sonralar əsasında “Qırmızı kalış” (“Red Sorghum”) filmi çəkilmiş “Qırmızı kalış” və “Kalış şərabı” romanlarından tanıyırlar. 2012-ci ildə Mo Yan “hallüsinasiyalı realizmi vasitəsilə xalq nağıllarını, tarixi və müasir ədəbiyyatı birləşdirən" yazıçı kimi Ədəbiyyat sahəsində Nobel Mükafatına layiq görülmüşdür. == Təxəllüsü == Çin dilində “Danışma!” mənasının verən “Mo Yan” yazıçının təxəllüsüdür. ABŞ-nin Bəşəriyyətə Mili Dəstək qurumunun (National Endowment for the Humanities) sədri Cim Leç ilə müsahibə zamanı o bildirmişdi ki, bu ad 1950-ci illərdə Çindəki inqilabi-siyasi vəziyyətlə bağlı olaraq, ata-anasının ona düşüncələrini cəmiyyətdə danışmamaqla bağlı xəbərdarlığı ilə əlaqədardır. Bu təxəllüs eyni zamanda Mo Yanın Çinin siyasi və seksual tarixinin yeni şərhini verən əsərlərinin ana xətti ilə bağlıdır.
Vilson Yan
Vilson Yan (23 sentyabr 1979) — Kanadanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Vilson Yan Kanadanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, Komanda turnirində isə 9-cu pillənin sahibi olub.
Yan Bagil
Yan Bagil (slovak. Ján Bahýľ; 25 may 1856 — 3 mart 1916) — Slovakiya ixtiraçısı və mühəndis. O, hərb elmində, hərbi qurulmada və mühəndislikdə ixtisaslaşmış və bu sahədə çalışmışdır. Onun xüsusi marağı uçuş aparatlarına idi. 1895-ci ildə Bagil vertolyotun patentini almışdır. == Bioqrafiyası == Yan Bagil Avstriya imperiyası, Macarıstan krallığının Zvolensk-Slatina rayonunda anadan olmuşdur. 1869-cu ildə o Bansko-Ştyavnitsada dağlıq akademiyasını bitirmiş və texniki rəsm çəkmə üzrə diplom almışdır. Bundan sonra Bagil Macarıstanın Silahlı Qüvvələrində hərbi xidmətə daxil olmuşdur. Onun texniki qabiliyyətləri böyük zabitlər tərəfindən izlənilirdi. Bundan sonra onu texnik vəzifəsinə gətirdilər.
Yan Bjexva
Yan Bjexva (15 avqust 1898[…] – 2 iyul 1966, Varşava) — Polşa yazıçısı. == Həyatı == Yan-Lesman 1898-ci ildə Ukraynada anadan olmuşdur. Onun atası yol üzrə mühəndis işləmişdir. O Ukraynada ğənclik illərini keçirmişdir. Bjexva onun təxəllüsüdür. Byexvanın tərcüməsi yəni bu sözün mənası "coxdanışan" "zarafatcıl" deməkdir. Sonradan o, 1958-ci ildə "Yetkinləşmək zamanı" povestini yazmışdır. Bu povestdə o, öz uşaqlıqlığı və tərcümeyi-halı haqqinda yazmışdır. Onun ilk şeiri 1915-ci ildə jurnalda çap olunmuşdur. Uşaqlar üçün 1938-ci ildə "İynə sap ilə rəqs edirdilər" 1939-cu ildə " Ördək- qəribə qadın" əsərlərini yazmışdır.
Yan Düssek
Yan Düssek (d. 12.2.1760, Çaslav, Bohemiya krallığı - ö. 20.3.1812, Sen-Jermen-an-Le, Fransa) — Çexiyalı bəstəkar. Yan Antonin Kojeluxun qohumu və şagirdi.
Yan Eliasson
Yan Klennet Qlenn Eliasson (isv. Jan Kenneth Glenn Eliasson; 17 sentyabr 1940, Göteborq) — İsveç sosial-demokrat siyasətçisi, diplomat, BMT Baş Məclisinin Prezidenti (2005-2006), İsveç Xarici İşlər Naziri (2006). Hal-hazırda BMT Baş Katibinin Sudanın Darfurdakı xüsusi elçisidir. == Təhsili == 1957-1958-ci illərdə tələbə mübadiləsi proqramı çərçivəsində ABŞ-nin İndiana şəhərində təhsil almış, sonra 1962-ci ildə İsveç Dəniz Akademiyasını bitirmişdir. 1965-ci ildə Göteborq Universitetinin Biznes, İqtisadiyyat və Hüquq Məktəbində iqtisadiyyat üzrə magistr dərəcəsi almışdır. Amerika Universitetinin (1994), Göteborq Universitetinin (2001) və Uppsala Universitetinin (2005) fəxri dərəcələrinə sahibdir. == Fəaliyyəti == Eliasson diplomatik karyerasına 1965-ci ildə İsveç Xarici İşlər Nazirliyində staj ilə başladı. 1982-1983-cü illərdə İsveç Baş naziri Olof Palmenin diplomatik müşaviri və 1983-1987-ci illərdə Xarici İşlər Nazirliyində Siyasi Məsələlər üzrə Baş Direktor vəzifələrində çalışıb. 1980-1986-cı illərdə Eliasson BMT-nin İran-İraq müharibəsindəki vasitəçilik missiyasında iştirak etdi. 1988-1992-ci illərdə İsveçin BMT-dəki Daimi Nümayəndəsi vəzifəsini icra etdi və eyni zamanda BMT Baş Katibinin İran və İraq üzrə Şəxsi Nümayəndəsi oldu.
Yan Fleminq
Yan Lancaster Fleminq (28 may 1908 – 12 avqust 1964) — Ceyms Bond xarakterinin yaradıcısı və romanlarının müəllifi ingilis jurnalisti və yazıçısı. II Dünya Müharibəsində dəniz zabiti olaraq vəzifə yerinə yetirən yazıçı böyük qardaşı Peter Fleminq kimi İngiltərənin Eton Kollecindən məzun olmuş və buradan hərbi məktəbə davam etmişdir. Yazdığı casusluq romanları filmlərə uyğunlaşdırılmış və ona dünya səviyyəsində şöhrət qazandırmışdır.
Yan Hammer
Yan Hammer (çexcə: Jan Hammer, 17 aprel 1948, Praqa, Çexiya) - Çexiya kompozitorudur. Bir neçə dəfə "Qremmi" mükafatına layiq görülmüşdür. 1970-ci illərin əvvəllərində "Mahavishnu Orchestra" musiqi qrupunda çalışmış, "Mayami polisləri" teleserialı, Qaranlıq mələyi və çox filmlərə musiqi bəstələmişdi.
Yan Hus
Yan Hus (çex. Jan Hus) — protestantlığın atası, Husçular hərəkatının başlanması Yan Husun adı ilə bağlıdır. Yan Hus bir müddət Praqa Universitetində rektor kimi fəaliyyət göstərmişdir. 1415-ci ilin 6 iyul tarixində dini fikirlərindən dolayı Konstans şəhər şurasının qərarı ilə yandırılaraq edam edilmişdir. Yan Husun ölümündən sonra onun fikirləri və elmi əsərlərinə əsaslanan 1419–1434-cü illəri əhatə etmiş Husçular hərəkatı baş qaldırmışdır. == Həyatı və təhsili == Yan Husun atasının arabaçı olduğu ehtimal edilir. O, ilk əvvəl Praktikdə yerləşən latın məktəbində, daha sonra isə 1390-cı ildən etibarən Praqa şəhərində təhsil almağa başlamışdır. Praqa Universitetində təhsilini başa vurduqdan sonra 1396-cı ildə magistr təhsilini almağa başladı. Yan Hus Çex dilinin yazılması üçün istifadə olunan çex əlifbasında bir sıra yeniliklər gətirdi və yazma prosesini daha da sadələşdirdi. Bohemiya krallığının kralı Venzelsin bacısı Annanın İngiltərə kralı II Riçard ilə evlənməsindən sonra Oksford Universitetində təhsil alan çex tələbələr Oxforddan olan din xadimi Con Viklifin fəlsəfi fikirlərini və kilsə siyasəti ilə bağlı olan yazılarını Praqa Universitetinə gətirməyə başldılar.
Yan Komenski
Yan Amos Komenski (28 mart 1592, Nivnise, Cənubi Moraviya — 15 noyabr 1670, Amsterdam) — çex pedaqoqu, humanist, ictimai xadim, pedaqogika elminin banisi. == Həyat və fəaliyyəti == Yan Komenski 1592-ci il mart ayının 28-də çex qardaşları protestant icması üzvünün ailəsində anadan olub. İbtidai təhsilini həmin icma məktəbində alıb. 1608-1610-cu illərdə latın məktəbində, daha sonra Herborn akademiyasında, Heydelberq universiteti ndə oxuyub. Bu universitetdə "Bütün əşyaların teatrı" adlı özünəməxsus ensiklopediya yaratmağa başlayıb (1614-1627). Eyni vaxtda "Çex dilinin xəzinəsi" adlı çex dili lüğəti üzrə iş aparıb (1612-1656). 1614-cü ildə Komenski — Prşerovda icmanın müəllimi işləyib. 1618-1621-ci ilərdə Fulnekdə yaşayaraq İntibah dövrünün humanistlərinin – T. Kampanellanın, H. Vivesin və b.-əsərlərini öyrənib. 1627-ci ildə Komenski çex dilində didaktikaya həsr olunmuş elmi əsər yazmağa başlayır. Katolik kilsənin təqiblərindən qaçaraq Komenski Polşaya (Leşno şəhərinə) emiqrasiya edir.
Yan Kum
Yan Kum (24 fevral 1976, Kiyev) — Amerikan sahibkar və proqramçı, WhatsApp"ın yaradıcısı. == Həyatı == Yan Kum 24 fevral 1976-cı ildə Kiyev yaxınlığında kiçik kənddə, yəhudi əsilli ailədə dünyaya gəlib. Onun valideynləri sadə insanlar olub — anası evdar qadın, atası tikintidə sadə iş icraçısı idi. Ailəlikcə 1992-ci ildə Ukraynadakı qeyri-stabil vəziyyət üzündən mühacirət etməyə məcbur olurlar və ABŞ-yə köçməyə qərar verərək, yaşayış üçün Silikon vadisində yerləşən kiçik Kaliforniya şəhəri Mauntin-Vyunu seçirlər. Emiqrasiyada onlar ciddi məhrumiyyətlərlə rastlaşır. Bu zaman Kumun 16 yaşı var idi. Yoxsulluq həddində olan valideynlərə kömək etmək üçün o, təhsillə paralel olaraq xidmətçi işləməyə başlayır. Ola bilər ki, o zaman Kum hələ bunu anlamırdı, ancaq tale onu ən prespektivli texnologiya startaplarının yaradılması üçün əlverişli bir məkana atmışdı. Məşəqqətli həyat yaşamasına baxmayaraq Kum təhsilə var qüvvəsini verirdi. Gələcək milyarder hələ məktəbdə təhsil aldığı zaman, hər şeydən əvvəl, hesablama şəbəkələri, informasiya texnologiyalar ilə maraqlanırdı.
Yan Körtis
Yan Kevin Körtis (15 iyul 1956 – 18 may 1980) — Ingiltərəli musiqiçi, poet, Joy Division qrupunun vokalçısı və bütün mahnı sözlərinin müəllifi. Dəfələrlə rok musiqisinin tarixində görkəmli şəxs, və post pank, qotik rok janrlarının "ögey atası" adına layiq görülüb. Onun yaradıcılığı indi rok, və bu musiqiyə ayıd olan mədəniyyətə böyük təsir göstərib. Yanın "sonuncu" mahnısı olan "Love Will Tear Us Apart" dünyada ən çox oxunan mahnılardan biri oldu. Körtisin həyatı iki bədii filmdə göstərilib — "24 hour party people" (2002) və "Kontrol" (2007). == Həyatı == Yan Körtis Mançester şəhərində dünyaya göz açıb. Uşaqlığı isə Maklsfildin Hördlsfid royununda keçib. Kevin və Dorin Körtislərin iki uşağından böyüyü olub. Poeziyaya, ədəbiyyata olan marağı lap uşaq illərindən büruzə verməyə başlayıb və o özündə natiqliyi, şeir yazmaq bacarığını erkən yaşlardan inkişaf etdirib. 11 yaşında King’s Schoola qəbul olmaq üçün təqaüd proqramlna düşsə də, o bu şansı işlətməyib, lakin öz şairliyini və musiqiyə olan marağını inkişaf etdirməkdə davam edib.
Yan Lekun
Yan Lekun (ing. Yann LeCun) 8 iyul 1960[…], Suazi-su-Monmoransi — kompüter elmləri sahəsində fransız alimi, əsas fəaliyyət sahələri maşın öyrənməsi, kompüter görmə, mobil robototexnika və hesablama neyrobiologiyasıdır. Sinir şəbəkələrinin optik xarakter tanıma və maşın görmə vəzifələrinə tətbiqi üzrə işləri ilə tanınır. DjVu görüntü sıxılma texnologiyasının əsas yaradıcılarından biri (Leon Botu və Patrick Huffner ilə birlikdə). Leon Botu ilə birlikdə Luş proqramlaşdırma dili yaratdı. Türinq mükafatı laureatı (2018, Benjio və Hinton ilə birlikdə dərin bir öyrənmə sahəsini yaratdığına görə). Kompüter elmləri doktoru dərəcəsini 1987-ci ildə Pyer və Mari Kyuri Universitetindən almışdır. 1988-ci ildə, AT&T Bell Laboratoriesdə işə başladı, burada bir sıra maşın öyrənmə metodlarını, o cümlədən konvulsion sinir şəbəkələrini inkişaf etdirdi. 1996-cı ildə, AT&T Labs tədqiqat mərkəzinə keçdi, burada DjVu görüntü sıxma texnologiyası üzərində çalışdı. 2003-cü ildən Nyu-York Universitetində çalışmışdır.
Yan MakKellen
Ser Yan Mürrey MakKellen (ing. Ian Murray McKellen, 25 may 1939[…], Bernli[d]) — həyatda ən böyük aktyorlardan biri olaraq hesab edilən İngilis aktyoru.
Yan Mateyko
Yan Aloyzi Mateyko (pol. Jan Alojzy Matejko; 24 iyun 1838[…], Krakov şəhəri[d] – 1 noyabr 1893[…], Krakov, Avstriya-Macarıstan) — döyüş və tarixi rəsmlərinin müəllifi olan polyak rəssam. == Həyatı == == Həmçinin bax == Reytan.
Yan Mayen
Yan Myen (norv. Jan Mayen) — Qrenland dənizi ilə Norveç dənizi arasında yerləşən ada. Ada Qrenlandiyadan 600 km, İslandiyadan 500 km, Norveçdən isə 1000 km məsafədə yerləşir. == Coğrafiya == Coğrafi koordinatlar: 71°00′ş. e., 8°00′q. u. Torpaq sərhədlərinin uzunluğu: 0 km. Şahil xəttinin uzunluğu: 124,1 km. Dəniz hüququ: ərazi suları:4 dəniz mili bitişik zona: 10 dəniz mili iqtisadi zona: 200 dəniz mili materik şelfi: 200 metr dərinliyi və ya inkişaf dərinliyi zonası İqlimi: dümanla müşahidə edilən qütb dəniz iqlimi. Relyef: vulkanik mənşəlli ada.
Yan Meyeroviç
Yan Nepomnyaşşiy
Yan Aleksandroviç Nepomnyaşşiy (rus. Ян Алекса́ндрович Непо́мнящий, 14 iyul 1990, Bryansk) — Rusiya şahmatçısı, qrosmeyster, Rusiya Çempionu (2010). == Həyatı == == Karyerası == 2008-də Aeroflot Opendə ilk yeri tutaraq 2008 Dortmund Sparkassen Chess Meeting-ə vəsiqə qazanır. 2010-da Riyekada 11 oyundan 9 xal ilə Avropa Çempionatının qalibi olur. Həmin ildə Rusiya Çempionatında ilk yeri tutur. Qeyd edək ki, əlavə görüşdə Sergey Karyakin üzərində qələbə qazanır. 2011-ci ildə 22 kateqoriyalı Mixail Talın xatirəsinə həsr edilmiş turnirdə 3–5-ci yerləri bölüşdürür. 2013-cü ildə Avropa Çempionatında bu dəfə 1–8-ci yerləri bölür. 2013-də Antalyada keçirilən komandalar arası Dünya Çempionatında Rusiya komandasının tərkibində qızıl medal qazanıb. 2014-cü ildə keçirilən blitz üzrə Dünya Çempionatının gümüş mükafatçısıdır.
Yan Neruda
Yan Neruda (çex. Jan Nepomuk Neruda, 9 iyul 1834[…], Praqa, Bohemiya tacı torpaqları[d][…] – 22 avqust 1891[…], Praqa, Sisleytaniya[…])—Çexiya yazıçısı, şairi. == Həyatı == Neruda Yan 1934-cü il iyul ayının 9-da Praqa şəhərində anadan olmuşdur. Neruda Akademik gimnaziyanı qurtarmış, Praqa Universitetində oxumuş, orada fəlsəfə və hüquq fakültələrində mühazirələr dinləmişdir. Bir neçə il Praqa idarələrində işləmiş, gimnaziyada alman dilindən dərs demişdir. Onun ilk şeirləri 50-ci illərin əvvəllərində çap olunmuşdur. "Qəbristanlıq çiçəkləri" (1857), "Şeirlər kitabı" (1868), "Kosmik nəğmələr"(1878), "Balladalar və romanslar" (1883), "Övliya cüməsi nəğmələri" (1896) və s. kitabların müəllifidir. Vətənpərvərlik və sosial azadlıq duyğularının tərənnümü, xalq gücünə inam poeziyasının ideya məzmunudur. Nerudanın familiyasını çili şairi Pablo Neruda ozünə təxəllüs seçmişdir.
Yan Oblak
Yan Oblak (7 yanvar 1993[…]) — "Atletiko Madrid"in və Sloveniya milli futbol komandasının qapıçısı. Yan Oblak 23 yanvar 1993-cü ildə Sloveniyada doğulub. "Atletiko Madrid"də 13 nömrə ilə çıxış edir. Bu klubda Ümümilkdə 79 matça çıxıb.
Yan Ostrovski
Yan Ostrovski (14 aprel 1999-cu ildə anadan olub) — Bundesliqa təmsilçilərindən olan Ayntraxt Frankfurt klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Lüksemburq futbolçusudur. == Karyerası == Ostrovski futbol karyerasına FSV Maynz 05 klubunun akademiyasında başlamışdır. Hal-hazırda isə Ayntraxt Frankfurt klubunda çıxış edir. == Milli karyerası == Ostrovski Lüksemburqda anadan olmuşdur. Valideynləri isə Polşa vətəndaşlarıdır. O, Lüksemburq millisi ilə debütünü 2017-ci ildə Albaniya millisinə qarşı oyunda etmişdir. Yoldaşlıq oyununda Lüksemburq rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir.
Yan Palax
Yan Palax (çex. Jan Palach; 11 avqust 1948, Praqa — 19 yanvar 1969, oradaca) — Praqa şəhərinin Karlov Universitetinin fəlsəfə fakültəsinin tələbəsi. SSRİ və Varşava Müqaviləsi Təşkilatınin qoşunlarının Çexoslovakiyanı işğal etməsinə etiraz olaraq 16 yanvar 1969-cu ildə Vaclav meydanında özünü yandırmışdır. 1991-ci ildə Palax ölümündən sonra Çexiyada demokratiya, humanizm və insan hüquqlarının inkişafında töhfələrə görə verilən birinci dərəcəli Tomaş Qarrik Masarik ordeni ilə təltif olunmuşdur. == Həyatı == Yan Palax 1948-ci ildə Praqada anadan olmuşdur, uşaqlığı Orta Çexiya diyarının Melnik rayonunda keçmişdir. Melnik şəhərində gimnaziyanı bitirmişdir. 1966-cı ildə Karlov Universitetinin fəlsəfə fakültəsinə qəbu olmağa çalışırdı və imtahanı uğurlu versə də, sosial mənşə səbəbindən qəbul olunmamışdır. Həmin ildə Praqa İqtisad Universitetinə daxil oldu. 1968-ci ildə Palax fəlsəfə fakültəsi girmək üçün yenə cəhd göstərdi, və bu dəfə onu qəbul etdilər. 1968-ci ilin avqustunda Varşava Müqaviləsi Təşkilatına üzv olan ölkələr Çexoslavakiyaya qoşun yeritdikdən sonra, Yan Palax işğala qarşı etiraz aksiyalarının çoxunda iştirak etmişdir.
Yan Pannoniy
Yan Pannoniy (lat. Ioannes, xorv. Ivan Česmički, mac. Csezmiczei János, or Kesencei; 7 sentyabr 1434, Çаzmа, Byelovar-Biloqora jupaniyası[d] – 5 aprel 1472) — yazıçı, diplomat və Peşt şəhərinin piskoposu. O, intibah dövründə Macarıstan Krallığının ən əhəmiyyətli şairlərindən biri idi. == Həyatı == Sloveniyada anadan olmuşdur. Xorvat əsilli atasının cəmiyyətdəki statusu haqqında heç bir dəqiq məlumat yoxdur. Anası Borbala Vitez macar idi. Yan Pannoniy anası tərəfindən böyüdülmüşdür; 1447-ci ildə dayısı onu humanitar məktəbdə oxumaq üçün İtaliyaya göndərir. Burada Ferrara şəhərində Guarino da Verona məktəbində təhsil alır.