YAPIŞDIRMAQ

f.
1. Yapışqanla və ya başqa yapışdırıcı maddə ilə bir şeyi başqa bir şeylə bitişdirmək. Məktuba marka yapışdırmaq. Divarlara elan yapışdırmaq. Cırılmış səhifələri yapışdırmaq. Taxtaları yapışqanla birbirinə yapışdırmaq.
// Qaynaq vermək, qaynaq vasitəsilə bir-birinə bitişdirmək, qaynaq etmək. Boruları bir-birinə yapışdırmaq. Çaydanın lüləyini yerinə yapışdırmaq.
// Calamaq. Sözü sözə yapışdırmaq.
2. Sıx yaxınlaşdırmaq, təmas etdirmək.
Xavər qolunu uşağının boynuna sarıyaraq qucaqlamış və üzünü üzünə yapışdıraraq fikrə getmişdi. M.İbrahimov.

3. məc. dan. Vurmaq, ilişdirmək, çəkmək. Çoban canavarın belinə bir çomaq yapışdırdı.

Синонимы

  • YAPIŞDIRMAQ 1. YAPIŞDIRMAQ, YAPMAQ 2. yapışdırmaq bax vurmaq 1
YAPIŞDIRMA
YAPIŞDIRTMA

Значение слова в других словарях