YAR

(türk) “dağlıq sahil”-subasarlı dərənin çayla yuyulan yüksək kənarı. Adətən ana süxurlarda sıldırım əmələ gətirir. Şimal yarımkürəsində adətən dərənin sağ kənarında formalaşır. яр high bank
YAN VULKAN KONUSU
YARARSIZ TORPAQLAR
OBASTAN VİKİ
Dera Allah Yar
Dera Yar Allah — Pakistanın Bəlucistan əyalətinin Cəfərabad rayonunun inzibati mərkəzi. Şəhər Kvetta şəhərindən 300 km məsafədə yerləşir. Şəhərə Siyasi Lider Mir Allahyar Xan Xosanın sui-qəsdindən sonra adı verildi.
Dera Yar Allah

Babi Yar
Babi Yar (ukr. Бабин Яр, Babyn Yar; rus. Бабий Яр, Babiy Yar) — 1941-ci ildə Nasist Almaniyası tərəfindən Ukrayna Sovet Sosialist Respublikasına bağlı Kiyev şəhəri yaxınlığında etnik yəhudilərə qarşı gercəkləşdirilmiş qətliam. İki gün ərzində 33.771 etnik yəhudi nasistlər tərəfindən öldürülmüşdür. Babi Yar qətliamının ən bilinən tərəflərindən biri 1941-ci ilin 29 və 30 sentyabr tarixlərində 33.771 nəfər etnik yəhudinin öldürülməsi faktıdır. Kiyev şəhərində və ətraf ərazilərdə yaşayan bütün etnik yəhudilərinin öldürülməsi ilə bağlı qərarı SS hərbçisi Kurt Eberhard, Cənub Polis Təşkilatının rəhbəri Fredrix Yaklin və Einsatzgruppe C rəhbəri Otto Raşx tərəfindən verilmişdir. Qətliam Sonderkommando 4a birliyinin əsgərləri tərəfindən, yerli polisin dəstəyi ilə gercəkləşdirilmişdir. Babi Yar Üçüncü Reyxin SSRİ ilə apardığı müharibə dövründə gercəkləşdirilmiş ən böyük qətliam kimi tarixə keçmişdir. Babi Yar eyni zamanda Holokost ərzində gercəkləşdirilmiş ən böyük qətliam hadisədidir. Qətliam öldürülən insanların sayına görə Polşanın işğalı zamanı öldürlən 42–43 min nəfər və 1941-ci ildə törədilmiş Odessa qətliamından (50 min) say baxımından geri qalsada, müharibə tarixində ən qısa vaxtda maksimal dərəcədə ən çox insanın öldürüldüyü cinayət kimi tarixə düşmüşdür.
Kapustin Yar
Kapustin Yar (rus. Капустин Яр) — Rusiyanın Həştərxan vilayətinin Znamensk şəhərində yerləşən bir kosmik bazadır. Müəssisə 1946-cı ildə məğlub edilmiş Almaniyadan əldə edilmiş texnologiya, materiallar və elmi dəstək ilə inşa edilmişdir. Rus ordusu üçün sınaq raketlərindən əlavə peyk və meteoroloji raketlər də buraxıldı. Müəssisənin yerləşdiyi Znamensk şəhəri bazaya xidmət etmək üçün qurulmuşdur.
Yar Çallı
Yar Çallı (tatar. Яр Чаллы; rus. Набережные Челны) — Tatarıstan Respublikasında yerləşən şəhər. Respublikanın şimal-şərqində Nijnekamsk su anbarının və Kama çayının sol sahilində yerləşir. Nijnekamsk ərazi istehsalat kompleksinin və Yar Çallı aqlomerasiyasının əsas şəhəri olmaqla iri sənaye mərkəzidir. Əhalisinin sayına görə respublikanın ikinci, Rusiyanın 34-cü iri şəhəri hesab edilir. "KAMAZ" avtomobil zavodu bu şəhərdə yerləşdir. Şəhərin adı tatar (bulqar) dilində Yar Çallı sözündəndir. Tərcüməsi qırmızı sahil mənasını ifadə edir. 1982-ci ildə Leonid Brejnyev-in şərəfinə şəhərin adı dəyişdirilərək Brejnyev adlandırılmışdır.
Yar Əli
Yar Əli vəya Yâr Əli Barani (Farsca : یار علی) Qara Məhəmməd'in oğlu Qaraqoyunlu hökmdarı Qara Yusifin qardaşı və (1396-1403) illəri arasında Qaraqoyunluların Mosul Hakimidir. Qara Məhəmmədin 4 oğlu var idi, Yar Əli , Misir Xoca , Qara Yusif , Bayram bəy qardaşı Bayram bəy atası Qara Məhəmməd ilə birlikdə döyüşdə öldürülmüşdür. Yar Əli Qara Yusif'in Ərciş döyüşü daxil olmaqla 1403-cü ilə qədər olan bütün hərbi yürüşlərində iştirak etmişdir. Yar Əli'də qardaşı Qara Yusif kimi cəsarətli idi , Odur ki Əmir Teymurun ən güclü sərkərdələrindən olan Atlamışı məhz o əsir almışdı. Əsir alınan Atlamış Misir dövləti tərəfindən həpsə atıldı. Qara Yusif 1396-cı ildə Mosul şəhərini Teymurilərdən alaraq qardaşı Yar Əli'yə verdi.Daha öncə bu şəhəri Berdi Xoca oğlu Yar Əli tərəfindən idarə olunurdu və bu bəydə Əmir Teymura bağlılıq bildirmişdi. Qara Yusifin az saylı qoşunu ilə böyük Teymuri qoşunu arasındaki müharibədə Yar Əli'də Qaraqoyunlu ordusunda idi.Qara Yusif ilk gələn 30 minlik orduyu məğlub etsədə ikinci gələn 100 min orduya məğlub oldu.
Çasov Yar
Çasov Yar (ukr. Часів Яр) — Ukraynanın Donetsk vilayətinin Baxmut rayonunda yerləşən şəhər. Çasov Yar Baxmut şəhərindən 10 kilometr qərbdə yerləşir və eyni adlı bölgənin inzibati mərkəzini təşkil etməkdədir. 2022-ci ilin yanvar ayına olan məlumata əsasən şəhərdə 12.250 nəfər əhali yaşamaqda idi. Siverski Donets — Donbas kanalı Çasov Yarın şərqindən keçir. Şəhərin kiçik bir hissəsi – Kanal mikrorayonu şəhərin şərq hissəsində yerləşməkdədir. 1938-ci ildə yaşayış məntəqəsi şəhər tipli qəsəbə statusu almışdır. İkinci Dünya müharibəsi zamanı, 1941-ci ilin oktyabrından 1943-cü ilin sentyabrına qədər şəhər Berlin-Roma-Tokio oxu tərəfindən işğal edilmişdir. Müharibədən sonra şəhərin bərpasına başlanılıb. 1957-ci ildə şəhərdə odadavamlı gil çıxaran müəssisə, odadavamlı materiallar istehsalı müəssisəsi, dörd orta məktəb, iki yeddiillik məktəb, texniki peşə məktəbi, iki Mədəniyyət sarayı, 14 kitabxana, dörd klub və iki stadion fəaliyyət göstərirdi.
Babiy Yar qətliamı
Babi Yar (ukr. Бабин Яр, Babyn Yar; rus. Бабий Яр, Babiy Yar) — 1941-ci ildə Nasist Almaniyası tərəfindən Ukrayna Sovet Sosialist Respublikasına bağlı Kiyev şəhəri yaxınlığında etnik yəhudilərə qarşı gercəkləşdirilmiş qətliam. İki gün ərzində 33.771 etnik yəhudi nasistlər tərəfindən öldürülmüşdür. Babi Yar qətliamının ən bilinən tərəflərindən biri 1941-ci ilin 29 və 30 sentyabr tarixlərində 33.771 nəfər etnik yəhudinin öldürülməsi faktıdır. Kiyev şəhərində və ətraf ərazilərdə yaşayan bütün etnik yəhudilərinin öldürülməsi ilə bağlı qərarı SS hərbçisi Kurt Eberhard, Cənub Polis Təşkilatının rəhbəri Fredrix Yaklin və Einsatzgruppe C rəhbəri Otto Raşx tərəfindən verilmişdir. Qətliam Sonderkommando 4a birliyinin əsgərləri tərəfindən, yerli polisin dəstəyi ilə gercəkləşdirilmişdir. Babi Yar Üçüncü Reyxin SSRİ ilə apardığı müharibə dövründə gercəkləşdirilmiş ən böyük qətliam kimi tarixə keçmişdir. Babi Yar eyni zamanda Holokost ərzində gercəkləşdirilmiş ən böyük qətliam hadisədidir. Qətliam öldürülən insanların sayına görə Polşanın işğalı zamanı öldürlən 42–43 min nəfər və 1941-ci ildə törədilmiş Odessa qətliamından (50 min) say baxımından geri qalsada, müharibə tarixində ən qısa vaxtda maksimal dərəcədə ən çox insanın öldürüldüyü cinayət kimi tarixə düşmüşdür.
Rəhim Yar Xan
Rəhim Yar Xan — Pakistanın Pəncab əyalətində şəhər.Pakistanın ən böyük 17-ci şəhəridir.Rəhim Yar Xan rayonun inzibati-mərkəzidir.Şəhərin rəhbərliyi doqquz Birlik Şurasına bölünür.1881-ci ildə Bahavalpurlu Nəvab şəhərə tək oğlu Rəhim Yar Xanın adı verdi.
Evləri köndələn yar
Evləri köndələn yar — Azərbaycan istehsalı komediya tipli film-tamaşa. 1982-ci ildə çəkilmişdir. Ssenari müəllifi Anar, rejissorlar isə Ramiz Həsənoğlu və Tariyel Vəliyevdir. Bəstəkar kimi Emin Sabitoğlu iştirak etmişdir. Film-tamaşada sevgililərin elçiliyinin səhv salınması nəticəsində hadisələr dolaşığa düşür. Əsərin dramaturji ziddiyyətini nişan, toy kimi el adətlərinə müxtəlif münasibətlər təşkil etsə də tamaşada hadisələrin deyil, personajların ziddiyyətləri ön plana çəkilir. Ssenari müəllifi : Anar Quruluşçu rejissor : Ramiz Həsənoğlu, Tariyel Vəliyev Quruluşçu operator : Eldar Məmmədov Bəstəkar : Emin Sabitoğlu Mahnıların Mətni : Vaqif Səmədoğlu Operator : Süleyman Süleymanov, Əlövsət Aslanov, Vahid Babayev Quruluşçu rəssam : Rəfael Əsədov Rəssam : Azər Cəbrayılov Qrim rəssamı : Aslan Qafarov Səs rejissoru : Fikrət Ağazadə, Hətəm Əmiraslanov, Rauf Haşımov, Lazar Çernomordikov Rejissor assistenti : Tofiq Zeynalov, Adil Bünyadov Redaktor : Həbibə Məmmədxanlı Videomühəndis : Rəhim Dərafərin, Fazil Əlişov, Bəxtiyar Həsənov, Eldar Mirbağırov Mahnıları İfa edir : Flora Kərimova, Hicran Mehbalıyeva, Xədicə Abbasova, Akif İslamzadə, Səyavuş Aslan, Yaşar Nuri, İlham Namiq Kamal(sonuncu 3 şəxs titrlərdə yoxdur). Janr-komediya.
Çasov Yar döyüşü
Çasov Yar döyüşü (ukr. Бої за Часів Яр) - Rusiya–Ukrayna müharibəsinin tərkib hissəsi olaraq Ukraynanın Donetsk vilayətində yerləşən Çasov Yar şəhərinə nəzarəti əldə etmək uğrunda Rusiya Quru Qoşunları və Ukrayna Quru Qoşunları arasında 2024-cü ilin 6 aprel tarixindən etibarən başlamış döyüşlər. Ukraynanın Donetsk vilayətində yerləşən Baxmut şəhəri Rusiya Quru Qoşunları tərəfindən tam işğal edildikdən sonra qonşuluqda yerləşən Çasov Yar şəhəri yeni cəbhə halına çevirilib. Qısa müddət ərzində Ukrayna qüvvələri cəbhə xəttindəki gərgin vəziyyəti stabilləşdirməyə nail olublar və 2023-cü ildə baş vermiş əks-hücumlar zamanı rus qüvvələri Baxmutun cinahları boyunca geri çəkilmək məcburiyyətində qalıblar. 2024-cü ilin fevral ayında Avdeyevka döyüşü Rusiya Quru Qoşunlarının qələbəsi ilə başa çatdıqdan sonra rus birləşmələri Baxmutun qərb hissəsindən Çasov Yara doğru yeni hücum həmlələrinə başlayıblar. Çasov Yar Avdeyevka döyüşündən sonra rusların yeni hədəfi olaraq müəyyənləşdirilib. 8 fevral tarixində iki nizami ordu arasında sözügedən şəhərdə uzun müddətdən sonra ilk mövqe döyüşləri baş tutub. 17 fevral tarixində Rusiya Quru Qoşunları tərəfindən qarşı tərəfin mövqeləri ODAB-1500 tipli termobarik bombalardan istifadə edilməklə bombardıman edilib. Xortitsa əməliyyat-strateji qrupunun sözçüsü İlya Yevlaş 27 fevral tarixində verdiyi açıqlamasında Çasov Yar şəhərinin şərqində yerləşən Bohdanivka kimi yaşayış məntəqələrinin hədəf alındığını açıqlayıb. Yevlaş həmçinin iddia edib ki, rus hərbi birləşmələri Ukrayna artilleriyasının cavab hücum tədbirləri nəticəsində zirehli dəstəyin 60%-nı döyüş meydanında itirib.
Evləri göydələn yar (film, 2010)
Evləri göydələn yar — 2010-cu ildə istehsal olunmuş Azərbaycan tammetrajlı bədii televiziya filmi. Bu film tamaşaçılar arasında böyük rəğbətlə qarşılanan "Evləri köndələn yar" televiziya tamaşasındakı hadisələrin 28 ildən sonrakı davamını göstərir. Telman Adıgözəlovun son işidir.
Evləri köndələn yar (film, 1982)
Evləri köndələn yar — Azərbaycan istehsalı komediya tipli film-tamaşa. 1982-ci ildə çəkilmişdir. Ssenari müəllifi Anar, rejissorlar isə Ramiz Həsənoğlu və Tariyel Vəliyevdir. Bəstəkar kimi Emin Sabitoğlu iştirak etmişdir. Film-tamaşada sevgililərin elçiliyinin səhv salınması nəticəsində hadisələr dolaşığa düşür. Əsərin dramaturji ziddiyyətini nişan, toy kimi el adətlərinə müxtəlif münasibətlər təşkil etsə də tamaşada hadisələrin deyil, personajların ziddiyyətləri ön plana çəkilir. Ssenari müəllifi : Anar Quruluşçu rejissor : Ramiz Həsənoğlu, Tariyel Vəliyev Quruluşçu operator : Eldar Məmmədov Bəstəkar : Emin Sabitoğlu Mahnıların Mətni : Vaqif Səmədoğlu Operator : Süleyman Süleymanov, Əlövsət Aslanov, Vahid Babayev Quruluşçu rəssam : Rəfael Əsədov Rəssam : Azər Cəbrayılov Qrim rəssamı : Aslan Qafarov Səs rejissoru : Fikrət Ağazadə, Hətəm Əmiraslanov, Rauf Haşımov, Lazar Çernomordikov Rejissor assistenti : Tofiq Zeynalov, Adil Bünyadov Redaktor : Həbibə Məmmədxanlı Videomühəndis : Rəhim Dərafərin, Fazil Əlişov, Bəxtiyar Həsənov, Eldar Mirbağırov Mahnıları İfa edir : Flora Kərimova, Hicran Mehbalıyeva, Xədicə Abbasova, Akif İslamzadə, Səyavuş Aslan, Yaşar Nuri, İlham Namiq Kamal(sonuncu 3 şəxs titrlərdə yoxdur). Janr-komediya.
Göz yaşımı yar silə (albom)
Göz yaşımı yar silə və ya digər adıyla Göz yaşımı yar silə (Eldar Mansurovun mahnıları 1999)– Azərbaycan müğənnisi Aygün Kazımovanın studiya albomu. Alboma 10 mahnı daxildir. Aygün Kazımovanın 1998-ci ildə "Şahin-R" şirkətinin logosu ilə satışa çıxardığı audio-kaset formatındakı albomudur.
Cənub-qərbi Azərbaycan general-qubernatorluğunun yaradılması haqqında qərar
Cənub-Qərbi Azərbaycan general-qubernatorluğu, Naxçıvan General-Qubernatorluğu və ya Əlahiddə Naxçıvan general-qubernatorluğu — Azərbaycan Xalq Cümhuriyyətinin Naxçıvan bölgəsində yaratdığı idarəçilik orqanı; yerli azərbaycanlı əhalinin qəti tələbinə uyğun olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 28 fevral 1919-cu il tarixli qərarı ilə yaradılmışdı (sənədlərdə həmçinin "Cənub-Qərbi Azərbaycan general-qubernatorluğu", yaxud "Naxçıvan, Ordubad, Şərur-Dərələyəz və Vedibasar rayonlarının general-qubernatorluğu" da adlanır). General-qubernatorluğun yaradılmasını şərtləndirən mühüm amillərdən biri də bölgənin müsəlman əhalisinin problemlərini həll etmək zərurəti olmuşdur. Naxçıvanın Müvəqqəti hökuməti Azərbaycan torpaqları olan Naxçıvan, Şərur, Ordubad qəzalarının "Cənub-Qərbi Azərbaycan" adı altında Azərbaycan Xalq Cümhuriyyəti ilə birləşməsi üçün həm ingilis komandanlığına, həm də Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyinə müraciət etmişdi. Yerli hakimiyyətin təşkili üçün daxili işlər nazirliyinin 20 milyon manatlıq fondundan 500 min manatın general-qubernatorluq üçün ayrılması, Hökumətin bundan əvvəlki 1918 il 6 dekabr tarixli qərarına müvafiq olaraq ayrılmış bir milyon manatın 150 mininin Ermənistan ərazisində yaşayan müsəlman qaçqınlarının ehtiyacları üçün Ermənistandakı diplomatik nümayəndəyə, qalan 850 min manatın isə Cənub-Qərbi Azərbaycan qaçqınlarına yardım göstərmək üçün general-qubertorun sərəncamına verilməsi də qərarda öz əksini tapmışdı. Hökumətin 1919 il 3 mart tarixli qərarı ilə hərbi nazirliyə Cənub-Qərbi Azərbaycandakı silahlı qüvvələrin sayını və vəziyyətini aydınlaşdırmaq məqsədilə general-qubernatorluğa nümayəndə göndərilməsi, əlavə olaraq, bölgəyə daha 500 min manat vəsait ayrılması tapşırılmışdı. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 28 fevral 1919-cu il tarixində qəbul etdiyi qərara əsasən Bəhram xan Naxçıvanski general-qubernator, Kərim xan İrəvanski hərbi, Hacı Mehdi Bağırov isə mülki işlər üzrə general-qubernatorun müavinləri təyin olunmuşdular. General-qubernatorluğun nəzdində 7 nəfərdən ibarət Şura yaradılmışdı. Şuranın tərkibinə Naxçıvan qəzasından 2, Sürməli, İrəvan qəzalarının və Ordubad mahalının hərəsindən 1 nümayəndə daxil edilmişdi. 16 mart 1919-cu il tarixində Azərbaycan hökumətinin qərarına əsasən Cənub-Qərbi Azərbaycan general-qubernatoru Bəhram xan Naxçıvanski öz xahişinə görə tutduğu vəzifədən azad olundu. Elə həmin gün digər bir qərarla Zaqatalanın qubernatoru general Əliyar bəy Haşımbəyov general-qubernator, Kərim xan İrəvanski hərbi, Bəhram xan Naxçıvanski isə mülki işlər üzrə general-qubernatorun müavin təyin edildilər.
Cənub yarımkürəsi
Cənub yarımkürəsi — Yer kürəsinin ekvatordan cənubda olan hissəsidir. Cənub yarımkürəsində təqvim yayı dekabr-fevral aylarında, təqvim qışı isə iyun-avqust aylarında olur. Antarktida, Avstraliya və Cənub okeanı bütünlüklə, Cənubi Amerika, Afrika və Asiyanın böyük hissəsi, eləcə də Atlantik, Hind və Sakit okeanlarının cənub hissəsi Cənub yarımkürəsində yerləşir. Argentina, Avstraliya, Boliviya, CAR, Çili, Peru, Yeni Zelandiya və digər ölkələr Cənub yarımkürəsində yerləşir.
Dalğaları yararkən (film, 1996)
Dalğaları yararkən (ing. Breaking the Waves) — rejissor Lars fon Trierin 1996-cı ildə Emili Uatsonun iştirakı ilə ekranlaşdrıdığı filmdir. Film Şimali Şotland Dağlarında yaşayan qeyri adı xarakterə malik gənc qız Bess MakNeyl və onun həyat yoldanı Yana qarşı hiss etdiyi məhəbbətdən bəhs edir. Filmin beynəlxalq istehsalı ilə Trierin rəhbərlik etdiyi "Zentropa" adlı Danimarka film şirkəti məşğul olmuşdur. "Dalğaları yararkən" filmi trierin "İdiotlar" (1998) və "Qaranlıqda rəqs edən" (2000) filmlərinin də daxil olduğu "Qızıl ürək trilogiyası"nın birinci filmidir. Dalğaları yararkən filmində psixoloji problemləri olmuş gənc şotland xanım Bess MakNeylin həyat hekayəsi danışılır. Yaşadığı toplumun və kalvinist kilsəsinin qarşı olmasına baxmayaraq, o, norveçli neftçi Yanla evlənir. Bess bir qədər kəm düşünəli və körpə uşaq kimi sadəlövhdür. Tez-tez kilsəni ziyarət edəən Bess Tanrıya inanır və çoxlu dua edir, Tanrının onun öz səsi ilə ona cavab verdiyini düşünür. Yan neft platformasında olduğu müddətdə Bess onsuz çətin yaşayır.
De-Friz yarımadası
De-Friz yarımadası (rus. Полуостров Де-Фриз) — Rusiyanın Primorsk diyarı ərazisində yerləşən yarımada. Amur körfəzinin şimal hissəsində qərarlaşır. Şərqdən Uqlovoy buxtasının suları ilə yuyulur. Yarımada amerikalı fermer Vladivastokda 15 il yaşayan Ceyms Kornelius De-Frizin şərəfinə adlandırılmışdır. Yarımadada De-Friz qəsəbəsi yerləşir. De-Frizdə əfsanəvi rus hərbi təyyatəçisi Pavel Mitt dəfn edilmişdir. Sovet hakimiyyəti illəri burada bütün ölkədə ən məşhur pioner düşərgəsi («Kosmos») vardı.
Delmarva yarımadası
Delmara (ing. Delmarva Peninsula) — ori yarımada olaraq Amerika Birləşmiş Ştatlarının şərqində yerləşir. Atlantik okeana daxil olan Çesapik körfəzi ilə Delaver yarımadalarını ayırır. Yarımadanın ərazisi üç ştat arasında bölünür: Şimal-şərq Delaver, qərb və mərkəz hissədə Merilend, cənubda Virciniya. Yarımadanın adı sanki bu üç ştatın adlarınnın vəhdətindən əmələ gəlir (ing. Delaware, Maryland, Virginia). Yarımadanın ən iri yaşayım məntəqələri Dover və Solsberidir. Yarımadanın sahəsi yaxınlıqda yerləşən adalarla birlikdə 14,127 km², əhalisi isə (2000) 681,000 nəfər təşkil edir Yarımadanı materikə birləşdirən bərzəx üzərindən kanal çəkilmişdir. Bu səbəbdə materiklə əlaqə kanal üzərində olan körpülər və Çesapik körfəzi altından keçən tunel ilə həyata keçirilir. Şərqdə isə Keyp-Meydə gəmi bərə fəaliyyət göstəyir.
Donuz yarışı
Donuz yarışı — donuzların yarışdırılması ilə həyata keçirilən müsabiqə növü. Avstraliyanın Melburn şəhərində keçirilən ənənəvi Kral şousunun ayrılmaz hissələrindən biri də donuz yarışlarıdır. Şou 1848-ci ildən etibarən, ənənəvi olaraq keçirilir. O, ilin ən nəhəng əyləncə tədbirlərindən biridir. Yarışan donuzlar yalnız qaçmaqda deyil, suyun üzərindən, həmçinin uzunluğa və hündürlüyə tullanmada da "güclərini sınayır".
Dostluqdan Yaranmış (1973)
Film sovetlər ölkəsinin beynəlmiləlçiliyindən, Bakı Maşınqayırma Zavodunun işçilərinin Rustavi, Çelyabinsk, Tümen və digər şəhərlərin zavodlarının fəhlələri ilə dostluğundan bəhs edir. Kinolentdə Keşlə Maşınqayırma Zavodunda ölkəmizin bütün neft rayonları üçün avadanlıq yaradılmasında təkcə bakılıların əməyi deyil, Moskva, Riqa, Oryol və Qorki şəhərlərinin müxtəlif zavodlarının fəhlələrinin iştirakı da öz əksini tapmışdır. Filmin kadrları Keşlə Maşınqayırma Zavodunda, Azərbaycan Elmi-Tədqiqat Neft Maşınqayırma İnstitutunda, habelə Çelyabinskin traktor və Kiyevin "Bolşevik" zavodlarında çəkilmişdir.
Dostluqdan yaranmış (film, 1973)

Dərdcə yarımadası
Dərcə yarımadası — Xəzər dənizinin şərq sahillərində Türkmənistanın Balkan vilayəti ərazisində yerləşir. Yarımadanın şimalında Türkmənbaşı körfəzi, cənubunda isə Şimali Çələkən körfəzi vardır. Ən hundür nöqtəsi Cadır dağı 17 m (d.s) və Kocanlıdır ki onunda hündürlüyü. 24 m (d.s) təşkil edir. XX əsrin əvəllərində Önxəzər dəmir yolu inşa edilmişdir. Bir zamanlar ərazidə Uzun-ada stansiyası vardı. Hazırda isə təkcə Molla-Qara stansiyası fəaliyyət göstərir. Ərazi bütünlüklə qumlu səhradan ibarətdir. Bu səbəbdən calılar aləmindən məhrumdur. ada ərazisində yerləşir.
Dərinlik yarıqları
Dərinlik yarıqları — Yer qabığı və üst mantiyanın iri mutəhərrik bloklarının birləşmə zonası Dərinlik yarıqları yüz və minlərlə km-lərlə məsafəyə uzanır, eni isə bəzən onlarla kilometrə çatır. Dərinlik yarıqları inkişaf müddəti geoloji dövr və eralarla ölçülür və Yer qabığının ayrı-ayrı iri elementləri arasında sərhəd strukturu rolunu oynayır; üst mantiya və Yer qabığının dərin hissələri ilə Yer səthi arasında əlaqə yaradır. Dərinlik yarıqları böyük dərinliklərdə özünü yüksək axarlıq zonası kimi aparır. Dərinlik yarıqları daxili quruluşu olduqca mürəkkəbdir: onlar üçün ensiz bloklar — qırılmalarla bir-birindən ayrılan, yüksək diferensial mütəhərrik lövhə və pazlar səciyyəvidir. Blokların yüksək mütəhərrikliyi nisbətən kiçik, lakin çox sıxılmış qırışıqların, həmçinin intensiv şistlik və klivajın yaranmasına səbəb olur. Dərinlik yarıqları zonalarında qırılmayanı çökəklər və ensiz qalxıntılar əmələ gəlir. Çox vaxt qalxmış blokların üzərində mərcan rifləri inkişaf edir. Yer səthində dərinlik yarıqları zonaları boyu subparalel qırılmaların sıxlaşması nəticəsində mürəkkəb sistemlər — dərinlik yarıqları qurşaqları yaranır. Bəzən dərinlik yarıqları zonalarında üstəgəlmələr nəticəsində tektonik örtük və pulcüqvari strukturlar əmələ gəlir. Dərinlik yarıqları təkamülündə maqmatizm mühüm yer tutur.
Elsevər Yariyev
Elsevər Qalib oğlu Yariyev (25 sentyabr 1986; Xudat, Azərbaycan SSR — 30 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Elsevər Yariyev 1986-cı il sentyabrın 25-də Xudat şəhərində anadan olub. 1993-2004-cü illərdə K. Məhərrəmov adına 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 2004-2009-cu illərdə isə Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində Azərbaycan Dənizçilik Kollecində təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı. Azərbaycan Ordusunun çavuşu olan Elsevər Yariyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elsevər Yariyev sentyabrın 30-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsevər Yariyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsevər Yariyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elsəvər Yarıyev

Ermənistandakı zəlzələ zamanı yardıma göndərilənlərin siyahısı
Ermənistandakı zəlzələ zamanı yardıma göndərilənlərin siyahısı — 11 dekabr 1988-ci ildəki hadisə, Qəzada ölən 78 nəfərə 1994-cü ildə prezident Heydər Əliyevin sərəncamı ilə şəhid statusu verilib. 11 dekabr 1988-ci ildə Bakıdan Leninakana zəlzələ rayonuna köməyə uçan İl-76 təyyarəsini daşnak terrorçuları qəzaya uğradıb. 69 sərnişindən yalnız bir nəfər Babayev Fəxrəddin təsadüf nəticəsində sağ qalıb. 68 nəfər azərbaycanlı sərnişin və 9 nəfər ekipaj üzvü bu terror aktının qurbanı olub. Qəzanın səbəbləri öyrənilmədən, heç bir ekspertiza aparılmadan təyyarənin qara qutusu məhv edilib. Bu terror aktı qəza hadisəsi kimi cəmiyyətə sırınıb. Təsadüfən sağ qalmış Fəxrəddin Babayev İrəvan xəstəxanasına aparılsa da, "ermənilər arasında yaralı türkə yer yoxdur" deyən daşnak xislətli erməni həkimləri onu müalicə etməkdən boyun qaçırıblar. Spitak zəlzələsi Leninakan yaxınlığında İl-76 qəzası (1988) Xronologiya Əziz Ələkbərli, "Abşereon şəhidləri", Bakı, "Ağrıdağ", 1997. səh. 45-də Azərbaycan Respublikası Xatirə Kitabı, X cild.
Eyr yarımadası
Eyr yarımadası (ing. Eyre Peninsula) — Avstraliyanın cənubunda yerləşən yarımada. Ölkənin ayrıca bir regionu. Eyr yarımadası Cənubi Avstraliya ştatının ərazisində yerləşir. Şərqdən Spenser körfəzi, qərbdən isə Böyük Avstraliya körfəzi ilə əhatələnir. Şimaldan isə Qoler dağı ilə əhatələnir. İqlim baxımından qərb rayonları quraq, cənub rayomnları isə mülayimdir. Yay ayları orta temperatur 25—29 °C, daxili rayonlarda 34 °C, qış ayları isə 15—18 °C olur. Noyabrdan aprelə qədər Eyrdə meşə yanğınları müşahisdə edilir. Yarımada ərazisində Linkoln, Koffin-Bey, Qoler Reynciz milli parkları vardır.
Eçara (Yardımlı)
Eçara — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 dekabr 1997-ci il tarixli, 419-IQD saylı Qərarı ilə Yardımlı rayonunun Ərsilə kənd inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Eçara kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Faddeyevski yarımadası
Faddeyevski — Kotelnı adasında yerləşən yarımada. İnzibati cəhətdən Rusiya Federasiyasının Yakutiya Respublikası ərazisinə daxildir. Sahəsi 5,3 min km², hündürlüyü 65 metr təşkil edir. Yarımada Ust-Lensk Dövlət Təbiət qoruğu ərazisinə daxildir. XX əsrin əvvəllərinə aid xəritələrdə yarımada ada kimi göstərilir. Yarımada ilə Kotelnı adası arasın Buqne Torpağı yerləşir. Yarımada burada ilk dəfə qışlamış Faddeyevin şərəfinə adlandırılmışdır. Yarımadada Mamont və Tüklü kərgədanın qalıqları aşkarlanmışdır. Yukagirlərin izlərinə rast gəlinir. Ruslar tərəfindən XVII əsrdə şərqə gəlmiş Ospa xəstəliyi səbəbindən yukagirlərin bir qismi Faddeyevski yarımadasına pənah aparmışdır.
Falsoeksosoma yarpaqyeyəni
Falsoeksosoma yarpaqyeyəni (lat. Falsoexosoma cyanipenne) — sərtqanadlılar dəstəsinə yarpaqyeyənlər fəsiləsinə aid böcək növü. Bədənlərinin uzunluğu 9.5–12 mm. təşkil edir. Bığcıqları və pəncələri narıncı, qanadüstlükləri isə parlaq yaşıl rəngdədir. Əsasən yabanı alçanın yarpaqları ilə qidalanırlar. Türkmənistanda, Şimali İranda rast gəlinir. Azərbaycanda Lənkəran zonası, Böyük Qafqazda rast gəlinir. Meşə zonası əsas yaşayış yeridir. Yabanı alça ağacının yarpaqları ilə qidalanırlar.
Fantomas Skotland-Yarda qarşı (film, 1966)
Fantomas Skotland-Yarda qarşı — rejissor Andre Yunebelin Marsel Allen və Pyer Suvestrin məşhur avantürist Fantomas haqqındakı romanlarının motivləri əsasında macəra-komediya janrında çəkdiyi 3 filmdən sonuncusu. 1966-cı ildə Fransada çəkilmiş, 1968-ci ildə "Soyuzmultfilm" kinostudiyasının tərcüməsində Sovet prokatında yayımlanmağa başladıqdan sonra SSRİ-də böyük məşhurluq qazanmışdır. Baş rollarda Jan Mare, Lui de Fünes çəkilmişlər və Rita Renuar.
Fao yarımadası
Fao (ərəb. شبه جزيرة الفاو‎) — Fars körfəzində, İraqın cənub-şərqində yerləşən yerləşir. Burada İraqın mühüm neft obyektləri qərarlaşır. Burada iki neft terminalı vardır:Hor əl-Əməyyə və Mina əl-Bakr. Yarımadada yerləşən yeganə əhəmiyyətli şəhər Umm-Kasrdır. Şəhərdə ABŞ hücumuna qədər mühüm hərbi baza yerləşirdi. İran-İraq müharibəsi (1980—1988) zamanı yarımada strateji əhəmiyyətinə görə dəfələrlə iki ölkə arasında toqquşma yeri olmuşdur. 1986-cı ildə İran ordusu İraqın zəif müdafiəsindən istifadə edərək yarımadanın cənub hissəsini işğal edə bilmişdilər. Ancaq Umm-Kasrı ələ keçirmək mümkün olmamışdır. 11 fevral 1986-ci ildə İran tərəfi müharibə tarixində ən böyük zəfərlərini əldə edərək yarımadanı ələ keçirə bilirlər.
Faros yarımadası
Faros yarımadası (ərəb. منارة‎, yun. Φάρος) — Misirin Aralıq dənizi sahillərində yerləşən elədə böyük olmayan adası. Ada Nil deltasında qərarlaşır. B.e.ə 285-ci ildə İskəndəriyyə şəhəri ilə birləşdirilmişdir. İsgəndəriyyə mayakı b.e.ə III minillikdə İsgəndəriyyə şəhərində inşa edilmişdir. Mayak dəfələrlə dağıntıya məruz qalmışdır. 798-ci ildə mayak zəlzələ nəticəsində güçlü şəkildə dağıntıya məruz qalmışdır. Ərəblər mayakı yenidən təmir etmişdlər. XIV əsrdə mayakın hündürlüyü 30 metr idi.
Florida yarımadası
Florida yarımadası (ing. Florida) — Şimali Amerikanın cənub-şərqində yerləşir. Ərazisinin böyük hissəsi Florida ştatını torpaqlarında yerləşir. Sahəsi 115 min km² təşkil edir. Şərqdə Atlantik okeanın, qərbdə isə Meksika körfəzi onun sahillərini yuyur. Kuba adasında onu Florida boğazı ayırır. Yarımada ərazisində ən hündür zirvə 99 m təşkil edir. Bu yaylada karst məşəlli təbiət abidələrinə rast gəlinir. Yarımadanıb şərq hissəsi nisbətən yüksəlmiş, qərb hissəsi isə nisbətən alçaqdır. Bu hissə laqun və Manqrov meşələri ilə zəngindir.
Foks yarımadası
Foks yarımadası — Baffin Torpağının cənubunda yerləşən yarımada. Kanadanın Nunavut vilayəti ərazisinə daxildir. Yarımada Foks körfəzini Hudzon boğazından ayırır. Onun qərb qutaracağında olan Kuiun burnunda inuitlərə aid Keyp-Dorset kəndi vardır. Qərb sahillərində yerləşən İnuksuk Point inuksuklarla məşhurdur. Onların sayı yüzə çatır. Yarımadanın uzunluğu 241 km, eni isə 80–161 km arasında dəyişir. Yarımada ingilis araşdırmaçısı Lyuk Foksın şərəfinə adlandırılmışdır. Yarımadanın ilk araşdırılması 1631-ci ildə Lyuk Foks tərəfindən gerçəkləşdirilmişdir. Belə düşünülür ki, o "Çarlz" gəmisində 1631-ci ilin sentyabrında Dorçester burnuna qədər irəliləmişdir.
Folsom küçəsi yarmarkası
Folsom küçəsi yarmarkası (ing. Folsom Street Fair) — 1984-cü ildən etibarən San-Fransisko şəhərində hər il sırf könüllülük əsasında sentyabr ayının son bazar günü qeyd olunan kütləvi festival. Bu, BDSM submədəniyyətinin ən geniş və kütləvi tədbirlərindən biri hesab olunur; belə ki, həmin festival çərçivəsində, yetkin yaşlı və alternativ seksual düşüncəyə malik insanlar, təhlükəsiz şəkildə özünüifadə etmək azadlığına sahibdirlər. Burada həmçinin müxtəlif seks oyuncaqlar, sadomazoxizm, flagelyasiya, bondaj üçün dəri materiallardan əşyalar satılır. Folsom küçəsində daim şənlik, bayram, flirt və azad seks ruhu hökm sürür, festivaldan əldə olunan vəsait gəlirləri isə, ənənəvi olaraq yerli xeyriyyə təşkilatlarına ianə edilir. Bəzən qısaca olaraq FSF adlandırılan bu festival-yarmarka, San-Fransisko şəhərinin cənubunda yerləşən Market (ing. South of Market, SoMa) rayonun 8-ci və 13-cü küçələri arasında qərarlaşmış reprezentativ Folsom küçəsində keçirilir. Onunla perpendikulyar şəkildə məşhur Embarkadero liman sahil şossesi və Alleman bulvarı kəsişir. Yarmarkada həmçinin maraqlı diskount sistemi mövcuddur; belə ki, əhalinin kasıb təbəqəsi üçün istiqamətləndirilmiş $10 və ya daha çox ianələr müqabilində, qonaqlara yarmarkada alınmış hər bir spirtli içki üçün 2 dollar endirim təklif edilir. Dəri həvəskarları tərəfindən formalaşdırılmış submədəniyyət başlıca olaraq müxtəlif qeyri-standart seksual hərəkətlər və geyim tərzi ilə xarakterizə olunur; belə ki, bu mədəniyyətin davamçıları, dəridən hazırlanmış gödəkcə, jilet, çəkmə, hörmə və başqa bu kimi predmetlərə xüsusi önəm verirlər.

Значение слова в других словарях