YAVAN

sif.
1. Təkcə çörəkdən ibarət olan; yavanlığı olmayan. Yavan çörək yedi. – Adamın öz yavan çörəyi özgənin plovundan yaxşıdır. ( Ata. sözü ).
[Surxay:] Al, on üç qəpik, yenə yavan çörək alıb yeyə bilərsən, səni zavoda götürüblər? S.Rəhman.

// Zərf mənasında. Yavanlıqsız. Çörəyi yavan yemək.
2. Yağlı olmayan, yağsız. Yavan ət.
[Mahmud:] Suyu asdım, di buyur, yenə yavan şorbanı bişir. Ə.Haqverdiyev.

3. məh. Boş, mənasız, şit, duzsuz. Yavan söz.
– Sanki Əzizin yavan və duzsuz söhbətinə şəkər qatdılar. Ə.Vəliyev.

4. k.t. məh. Qidalı maddələrdən məhrum (torpaq haqqında).
[Miçurin] qəti olaraq öz tingliyini başqa bir yerə – yavan, qumsal torpağı olan səhraya köçürməyi qərara aldı. M.Axundov.

Антонимы

  • YAVAN YAVAN – YAĞLI Kasıbın dürməyi yavan olsa da, dili yağlı olar (Ata. sözü)
YAVALIQ
YAVAN-YAVAN
OBASTAN VİKİ
Yavan dili
Yava dili (Yavanca: basa Jawa (yav. ꦧꦱꦗꦮ), ind. bahasa Jawa) İndoneziyanın Yava adasının mərkəzi və şərq hissələrindən yaşayan Yava xalqının danışan dilidir. Avstroneziya dillərinin bir hissəsidir və buna görə də İndoneziya dili və digər Malay sortlarına bağlıdır. Yava dili 3 tarixi inkişaf dövrü keçirmişdir: qədim (kavi (12-13. əsrlərədək)), orta (12-13. əsrlərdən 17. əsrədək), yeni Yava dili (17. əsrdən indiyədək). Yava dilində ən qədim kitabə 732-ci ilə, ən qədim yazılı abidə isə 809-cu ilə aiddir.
Yavan pələngi
Yava pələngi (lat. Panthera tigris sondaica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü.
Yavantrop
Yavantrop və ya Ngandong və yaxud soloy (lat. Javanthropus soloensis) — qazıntı adamı. Yava adasında, Ngandong yaxınlığındakı Solo çayı vadisində tapılmışdır. Yavantropda həm arxantropların, həm də paleoantropların morfoloji xüsusiyyətləri var. Buna görə də bəzi tədqiqatçılar yavantropu "soloy" pitekantropu, digərləri isə "soloy" paleoantropu adlandırır. Antropologiyaya aid ədəbiyyatda sonuncu daha çox işlədilir. == Mənbə == ASE, V cild, Bakı, 1981, səh.

Значение слова в других словарях

ва́фля вдо́вствование зарокота́ть застила́ние отомча́ть перевоспи́тывание ванили́н гуммиара́бик опо́рница прове́яться фи́зика беседа внук Aberdonian accelerated afterpayment Big Science blue book drag off round lot stack tractor Zener diode синдикат фанфаронада