YAZ GECƏ-GÜNDÜZ BƏRABƏRLİYİ

martın 21-dəki gecə-gündüz bərabərliyidir. Həmin gün Günəş ekliptika üzrə illik hərəkətində göy ekvatorunu keçib Cən. yarımkürəsi səmasından Şim. yarımkürəsinə qayıdır.
YAZ
YER
OBASTAN VİKİ
Gecə-gündüzün bərabərliyi
Gecə-gündüzün bərabərliyi (və ya ekinoks) — gecə və gündüzün bərabər olduğu, Günəş şüalarının ekvatora dik şəkildə düşməsi nəticəsində şüaların çevrənin qütblərdən keçdiyi andır. İldə iki dəfə təkrarlanır — yaz gecə-gündüz bərabərliyi və payız gecə-gündüz bərabərliyi. 23 sentyabrda baş verən gecə-gündüzün bərabərliyi: şimal və cənub yarımkürələri, Günəş şüaları günorta vaxtı ekvatora 90°-lik bucaq ilə düşür. Bu an kölgə uzunluğu ekvatorda sıfırdır. Günəş şüaları bu tarixdən etibarən cənub yarımkürəsinə dik düşməyə başlayır. Bu tarixdən etibarən cənub yarımkürəsində gündüzlər, gecələrdən uzun olmağa başlayır. Şimal yarımkürəsində isə tam tərsi baş verir. Bu tarix cənub yarımkürəsində yazın, şimal yarımkürəsində payız başlanğıcıdır. Bu tarixdə Günəş hər iki qütb nöqtəsində da görülür. Dünyada gecə və gündüz bir-birinə bərabər olur.
Gecə-gündüz tortu
Tort (it. torta, isp. tortilla) — dünya xalqlarının mətbəxində geniş yayılmış un məmulatı və şirniyyat növüdü == Tort müxtəlif ölkələrdə == Hər bir ölkənin mədəniyyətinə uyğun reseptlərdən yararlanaraq tortlar bişirilir. Tortları müxtəlif mərasimlərlə əlaqədar hazırladıqlarına görə onların forma və ölçüləri də kəskin surətdə fərqlənir. Tortla əlaqədar çoxsaylı faktlar və maraqlı məlumatlar verilmişdir. Bunların çox hissəsi hətta Ginnesin rekordlar kitabına daxil edilmişdir. Bunlara misal olaraq ABŞ–ın Miçiqan ştatında hazırlanmış tortu göstərmək olar. Bu tort stoldan 13 metr hündür idi və 100 pillədən təşkil edilmişdi. Həmçinin ən ağır tort da ABŞ–da yaradılıb, lakin bu tort Alabama ştatına aid edilir. 50 tondan ibarət olan tort ağırlığına görə seçilir.
Yaz
Yaz yaxud bahar - ilin 4 fəslindən biri. Şimali yarım kürədən mart və iyun Yazda ağaclar çiçək açır, hava istiliyi artmağa başlayır. Bu mövsümdə qar əriməsi və bol miqdarda yağışların yağması ilə su yataqları olan dərələr, göllər, Gölməçə və anbarlar su ilə dolar. Baharın xəbərçisi çiçəklərdir. Xüsusilə bu mövsümdə yerli hava depresiyanı alaraq meydana gələn hava dəyişikliklərində xalq arasında Qırx İkindi adı verilən leysan yağışları başlar. Bu yağışlarla şiddətli göy gurultusu, ildırım düşməsi, dolu təhlükəsi və sel fəlakətləri də görülər. Bəzən bu yağışlar cütçülərə çox zərər verər. İnsanlar üzərində də sağlamlıq baxımından mənfi təsirləri ola bilər. Yorğunluq, halsızlıq yazın insanlar üzərindəki mənfi təsirlərindəndir. Bu vəziyyətə tibb dilində qısaca bahar yorğunluğu deyilir.
Gündüz
Gündüz — ad. Gündüz Abdullayev Gündüz Abdullayev (kapitan) Gündüz Abdullayev (şəhid) Gündüz Əliyev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Gündüz Səfərli — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı. Gündüz Abbasov — Azərbaycan kino aktyoru, yazıçı, tərcüməçi və rəssam. Gündüz Səmədov — Gündüz Cəlilov — Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı.
Fiqurların bərabərliyi
Fiqurların bərabərliyi — Evklid həndəsəsində müstəvi üzərində yaxud fəzada verilən fiqurlar çoxluğunda əsas binar münasibətlərdən biridir. Fiqurların bərabərliyi ekvivalentlik münasibətidir, yəni həm refleksiv, həm simmetrik, həm də, tranzitivdir. Bərabərlik fiqurların bərabər olmaq xassəsidir. Əgər φ {\displaystyle \varphi } fiqurunu hərəkət çevirməsi ilə φ 1 {\displaystyle \varphi 1} fiquruna çevirmək olarsa, bu fiqurlara bərabər fiqurlar deyilir. Qeyd edək ki, fiqurların bərabərliyi onların nöqtələr çoxluğu kimi bərabər olması demək deyildir. == Ədəbiyyat == 1. M. Mərdanov, S. Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh. 2. "Azərbaycan Sovet Ensklopediyası" I–X cild, Bakı 1976–1987.
Gender bərabərliyi
Gender bərabərliyi — cinsi bərabərlik və ya cinslərin bərabərliyi kimi də tanınır. Gender bərabərliyi, iqtisadi iştirak və qərarların qəbulu da daxil olmaqla, cinsindən asılı olmayaraq resurslara və imkanlara bərabər çıxış asanlığı vəziyyətidir. Eyni zamanda cinsindən asılı olmayaraq müxtəlif davranışları, istəkləri və ehtiyacları bərabər qiymətləndirmə vəziyyəti sayılır. UNICEF gender bərabərliyini "qadınlar və kişilər, qızlar və oğlanlar eyni hüquqlardan, resurslardan, imkanlardan və müdafiələrdən istifadə edirlər. Bu, qızların və oğlanların, qadınların və kişilərin eyni olmasını və ya onlara tam münasibət göstərilməsini tələb etmir.. 2017-ci ildən etibarən gender bərabərliyi Birləşmiş Millətlər Təşkilatının on yeddi davamlı inkişaf məqsədindən (SDG 5) beşincisi hesab edilir. Gender bərabərliyi məqsəddir, gender neytrallığı və gender bərabərliyi isə məqsədə çatmağa kömək edən təcrübə və düşüncə tərzidir. Müəyyən bir vəziyyətdə gender tarazlığını ölçmək üçün istifadə edilən gender pariteti əsaslı gender bərabərliyinə nail olmağa kömək edə bilər, lakin özlüyündə məqsəd deyil. Gender bərabərliyi qadın hüquqları ilə güclü şəkildə bağlıdır və çox vaxt siyasət dəyişikliklərini tələb edir. Qlobal miqyasda gender bərabərliyinə nail olmaq həm də qadınlara və qızlara qarşı cinsi alver, qadın öldürmə, müharibə zamanı cinsi zorakılıq, gender əmək haqqı fərqi[1] və digər təzyiq taktikaları daxil olmaqla, zərərli təcrübələrin aradan qaldırılmasını tələb edir.
Yaz Xan
Yaz ağçiçəyi
Yaz ağçiçəyi (lat. Leucojum vernum) - ağçiçək cinsinə aid bitki növü.
Yaz baharotu
Yaz fəsli
Yaz yaxud bahar - ilin 4 fəslindən biri. Şimali yarım kürədən mart və iyun Yazda ağaclar çiçək açır, hava istiliyi artmağa başlayır. Bu mövsümdə qar əriməsi və bol miqdarda yağışların yağması ilə su yataqları olan dərələr, göllər, Gölməçə və anbarlar su ilə dolar. Baharın xəbərçisi çiçəklərdir. Xüsusilə bu mövsümdə yerli hava depresiyanı alaraq meydana gələn hava dəyişikliklərində xalq arasında Qırx İkindi adı verilən leysan yağışları başlar. Bu yağışlarla şiddətli göy gurultusu, ildırım düşməsi, dolu təhlükəsi və sel fəlakətləri də görülər. Bəzən bu yağışlar cütçülərə çox zərər verər. İnsanlar üzərində də sağlamlıq baxımından mənfi təsirləri ola bilər. Yorğunluq, halsızlıq yazın insanlar üzərindəki mənfi təsirlərindəndir. Bu vəziyyətə tibb dilində qısaca bahar yorğunluğu deyilir.
Yaz mandraqorası
Yaz mandraqorası (lat. Mandragora vernalis) — quşüzümükimilər fəsiləsinin mandraqora cinsinə aid bitki növü.
Yaz xaçgülü
Yaz xaçgülü (lat. Senecio vernalis) — xaçgülü cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Birillik, cavan vaxtı torvari-tüklü və ya yunvari, aşağı hissəyə doğru demək olar ki, çılpaq bitkidir. Kökümsovu milşəkilli, açıq qəhvəyi rənglidir. Gövdəsi (2) 15-60 (80) sm hündürlükdə, düz, çox vaxt tək, boş qalxanvari budaqlanandır. Gövdəətrafı yarpaqlar saplağa daralan, belvari və ya uzunsov-belvari, kənarları seyrək dişli; aşağı gövdə yarpaqları qısa saplaqlı, lələkvaribölümlü, hissələri uzunsov seyrək dişlidir; orta yarpaqlar oturaq, yuxarı yarpaqlar dar hissələrə lələkvari bölünmüşdür. Səbət boş qalxanvari-süpürgəvari çiçəkqrupundadır (nadir hallarda tək çiçək). Sarğı silindrvarizəngvari, 4-7 mm enində, solğun. Dilcikşəkilli çiçəklər qızılı-sarı, sarğıdan 2 dəfə uzundur. Toxumcaları silindrvari, 3 mm uzunluqda; kəkili ağ, toxumcadan 2 dəfə uzundur.
Yaz zirinci
Yaz zirinci (lat. Berberis vernae) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni şimal-qərbi Çindir. Tyan-Şanın şərq (Çin) hissəsinin dağlarında yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2 m-dək olan, yarımdərili yarpaqlı və uzun (5 sm-dək) iynələri olan koldur. 8 yaşında hündürlüyü 1,4 m-ə, çətirinin diametri 140 sm-ə çatır. Vegetasiyası aprelin ikinci yarısından oktyabrın ortalarına qədərdir. Yavaş böyüyür və 6 yaşından hər il çiçəkləyir, meyvə verir. İyunun ortalarında təxminn 10-12 gün çiçəkləyir. Meyvələri oktyabrın əvvəllərində yetişir.
Yaz çınqıllıqotu
Yaz çınqıllıqotu (lat. Rhinanthus vernalis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin orobanşkimilər fəsiləsinin çınqıllıqotu cinsinə aid bitki növü. Hündürlüyü (8) 15-50 sm, gövdəsi düz, zəif tüklü və ya çılpaqdır, tünd rəngli uzununa cizgili və düyünaraları uzanmış olan birillik ot bitkisidir. == Yarpaq == Yarpaqları qarşı-qarşıya düzülmüş, oturaqdır, uzunsov-neştərvari, neştərvari və ya ensiz neştərvaridir, sivri, küt və ya demək olar ki, yastı dişcikləri olan mişarvari-dişlidir, təpə hissədə qısa daralmışdır, qısa tüklü və kələkötürdür. == Çiçək == Tac açıq-sarı rəngdədir, uzunluğu 15-20 mm-dir, tacın borucuğu azacıq bükülmüşdür və kasacıqla eyni uzunluqdadır. == Meyvə == Qutucuq ovalşəkillidir, kasacıqdan qısadır, uzunluğu 10-12 mm-dir. Toxumlarının uzunluğu 5 mm-ə qədər, oval, eni 1 mm-ə yaxın olan qanadı vardır. == Çiçəkləməsi == İyul == Meyvə verməsi == İyul-avqust Azərbaycanda yayılması: BQ (Quba) BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, Nax. dağ. Orta və ya subalp qurşaqlarında.
Yaz yastıqotu
Yaz yastıqotu (lat. Draba verna) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin yastıqotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 4-20 sm, gövdəsi nazik və çılpaq olan birillik ot bitkisidir. Yarpaqları uzunsov və ya uzunsovneştərvari olub, oturaqdırlar, qaidəsinə doğru tədricən daralmışdır, küttəhərdir, seyrək şaxəli tüklərlə örtülmüşdür. Ləçəklərinin uzunluğu 1,5–4 mm-dir, ağ rəngdədir. Qıncıqları ellipsvari və ya uzunsovellipsvaridir, uzunluğu 3–7 mm, eni 1,5–3 mm olub, uzun saplaq üzərindədir. Mart-aprel aylarında çiçəkləyir, aprel-may aylarında meyvə verir. == Azərbaycanda yayılması == Samur-Şabran oval., Qob., Kür-Araz oval., Kür düz., Nax. dağ., Lənk. dağ., Lənk.
Gecə
Gecə— göy cisimlərinin (planetlər, onun peyki və s.) səthində olan müəyyən nöqtə üçün mərkəzi ulduzun (Günəş, ulduz) üfüqünün az olduğu müddət. Müəyyən nöqtə üçün "gecə müddətinin" uzunluğu onun coğrafi enliyindən asılıdır. Göy cisimlərinin gündüz və gecə tərəfləri terminatorla bölünür. Planetlərin qütb dairələrindən yuxarı enliklərində gecənin uzunluğu çox olur. Qütb gecəsi qütb dairəsinin enliyində bir günə qədər, qütblərdə isə yarım ilə qədər davam edir.
Aka Gündüz
Aka Gündüz (əsl adı Hüseyn Avni, yaxud Enis Avni; 1885, Saloniki, Osmanlı imperiyası – 7 noyabr 1958, Ankara) — Türkiyə yazıçısı. Aka Gündüz 1886-cı ildə hərbçi ailəsində anadan olmuşdur. 1908-ci il "Gənc türklər" inqilabının iştirakçısıdır. == Yaradıcılığı == "Dikmen ulduzu" (1928), "Naməlum əsgər" (1930) romanlarının müəllifidir. "Bu torpağın qızları" (1927), "Üç qızın hekayəsi" (1933), "Yaylaq qızı" (1940), " Bir qızın nağılı" (1954) və sair əsərləri qadınların, xüsusilə gənc qızların həyatına həsr edilmişdir. Bəzi romanları əsasında ("Bir sürücünün gizli dəftəri" (1928), "İki süngü arasında" (1929) film çəkilmişdir. Aka Gündüzün yaradıcılığı türk ədəbi dilinin demokratikləşdirilməsində mühüm rol oynamışdır. Türkiyə Böyük Millət Məclisinin üzvü olmuşdur (1931-1943). == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, I cild. Bakı, 2009, səh.
Asım Gündüz
Asım Gündüz (türk. Asım Gündüz) (d. 1880, Kütahya – ö. 14.12.1970, İstanbul) — Türk əsgəri və siyasətçisi. == Həyatı == Kütahya Liseyini bitirdikdən sonra Kuleli Hərbi Liseyinə qəbul oldu. 1905-ci ildə Hərbi Akademiyasını kapitan rütbəsi ilə bitirmişdir. Mustafa Kamal, Əli Fuad və Əli İhsan ilə eyni sinifdə oxumuşdu. 1909-1911-ci illər arasında Almaniya Hərbi Akademiyasında təhsil almış və Almaniyanın Baş Qərargahında işə başladı. == Hərbi fəaliyyəti == 27 noyabr 1911-ci ildə mayor rütbəsinə yüksəldi. Mayor rütbəsi ilə 27 noyabr 1911-ci ildə 10-cu korpusun 1-ci şöbə müdiri, 22 yanvar 1912-ci ildə qərargahın 3-cü şöbəsində, 4 iyun 1912-ci ildə müvəqqəti olaraq hərbi məktəbdə müəllim, 29 sentyabr 1912-ci ildə Balkan müharibələri əsnasında Ümumi Qərargahın Hərəkat Şöbəsinin müdirinin müavini, 22 dekabr 1913-cü ildə Hərbi Akademiyada Türk Silahlı Qüvvələrinin müəllimi olan general-mayor Veber Paşanın köməkçisi, 17 yanvar 1914-cü ildə İstehkam Qitələri və Müstahkem Mövqeyi Müfəttişliyi Qərargah başçısı, müfəttiş müavini vəzifəsinə təyin edildi.
Osman Gündüz
Gündüz Osman Mehdi oğlu və ya Osman Qunduzov (1961, Balakən) — Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısı (1992-1993), "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti. == Həyatı == Osman Gündüz 1961-ci ildə Balakən rayonunda anadan olmuşdur. 1983-cü ildə riyaziyyatçı ixtisası üzrə BDU-nun mexanika-riyaziyyat fakültəsini bitirib. Ölkədə informasiya texnologiyaları sahəsində ilk qeyri-hökumət təşkilatının təsisçisi kimi uzun müddətdir informasiya texnologiyaları sahəsində, ölkənin milli İnternet infrastruktru haqqında araşdırmalarla məşğuldur. Osman Gündüz Azərbaycan İnternetinin inkişafı, tənzimlənməsi və özünütənzimləməsi ilə bağlı müxtəlif beynəlxalq tədbirlərin iştirakçısıdır. Ölkədə milli multimedia məhsulu olan "Azərbaycan panoramı" informasiya sisteminin (1997–1998), təhsildə İKT-nin tətbiqinə əsaslanan "AzTest" interaktiv tədris vəsaitinin, "AzLaws" — Azərbaycan Respublikasının qanunvericilik bazası" İnformasiya sisteminin (1999), "AzTarix"-_6 multimedia dərs vəsaitinin (2004), AzNGO İnformasiya sisteminin (2005) və digər elektron məhsulların müəllifi və hazırlanması ilə bağlı layihələrin rəhbəri olub. 2005-ci ildə parlament seçkilərində deputatlığa namizəd olub. "İnternet. Azərbaycan İnternet Resursları" (2005–2006), "Kompüter. İnformasiya texnologiyalarının əsasları" (2006), "Mobil telefonun özəllikləri.
Tufan Gündüz
Tufan Gündüz (d. 11 may 1964, Kayseri, Türkiyə) — tarixçi, Hacettepe Universitetinin professoru. == Həyatı == Tufan Gündüz 11 may 1964-ci ildə Kayserinin Tomarza şəhərində dünyaya gəlmişdir. O, ali təhsilini Qazi Universitetində almış, 1987-ci ildə universitetin tarix müəllimliyi fakültəsini bitirmişdir. Tufan Gündüz, 1996-ci ildə "Bozulus Türkmənləri 1540-1640" adlı doktorluq dissertasiyasını tamamlayaq müdafiə etmişdir. 2006-ci ildə dosent, 2011-ci ildə professor adı alan Tufan Gündüz, hal-hazırda Qazi Universitetində Tarix ixtisası üzrə müəllim kimi fəaliyyət göstərməkdir. == Fəaliyyəti == Tufan Gündüzün türkmənlər haqqında bir çox akademik araştırmalar aparmışdır. Bunda başqa professorun Osmanlı və Səfəvilər dövlətləri haqqında bir neçə məqaləsi çap edilmişdir .
Şəhla Gündüz
Şəhla Gündüz qızı Abbasova-Mövsumova (12 noyabr 1957-ci il) Bakı şəhəri ,şair-publisist. "Mikayıl Müşviq" və "Xan qızı Natavan" mükafatları laureatı. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdcüsü, müəllim. == Həyatı == 1957-ci il 12 noyabr tarixində Bakı şəhərində yazıçı-jurnalist, ictimai xadim,Azərbaycan nasiri, dramaturq Şəmsəddin Abbasov -un ilk nəvəsi olaraq dünyaya gəlmişdir. Atası yazıçı-jurnalist, rəssam və məşhur kino aktyoru Gündüz Abbasov , anası Respublikanın Əməkdar Artisti Ofeliya Məmmədzadə -dir. 1973-cü ildə Bakı şəhəri 190 №li tam orta məktəbi, 1978-ci ildə isə o zamankı Azərbaycan Dövlət Universitetinin "Filologiya" fakultəsini əla qiymətlərlə bitirmişdir. Ailəlidir, 2 oğlu, 5 nəvəsi var. == Yaradıcılığı == Uzun illər müəllim işləmiş Şəhla Gündüz, eyni zamanda, yaradıcılıqla da məşğul olmuş, neçə-neçə şeiri, məqaləsi,hekayəsi müxtəlif qəzet və jurnallarda dərc edilmiş, ekran və efirdən səslənmiş, sözlərinə mahnılar bəstələnmişdir. Şəxsi layihəsi əsasında yaratdığı özünün də mətnmüəllifi, aparıcısı və rejissoru olduğu "VƏTƏN DƏRSİ" adlı, tarixi-bədii-musiqili tədbirlər artıq iyirmi ildir ki, Azərbaycan məktəbliləri,müəllimləri və ziyalıları tərəfindən böyük maraq və alqışla qarşılanır. "QANAD" və "PÖHRƏ" məktəbli teatrları isə Şəhla Gündüzün fəaliyyətində xüsusi yer tutur.
Gündüz Kərimov
Gündüz Hacı oğlu Kərimov (1977, Qazax) — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, 1-ci dərəcə dövlət müşaviri, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvü. == Həyatı == Gündüz Kərimov 1977-ci ildə Qazax şəhərində anadan olub. 1994-cü ildə Göygöl şəhər 1 nömrəli orta məktəbini bitirib. Evlidir, iki övladı var. === Təhsili və karyerası === 1994-cü ildə Göygöl şəhər 1 nömrəli orta məktəbini bitirib. 1994-cü ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinə daxil olub və 1998-ci ildə bakalavr təhsil pilləsini, 2000-ci ildə isə magistratura təhsil pilləsini fərlqlənmə diplomu ilə bitirib. 1998-ci ildə MDB dövlətləri arasında Sankt-Peterburq şəhərində keçirilmiş "Beynəlxalq humanitar hüquq" üzrə müsabiqədə 2-ci yer qazanıb. 2002-ci ildə Amerika Birləşmiş Ştatlarının İndiana Universitetinin hüquq fakültəsinin magistraturasını bitirib. 2003–2006-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun aspirantı olub. 2008-ci ildə "Beynəlxalq xüsusi hüquqda sənaye mülkiyyəti obyektlərinin hüquqi mühafizəsi" mövzusunda hüquq üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib.
Gündüz bəy
Gündüz bəy (d. 1245? – ö. 1299 İnəgöl) oğuzların Bozox qolunun Qayı tayfasından olan Ərtoğrul Qazi ilə Həlimə Xatunun böyük oğludur. O, Osmanlı İmperatorluğunun qurucusu olan Osman Qazinin böyük qardaşıdır. Əskişəhərdə sancaqbəyi olmuşdur. O, həm də Osmanlı İmperiyasının ilk subaşısıdır. Aydoğdu və Aktemur adlı iki övladı olmuşdur. Gündüz bəy 1299-cu ildə baş vermiş olan İnəgölün tutulması zamanı vəfat etmişdir. == Populyar mədəniyyətdə yeri == 1988-ci ildə TRT 1-də yayımlanmış olan Türk serialı "Osmancıq"da Eşref Kolçak tərəfindən canlandırılmış, 2014-2019-cu illər arasında yenə də TRT 1-də yayımlanmış olan, Diriliş Ərtoğrul serialında isə uşaqlıq dövrünü Yaman Tümen, gənclik dövrünü isə Arif Diren canlandırmışdır.
Gündüz Əbdülov
Gündüz Əliş oğlu Əbdülov (1976, Şuşa, DQMV) — Azərbaycan Milli Müdafiə Universitetinin rektoru, general mayor. == Həyatı == Gündüz Əbdülov 1976-cı ildə Şuşa şəhərində anadan olub. O, 2000-ci ildə Türkiyə Milli Müdafiə Universitetində "sistem mühəndisliyi" ixtisası üzrə bakalavr, 2007-ci ildə yuxarı təhsil pilləsi üzrə ABŞ Quru Qoşunları Baş Komanda və Qərargah Akademiyasında operativ və strateji səviyyədə idarəetmə təhsili alıb, 2016-cı ildə Azərbaycan Milli Müdafiə Üniveristetinin Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunu bitirib. 2024-cü il noyabrın 7-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Gündüz Əbdülova “general-mayor” ali hərbi rütbəsi verilib. Ailəlidir, 4 övladı var. == Fəaliyyəti == === Hərbi xidməti === 2000-ci ildən etibarən Azərbaycan Ordusunda leytenant hərbi rütbəsində hərbi xidmətə başlamış, döyüş bölgəsində yerləşən hərbi hissələrdə və Müdafiə Nazirliyinin Mərkəzi Aparatında müxtəlif komanda-qərargah vəzifələrində polkovnik hərbi rütbəsinədək yüksəlmiş və 2019-cu ilin sonunda öz arzusu ilə ordu sıralarından ehtiyata buraxılmışdır. Xidmət müddəti ərzində NATO-nun Beynəlxalq Hərbi Qərargahında qərargah zabiti, daha sonra isə NATO-nun Brüsseldəki Qərargah Mənzilində Hərbi Komitə yanında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndəsi — Azərbaycan Respublikasının NATO-dakı Missiyasının hərbi məsələlər üzrə müşavirinin müavini vəzifələrində hərbi diplomat missiyasını yerinə yetirmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Əməkdaşlıq İdarəsində şöbə rəisi və idarə rəisinin müavini vəzifələrində xidmət etdiyi dövr ərzində xüsusi ilə Avro-Atlantik məkanda yerləşən xarici dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində NATO-nun Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı və ABŞ-ın Beynəlxalq Hərbi Təhsil və Treninq Proqramı da daxil olmaqla bir sıra hərbi təhsil və təlim proqramlarının Azərbaycan Ordusunda tətbiqinə rəhbərlik etmişdir. Azərbaycan Ordusunun NATO və BMT ilə əməkdaşlığı çərçivəsində missiyaya açılan kontingentinin fəaliyyətinin təşkilinə, habelə Beynəlxalq Qızıl Xaç Komitəsi və Müdafiə Nazirliyi arasındakı ikitərəfli planın icrasına rəhbərlik etmişdir. === Səhiyyə sektoru === 2020-ci ildə TƏBİB-in Aparat rəhbəri vəzifəsində təyin olunub.
Gündüz Əbilov
Gündüz Əliş oğlu Əbdülov (1976, Şuşa, DQMV) — Azərbaycan Milli Müdafiə Universitetinin rektoru, general mayor. == Həyatı == Gündüz Əbdülov 1976-cı ildə Şuşa şəhərində anadan olub. O, 2000-ci ildə Türkiyə Milli Müdafiə Universitetində "sistem mühəndisliyi" ixtisası üzrə bakalavr, 2007-ci ildə yuxarı təhsil pilləsi üzrə ABŞ Quru Qoşunları Baş Komanda və Qərargah Akademiyasında operativ və strateji səviyyədə idarəetmə təhsili alıb, 2016-cı ildə Azərbaycan Milli Müdafiə Üniveristetinin Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunu bitirib. 2024-cü il noyabrın 7-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Gündüz Əbdülova “general-mayor” ali hərbi rütbəsi verilib. Ailəlidir, 4 övladı var. == Fəaliyyəti == === Hərbi xidməti === 2000-ci ildən etibarən Azərbaycan Ordusunda leytenant hərbi rütbəsində hərbi xidmətə başlamış, döyüş bölgəsində yerləşən hərbi hissələrdə və Müdafiə Nazirliyinin Mərkəzi Aparatında müxtəlif komanda-qərargah vəzifələrində polkovnik hərbi rütbəsinədək yüksəlmiş və 2019-cu ilin sonunda öz arzusu ilə ordu sıralarından ehtiyata buraxılmışdır. Xidmət müddəti ərzində NATO-nun Beynəlxalq Hərbi Qərargahında qərargah zabiti, daha sonra isə NATO-nun Brüsseldəki Qərargah Mənzilində Hərbi Komitə yanında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndəsi — Azərbaycan Respublikasının NATO-dakı Missiyasının hərbi məsələlər üzrə müşavirinin müavini vəzifələrində hərbi diplomat missiyasını yerinə yetirmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Əməkdaşlıq İdarəsində şöbə rəisi və idarə rəisinin müavini vəzifələrində xidmət etdiyi dövr ərzində xüsusi ilə Avro-Atlantik məkanda yerləşən xarici dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində NATO-nun Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı və ABŞ-ın Beynəlxalq Hərbi Təhsil və Treninq Proqramı da daxil olmaqla bir sıra hərbi təhsil və təlim proqramlarının Azərbaycan Ordusunda tətbiqinə rəhbərlik etmişdir. Azərbaycan Ordusunun NATO və BMT ilə əməkdaşlığı çərçivəsində missiyaya açılan kontingentinin fəaliyyətinin təşkilinə, habelə Beynəlxalq Qızıl Xaç Komitəsi və Müdafiə Nazirliyi arasındakı ikitərəfli planın icrasına rəhbərlik etmişdir. === Səhiyyə sektoru === 2020-ci ildə TƏBİB-in Aparat rəhbəri vəzifəsində təyin olunub.