YAZILMAQ
YAZINMA
OBASTAN VİKİ
Yazın ilk günləri (rəsm əsəri)
Yazın ilk günləri (1929) — Sürrealizm cərəyanının ən məşhur nümayəndələrindən biri, ispan rəssam Salvador Dali tərəfindən çəkilmiş rəsm əsəri. Bu əsər Dalinin erkən sürrealist fəaliyyətinin ən məşhur nümunələrindən biridir. Görüntü təsvir olunan mühit geniş və büsbütün olaraq boz bir müstəvidir. Bu, rəssam tərəfindən sağ tərəfdə qalxıq bir şəkildə, sol tərəfdə isə sağla müqayisədə daha aşağı endirilmiş bir biçimdə təsvir edilmişdir. Əsərin mərkəzində isə müxtəlif qəribə və rəngli sürrealist görüntülər cəmlənmişdir. Dali uzaqda iki kiçik, kölgəli fiqur – balaca oğlan və onun əlindən tutmuş bir adam təsvir etmişdir. Sol tərəfdə isə stulda oturaraq arxasını bötüvlükdə mənzərəzəyə çevirmiş fiquru görmək mümkündür. Bu əsər Dali tərəfindən həyatının yüksək dərəcədə stresli və psixoloji cəhətdən ağır olduğu dövründə yaradılmışdır. Bu zamanlar onun atası oğlunun peşə seçiminə və qeyri-adi davranışlarına görə çox məyus idi. Bu əsərdə də gördüyümüz balaca oğlan və onun yanındakı kişi fiqurlarına Dalinin sonrakı əsərlərində yenidən rast gəlmək mümkündür.

Digər lüğətlərdə