Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Loqoqraflar
Loqoqraflar (Ynanca logos- söz,nəsr, grapho — yazıram deməkdir) — Qədim Yunanıstanda bu söz altında iki qrup insan nəzərdə tutulurdu: tarixçilər və natiqlər ( Nitq tərtibatçıları). === Tarixçilər === Tarixə dair ilk yazılı əsərlər qədim Yunanıstanda meydana çıxmışdır. "Epos" adı verilən bu əsərlər Loqoqraflar tərəfindən qələmə alınırdı. Bu qəbildən olan tarixi əsərlər hekayəçi, rəvayətçi xarakterli əsərlər idi. Daha sonra öyrədici, praqmatik xarakterli tarixi əsərlər meydana çıxmağa başlamışdı ki, bu cür əsərlərin qələmə alınmasında məqsəd keçmişdə baş vermiş hadisələrdən dərs almaq, oxuyucuya əxlaqi və mənəvi duyğular aşılaya bilmək idi. İlk loqoqraflar e.ə.VI əsrdə yaşamışlar. İki nəsil Loqoqrafları fərqləndirirlər: Böyüklər ( e.ə. VI əsrdən - e.ə. V əsrədək) Miletli Kadm, Miletli Hekatey, Xaron, Skilak və b. Kiçiklər (e.ə.
Azərbaycan Fotoqraflar Birliyi
Azərbaycan Fotoqraflar Birliyi — Azərbaycan Respublikasının həvəskar və professional fotoqraflarını bir araya gətirən, vəzifəsi Azərbaycan Respublikasında fotoqrafiya sənətinin inkişafından, əldə edilən nailiyyətlərin qorunub saxlanması, ölkə daxilində və xaricdə təbliğindən ibarət ictimai təşkilat. == Ümumi məlumat == Azərbaycan Fotoqraflar Birliyi (AFB) ictimai, yaradıcılıq, qeyri-kommersiya təşkilatı olub açıq cəmiyyət, könüllülük və özünüidarə prinsiplərinə əsaslanır. Birlik Azərbaycan Respublikasının konstitusiyasına və təşkilatın Nizamnaməsinə uyğun fəaliyyət göstərir. AFB 1998-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 1073 nömrəli şəhadətnamə ilə qeydə alınmışdır. Birliyin sədri sədri Amira Süleyman, idarə heyətinin üzvləri Aydın Mehdiyev, Ayxan Əhmədov və Vüqar İbadov seçilmişdir. == Fəaliyyəti == 1990-cı ilin əvvəlində — SSRİ-nin dağıldığı vaxt işlək strukturlar fəaliyyətdən düşdü və tamamilə aydın bir zərurət yarandı ki, təcrübəli, həvəskar, peşəkar, bir sözlə, fotoqrafiyanı sevən hər kəsi birləşdirmək iqtidarında olan bir təşkilat qurmaq lazımdır. O zamanlar təşkilatlanmaqda Fransanın Nant şəhərində "Azərbaycan fotoqrafları" sərgisinin nümayişi bizim üçün ciddi və səfərbəredici amil rolunu oynadı. Sərgi 1995-ci ilin noyabrında baş tutdu, 24 fotoqrafın 105 əsəri göstərildi. Nümayişin uğuru gözlənildiyindən də artıq oldu, fotoqraflarımız yaradıcıqlarına, özlərinə qarşı böyük maraq hiss etdilər, ictimai rəy, bu gözəl peşəyə münasibət də kökündən dəyişdi. Fransa fotosərgisindən sonra düz 3 il mübahisə-müzakirələr oldu, nizamnamə yazıldı, müxtəlif maneələr dəf edildi, təşəbbüs qrupu yaradıldı ki, o da işi məntiqi sonluğa çatdıra bildi: birlik 1994-cü ildən faktiki olaraq işləsə də, hüquqi statusa malik deyildi, amma indi o rəsmi qeydiyyata alındı.
Hərbi Topoqraflar burnu
Hərbi Topoqraflar burnu — Çukot Muxtar Rayonunun cənubunda yerləşən burun. Sahillərini Berinq dənizi yuyur. İnzibati Çukot Muxtar Dairəsinin Anadır rayonu ərazisinə daxildir. Anadır körfəzi, Uşakov buxtasının şimal-şərq çıxacağında yerləşir. Çukot dilindən tərcümədə А’тчынот — «qapalı torpaq» mənasını verir. 2011-ci ildə burun yaxınlığında Cənubi Koreyaya məxsus olan Oriental Angel balıqçı trauleri batmışdır.