yazıçı-dramaturq
yazıçı-jurnalist
OBASTAN VİKİ
Filosof
Filosof yunanca φιλόσοφος — müdrikliyi sevən, biliyi sevən, hər şeyə maraq göstərən, həqiqətə can atan, həqiqət axtaran, mahiyyətə varan. Filosoflar sistemli şəkildə ilk növbədə həqiqət axtaran insanlara deyilir. Müəyyən fəlsəfə məktəbinə aid olan alimlər də filosof adlanır. O, həmçinin o fikirləri bölüşməli və onların həyat tərzində yaşamalıdır. Bir sözlə həyat tərzinin özü bir fəlsəfə olmalıdır. Filosof həm də peşəkar şəkildə həyat və ona aid olan bütün məsələləri düşünən insana da deyilir. Onlar məsələlərə digərilərindən daha geniş və daha kənardan baxmağa çalışırlar. "Filosof" termini Pifaqora aid edilir. Deyilənə görə, o, özünü və müdrikliyi sevənləri belə adlandırıb. Onun fikrincə, filosof xüsusi insan tipidir.
Yazıçı
Yazıçı və ya yazar — ideyaları çatdırmaq üçün fərqli üslublar və texnikalarla yazılı sözlərdən istifadə edən insan. Yazıçılar ədəbi sənətin fərqli formlarını və romanlar, hekayələr, kitablar, poeziyalar, səfərnamələr, pyeslər, ssenarilər, teleskriptlər, mahnılar və esselər kimi kreativ yazı işləri, habelə ictimaiyyət üçün maraqlı ola biləcək hesabatlar və məqalələr ərsəyə gətirirlər. Yazıçıların işləri medianın böyük bir hissəsində yayımlanmaqdadır. İdeyaları yaxşı bir şəkildə çatdırmaq məqsədilə dildən məharətlə istifadə edə bilən yazıçılar çox vaxt bir cəmiyyətin mədəniyyətinə önəmli töhfələr verir. Əksər hallarda yazıçı sözü əsərlərini nəsr, şair isə əsərlərini nəzm ilə yazan müəlliflərə ithaf edilir. Yazıçılar uydurma və uydurma olmayan bir çox janrda əsərlər yazıb-yarada bilər. Bəzi yazıçılar isə öz fikirlərini multimedia — qrafika, illüstrasiya və s. ilə zənginləşdirirlər. Öz fikirlərini çatdırmaq üçün onlar nadir hallarda hətta musiqidən də faydalana bilərlər. Bunlardan başqa, şifahi ənənədən istifadə edən bir sıra yazıçılar da mövcuddur.
Plini (filosof)
Böyük Plini (lat. Plinius Maior); əsl adı Qay Plini Sekund (lat. Gaius Plinius Secundus; ən tezi 23 və ən geci 24[…] – 79[…], Stabie[d], İtaliya[d], Roma imperiyası[…]) — Qədim Roma yazıçısı və filosofu. Bir çox yüzilliklər ərzində "Təbiət tarixi" (lat. Naturalis Historia) əsəri avropalıların maddi aləm haqqında aldıqları biliklərin ən mühüm mənbəyi olmuşdur. Əsər 36 kitabdan ibarətdir. Burada Plini kainatın Roma və yunan filosoflarının təssəvvür etdiyi formadakı təsvirini verirdi. Kainatı özünün gördüyü kimi təsvir edirdi. Onun birinci kitabına astronomik və fiziki müşahidələrə dair məlumatlar var idi. Növbəti 4 kitab isə coğrafiyaya aid idi.
Porfiri (filosof)
Porfírius (yun. Πορφύριος, əsil adı — Malh; təq. 233, Sur, Finikiya[d], Roma imperiyası – təq. 301, Roma, Roma imperiyası) — neoplatonçu filosof, musiqinin nəzəriyyəçisi, astroloq, riyaziyyatçısı, Xristianlığın tənqidçisi. Plotinin tələbəsi olmuş, onun həyatını qələmə almış, onun əsərlərini toplamış (o cümlədən "Enneadalar"ı) və dərc etmişdir. Bundan əlavə o, yetmişdən çox fəlsəfi əsər müəllifi olub. Lakin onların çoxu bizim zamanəmizə gəlib çatmamışdır. O, Plotinin öyrəncisi olmuş, onun həyatını qələmə almış, əsərlərini (o cümlədən "Enneadalar"ı) toplamış və yaymışdır. Bundan başqa Porfirius yetmişdən çox fəlsəfi əsərin müəllifi olmuşdur. Onların çoxusu bizim zamanımıza gəlib çatmamışdır.
Camasp (filosof)
Camasp — Zərdüşt dövründə yaşamış İran filosofu. Camasp Quştaspın baş vəziri idi. "Camaspnamə" kitabı onun haqqındadır.
Anar (yazıçı)
Anar (tam adı: Anar Rəsul oğlu Rzayev; 14 mart 1938, Bakı) — azərbaycanlı yazıçı, şair, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri. Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar anası tərəfdən Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir. Atası tərəfdən isə Məmmədxanlılar nəslindəndir. Soy adları ulu babası, Çiyni və bir para kəndlərin mülkədarı Məmmədyar oğlu Məmməd xanla bağlıdır. Bayat boyundan, Şahsevən tayfasından olan Məmməd xan XIX əsrin ortalarında rus əsgərləriylə toqquşmadan sonra zindana atılır və orda zəhərlənərək öldürülür. Məmmədxanın nəticəsi, Rəsulun atası İbrahim Məmmədxanlı Göyçayda mirzəlik edər və ticarətlə məşğul olarmış. 1915-ci ildə Bakıda vəfat etmiş və Çəmbərəkənddə dəfn edilmişdir. 1913-cü il iyunun 29-da Gəncədə anadan olmuş Nigar xanım Rəfibəyli məşhur Rəfibəylilər nəslindəndir. Ata tərəfdən babası Ələkbər bəy Rəfibəyli – el ağsaqqalı, maarifçi, Azərbaycanda ilk siyası partiya olan "Difai" partiyasının yaradıcılarındandır.
Elçin (yazıçı)
Elçin (tam adı: Elçin İlyas oğlu Əfəndiyev; 13 may 1943, Bakı) — Azərbaycan yazıçısı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1968), filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının xalq yazıçısı (1998), "İstiqlal" ordenli (2003), Azərbaycan Respublikası Baş Nazirinin keçmiş müavini (1993–2018). Elçin Əfəndiyev 13 may 1943-cü ildə Bakı şəhərində XX əsr Azərbaycan ədəbiyyatının böyük nümayəndələrindən biri, Azərbaycanın Xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində dünyaya gəlib. Uşaqlıq çağlarından etibarən ədəbi mühitin içində, kitabların əhatəsində olub. Bir tərəfdən milli ədəbiyyat, folklor, o biri tərəfdən isə dünya ədəbiyyatı Elçinin daimi mütaliəsinin əsasına çevrilib. O, nə zaman yazmağa başlayıb? Bu suala Elçin özü belə cavab verir: "Özümü xatırladığım zamandan. Hələ yazıb-oxumağı bacarmırdım, amma özümdən cürbəcür əhvalatlar uydurub danışırdım…" Bakı şəhərində orta məktəbi (1960), Bakı Dövlət Universitetinin Filologiya fakültəsini (1965), Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi üzrə aspiranturasını (1969) bitirib, "Azərbaycan bədii nəsri ədəbi tənqiddə (1945–1965)" mövzusunda namizədlik (1970), "Ədəbiyyatda tarix və müasirlik problemi" mövzusunda doktorluq (1997) dissertasiyalarını müdafiə edib. 1969–1972-ci illərdə Azərbaycan ЕА Nizami adına Dil və Ədəbiyyat İnstitutunun "Ədəbiyyat nəzəriyyəsi" şöbəsində kiçik elmi işçi, 1972–1975-ci illərdə baş elmi işçi vəzifəsində işləmiş, eyni zamanda Nəsimi adına Dilçilik və Nizami adına Ədəbiyyat İnstitutlarının Birləşmiş Müdafiə Şurasının elmi katibi olmuşdur. 1975-ci ildə "Ədəbiyyat və incəsənət" qəzeti redaksiya heyətinin üzvü seçilmişdir. 1975–1987-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin katibi olmuşdur.
Qismət (yazıçı)
Qismət Elçin oğlu Rüstəmov (15 mart 1986, Bakı) — azərbaycanlı şair, tərcüməçi, esseist. Prezident təqaüdçüsü. Qismət Elçin oğlu Rüstəmov 1986-cı il martın 15-də Bakı şəhərində anadan olub. 1991–2002-ci illərdə Bakı şəhərindəki 70 saylı məktəb-liseydə təhsil alıb. 2003–2007-ci illərdə Odlar Yurdu Universitetinin "Jurnalistika" fakültəsində təhsil alıb. 2007–2009-cu illərdə həmin fakültənin magistratura pilləsini bitirib. 2018-ci ildən Azərbaycan Dillər Universitetinin "Xarici ölkələr ədəbiyyatı" kafedrasının dissertantıdır. Qismət Rüstəmov müxtəlif illərdə Odlar Yurdu Universiteti, Xəzər Universiteti və Bakı Slavyan Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. Hazırda Azərbaycan Yaradıcılıq Fondunun aparat rəhbəri, sim-sim.az ədəbiyyat saytının baş redaktoru, Azərbaycan Dillər Universitetinin dissertantıdır. 2010-cu ildə "525 kitab" seriyasından "Vitrin" şeirlər kitabı çap edilib.
Yazıçı (nəşriyyat)
Yazıçı nəşriyyatı — nəşriyyat əvvəl "Kommunist" – indiki "Xalq qəzeti"nin, "AzərTAc"ın binasında yerləşirdi.
Yazıçı Qor
Heydərli Böyükkişi Səfiyar oğlu (1950–2015) — yazıçı, jurnalist. Böyükkişi Heydərli 1950-ci ilin aprel ayında Cəbrayıl rayonunun Horovlu kəndində anadan olub. Orta məktəbi həmin kənddə bitirib. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. Bədii yaradıcılığa erkən başlasa da, 30 yaşında şeirləri "Ulduz" və "Azərbaycan" jurnallarında dərc olunub. 1985-1990-cı illərdə şerləri ara-sıra mətbuat səhifələrində yer alıb. 1991-1992-ci illərdə "Səs" qəzetində şöbə müdiri olub, 1992-ci ilin mayından "Yeni Müsavat" qəzetində redaktor işləyib. 1993-cü ildə "Dünya" jurnalının redaktoru olub. Əsərlərini Yazıçı Qor təxəllüsü ilə yazıb. "Sakit küçədə qətl", "Yaşıl cənnət çiçəyi", "Yetişmiş tut ağacı" və sair əsərlərin müəllifidir.
Yazıçı nəşriyyatı
Yazıçı nəşriyyatı — nəşriyyat əvvəl "Kommunist" – indiki "Xalq qəzeti"nin, "AzərTAc"ın binasında yerləşirdi.
Çolpan (yazıçı)
Çolpan (1897, Əndican, Fərqanə vilayəti – 5 oktyabr 1938 və ya 2 oktyabr 1938, Sibir) — Özbəkistan yazıçısı, şairi. Gələcəyin şairinə atası Əbdülhəmid adını qoysa da, o Çolpan kimi tanındı və məşhurlaşdı. Çünki şeirlərini, məqalələrini, romanlarını, pyeslərini Çolpan, yəni Dan ulduzu imzasıyla yazdı. Əbdülhəmid 1893-cü ildə Özbəkistanın Əndican şəhərində doğulub. Onun atası Süleymankul Yunusoğlı mədrəsə təhsili görmüş, şeirləri divan təşkil edəcək bir şair olub. Əbdülhəmid də məhəllə məktəbində, sonra Əndican və Daşkənd mədrəsələrində oxuyub. Rusiya Türküstanı işğal etdikdən sonra rus dilinə böyük ehtiyac duyulurdu. Müstəmləkəçilər də uzun müddət yerli xalqları əsarət altında saxlamaq üçün onlardan kiçik məmurlar hazırlamaq məcburiyyətində idi. Belə məktəbləri ölkənin Avrpoa hissəsində Rus-Tatar, Asiya hissəsində isə Rus-Tüzem məktəbləri adlandırırdılar. Əbdülhəmidin atası, dövrünün ayıq ziyalısı olan Süleymankul Yunusoğlu da oğlunu Rus-Tüzem məktəbində oxumağa göndərir.
Aslan Aslanov (filosof)
Aslanov Aslan Məhəmməd oğlu (20 avqust 1925, Qazax qəzası- 1995, Bakı)— fəlsəfə elmləri doktoru (1974), professor (1976), Azərbaycan Respublikası EA-nın həqiqi üzvü (1989), Əməkdar elm xadimi, Azərbaycan Dövlət İncəsənət Universitetinin rektoru (1977–1987), Azərbaycan Milli Elmlər Akademiyasının vitse-pezidenti, Fəlsəfə və Hüquq İnstitutunun direktoru (1990–1995). Aslan Aslanov 20 avqust 1926-cı ildə Qazax qəzasında anadan olmuşdur. Məktəbi qurtardıqdan sonra II Dünya müharibəsi illərində müəllim çatışmadığından bir il Ağstafa şəhəri Dəmiryol məktəbində ibtidai sinifdə müəllim işləmişdir. Ali təhsilini 1945–1950-ci illərdə Bakı Dövlət Universitetində almışdır. O, Tarix fakültəsini Fəlsəfə ixtisası üzrə bitirmişdir. Aslan Aslanov 1961-ci ildən 1977-ci ilədək Azərbaycan Dövlət Universitetinin "Estetika və etika" kafedrasının müdiri olmuşdur. 1977-ci ildən 1987-ci ilə qədər Azərbaycan Dövlət İncəsənət İnstitutunun rektoru vəzifəsini icra etmişdir. 1987-ci ilin martında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix, İqtisadiyyat, Fəlsəfə və Hüquq bölməsinin akademik-katibi vəzifəsinə təyin olunan Aslan Aslanov 1995-ci ilədək bu vəzifəni icra etmişdir. O, həm də 1990–1995-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun direktoru olmuşdur. Aslan Aslanov 1959-cu ildə fəlsəfə doktoru, 1974-cü ildə isə elmlər doktoru elmi dərəcəsini almışdır.
Babək Qurbanov ( filosof )
Babək Osman oğlu Qurbanov (d.26 iyun 1939, Qazax r. — ö.28 mart 2019, Türkiyə) — Osman Sarıvəllinin oğlu, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, fəlsəfə elmləri doktoru, professor., Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda "Estetika və Etika" şöbəsinin müdiri, Azəbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Mədəniyyət tarixi və nəzəriyyəsi" kafedrasının rəhbəri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin müdafiə üzrə elmi şurasının sədr müavinidir. Babək Osman oğlu Qurbanov 26 iyun 1939-cu ildə Qazax rayonunda anadan olmuşdur. Ü. Hacıbəyov adına Konservatoriyanın Musiqi nəzəriyyəsi fakültəsini bitirib və "Azərbaycan aşıq musiqi yaradıcılığı" mövzusunda diplom işini müdafiə edib. 1967-ci ildə Bakı Dövlət Universitetinin Müdafiə şurasında "Musiqi ilə ədəbiyyatın qarşılıqlı əlaqəsi" adlı namizədlik dissertasiyasını; 1981-ci ildə isə Moskvada SSRİ EA-nın Fəlsəfə İnstitutunda "Proqramlı musiqinin estetik prinsipləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1985-ci ildən professordur. Azərbaycan Bəstəkarlar və Jurnalistlər Birliyinin üzvüdür. 1990-cı illərdə Bəstəkarlar İttifaqının İdarə heyətinin üzvü olub. 1981–1989-cu illər arası AMEA-nın fəlsəfə və Hüquq İnstitutunda Estetika və etika bölməsinin müdiri, 1989–1992-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda fəlsəfə və mədəniyyət tarixi kafedrasının müdiri, 1992–2008-ci illərdə Türkiyədə Atatürk Universitetinin professoru, kafedra müdiri olmuş, 2009-cu ildən Qaziəntəp Türk Musiqisi Dövlət Konservatoriyasında işləyir. 1992-ci ildən Türkiyənin Atatürk Universitetində üç fakültədə Etika, Estetika, Fəlsəfə, Ümumi və xüsusi təhsil metodları, Türk düşüncə tarixi, Musiqi nəzəriyyəsinə giriş, Musiqi nəzəriyyəsi, Musiqi əsərlərinin təhlili, Musiqi estetikası, Sənət fəlsəfəsi, Musiqi formaları, Harmoniya fənlərindən dərs demiş, bu fənlər üzrə magistr və aspirantlarla da məşğul olmuşdur.
Babək Qurbanov (filosof)
Babək Osman oğlu Qurbanov (d.26 iyun 1939, Qazax r. — ö.28 mart 2019, Türkiyə) — Osman Sarıvəllinin oğlu, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, fəlsəfə elmləri doktoru, professor., Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda "Estetika və Etika" şöbəsinin müdiri, Azəbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Mədəniyyət tarixi və nəzəriyyəsi" kafedrasının rəhbəri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin müdafiə üzrə elmi şurasının sədr müavinidir. Babək Osman oğlu Qurbanov 26 iyun 1939-cu ildə Qazax rayonunda anadan olmuşdur. Ü. Hacıbəyov adına Konservatoriyanın Musiqi nəzəriyyəsi fakültəsini bitirib və "Azərbaycan aşıq musiqi yaradıcılığı" mövzusunda diplom işini müdafiə edib. 1967-ci ildə Bakı Dövlət Universitetinin Müdafiə şurasında "Musiqi ilə ədəbiyyatın qarşılıqlı əlaqəsi" adlı namizədlik dissertasiyasını; 1981-ci ildə isə Moskvada SSRİ EA-nın Fəlsəfə İnstitutunda "Proqramlı musiqinin estetik prinsipləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1985-ci ildən professordur. Azərbaycan Bəstəkarlar və Jurnalistlər Birliyinin üzvüdür. 1990-cı illərdə Bəstəkarlar İttifaqının İdarə heyətinin üzvü olub. 1981–1989-cu illər arası AMEA-nın fəlsəfə və Hüquq İnstitutunda Estetika və etika bölməsinin müdiri, 1989–1992-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda fəlsəfə və mədəniyyət tarixi kafedrasının müdiri, 1992–2008-ci illərdə Türkiyədə Atatürk Universitetinin professoru, kafedra müdiri olmuş, 2009-cu ildən Qaziəntəp Türk Musiqisi Dövlət Konservatoriyasında işləyir. 1992-ci ildən Türkiyənin Atatürk Universitetində üç fakültədə Etika, Estetika, Fəlsəfə, Ümumi və xüsusi təhsil metodları, Türk düşüncə tarixi, Musiqi nəzəriyyəsinə giriş, Musiqi nəzəriyyəsi, Musiqi əsərlərinin təhlili, Musiqi estetikası, Sənət fəlsəfəsi, Musiqi formaları, Harmoniya fənlərindən dərs demiş, bu fənlər üzrə magistr və aspirantlarla da məşğul olmuşdur.
Həsən Quliyev (filosof)
Həsən Quliyev — Azərbaycan filosofu, fəlsəfə elmləri doktoru, professor. Həsən Quliyev 1941-ci ilin avqustun 1-də Tovuz rayonunda anadan olmuşdur. 1959-cu ildə İsmayıllı rayonunun İvanov orta məktəbini bitirmişdir. 1960-1965-ci illərdə Azərbaycan Dövlət Universitetin fizika fakültəsində təhsil almışdır. 1967-1970-ci illərdə Moskva Fəlsəfə İnstitutunun aspiranturasında oxumuşdur. 1971-ci ildə Moskvada "Atomizm ideyalarının idrakı funksiyası" adlı namizədlik, 1987-ci ildə isə "Yeni biliyin verballaşmasının fəlsəfi problemləri" mövzusunda doktorluq dissertasiyasiyasını müdafiə etmişdir. 1971-ci ildən Fəlsəfə və Hüquq İnstitutunda işləməyə başlamışdır. 1973-cü ildən şöbə müdiri olmuşdur. 1979-1982-ci illərdə Ukraynanın Rovno şəhərindəki Su Təsərufatı İnstitutunda dosent vəzifəsində çalışmışdır. 1982-ci ildən başlayaraq Fəlsəfə və Hüquq İnstitutunda işləmişdir.
Məmməd Əliyev (filosof)
Əliyev Məmməd Arif oğlu (18 sentyabr 1962, Bakı) — fəlsəfə elmləri doktoru, professor, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru (2020-2024) Məmməd Əliyev Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər kafedrasının professoru, 2017-ci ildən Azərbaycan Dillər Universitetində "Rusiyaşünaslıq mərkəzi" Elmi – tədqiqat laboratoriyasının müdiri kimi çalışıb. Məmməd Əliyev Azərbaycan Dillər Universitetinin Fəlsəfə və İctimai elmlər kafedrasının professorudur. Məmməd Əliyev 1962-ci il sentyabr ayının 18-də Bakı şəhərində ziyali ailəsinda anadan olub. 1969 – 1979-cu illərdə Bakı şəhərinin Nəsimi rayonundakı 16 nomrəli məktəbdə oxuyub və əla qiymətlərlə bitirib. 1980–1985-ci illərdə S. M. Kirov adina Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsində təhsil alıb. 1985-ci ildən Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyat İnstitutunda (indiki Bakı Slavyan Universiteti) müxtəlif vəzifələrdə — Fəlsəfə kafedrasında laborant, baş laborant, müəllim, dosent, elmi katib, kafedra müdiri, elmi işlər üzrə prorektor vəzifələrində çalışıb. 2005-ci ildən 2012-ci illərədək Bakı Slavyan Universitetində Elmi işlər üzrə prorektor vəzifəsində çalışıb. 2015-ci ildən Bakı Slavyan Universitetin Beynəlxalq münasibətlər kafedrasinin müdiri və həmin kafedranın professoru olub. 2017-ci ildə professor Məmməd Əliyev Azərbaycan Dillər Universitetində "Rusiyaşünaslıq mərkəzi" Elmi – tədqiqat laboratoriyasının müdiri vəzifəsində çalışıb. Məmməd Əliyev Azərbaycan Dillər Universitetinin Fəlsəfə və İctimai elmlər kafedrasının professorudur.
Qurban Bayramov (filosof)
Qurban Balı oğlu Bayramov (1935, Nərimanlı, Basarkeçər rayonu – 1996, Bakı) — Azərbaycanlı alim, fəlsəfə elmləri doktoru, professor. Qurban Bayramov 1935-ci ildə Ermənistanın Basarkeçər rayonunun Nərimanlı kəndində ziyalı ailəsində anadan olub. 1942-ci ildə Nərimanlı kənd orta məktəbinə qəbul olub. 1962-ci ildə AEA-nın fəlsəfə və hüquq bölməsində fəlsəfə ixtisası üzrə aspiranturaya qəbul olub. 1967-ci ildə namizədlik dissertasiyası müdafiə etmiş, fəlsəfə elmləri namizədi adı almışdır. 1983-cü ildə doktorluqk dissertasiyası müdafiə etmiş və fəlsəfə elmləri doktoru elmi adını almışdır. 1956-cı ildən ömrünün sonuna qədər ATU-da çalışmışdır. 400-dən çox elmi məqalənin müəllifidir. 1996-cı ildə vəfat etmişdir. Azərbaycan Tibb Universiteti Fəlsəfə kafedrasının professoru A. Nəcəfovun vəfatından (1989-cu il) sonra kafedraya məhz Qurban Balı oğlu Bayramov rəhbərlik etmişdir (1989–1996).
Zakir Məmmədov (filosof)
Zakir Məmmədov (Məmmədov Zakir Cabbar bəy oğlu; 16 avqust 1936, Seyidli, Ağdam rayonu – 2 mart 2003, Bakı) — fəlsəfə elmləri doktoru; professor; AMEA-nın müxbir üzvü. Zakir Məmmədov 16 avqust 1936-cı ildə Ağdamda anadan olmuşdur. Anası Hüsnü xanım Murtuza bəy qızı Məmmədbəyova, atası Cabbar bəy İsmayıl bəy oğlu Vəlibəyovdur. Cabbar bəy Vəlibəyov Baharlı tayfasına mənsub, dövrünün görkəmli ziyalılarından idi. Baharlı kəndində böyük torpaq sahibi olan Cabbar bəy öz evində məktəb açaraq müəllimlik fəaliyyəti ilə məşğul olmuş, yeni tipli məktəbin əsasını qoymuşdur. Cabbar bəy repressiyaya məruz qalmış, Sibirə sürgün edilmişdir. Həbs edilərkən Cabbar bəyin evindəki bütün sənədlər və kitablar götürülmüşdür. Buna görə də Zakir Məmmədovun doğum haqqındakı şəhadətnaməsi itmişdir. Sonralar ona kənd soveti tərəfindən 1939-cu ildə doğulması haqqında şəhadətnamə verilmişdir. Zakir Məmmədov siyasi təqib şəraitində böyümüş, bunun üçün dayısı Məmməd Məmmədovun məsləhəti ilə anasının soyadına keçirilmişdir.
Georgi Aleksandrov (filosof)
Georgi Fyodoroviç Aleksandrov (rus. Гео́ргий Фёдорович Алекса́ндров; 22 mart (4 aprel) 1908, Sankt-Peterburq – 21 iyul 1961[…], Moskva) — SSRİ filosofu, SSRİ EA akademiki (1946). O, 1928-ci ildən Sov. İKP üzvü olmuşdur. SSRİ Dövlət mükafatı laureatı olmuşdur (1943, 1946). 1940–1947 illərdə ÜİK(b)P MK-nın Təbliğat və Təşviqat İdarəsinə rəhbərlik etmişdir. 1947–1954 illərdə SSRİ EA Fəlsəfə İntitutunun direktoru, 1954–1955 illərdə SSRİ mədəniyyət naziri olmuş, 1955–1961-ci illərdə BSSR EA Fəlsəfə İnstitutunda çalışmışdır. 2 dəfə "Lenin" ordeni, 2 başqa ordenlə təltif edilmişdir. Александров Георгий Федорович // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия.
Filosof Qadınlar Cəmiyyəti
Filosof Qadınlar Cəmiyyəti — YUNESKO-nun sponsorluğu ilə fəaliyyət göstərir, 2007-ci ilin mart ayında təsis olunub və dünyanın 5 regionundan (Af­rika, Latın Amerikası və Karib hövzəsi, Asiya, Avropa və Şimali Ameri­ka və Ərəb dövlətləri) 71 dövləti təmsil edən 1304 üzvü birləşdirir. Fəlsəfə tarixində filosof adlana biləcək çox az qadının adı bəllidir. Fi­lo­­sof qadınlar cəmiyyəti bir növ tarixdəki bu boşluğu doldurmaq məqsədi da­­şıyır və ilk addım kimi qadın filosoflar haqqında «Kim kimdir» (Who is who) məlumat kitabını və internet səhifəsini hazırlamışdır. Məqsəd – dün­­ya fəlsəfəsində qadının, qadın təfəkkürünün də öz yerinin olduğunu bir da­ha təsdiqləməkdir. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Bünyadzadə Könül Yusif qızı Filosof Qadınlar cəmiyyətinin üzvüdür. Filosof qadınlar cəmiyyətinin ilk Assambleyası 14-15 dekabr 2009-cu il tarixdə Parisdə keçirilmişdir.
Azər Məmmədov (yazıçı)
Azər Qismət (tam adı: Azər Həsənağa oğlu Məmmədov; 9 oktyabr 1972, Sabirabad) — azərbaycanlı yazıçı, publisist, televiziya aparıcısı, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Azər Məmmədov 1972-ci il oktyabrın 9-da Sabirabad şəhərində anadan olmuşdur. Burada 5 saylı orta məktəbi bitirdikdən sonra Sabirabad rayonunda Təsərrüfatlararası Tikinti İdarəsində fəhləlik etmişdir (1989–1991). Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini telejurnalistika ixtisası üzrə bitirib (1991–1996). Universitet illərində BMTİ teleşirkətində çalışıb, "Telebenefis" və Xəbərlər verilişlərinin aparıcısı olub. Tələbə ikən Azərbaycanda ilk dəfə azərbaycandilli Şən və Hazırcavablar Klubunun təsisçilərindən biri kimi tanınıb. UŞU (Universitetin Şən Uşaqları) komandasının ssenari müəllifi kimi fəaliyyət göstərib. Parodiyalar üzrə diplomları var. Ordu sıralarında hərbi xidməti borcunu yerinə yetirmişdir. (1997–1998).
Bayram Bayramov (yazıçı)
Bayram Salman oğlu Bayramov (11 dekabr 1918, Şıxavənd[d], Gəncə quberniyası – 9 noyabr 1994, Bakı) — nasir, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Xalq yazıçısı (1984), Azərbaycan SSR dövlət mükafatı laureatı (1990), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990). Bayram Bayramov 1918-ci il dekabrın 11-də Cavanşir qəzasının Şıxavənd kəndində (indiki Ağdam rayonunun Əlimədədli kəndi) ziyalı ailəsində anadan olmuşdur. Yeddiillik kənd məktəbini bitirib Ağdam Pedaqoji Texnikumunda təhsilini davam etdirmişdir (1934–1938). Tərtər rayonundakı Qusanlı kənd natamam orta məktəbində müəllim (1938–1940), Müsəlmanlar kəndində natamam orta məktəbin tədris hissə müdiri (1940–1941), Xoruzlu kənd yeddiillik məktəbində məktəb müdiri (1941–1942) işləmişdir. Böyük Vətən müharibəsində Mozdok uğrunda döyüşlərdə iştirak etmiş, ağır yaralanmışdır (1942). Hərbi xəstəxanada sağaldıqdan sonra altı ay Yevlax rayonunun Qoyunbinəsi kənd yeddiillik məktəbində müdirlik etmişdir. 1943-cü ilin aprelində yenidən Sovet Ordusu sıralarında qulluq etmişdir. Tərxis olunub doğma kəndlərinə qayıdarkən burada pedaqoji fəaliyyətini davam etdirmişdir: Yeddiillik məktəbin müəllimi (1944–1945) işləmişdir. 1945–1950-ci illərdə ADU-nun Filologiya fakültəsində təhsil almışdır. Sonra N. K. Krupskaya adına kitabxanaçılıq texnikumunda müəllim (1948–1955), radionun ədəbi dram verilişləri redaksiyasında məsul redaktor (1956–1958), "Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi (1958–1960), Azərbaycan Yazıçılar İttifaqında nəsr üzrə məsləhətçi (1960–1963) işləmişdir.
Elçin Əfəndi (yazıçı)
Emin Mahmudov (yazıçı)
Mahmudov Emin Qasıməli oğlu (1 yanvar 1925, Göyçay – 2000) — nasir, tərcüməçi, 1954-cü idən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Emin Mahmudov 1925-ci il yanvarın 1-də Azərbaycanın Göyçay şəhərində anadan olmuşdur. Burada 1 saylı orta məktəbi bitirib bir il uşaq evində tərbiyəçi işləmiş, sonra ordu sıralarında olmuşdur (1943–1945). Tərxis edildikdən sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır (1945–1950). Ədəbi yaradıcılığa şeirlə başlasa da, elmi fantastikaya və bədii tərcüməyə üstünlük vermişdir. "RT-1" adlı ilk elmi-fantastik hekayəsi 1952-ci ildə "Pioner" jurnalında dərc olunmuşdur. "Günəş şəhəri" adlı ilk elmi-fantastik hekayələr məcmuəsi isə 1953-cü ildə Uşaqgəncnəşrdə çapdan çıxmışdır. O, Bakıda Baş mətbuat idarəsində senzor (1948–1952), "Azərbaycan qadını" jurnalı redaksiyasında məsul katib (1955–1966), "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi (1953–1954), "Azərbaycan pioneri" qəzeti redaksiyasında məsul katib (1967–1971), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində böyük redaktor (1973–1982) olmuşdur. 1982–1992-ci illərdə orada ştatdankənar müxbir işləyib. Xidmətlərinə görə medallarla təltif olunmuşdur.