YAĞDIRMAQ

icb.
1. Yağmağa, tökülməyə məcbur etmək. Süni yağış yağdırmaq üçün qurğular. Xəzri qar yağdırdı.
– Hər dəfə müsəlmanların müsəllaya çıxmaqları ilə Allah yağış yağdırsa, dəxi bundan sonra bir kəs dəli deyil ki, arx çıxartsın, kəhriz vurdursun. C.Məmmədquluzadə.

2. Külli miqdarda hər tərəfdən, aravermədən atmaq, tökmək, səpmək, saçmaq. Güllə yağdırmaq.
– Cəfa oxun mənə yağdırman, ancaq ey əflak; Demən ki, yeddi kəmandarə bir nişanə yetər. Füzuli.

// Saçmaq.
Günəş göyün bir qatından od yağdırırdı. M.Hüseyn.

// Qoşulduğu sözün ifadə etdiyi şeyin çoxluğunu, bolluğunu bildirir. Suallar yağdırmaq.
– Şəmsiyyə uzun danışdı, şikayətləndi və Pəhləviyə qarğış yağdırdı. M.İbrahimov.

Синонимы

  • YAĞDIRMAQ tökmək — səpmək — saçmaq
YAĞDIRMA
YAĞI

Значение слова в других словарях