YEKNƏSƏQ

sif. [ fars. ]
1. Eyni ilə birbirinə oxşayan, eyni tərzdə, eyni şəkildə olan, eyni cür səslənən, bir-birindən qətiyyən ayrılmayan; yekrəng.
…İçəridən [Mehribanın] yeknəsəq və zil səsi eşidildikdə Zeynalın sanki vücudunu titrətdi. S.Hüseyn.
Hətta Atabəy elə düşünürdü ki, yekrəng və yeknəsəq libaslar da Atabəyə xidmət edən qadınlar üçün xüsusi olaraq tikdirilmişdir. M.S.Ordubadi.

2. məc. Usandırıcı, darıxdırıcı, bıqdırıcı, cansıxıcı. Yeknəsəq iş.
– Kompressor stansiyasından gələn yeknəsəq gurultunun arası kəsilmirdi. M.Hüseyn.
O, çayxananın yeknəsəq, sakit və ölgün bir adiliklə damğalanmış həyatına hərəkət və canlılıq gətirmiş müsafirləri razı salmağa çalışırdı. M.İbrahimov.

Синонимы

  • YEKNƏSƏQ usandırıcı — darıxdırıcı — bıqdırıcı — cansıxıcı
  • YEKNƏSƏQ yeknəsəq bax 1. saya; 2. cansıxıcı

Антонимы

  • YEKNƏSƏQ YEKNƏSƏQ – FƏRQLİ Qocaman tayqa məndən inciməsin, o bir az yeknəsəqdir (S.Sərxanlı); Onların fikirləri fərqlidir
YEKƏYANAQLI
YEKNƏSƏQLİK

Значение слова в других словарях