Yen

der; -(s), -(s) H yen
Yacht
Yoga
OBASTAN VİKİ
Yen
Yen,(円) Yaponiyanın pul vahidi, dünyanın əsas valyuta ehtiyatlarından biri. Yenin simvolu ¥ hərfi qəbul olunmuşdur. Qızl və gümüş pul kimi 1869–1871-ci illərdə buraxılmışdır. Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Bolo Yen
Yan Sze (ing. Bolo Yeung, kantonca:楊斯; 3 iyul 1946) — Çin və ABŞ aktyoru, döyüş ustasıdır. == Həyatı == Bolo Yen 3 iyul 1946-cı ildə Çin Xalq Respublikasının Quandun əyalətinin inzibati mərkəzi olan Quançjouda doğulmuşdur. 10 yaşı tamam olduqdan sonra bir çox çin vətəndaşları kimi kunq-fu sənəti lə məşğul olmağa başlayır. Döyüş sənətləri ilə bərabər Bolo Yen bodibildinqlə məşğul olur və bir müddət keçdikdən sonra 1970-ci ildə "Cənab Honq Konq" yarışmasının qalibi olur. Həmin ildən başlayaraq "Shaw Brothers Studio" kompaniyasının istehsal etdiyi filmlərdə pis obraz rolları alaraq, çəkilməyə başlayır. Bolo Yen bu studiyanı 1971-ci ildə tərk edir. "Winston" markalı siqaretin reklamında Bolo Yen Brüs Li ilə tanış olur və Brüs Li onu Əjdahanın çıxışı filmində dəvət edir. 1974-cü ildə Türkiyə-Honkonq əməkdaşlığı sayəsində çəkilən və Cüneyt Arkının rol aldığı "Karateçilər İstanbulda" filmində Mister Yanq rolunu ifa edir. Ona ilk populyarlıq isə 1988-ci ildə Frenk Dyuksun həyatından bəhs edən döyüş filmi janrında çəkilən Qanlı idman filmində "Çonq Li" rolu gətirir.
Donni Yen
Donni Yen (çin. 甄子丹, ing. Donnie Yen, 27 iyul 1963, Quançjou) — Honkonq aktyoru, döyüş sənəti ustası, rejissor, prodüser və hərəkət xeoqrafı. Yen Honkonq film ulduzlarından biridir. Yen Tai Çi, Boks, Kikboksinq, Citkundo, Hapkido, Taekvondo, Karate, Muay Tay, Güləş, Cüdo, Vin Çun və uşu sahələrini yaxşı bilir və bir sıra döyüş sənətlərində bacarıq nümayiş etdirdir. 2000-ci illərin əvvəllərində Asiyanın ən populyar film ulduzlarından biri olan Yen davamlı olaraq Asiyanın ən çox qazanan aktyorlarından biri olub. Yen 2013-cü ildə dörd filmdən və altı reklamdan 220 milyon Honkonq dolları (28.4 milyon ABŞ dolları) qazandı. Yen, Çində Vin Çun-un populyarlaşmasına töhfə verdiyinə görə bir çoxları tərəfindən qiymətləndirilir. O, kassa uğuru qazanan İp Man filmində Vin Çun İp Man rolunu oynayır. Bu Çin qanadında və Asiyanın digər bölgələrində yüzlərlə yeni Vin Çun məktəblərinin açılmasına səbəb oldu.
Yen Ni
Yen Ni (6 iyul 1976) — Çini təmsil edən bədii gimnast. Yen Ni Çini 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 5-ci pillənin sahibi olub.
Yen Press
Yen Press — ABŞ manqa və qrafik roman nəşriyyatı. Kadokawa Corporation və Hachette Book Group bu nəşriyyatın sahibi olan şirkətlərdir. Kitab nəşr etməklə yanaşı, Yen Press "Yen Plus" adlı aylıq manqa antologiyası da nəşr edir. Nəşriyyat Yaponiya manqalarını, Çin manhualarını və Koreya manhvalarını lisenziyalaşdırıb tərcümə edilmiş halda buraxır. Tərcümə etməklə yanaşı Yen Press orijinal manqalar da nəşr edir. Məsələn, "Maximum Ride" və "Nightschool" bu nəşriyyatın buraxdığı orijinal manqalardır. Yen Press 2006-cı ildə keçmiş Borders Group alıcısı Kurt Hassler və DC Comics əməkdaşı Rik Conson (bu imprinti 2008-ci ilin payızında tərk edib). 2007-ci ilin iyulunda nəşriyyatın Koreya nəşriyyatı ICEkunion ilə əməkdaşlı edib ABŞ-də manhva buraxacağı anons edilmişdir. 2008-ci ildə baş tutmuş New York Comic Con tədbirində Yen Press "Soul Eater", "Nabari no Ou", "Sumomomo Momomo", "Bamboo Blade" və "Higurashi no Naku Koro ni" manqalarını aylıq manqa antologiyası "Yen Plus"-da nəşr edəcəyini açıqlamışdır. Antologiyanın ilk sayı 29 iyul 2008-ci ildə buraxılmışdır.
Yen Somerholder
Yan Cozef Somerhalder (ing. Ian Joseph Somerhalder; d. 8 dekabr, 1978) — ABŞ–lı aktyor, model və prodüser. Lost serialındakı Boone Carlyle və The Vampir Diaries serialındakı Damon Salvatore obrazları ilə tanınmışdır. Somerhalder ailənin ikinci evladıdır. İki qardaşı var Robert və Robin. O 10 yaşından 13 yaşına qədər model kimi fəaliyyət göstərib. Yan Somerhalder, 8 dekabr 1978-ci ildə masaj terapisti Edna Somerhalder və podratçı Robert Somerhalderın oğlu olaraq Kovinqton, Luizianada doğulub, böyüyüb. Bob adında keçmiş peşəkar velosipedçi, qardaşı və Robin adında bir radio və televiziya jurnalisti bacısı var. Atası Fransız və İngilis mənşəlidir.
Ziqmund Yen
Ziqmund Yen (alm. Sigmund Werner Paul Jähn‎; 13 fevral 1937[…], Morqenröte-Rautenkrants[d], Saksoniya, Almaniya Reyxi[d] – 21 sentyabr 2019[…], Ştrausberq[d], Brandenburq, Almaniya Federativ Respublikası) — Almaniya Demokratik Respublikasının ilk və yeganə pilot-kosmonavtı, ADR-in qəhrəmanı, Sovet İttifaqı qəhrəmanı, ehtiyatda olan aviasiya general-mayoru. 1937-ci ildə Morqenqröte-Rautenqranç qəsəbəsində taxta kəsən zavodunda çalışan fəhlənin ailəsində anadan olmuşdur. 1943-1951-ci illərdə yerli məktəbdə təhsil almış, 8-ci sinifdən Klingentalda yerləşən "Falkenşteyn Mətbəə"sində çapçı ixtisası üzrə çalışmağa başlamışdır. 1955-ci ildə ADR Milli xalq ordusunun sıralarına daxil olmuş, oradan isə onu Frans Merinq adına ali hava qüvvələri hərbi məktəbinə kursant kimi götürmüşdülər. 1958-ci ildə məktəbi bitirdikdən sonra Hərbi Hava Qüvvələri sıralarına daxil olmuşdur. 1966-1970-ci illərdə Yuri Qaqarin adına hərbi-hava akademiyasında təhsil almışdır. 1976-cı ilin dekabrında üçmərhələli seçimdən sonra polkovnik-leytenant olan Ziqmund Yen "İnterkosmos" proqrammı üzrə kosmik uçuşlar hazırlığına daxil olmuşdur. 26 avqust 1978-ci ildə sovet kosmik gəmisi "Soyuz-31"-in tədqiqatçı-kosmonavtı kimi Valeri Bıkovski ilə birlikdə Salyut-6 orbit stansiyasına enmə ekspedisiyasını yerinə yetirmişdirş Enmə "Soyuz-29" kosmik gəmisində yerinə yetirilmişdir. Uçuş 7 sutka 20 saat 49 dəqiqə 4 saniyə müddətində davam etmişdir.
Əli Sami Yen
Əli Sami Bəy (sonradan "Yen" adını aldı, 20 may 1886, Konstantinopol – 29 iyul 1951, İstanbul) — Alban əsilli türk futbolçu, məşqçi və idman meneceri. Yazıçı Şəmsəddin Saminin ikinci oğludur. "Qalatasaray FK"-nın qurucularındandır. Əli Sami Bəy 20 may 1886-cı ildə İstanbulun Şamlı səmtində anadan olub. Atası məşhur ədəbiyyatçı Şəmsəddin Sami idi. Qalatasaray Litseyində oxuyub və futbol oynayıb. 1905-ci ildə Qalatasaray Litseyi onunla birgə oxuyan yoldaşları ilə birlikdə Qalatasaray idman klubunu yaratmaq qərarına gəlib və klubun bir nömrəli qurucu üzvü olub. Əli Sami Yen ayrıca Türk futbolunun qabaqda gələn təşkilatçılarından da biri oldu. Yen, 1923-cü ildə qurulan Türkiyə İdman Cəmiyyətləri İttifaqının qurucuları arasında iştirak etdi və başçılığını etdi. 1924 Paris Olimpiadasına qatılan Türk karvanının başçılığını etdi.
O Yen Su
O Yen Su (kor. 오영수; 19 oktyabr 1944) — Cənubi Koreya aktyoru 1944-cü ildə Kyonqidoda anadan olub. "Kalmar oyunu" serialındakı təqaüdçü rolu ilə tanınıb. 2024-cü ilin mart ayında təcavüz iddiası üzrə 8 aylıq həbs olunub.
Yen-Men qalasının mühasirəsi
Yen-Men qalasının mühasirəsi — Çin-Suy sülaləsi Yanq-tinin bu gün Taiyuan adı ilə bilinən şəhərin qalasında Şərqi Göytürk xaqanlığı ordusu tərəfindən 615-ci ildə mühasirəyə alınmasıdır. Mühasirədən sonra Suy sülaləsinin ölkə içərisindəki nüfuzu tamamilə zəifləmiş və sülalə devrilmişdir. İmperator Yanq-ti və oğlu vəliəhd şahzadə Yanq Çien qızlıq imperiya sarayında qalmaq üçün Şansiyə hərəkət etməyi düşünürdü. Bu səyahət zamanı imperator öz sarayında bir müddət qaldıqdan sonra Çin səddini keçərək şimaldakı hüdud torpaqlarını ziyarət etməyə qərar verdi. Türk xaqanının çinli şahzadəylə evli olub, türklərlə çinlilərin sülh dövründə olmasına baxmayaraq, Yanq-tinin Serbi xaqanın gücündən çəkinməsi və onu ortadan qaldırmaq üçün planlar hazırlaması iki dövlətin arasını açdı. Çin imperatoru İçkin Şada xaqanlıq və Çin şahzadəsi təklif edib, onu Şərqi Göytürk dövlətinin cənub hissəsinə yerləşdirmək istəmişdi. Ancaq İçkin Şad Çinin bu təklifini qəbul etmədi. Vəziyyətdən xəbərdar olan Serbi Çin tərəfindən öldürülən Soqd mənşəli dövlət adamı və ətrafının da qısasını almaq üçün Çinə müharibə elan etdi. Hökmdarın müharibə qərarı Çin kökənli xatun İçinq tərəfindən qısa zamanda Çin imperatoruna çatdırıldı. Çin ilə əlaqələrdə Göytürk hakimiyyətinin müşavirliyini edən soqdların öldürülməsi və sonrasında alınan müharibə qərarını duyan Sui sülaləsi göytürklərə "soqdlar sizə üsyan qaldırmaq üçün bizdən yardım istəmişdi.
Əli Sami Yen İdman Kompleksi
Ali Sami Yen İdman Kompleksi yada sponsorluq adı ilə Rams Park — Rams Park İstanbulun Sarıyer rayonunda yerləşən çox məqsədli stadion, Qalatasaray PFKın daxili sahədəki futbol oyunlarına ev sahibliyi etməkdədir. Rams Park, Yüzüncü İl Atatürk Stadionu və Beşiktaş Park stadionlarına struktur olaraq ilham qaynağı olmaqla birlikdə Türkiyədəki C90 görüş bucağına sahib ilk stadionu xüsusiyyətini daşımaqdadır. Toplam 52.652 kreslo tutumuna sahib olan stadion, Atatürk Olimpiada Stadionunda sonra tamaşaçı tutumu baxımından Türkiyənin ən böyük ikinci stadionudur. İlk olaraq 1996-ci ildə gündəmə gələn ancaq müxtəlif problemlər səbəbiylə də tapılmayan və sonrasında yeri dəyişdirilən layihənin təməli 13 dekabr 2007 tarixində atıldı. O dövr Şişli'de bağlı olan indiki vaxtda isə Sarıyer sərhədlərində olan bir-birinin ardınca düzülmüş üç təpədən Şişli Bələdiyyəsin adı Aslantepe olaraq dəyişdirilən 120 dönüşlük təpəyə tikilən Türk Telekom Arena adı ilə 15 yanvar 2011-ci ildə açıldı. Türk Telekom, 2010-11 mövsümünün ikinci yarısından etibarən 10 illiyinə stadiona ad sponsoru olmuşdur. Rams Park cəmdə 198 loja və 4500'den çox VIP kreslosuna malikdir. Qalatasaray ilə Fənərbaxça arasında 18 Mart 2011 tarixində liqada oynanan və 52.695 tamaşaçının izlədiyi qarşılaşma stadion tarixinin ən yüksək azərkeşli matçı oldu. Stadion, Qalatasarayın ev oyunlarının yanında bəzi təşkilata da ev sahibliyi etdi. 2013 FIFA 20 Yaş Altı Dünya Kuboku təşkilatının qrup və ikinci tur matçlarının yanında, turnirin final müsabiqəsi bu stadionda oynandı.
Dünyanın yeni yeddi möcüzəsi
== Xarici keçidlər ==
Efiopiya 2010 Yeniyetmələrin Yay Olimpiya oyunlarında
Efiopiya - 14-26 avqust tarixləri arasında Sinqapurun eyni adlı şəhərində keçirilən 1-ci 2010 Yeniyetmələrin Yay Olimpiya oyunlarında.
Ehtiyat Bankı (Yeni Zelandiya)
Yeni Zelandiya Ehtiyat Bankı (ing. Reserve Bank of New Zealand) — Yeni Zelandiyanın mərkəzi bankı. == Tarixi == Uzun müddət Yeni Zelandiyanın pul dövriyyəsində təkcə Britaniya deyil, həm də xarici sikkələrdən (İspan, Hindistan, Portuqal, Danimarka, Hollandiya) istifadə olunurdu. 1840-1881-ci illərdə özəl istiqrazlar, 1857-1881-ci illərdə isə özəl mis tokenlər buraxılmışdır. İmperator Sikkə Qanununa (1870) əsasən, 1897-ci ildən Britaniya sikkələri yeganə qanuni ödəniş vasitəsi oldu. Dövriyyədə altı özəl bankın əskinasları da var idi (Oklend Bankı, Avstralaziya Bankı, Yeni Cənubi Uels Bankı və s.). 1 aprel 1934-cü ildə Yeni Zelandiyanın Ehtiyat Bankı Aktı qəbul edildi. 1934-cü il avqustun 1-də bank fəaliyyətə başladı və əskinaslar buraxıldı. 1936-cı ildə bank milliləşdirildi. == İstinadlar == == Ədəbiyyat == Бутаков Д.Д., Золотаренко Е.Д., Рыбалко Г.П. Валюты стран мира: Справочник (5-е изд., перераб.
Eritreya 2012 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında
Eritreya — 2012-ci ildə Avstriyada baş tutan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında. Eritreya Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında 1 idmançı ilə 1 idman növündə təmsil olundu.
Ermənistan 2010 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında
Ermənistan — 14–26 avqust tarixləri arasında Sinqapurun eyni adlı şəhərində keçirilən 1-ci 2010 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında.
Esvatini 2010 Yeniyetmələrin Yay Olimpiya oyunlarında
Esvatini - 14-26 avqust tarixləri arasında Sinqapurun eyni adlı şəhərində keçirilən 1-ci 2010 Yeniyetmələrin Yay Olimpiya oyunlarında.
Filippin 2012 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında
Filippin — 2012-ci ildə Avstriyada baş tutan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında. Filippin Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında 2 idmançı ilə 2 idman növündə təmsil olundu.
Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyası
Gürcüstan 2012 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında
Gürcüstan — 2012-ci ildə Avstriyada baş tutan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında. Gürcüstan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında 2 idmançı ilə 1 idman növündə təmsil olundu.
Hande Yenər
Handə Yenər (12 yanvar 1973, Kadıköy, İstanbul ili) — Türk musiqiçi. == Həyatı == Əsl adı Makbulə olan müğənni ilk olaraq geyim mağazasında satıcı olaraq işə başlamışdır. Türkyəli müğənni və aktrisa Hülya Avşarın mağazaya gəlməsi və Handə Yenəri dinləməsi ilə həyatı dəyişir. Hülya Avşar müğənnini Sezen Aksu ilə tanış edir və bundan sonra Handənin sənət dünyasında yolu başlayır. == Kariyerası == İlk olaraq Sezen Aksunun bek-vokalisti olaraq səhnə almışdır. === 2000–2003-cü illər === 31 may 2000-ci ildə "Səndən ibarət" adlı ilk albomu işıq üzü görmüşdür. Albomdakı "Yalanın Batsın" mahnısına ilk klipini təqdim etmişdir. 2000-ci ildə "Altın Kələbək" mükafatını almışdır. 2001-ci ildə "Kral Müzik Ödülləri" mükafatını almışdır. 2003-cü ildə "STAR TV"-də "Hande Yener Show" verlişində aparıcılıq etmişdir.
Handə Yenər
Handə Yenər (12 yanvar 1973, Kadıköy, İstanbul ili) — Türk musiqiçi. == Həyatı == Əsl adı Makbulə olan müğənni ilk olaraq geyim mağazasında satıcı olaraq işə başlamışdır. Türkyəli müğənni və aktrisa Hülya Avşarın mağazaya gəlməsi və Handə Yenəri dinləməsi ilə həyatı dəyişir. Hülya Avşar müğənnini Sezen Aksu ilə tanış edir və bundan sonra Handənin sənət dünyasında yolu başlayır. == Kariyerası == İlk olaraq Sezen Aksunun bek-vokalisti olaraq səhnə almışdır. === 2000–2003-cü illər === 31 may 2000-ci ildə "Səndən ibarət" adlı ilk albomu işıq üzü görmüşdür. Albomdakı "Yalanın Batsın" mahnısına ilk klipini təqdim etmişdir. 2000-ci ildə "Altın Kələbək" mükafatını almışdır. 2001-ci ildə "Kral Müzik Ödülləri" mükafatını almışdır. 2003-cü ildə "STAR TV"-də "Hande Yener Show" verlişində aparıcılıq etmişdir.
Hindistan 2012 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında
Hindistan — 2012-ci ildə Avstriyada baş tutan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında. Hindistan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında 1 idmançı ilə 1 idman növündə təmsil olundu.
Hindistanda Yeni il
Yeni il Hindistanda — Hindistanda təntənə ilə qeyd olunan bayram. Bu ölkədə Yeni ili müxtəlif cür qarşılayırlar. Ölkənin şimal əhalisi özlərini ağ, qırmızı, cəhrayı və bənövşəyi çiçəklərlə, mərkəzində isə evləri bənövşəyi bayraqlarla bəzəyirlər. Qərbdə evlərin damında od qalayırlar. Bayram ərəfəsində analar böyük qablara uşaqlar üçün hədiyyələr, şirniyyatlar və gül qoyurlar. Yeni ilin ilk günü səhər uşaqları gözübağlı nimçəyə yaxınlaşdırırlar ki, onlar özlərinə hədiyyə seçsinlər. == Mənbə == Yeni il dünyada necə qeyd edilir?
Həştgerd (Yeni şəhər)
Yeni Həştgird (fars. شهرجديدهشتگرد‎)— İranın Əlburz ostanının Savucbulaq şəhristanının Mərkəzi bəxşində yeni şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 15,619 nəfər və 4,353 ailədən ibarət idi.
KYRM 2012 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında
KYRM — 2012-ci ildə Avstriyada baş tutan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında. KYRM Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında 2 idmançı ilə 2 idman növündə təmsil olundu.
Kas çayı (Yenisey)
Kas çayı — Yenisey çayının sol qolu. == Əsas göstəriciləri == Kas çayı- Şərqi Sibirdə Krasnayarsk əyalətinin çayı olub, 1817 km yüksəklikdən Yenisey çayına tökülür. Qərbi Sibir düzənliyinin şərqindən axır. Çayın uzunluğu 464 km-dir. Hövzəsinin sahəsi isı 11200 кm²-dir. İllik su sərfi isə 53 m³/san-dir.
Kayman adaları 2012 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında
Kayman adaları — 2012-ci ildə Avstriyada baş tutan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında. Kayman adaları Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında 1 idmançı ilə 1 idman növündə təmsil olundu.
Keniya 2016 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında
Keniya 2016-cı ildə Norveçin Lillehammer şəhərində baş tutan Yeniyetmələrin II Qış Olimpiya Oyunlarında. 12-21 fevral tarixləri arasında Lillehammerdə baş tutan Yeniyetmələrin II Qış Olimpiya Oyunlarında Keniya 1 idmançı ilə 1 idman növündü təmsil olundu. Keniya Lillehammerdən vətənə medalsız döndü.
Kerç-Yenikale kanalı
Kerç-Yenikale kanalı (KEK) (ukr. Керч-Єнікальський канал) — Kerç boğazında olan gəmiçilik kanalı. Azov dənizini Qara dənizlə birləşdirir. Kanal həm də Krım yarımadasını Taman yarımadasından ayırır. == Tarixi == Kerç-Yenikale kanalı XIX əsrin sonunda gəmiçilik üçün daha əlverişli şərait yaratmaq məqsədi ilə yaradılmışdır. Kanalın inşası 1874-1877-ci illərdə həyata keçirilmişdir. Kanalın adı Rusiya İmperiyası zamanı Krım yarımadasında olan Kerç-Yenikala inzibati mərkəzinin adından götürülümüş. Yenikale ərazidə yerləşən Yenikale qalasının adıdır. Kanalın ilkin dərinliyi — 5,7 metr idi. 1903-cü ildə kanalın dərinliyi 6,4 metrə, 1908-ci ildə isə dərinlik 7,3 metrə çatdırılmış.
Kipr 2012 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında
Kipr — 2012-ci ildə Avstriyada baş tutan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında. Kipr Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında 1 idmançı ilə 1 idman növündə təmsil olundu.
Kiçik Yenisey
Kiçik Yenisey çayı (tıva Каа-Хем) — Tuva Respublikasında böyük bir çay, Yenisey hövzəsinə aiddir. Hövzəsinin sahəsi 58,700 km²-dir. Tuvan dilindən tərcümədə Kaa-Xem çayının adı "kiçik çay" deməkdir. Demək olar ki, bütün hövzəsi boyunca dağlıq ərazidən axır. == Hidrometriya == Kiçik Yeniseyin axması 23 il ərzində (1974–1999) Qızıldakı nəzarət-ölçü stansiyasında müşahidə edilmişdir. Bu dövrdə Qızılda qeydə alınan orta illik axın 59849 km² hövzə üzrə 410 m³/s olmuşdur. Bu Tuva kontekstində yüksək hesab edilə bilən illik ortalama 221 mm yağışa uyğundur. Çaylar üçün qidalanmanın əsasən mənbəyi yüksək Sayan dağlarında qar və buzlaqların əriməsi ilə təmin edilir. Yay yağışı yaz-yay aylarında, may-avqust aylarında düşür. Pik axını iyun ayında hövzənin zirvələrində qar və buzun kütləvi əriməsi zamanı baş verir.
Kokos yengəci
Kokos yengəci; Hindqozu yengəci (lat. Birgus latro) — Buğumayaqlılar tipinin, birgus cinsinə aid heyvan növü. Bu növə daxil olan canlıların yetkin fərdləri quru həyat tərzi keçirir. Kokos yengəcləri əsasən Sakit okeanın qərb hissəsinin və Hind okeanının tropik adalarında yayılmışdır. Onların əti qida kimi istifadə edilir. == Adı == Növ adı olan lat. latro «quldur» mənasını verir. Bu buğumayaqlı canlı həm də "Palma oğrusu" adlandırılır. Səbəb isə onun keçmişdə kokosun içini yeməkdən ötrü palma ağacından hindqozunu kəsmək qabiliyyətinə olduğu düşünülürdü. Üstəlik onların kokosların qabıqlarını sındırmaları düşünülürdü.
Köhnə-Yeni sinaqoq
Köhnə-Yeni sinaqoq (çex. Staronová synagoga; alm. Altneu-Synagoge‎) — Praqa şəhərində hələ də dini mərasimlər üçün istifadə olunan Avropada ən qədim sinaqoqlardan biridir. O, həmçinin Mərkəzi Avropada ən qədim sinaqoqlardan, Yozefov rayonunun isə mühafizə olunmuş ən köhnə binalarından sayılır. Sinaqoqun əsası guman olunur ki, XIII əsrin ikinci yarısında günümüzə qədər saxlanılmış Köhnə şəhərin orijinal salçılıq sahələrinin üzərində qoyulmuşdur (XIII əsrdə daşqından mühafizə tədbirləri çərçivəsində bina Köhnə Şəhərin ümumi səviyyəsindən 1–3 m yüksəldilmişdir). Sinaqoqun yaradılması, yəhudi qəbiristanlığının meydana gəlməsi ilə birgə Praqanın Nove Mesto rayonunda yəhudi bağının (çex. Židovská zahrada) əsasının qoyulması ilə sıx bağlıdır. Sinaqoq tədricən yəhudi məhəlləsinin mərkəzinə çevrilir. Onun yaxınlığında açıq bir yer mövcud idi, insanlar buraya bazarlıq etmək və ya paltar yumaq üçün üz tuturdular. Çoxsaylı yanğınlar zamanı ətrafdakı taxta evlərdən sinaqoqa alovun keçməməsini və maksimal şəkildə təhlükəsizliyini təmin etmək məqsədilə, bu məkan daha çox yanğından mühafizə alanı funksiyasını yerinə yetirirdi.
Livan 2010 Yeniyetmələrin Yay Olimpiya oyunlarında
Livan - 14-26 avqust tarixləri arasında Sinqapurun eyni adlı şəhərində keçirilən I-ci 2010 Yeniyetmələrin Yay Olimpiya oyunlarında.
Livan 2012 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında
Livan — 2012-ci ildə Avstriyada baş tutan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında. Livan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında 2 idmançı ilə 1 idman növündə təmsil olundu.

Значение слова в других словарях